Məhkəmə qərarları › İş №2-1(102)-2670/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2670/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2670/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyi olan şəxsin əlillik müddəti bitdikdən sonra eyni xəstəliklə əlilliyin müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)83/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək (baldır sümüklərinin aşıqbaldır oynağı da daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oyna qların kontrakturası; sol diz və aşıq baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; xr.pielonefrit; hipertoniya xəstəliyi İİ mərhələ) diaqnozları ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. TQS № 088, 0531003AANA6 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərişi ilə müəyyən edilir ki, iddiaçıya “Əsas diaqnoz: T93.2: aşağı ətrafın digər sınıqlarının nəticələri, sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaq daxili qeyri-düzgün bitişmiş sınığı, kobud varus deformasiyası (Elmi-Tədqiqat Travmatologiya və ortopediya institutunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Ağırlaşma R26.2 başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması ağrı sindromu ilə, M62.5 əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası, M19.1 Digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici artrozu, M19.2 Digər ikincili artroz, sol aşıq-baldır oynağının deformasiyaedici artrozu; M24.5 Oynaqların kontrakturası, sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-valdır oynağının açıcı-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə).Yanaşı xəstəliklər E10 insulindən asılı şəkərli diabet, şəkərli diabet İİ tip, ağır gedişli, insulin tələbi, 110 essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ dərəcə, risk 2 (orta), N 11.1 xroniki obstruktiv pielonefrit, xroniki pielnefrit, G90.8 veqetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, as teno-nevrotik sindrom, H25.0 Başlanğıc qocalıq kataraktası OS-balanğın katarakta. xx.xx.2019-cu ildə OS-KTE+İOL əməliyyatından sonrakı vəziyyət.

3. TSEK-in xx.xx.2016-cı il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıda X1: XİX sinif – travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S80-S89- Diz və baldırın travmaları – S82- Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; baldır sümüklərinin, aşıq-baldır oynağı daxil olmaqla sınığı; sol baldır sümüklərinin proksimal ucunun oynaq daxili qeyri-düzgün bitişmiş sınığı; sol diz və aşıq baldır oynağının posttravmatik artrozu; oynaqların kontrakturası; sol diz və aşıq baldır oynağının kontrakturası; essensial hipertenziya; şəkərli diabet İİ tip insulin tələbi ilə; XR. Pielonefrit; hipertoniya xəstəliyi İİ mər. qeyd edilmişdir.

4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il məktubla bildirmişdir ki, onun əlillik vəziyyəti Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AANA6 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: İxtisaslı klinikada əlavə müalicəyə qərar verildi) barədə qərar verilmişdir. İddiaçı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Forma-088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2021-ci ilin sentyabr ayından etibarən onun əlilliyinin bərpa edilməsi və həmin tarixdən ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən ikinci qrup əlildir və ona əlilliyə görə aylıq təqaüd təyin edilmişdir. 2021-ci ilin sentyabr ayından etibarən ona əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib faktla bağlı araşdırma aparılmasını və nəticə barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona cavab verilmişdir ki, ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə aldıqdan sonra göndəriş (Fornıa-88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilib, müvafiq qərar veriləcəkdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçının əlilliyinin təyini üzrə sonuncu qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(118)-420/2023 nömrəli qərarı (hakim X3) ilə iddia tələbi təmin edilmiş, İddiaçı son qiymətləndirildiyi tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 2475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 1059 saylı, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Naxməd oğlunda “Sumqayıt 1 nömrəli xəstəxanası” poloklinika şöbəsində xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Aşağı ətrafın digər sınıqlarının nəticələri. Sol baldır sümüklərinin yuxarı 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası (Elmi-Tədqiqat Travmatologiya və ortopediya institutunun xx.xx.2022-ci il tarixli **********/327 nömrəli arayışa əsasən). Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə. Əzələnin başqa rubrikalard təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ artofiyası” müəyyən edilmişdir. Verilmiş ekspert rəyindən göründüyü kimi iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Odur ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuş və formal xarakter daşıyır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbi nin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(105)-83/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X4 və X7) ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(118)-420/2023 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyi, müvafiq tibbi sənədlər əsasınd a iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin bir qisminin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.

15. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, indiki halda iddiaçının iddia tələbi ona məhz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq ekspert rəyi, tibbi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzi bati orqana müraciət etdiyi vaxtda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyininə əsas verən xəstəlik (XBT kodu M24.5) üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olan hal kimi qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin bir çoxu (R26.2, M19, E10,İ10,G90) hazırda qüvvədə olan müvafiq qanunvericilik normasında əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin təyin edilməsinin əsas meyarı məhz orqanizmin funksiyasının pozulmasının faiz göstəricisi və müddətinə uyğun olaraq, xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəa liyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması halında müvafiq qaydada müəyyən edilir, habelə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti də həmin meyarlarda müəyyən edilmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən əlillik təyinatı məhz şəxsin orqanizminin funksiyasının pozulması faizinə uyğun olaraq müəyyən edilir ki, bu hal isə özlüyündə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən edilməsindən irəli gəlir. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə isə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir.

16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə qeyd edilir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar; zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri -> T90-T98 -, Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T93 - aşağı Diaqnozun mətni: T93.2 Aşağı ətrafın digər sınıqların nəticələri.. Sol baldır sümüklərinin yuxan 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası. (ELMİ-TƏDQİQAT TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA İNSTİTUNUN xx.xx.2022-Cİ İL TARİXLİ **********/327 NÖMRƏLİ ARAYİŞA ƏSASƏN) Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnifolunmayan yeriş çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi,. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi.” səbəbi i lə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi -“Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslı klinikada əlavə müalicə qərarı verildi” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər və diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanu ni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, ə lilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar... 1.5. Tibbi-sosia l ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibb i-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə gönd ərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti alts istemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial eksp ertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi- həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müa licədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);

2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkə məsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüq uq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxı mından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.

30. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə o laraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırılmış, əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuşdur.

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks edilmiş mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materialları əsasında cavabdeh tərəfindən iddiaçı barəsində 2014-cü il tarixdə ümumi xəstəlik səbəbi ilə “baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol baldır sümüklərinin proksimal ucunun oynaqdaxili qeyr-düzgün bitişmiş sınığı. Sol diz və aşıq-baldır oynağının postravmatik artrozu. Oynaqların kontraktirası. Sol diz və aşıq-baldır oynağının kontrakturası. Essensial hipertenziya. Şəkər li diabet İİ tip insulin tələbli, Xr.pielonefrit, Hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı, 2015-ci ildə eyni diaqnoz xəstəliklər səbəbi ilə 1 il müddətinə əlillik təyinatı, 2016-cı il tarixdə eyni diaqnoz xəstəliklərlə beş il müddətinə əlillik təyinatının aparıldığı müəyyən edilir.

33. Eyni zamanda iddiaçı barəsində olan tibbi göndərişin məzmununda əsas diaqnoz: Aşağı ətrafların digər sınıqların nəticələri Sol baldır sümüklərinin 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası (T93.2), ağırlaşmaları Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, yerişin pozulması, ağrı sindromu ilə (R26.2), Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikli yi, əzələ atrofiyası (M62.5), Digər oynaqların posttravmatik artrozu Sol diz oynağının postravmatik deformasiyaedici artrozu (M19.1), Digər ikinci dərəcəli artroz Sol aşıq-baldır oynağının deformasiyaedici artrozu (M19.2), Oynaqların kontrakturası sol diz oynağının kontrakturası, açma 165 dərəcə, bükmə 90 dərəcə, sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası, açma 100 dərəcə, bükmə 90 dərəcə (M24.5), yanaşı xəstəliklər İnsulindən asılı şəkərli diabet, İİ tip, ağır gedişli (E10), Essensial hipertenziya Arterial hipertenziya, İİ dərəcə, risk 2 (orta) (İ10), Xroniki obstruktiv pielonefrit Xroniki pielonefrit(N11/1)? Vegetativ sinir sisteminin poz]unluqlar; asteno-nevrotik sindrom (G90.8), Başlanğıc qocalıq kataraktası OSbaşlanğıc katarakta əməliyyatdan sonrakı vəziyyət (H25.0) k imi qeyd edilmişdir.

34. Bundan başqa xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçının müayinəsi zamanı “aşağı ətrafın digər sınıqların nəticələri. Sol baldır sümüklərinin 1/3-nin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, kobud Varus deformasiyası. Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi. Yerişin pozulması, ağrı sindromu ilə. Əzələni başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol baldırın aşağı 1/3-nin trofik dəyişikliyi, əzələ atrofiyası” müəyyən edildiyi qeyd edilmişdir.

35. İddiaçı barəsində növbəti ekspert müayinəsi 03 may 2024-cü il tarixdə aparılmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmalar və yanaşı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz, həmi n diaqnoz ona stasionarda olduğu zaman anamnestik, laborator instrumental müayinələr və müalicəsi əsasında müəyyən edilmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri əsasında öz təsdiqini tapır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı məhz həmin xəstəliklərlə əlaqədar olaraq 2005-ci il tarixdən müvafiq poliklinikada dispanser qeydiyyatındadır.

37. Eyni zamanda iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz, ağırlaşmaları və yanaşı xəstəliklərin bir qismi (XBT kodu M24.5, E10, R26.2,M19, İ10,G90) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq Qərarlarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz ekspert rəyi, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin bir qisminin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur.

39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40 Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-83/2024 saylı iş üzrə 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar