Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2671/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025- ci il tarixli, 2-1(103)-2049/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 52484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd ir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)3211/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 4 dekabr 2019-cu il tarixli, 2-1(103)-2686/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 21(82)-3211/2019 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2020ci il tarixli, 2-1(102)-645/2020 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 4 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının apellyasiya şikayətini qismən təmin edərək, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 21(112)-5019/2020 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 9 mart 2021-ci il tarixdə qərardad qəbul etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1553/2021 nömrəli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 2-1(103)-966/2021 saylı, 09 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarı ilə aşağıdakı məzmunda qərar qəbul edilmişdir: “İddia tələbi təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi y anında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun.”
9. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2778/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-265/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Həmin qərardan kassasiya şikayəti verilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli icra məktubu ilə icra edilməsi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə göndərilmişdir.
11. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı ş əhəri Lokal Gəlirlər Baş İdarəsi qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2-1(103)-2778/2022 nömrəli məhkəmə qərarı ilə üzərinə qoyulan öhdəlikləri icra etmədiyi üçün onun 50000 manat məbləğində cərimə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
13. Tələbkar (iddiaçı) apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ləğv edilmiş, bu qəra rdadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla tələbkarın ərizəsinə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadından borclu (cavabdeh) tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.
16. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(112)-265/2022 nö mrəli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qanuni qüvvəsinə mindiyi (xx.xx.2022-ci il) tarixdən bu günədək olan dövr üzrə (artıq ödənilmiş 52484,60 manat) məbləğin 0,1 faizinin ödənilməsini təsdiq edən sübutların məhkəməyə təqdim olunması tələb edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli “sübutların məhkəməyə təqdim edilməsinə dair” qərardadının icrasına dair Bakı İnzibati Məhkəməsi tərəfindən 18 sentyabr 2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
18. İddiaçının nümayəndəs i (eyni zamanda vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra edilmədiyini bildirərək, cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
19. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 10 yanvar 2025-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi barədə rəyin verilməsi” hissəsində icrasını təmin etmədiyinə görə, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1000 (bir min) manat məbləğind ə cərimə təyin еdilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etmədiyinə görə 1000 mаnаt məbləğində cərimə еdilməlidir.
21. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunbmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.Ə.Əliyev) 10 iyun 2025-ci il tarixli, 2-1(103)-2049/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və cavabdehin üzərindən cərimənin götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərin və Maliyyə Nazirliyinə həmin rəylərin göndərilməsi barədə nazirliyə ünvanlanmış məktubların surətləri təqdim edilmişdir. Cavabdehin Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********050600 nömrəli məktuba əsasən, İddiaçı tərəfindən ödənilmiş 52484,60 manat məb ləğində artıq ödəmələrin geri qaytarılmasına dair “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə” **********050600 nömrəli rəy Maliyyə Nazirliyinə göndərilmişdir. Eləcə də, xx.xx.2023-cü il tarixli, **********762000 nömrəli məktuba əsasən, ödənilməli 17372,40 manat faiz məbləğin qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” A **********050600 nömrəli rəy aidiyyəti üzrə göndərilmişdir. Həmin rəylərdə göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)265/2022 nömrəli qərarı əsasında müvafiq məbləğlər vergi ödəyicisinin "xxxx" ASC-də olan bank hesabına qaytarılmalıdır. Göründüyü kimi, məhkəmə qərarının icrası cavabdeh vergi orqanı tərəfindən təmin edilmişdir. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsini n xx.xx.2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarında iddiaçıya qaytarılmalı faizin məbləğləri barədə qeyd yoxdur. Həmin məbləğləri vergi orqanı qanunamüvafiq şəkildə hesablamış və qaytarılması məqsədilə aidiyyəti üzrə müvafiq rəyi və məlumatları Maliyyə Nazirliyinə göndərmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəlikl ərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərim ənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 28. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
34. Məhkəmə kollegiyası cərimənin tətbiq edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 28-ci bəndində qeyd olunan “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların ü zərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim əvvəlcə, həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf edilməsi ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
35. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra qərardan çıxarış xx.xx.2023-cü il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir.
36. Plenum Qərarında da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı cavabdehə müvafiq məktub göndərilmiş, qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh inzibati orqan qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınmışdır.
37. Belə ki, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx. 2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarının qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2022-ci il) bu günədək olan dövr üzrə (artıq ödənilmiş 52484,60 manat) məbləğin 0,1 faizinin ödəniliməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuş, borcluya izah olunmuşdur ki, tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə sübutların olduğu şəxs cərimə olunur. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(112)-265/2022 nömrəli qərarın icrasına dair 18 sentyabr 2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir. Lakin borclu tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzi bati orqan məhkəmə qərarını əsassız olaraq icra etməmiş və qərarın icrasından yayınmışdır. Odur ki, cavabdehin 1000 manat məbləğində cərimə olunması barədə aşağı instansiyası məhkəmələrinin qərardadı qanuni və əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2025-ci il tarixli, 21(103)-2049/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.