Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2672/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-562/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2000-ci il təvəllüdlü olmaqla, atası X2 xx.xx.2002-ci il tarixdə ölmüşdür, anası X1 2-ci qrup əlildir.
2. İddiaçı xx.xx.2017-ci tarixli 10/Q nömrəli əmrlə Sumqayıt Dövlət Universitetinin bakalavriat səviyyəsinə Mühasibat uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmrlə həmin ixtisası bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xx.xx.2021-ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə Menecment (teatr sahəsi üzrə ) ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrəli əmrlə həmin ixtisası bitirmişdir.
3. İddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən işə götürülmüş və xx.xx.2021-ci il tarixdə həmin müqavilə qüvvədən düşmüşdür.
4. İddiaçı respublika üçün orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn hima yəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə qəbul edilən zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. İddiaçının ilk dəfə işə daxil olduğu tarixdə əyani təhsil alıb-almadığı məsələsinə aydınlıq gətirilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq t əqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-29/2-8146/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçı Sumqayıt Dövlət Universitetinin xx.xx.2017-ci il tarixli 10/Q əmrli ilə bakalavriat səviyyəsinə Mühasibat uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olunmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmri ilə oranı bitirmişdir. Həmçinin, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2021-ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə menecment ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrəli əmri ilə oranı bitirmişdir. Göründüyü kimi, iddiaçı ilk dəfə işə qəbul olduğu xx.xx.2021-ci il tarixdə əyani təhsil alan şəxs olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-2021-ci illərdə bakalavr, 20212023-cü illərdə isə magistr təhsili almışdır. Atası ölmüş, anası isə 2-ci qrup əlildir. Bütün bunlara uyğun olaraq dövlət hesabına tam şəkildə pulsuz təhsil almış və təqaüd almışdır. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə düzəlmiş və həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Cavabdeh orqana birdəfəlik müavinətin verilməsi ilə bağlı rəsmi şəkildə müraciət etmiş və müraciətinə aidiyyəti üzrə baxılmış, birdəfəlik müavinətin verilməsindən imtina edilmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixdə onun əyani təhsil almadığını qeyd etmişdir. Lakin qanunda elə bir müddəa yoxdur ki, cavabdeh onun təhsil almadığını əsas gətirir. Qanunda “ilk dəfə işə düzə lən zaman” yazılmışdır. Lakin cavabdehin gətirdiyi dəlil də özlüyündə əsassızdır. Belə ki, avqust aylarında dərslər olmur. Üstəlik o, həmin ildə bakalavr təhsilini başa vurmuş və ardı ilə magistr təhsilini davam etdirmişdir. Bundan başqa, onun həmin kateqoriya şəxslər siyahısında olmadığı qeyd edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, qanunun tələbinə uyğun olaraq o, bir valideynini itirmiş, digəri isə 61-100 faiz orqanizmin funksiyaları pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid olmaqla bərabər, 23 yaşı tamam olmayan bir vaxtda işə düzəlmişdir.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E. Əzizova) 31 yanvar 2024-cü il tarixli, 2-1(118)-1235/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.R.Quliyev) 23 may 2024-cü il tarixli, 2-1(105)-562/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı 265 manat məbləğində pul kompensasiyasının ödənilməsi hissəsində ləğv edilmiş və bu hissədə iddia mümkün sayılmamışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarov a /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.R.Quliyev) 23 may 2024-cü il tarixli, 2-1(105)-562/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt (xx.xx.2023-cü il) üçün mövcud olan respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması (ödənilməsi) öhdəli yi cavabdehə həvalə edilmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı ilk dəfə işə düzələn vaxt əyani təhsil alan şəxs olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə
1. Əsas anlayı şlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; … valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.... Maddə
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itir miş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. … Maddə
8. Əmək hüququ üzrə təminatlar... Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Maddə
9. Valideynlərin i itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.... 16. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanı: Bənd 2.3. Həmin qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər....
17. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 179 nömrəli Qərarı: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır:... valideynlərini itirmiş və valideyn himayəsin dən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən birdəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 01 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir....
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul” Qaydaları Bənd 1.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər.... Bənd 6.1. Təhsilalma f ormasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmə si üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında ver ilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin ar aşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının valideynlərindən biri ölmüş, digəri isə 61-100 faiz orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş (ikinci dərəcə əlillik, müddətsiz) şəxsdir. Həmçinin, iddiaçı 2017-2021-ci illərd ə müvafiq təhsil müəssisəsində əyani formada bakalavr təhsili almış, müvafiq təhsil müəssisəsinin xx.xx.2021-ci il tarixli əmri ilə ona bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.
27. Bundan sonra, iddiaçı təhsil müəssisəsinin magistratura pilləsi üzrə müraciət etmiş, xx.xx.2021-c il tarixdə təhsilin magistratura pilləsinə güzəştli qəbul edilmiş, tədris ili kimi 2021/2022-ci il tarix qeyd edilmişdir. İddiaçı işəgötürənlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla işə qəbul olunmuş, müqavilənin qüvvədən düşmə tarixi kimi xx.xx.2021-ci il qeyd edilmişdir. İddiaçı xx.xx.2000-cı il təvəllüdlü olmaqla, həmin vaxtda 23 yaşı tamam olmamışdır.
28. Göründüyü kimi, iddiaçının valideynlərindən biri öldüyündən, habelə digər valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (ikinci dərəcə, müddətsiz) şəxs olduğundan, 18 yaşı çatanadək valideyn himayəsindən məhrum olmuş şəxs statusunda olmuşdur. Daha sonra iddiaçı əyanı formada bakalavr təhsilini xx.xx.2021-ci il tarixdə bitirdikdən sonra təhsilini davam etdirmiş, xx.xx.2021-ci il tarixdə magistraturaya (əyani) qəbul olunmuş, əmr xx.xx.2021-ci il tarixdə verilmiş, ilk dəfə xx.xx.2021-ci il tarixdə işə qəbul olunmuşdur. Nəticə etibarilə, iddiaçı təhsilini fasiləsiz olaraq davam etdirmişdir.
29. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə formal yanaşma tətbiq edilmiş, “əyani təhsil alan” ifadəsi məhz təhsil müəssisəsində tədrisin başlanması və onun tərəfindən bu halın əmrləşdirilməsi ilə əlaqələndirilmişdir ki, bu cür yanaşma inzibati orqanın bu qərarın 1 5-18-ci bəndlərində sadalanan qanunvericilik normalarının şərtlərinə hərfi mənada yanaşmanı təsdiq edir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı fasiləsiz olaraq təhsilini davam etdirməklə, ilk dəfə işə düzələn zaman artıq magistratura pilləsi üzrə tələbə adını qazandığından, cavabdeh inzibati orqanın tədrisin sonrakı tarixdə başlanılması və əmrin sonrakı tarixdə verilməsi halına istinad edilməklə, onun “əyani təhsil alan” statusunda olmaması qənaətinə gəlməsi qanunauyğun olmamaqla, iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarmışdır.
31. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(105)-562/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.