Məhkəmə qərarları › İş №2-1(102)-2673/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2673/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2673/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi öhdəliyi üzrə qərarın ləğvi, müvəqqəti idxal) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Namazova Günay Rüstəm qızının, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh Az ərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(103)-1218/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdehin “Vergilərin hesablanması barədə” **********832400 nömrəli, 2017-ci il 10 avqust tarixli qərarı ilə 2017-ci 2-ci rübü üzrə Bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən iddiaçıya 56.667,08 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı 2017-ci il 13 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraci ət edərək cavabdehin “Vergilərin hesablanması barədə” **********832400 nömrəli, 2017-ci il 10 avqust tarixli qərarının və həmin qərara əsasən əmələ gələn bütün öhdəliklərin ləğv edilməsi və həmin qərarla əlaqədar hesablanmış vergi borcunun və faizlər üzrə borcun silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hesablanmış vergi qanunsuz olaraq və heç bir əsası olmadan hesablanmışdır. Belə ki, vergi hesablanan vaxtı iddiaçının fəaliyyəti müvəqqəti dayandırılmışdır. Fəaliyyətin dayandırılması vaxtı 2017-ci il 1 yanvar, fəaliyyətin bərpa olunması vaxtı 2020-ci il 31 dekabrdır. İddiaçının qeyd olunan vaxt üçün fəaliyyətinin dayandırılması səbəbindən hər hansı bir bəyannamənin təqdim edilməsi zərurəti mövcud olmamışdır. Bund an əlavə, 2017-ci ilin yanvar-iyun ayları ərzində hər hansı bir məbləğdə idxal əməliyyatı aparılmamış, 2016-cı ilin sonuna hər hansı bir məbləğdə mal qalığı mövcud olmamışdır. İddiaçının adına Azərbaycan Respublikasına yalnız bir dəfə, 2016-cı il 13 aprel tarixində müvəqqəti idxal rejimində avadanlıq idxal olunmuş, həmin avadanlıq da bu günə kimi Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blok üzrə Hasilatın Pay Bölgüsü sazişində əməliyyat şirkəti qismində fəaliyyət göstərən x3 əməliyyat şirkətinin saziş ərazisinin neft şlamlı torpaqların təmizlənməsi işi üçün Salyan rayonu ərazisində yerləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan proyekt üzrə işlər başlanmadığından, idxal olunan avadanlıq üzrə hər hansı bir gəlir, dövriyyə əldə edilməmiş və bu məlumat da təqdim edilən bəyannamələ rdə öz əksini tapmışdır. Bu barədə cavabdehə dəftərlərlə məlumat verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, hesablanmış vergi heç bir əsası olmadan hesablandığından iddia təmin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən aparılmış araşdırma zamanı MMC-nin 2013-cü il 7 yanvar tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “çirkli suların yığılması və emalı”ndan ibarət olduğu müəyyən edilmiş və vergi orqanında təsərrüfat subyektinin uçotda olmadığı müəyyən edilmişdir. “2017-ci ilin yanvar-iyun ayları ərzində aparılmış idxal əməliyyatları barədə məlumat”dan göründüyü kimi vergi ödəyicisi tərəfindən qeyd edilən tarix aralığında ümumilikdə 1.388.388,08 ma nat məbləğində idxal əməliyyatları aparılmasına, həmçinin əvvəlki ilin sonuna müəyyən edilən 28.934,78 manat məbləğində mal qalığının olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən qeydiyyata alındığı 2013-cü il 7 yanvar tarixdən bu günə kimi təqdim etdiyi bəyannamələrdə vergiyə cəlb edilməli olan dövriyyəsi və işçi sayı göstərilməmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 2017-ci il 8 avqust tarixli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq aradan qaldırılmadığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 37, 67 və 83-cü maddələrinə əsasən 2017-ci ilin 2-ci rübü üçün 56.667.08 manat əlavə sadələşdirilmiş ver gi məbləği hesablanaraq vergi ödəyicisinə “Vergilərin hesablanması barədə” 2017-ci il 10 avqust tarixli, **********832400 nömrəli Qərar göndərilmişdir. Hesablanmış vergilər vergi orqanında təkrar araşdırılmış və araşdırma zamanı vergi ödəyicisinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin nümayəndəsi Departamentə dəvət edilmiş, müəssisənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi x4 araşdırmada iştirakı təmin edilmiş və onun tərəfindən birgə araşdırmaya izahat təqdim edilmişdir. x4 araşdırmaya təqdim etdiyi izahatında müəssisə tərəfindən 2016-cı il 13 aprel tarixdə müvəqqəti idxal rejimi altında dəyəri 1.387.192.32 manat təşkil edən avadanlığın Azərbaycan Respublikasına idxal olunduğunu, hal-hazırda avadanlığ ın Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blok üzrə çıxış edən əməliyyat şirkətinin saziş ərazisində olduğunu, həmin avadanlıq üzrə MMC tərəfindən əməliyyat şirkətində müvafiq xidmətin göstərilməsi üçün sənədləşmə işlərinin aparıldığını, gələcəkdə avadanlıq üzrə xidmətlərin göstərilməsinə başlanıldığı təqdirdə MMC tərəfindən vergi orqanına müvafiq bəyannamələrin təqdim ediləcəyini bildirmiş, xidmət üzrə müqavilənin hansı şirkətlə bağlanılacağı sualına müqavilənin x3 Əməliyyat Şirkəti ilə bağlanılmasının planlaşdırıldığını cavabını, hazırda avadanlıqlarla hansı işlərin görüldüyü sualına hazırda avadanlıqla hər hansı bir xidmətin görülmədiyi, avadanlığın sazlanması və test sınaqları üzrə işlərin aparıldığı cavabını, hazırda avadanlıqlarla hansı işlərin görüldüyü sualına hazırda avadanlıqla hər hansı bir xidmətin görülmədiyi, avadanlığın sazlanması və test sınaqları üzrə işlərin aparıldığı cavabını, müvəqqəti idxal rejimi 2017-ci il 13 aprel tarixdə bitmişdir, hazırda avadanlığın hansı rejimdə saxlanılması sualına hazırda avadanlıqla bağlı müvəqqəti idxal rejiminin uzadılması üzrə işlərin aparılması cavabı, dövlət gömrük orqanından hazırkı mövcud rejimin məzmunu ilə bağlı hər hansı məlumat təqdim edilə bilərmi sualına dövlət gömrük orqanı tərəfindən avadanlığın müvəqqəti idxal rejimində AA0007527 nömrəli bəyannamə ilə təsdiq olunması cavabını, nəhayət x3Əməliyyat Şirkəti ilə danışıqların aparılması, yaxud xidmətlərin məzmununa dair hər hansı rəsmi məlumat təqdim edə bilərsinizmi sualına isə əldə ediləcək sənədlərin təqdim olunacağı bildirilmişdir. Araşdırmaya təq dim edilən AA0007527 nömrəli yük gömrük bəyannaməsinin surətindən görünür ki, müəssisə tərəfindən 2016-cı il 13 aprel tarixdə Amerika Birləşmiş Ştatlarından tam qiyməti 13.871.92.32 manat təşkil edən avadanlıqlar (suyun süzülməsi və ya təmizlənməsi üçün avadanlıq, sökülmüş vəziyyətdə konteyner: GATU8474279, rezervuarlar və termik qızdırıcı) idxal edilmiş və müvəqqəti idxal rejimi altında yerləşdirilmişdir. Uçot baza məlumatlarına əsasən əldə edilmiş gömrük məlumatlarına görə müəssisə tərəfindən 2016-2017-ci illərdə ümumilikdə 1.417.322,7 manat dəyərində idxal əməliyyatları aparılmış, o cümlədən vergi ödəyicisinin nümayəndəsinin qeyd etdiyi tam qiyməti 1.387.192,32 manat təşkil edən avadanlıqlar 2017-ci il 29 mart tarixdə idxal kimi rəsmiləşdirilmişdir. Vergi ödəyicisinə 2017-ci il 8 sent yabr tarixli **********449500 nömrəli məktub göndərilərək vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (olduğu halda alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat subyektində (obyektində) saxlanılması barədə məlumatları, icarə, alğısatqı müqavilələrini, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, qaimə-fakturaları və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri) 5 gün müddətində Departamentə vergi orqanına təqdim edilməsi bildirilmişdir. Eyni zamanda, araşdırma zamanı vergi ödəyicisinin nümayəndəsinə istinad etdiyi halları təsdiq edən sənədləri (malların saxlanıldığı yer barədə məlumat (icarə müqaviləsi, müvəqqəti saxlama müqaviləsi, yaxud müvəqqət i yerləşdirmə icazəsi) o cümlədən, x3Əməliyyat Şirkəti ilə danışıqların aparılması, yaxud xidmətlərin məzmununa dair hər hansı rəsmi məlumat, avadanlıqların x3Əməliyyat Şirkəti ərazisində olması ilə bağlı təhviltəslim aktları, habelə avadanlıqların müvəqqəti idxal rejimində saxlanılması barədə gömrük orqanından arayış (yaxud yeni bəyannamənin surəti) və bank hesabından çıxarış) təqdim edilməsi xahiş edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən araşdırmaya AA0007527 nömrəli yük gömrük bəyannaməsinin surətindən başqa, malların onun mülkiyyətində olması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Departamentin əməkdaşları tərəfindən vergi ödəyicisinin bildirdiyi halların (avadanlıqların saxlanılması ilə bağlı) Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində yerində araşdırılması zamanı idxal edilmiş mallara uyğun gələn konteynerlərin və su rezervuarlarının, habelə idxal avadanlıqlarının çirkli torpaqlar hövzəsində quraşdırıldığı müəyyən edilmiş, habelə iş prosesinə uyğun çirklənmələrin olması, yəni təmizlənmə üzrə iş fəaliyyətinin icra edildiyi müşahidə edilmişdir. Eyni zamanda, araşdırma zamanı internet resursuna (ssil.az) yerləşdirilmiş şəkillərə əsasən Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində müşahidə edilmiş avadanlıqlarla digər müəssisə olan x5 tərəfindən hazırda işlərin aparıldığı, həmin işlərin görülməsi üçün istifadə edilən avadanlıqların x1 tərəfindən idxal edilmiş avadanlıqlara uyğun gəldiyi, lakin həmin işlərin hazırkı vergi ödəyicisi tərəfindən deyil, x5 tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən idxal edilmiş malların onun m ülkiyyətində olmasını təsdiq edəcək sənəd əldə edilmədiyindən ilkin olaraq hesablanmış vergilərin əsaslı olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq yaranmış zərurətlə əlaqədar Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə quraşdırılmış avadanlıqların hansı müəssisəyə məxsus olduğu, hansı əsasla (müvəqqəti istifadə və ya icarə) Kayman adalarının x6 Azərbaycan Respublikasındaki Filialının Kürsəngi qəsəbəsi ərazisində saxlanıldığı, hansı müəssisə tərəfindən istifadə edildiyi, hansı tarixdən iş icrasına başlanıldığı barədə məlumatların və mövcud müqavilələrin surətinin təqdim edilməsi barədə filiala sorğu göndərilmiş və alınmış cavabda Kayman adalarının x6 Azərbaycan Respublikasındakı Filialı ilə x5 arasında bağ lanılmış 2017-ci il 21 sentyabr tarixli, 2017 SOL/Oily waste clean up nömrəli “Podrat müqaviləsi”nin surəti təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən Salyan rayonu Kürsəngi və Qarabağlı qəsəbəsi ərazisində neftlər çirklənmiş torpaqlarının təmizlənməsi məqsədilə quraşdırılmış avadanlıqların x5-nin mülkiyyətində və ya istifadəsində olmasına dair sənədlərin, avadanlıqlar icarəyə götürüldüyü təqdirdə icarə müqaviləsinin, 2017-ci il 21 sentyabr tarixli Sol/Oily waste clean up nömrəli müqavilənin dəyəri barədə məlumatların, x5-yə məxsus bank hesablarından çıxarışın təqdim edilməsi barədə 2017-ci il 27 oktyabr tarixli, **********329100 nömrəli məktubla x5-yə müraciət edilmiş, müraciətə cavab olaraq təqdim edilmiş məktubda avadanlıqların x1-dən əvəzsiz olaraq istifadəyə qəbul edildiyi v ə “Kayman adalarının x6 Azərbaycan Respublikasındakı Filialı ilə bağlanılmış 2017-ci il 21 sentyabr tarixli 2017 SOL/Oily waste clean up nömrəli müqavilənin dəyərinin yerinə yetirilmiş işin həcminin bir vahidinin qiyməti üzrə ümumi həcm ilə müəyyən ediləcəyi bildirilmişdir. Təqdim edilmiş məlumatların dəqiqləşdirilməsinə zərurət yarandığı üçün, sözügedən avadanlıqların x5-dən əvəzsiz olaraq istifadəyə qəbul edilməsi ilə bağlı razılaşmanın (əvəzsiz istifadə müqaviləsinin) surətinin və 2017-ci il 21 sentyabr tarixli SOL/Oily waste clean up №-li müqavilə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işin həcminin bir vahidinin və ümumi həcminin qiymətlərinin qısa müddət ərzində təqdim edilməsi ilə bağlı Departament tərəfindən 2017-ci il 14 noyabr tarixli, **********438500 nömrəli məktub ilə x5yə müraciət edilmişdir. Müraciətə verilmiş cavabda x5 ilə x1 arasında bağlanılmış 2017-ci il 2 oktyabr tarixli əvəzsiz istifadəyə dair müqaviləsinin surəti araşdırmaya təqdim edilmişdir. Araşdırmaya təqdim edilmiş x5 ilə x1 arasında bağlanmış 2017-ci il 2 oktyabr tarixli əvəzsiz istifadəsinə dair müqavilənin surətinə əsasən x1 tərəfindən Azərbaycan Respublikasına İdxal edilmiş avadanlıqların müqavilənin qüvvədə olduğu bütün müddət ərzində x5-nin istifadəsinə verilməsi razılaşdırılmışdır. Bu müqavilə toplanmış sübutlarla birlikdə araşdırılarkən bir sıra aşağıda qeyd edilən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, gömrük orqanlarından əldə edilmiş (eyni zamanda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş) məlumatlara əsasən tam qiyməti 1.387.192,32 manat təşkil edən avadanlıqların Amerika Bir ləşmiş Ştatlarından AA0007527 nömrəli yük gömrük bəyannaməsi əsasında idxal edilmişdir. Lakin müqavilədə istifadəyə verilən avadanlıqların Amerika Birləşmiş Ştatlarından AA0007537 nömrəli yük gömrük bəyannaməsi ilə idxal edildiyi qeyd edilmişdir. Digər tərəfdən, müqavilə tərəflər arasında 2017-ci il 2 oktyabr tarixdə bağlanmışdır. Buna əsasən avadanlıqlar iddiaçı tərəfindən x5-yə 2017-ci il 2 oktyabr tarixdən sonra göndərilə bilərdi. Lakin həmin avadanlıqların istifadəsi üzrə podrat işlərin görülməsi ilə bağlı x5 ilə “Kayman adalarının x6 Azərbaycan Respublikasındakı Filialı arasında 2017 SOL/Oily waste clean up №-li müqavilə 2017-ci il 21 sentyabr tarixdə bağlanılmışdır. Bu isə onu qeyd etməyə əsas verir ki, istifadəyə qəbul edilməmiş avadanlıqlarla işlərin görülməsi qeyri-mümkündür, əks halda əgər belə bir hal sənədlərə əsasən baş vermişdirsə, o halda iddiaçı ilə x5 qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunmalıdır. Beləliklə, araşdırma zamanı kameral vergi hesablanması zamanı əsas götürülmüş idxal mallarının x1-də olması faktı heç bir halda təsdiq edilməmişdir. Bununla yanaşı, hazırkı vəziyyətdə müəyyən olunur ki, iddiaçı ilə x5 arasındakı münasibətlər qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı münasibətlərə uyğun gəlir. Belə ki, VM-in 18-ci maddəsində qeyd edilən əlamətlərə uyğun olaraq bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir, yaxud şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər. VM-in 18.3-cü maddəsinin tələblərinə əsasən bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırma və ya istiqamətləndirmək imkanına malikdir. Bununla da, idxal edilmiş avadanlıqlarla bağlanılmış müqavilələr (tarixlər) sübut edir ki, hər iki hüququ şəxs bir-birinin fəaliyyətini istiqamətləndirmək imkanına malik olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 aprel tarixli 2-2(81)-194/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin hesablanması barədə” **********832400 nömrəli, 2017-ci il 10 avqust tarixli qərarı və həmin qərar üzrə yaranmış öhdəliklər ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, idxal edilmiş avadanlıqlar hər hansı bir şəxsə satılmamış, yalnız üçüncü şəxslərin əvəzsiz istifadəsinə verilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(103)-1218/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 1 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 11 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şik ayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə müəssisə tərəfindən idxal olunmuş avandanlıqların hansı vergi ödəyicisinin balansında olduğunu, yaxud olmalı olduğunu araşdırmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, avandanlıqlar iddiaçı tərəfindən müvəqqəti idxal rejimi altında iddiaçı tərəfindən idxal edilmişdir. Lakin müəyyən edilməmişdir ki, idxal edilmiş avadanlıqlarla bağlı nəyə görə iddiaçıda hər hansı bir mülkiyyət sənədi mövcud deyil, başqa sözlə avandanlıqlar müəssisə adına idxal edilmişdirsə o zaman həmin avandanlıqlar iddiaçının mülkiyyətində olmalı idi. Belə olan halda, həmin avadanlıqlar üzrə iddiaçı tərəfindən əmlak vergisi bəyannaməsi təqdim edilməli və bu avandan lıqların siyahısı əmlak vergisi bəyannamələrində öz əksini tapmalı idi. Lakin vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən vergi orqanına hər hansı bir əmlak vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunan bəyannaməni təqdim etməmiş iddiaçı dolayısı ilə təsdiq etmişdir ki, adına idxal edilmiş avandanlıqlar onun mülkiyyətində deyil. Bu hal isə onu deməyə əsas verir ki, idxal edilmiş avandanlıqlar başqa bir şəxsə təqdim edilmiş, vergidən yayınma məqsədi güdmüş iddiaçı isə bu gəlirlərini bəyan etməmişdir. Məhkəmə qərarında müəssisə tərəfindən “Malların müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilməsi Qaydaları”nın tələblərinin pozulmaması, həmin Qaydalara uyğun olaraq vergidən azad əmlakın vergi bəyannaməsində göstərilməməsi əsası ilə vergi borcunun hesablanmasının əsaslı olmaması qeyd edilmişdir. Həmin Qaydaların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən hazırlandığını nəzərə alaraq məhkəmənin bu mövqeyi ilə bağlı cavabdeh bildirir ki, həmin Məcəllənin 1.0.20-ci maddəsinə əsasən, gömrük rüsumları dedikdə, malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü, 1.0.56-cı maddəsinə əsasən, vergilər dedikdə isə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər nəzərdə tutulur. VM-in 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218. 4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcminin sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təşkil edir. Beləliklə, hazırda mübahisələndirilən qərarla vergi ödəyicisinə 2017-ci ilin İİ rübü üzrə sadələşdirilmiş vergi hesablandığı, həmin verginin iqtisadi mahiyyəti və yuxarıda göstərilən müddəaların tələbləri nəzərə alınsa, məhkəmənin qeyd edilən mövqeyi ümumiyyətlə anlaşılan olmamışdır. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Şəxslər müvafiq icazə aldıqdan sonra mallardan yalnız həmin icazədə göstərilmiş müvəqqəti idxal prosedurunun məqsədləri üçün istifadə edə bilərlər. Həmin Qaydaların 5-ci hissəsinə əsasən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilə bilər (5.1). Hüquq və öhdəliklərin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir (5.2). Hüquq və öhdəlikləri qəbul edən şəxsin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq icazə verilir (5.3.). Laki n qərar qəbul edilərkən məhkəmə tərəfindən müvəqqəti idxal prosedurunun məqsədləri; - hüquq və öhdəliklərin digər şəxsə ötürülməsi məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciətin olması; - gömrük orqanı tərəfindən digər şəxsə icazənin verilməsi və digər məsələlər müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə qərarında iddiaçının nümayəndəsinin şifahi izahatına əsasən müvəqqəti idxal rejiminin 2018-ci il 13 aprel tarixdən 1 (bir) il müddətinə uzadıldığına istinad edilsə də, həmin halların mövcudluğu araşdırılmamış və qeyrimüəyyən qərar qəbul edilmişdir. Beləliklə, məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, iş üzrə faktiki halları hərtərəfli araşdırmamış və bu hal işi n nəticəsinə bilavasitə təsir göstərmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili 2019-cu il 2 oktyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının adına 2016-cı il 13 aprel tarixində müvəqqəti idxal rejimində avadanlıq idxal olunmuş, həmin avadanlıq da bu günə kimi Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blok üzrə Hasilatın Pay Bölgüsü sazişində əməliyyat şirkəti qismində fəaliyyət göstərən x3Əməliyyat Şirkətinin saziş ərazisinin neft şlamlı torpaqların təmizlənməsi işi üçün Salyan rayonu ərazisində yerləşdirilmişdir. İddiaçı qeyd edilən avadanlığın mülk iyyətçisi deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cu il 2 sentyabr tarixli, №245 Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilməsi” Qaydalarına uyğun olaraq təkrar ixrac üçün nəzərdə tutulmuş həmin avadanlığın idxal prosedurunun sahibidir. Cavabdeh avadanlığın satışını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.Əksi olduğu təqdirdə cavabdeh tərəfindən ehtimal edilən alıcının iddiaçıya ödənişini təsdiq edən sənəd təqdim edilməli idi, lakin bu cür sənəd də iş materialları arasında mövcud deyildir. Bu cür faktın mövcud olması bir daha onu deməyə əsas verir ki, avadanlıq iddiaçı tərəfindən satılmamış və cavabdehin qəbul etdiyi qərar tam qanunsuzdur. Avadanlığın müvəqqəti rejim altında olması faktı gömrük orqanının baza məlu matlarında mövcuddur. Avadanlığın müvəqqəti idxal edilməsi zamanı planlaşdırılan işlərdə bəzi cüzi dəyişiklik baş vermişdir və həmin avadanlıqla işlərin görülməsi partnyor şirkətləri olan x5 tərəfindən aparılması qərarlaşdırılır. Belə ki, bu cür dəyişikliyin aparılmasına səbəb yerinə yetirilən işlərin xüsusi razılıq tələb edən fəaliyyət növlərinə aid edildiyindən, lisenziya alınması zərurətinin olması, bu cür lisenziyanın iddiaçının ala bilmədiyi və x5-nin alması səbəbindən avadanlıqla işlərin aparılmasına dair podrat müqaviləsi x3Əməliyyat Şirkəti ilə x5 arasında imzalanmışdır. Qeyd olunan müqavilənin imzalanmasından sonra iddiaçı, istifadəsində olan avadanlığı x5-nin əvəzsiz istifadəsinə təqdim etmiş və bu barədə müvafiq müqavilə imzalanmışdır. Bu cür müqavilənin imzalanmasında hər hansı bir qanun pozuntusu mövcud olmadığından, iddiaçı hesab edir ki, bu hal vergidən yayınma kimi qiymətləndirilə bilməz. İddiaçı 2017-ci il 1 yanvar tarixdən 2020-ci il 1 yanvar tarixədək öz fəaliyyətini dayandırmışdır. İddiaçının qeyd olunan vaxt üçün fəaliyyətinin dayandırılması səbəbindən hər hansı bir bəyannamənin təqdim edilməsi zərurəti mövcud olmamışdır. Vergi ödəyicisinin fəaliyyəti 2017-ci il 1 yanvar tarixindən dayandırılmışdır, lakin buna baxmayaraq və heç bir məntiqə uyğun olmadan, vergi orqanı 2017-ci il 8 sentyabr tarixində dövriyyə ilə bağlı sənədlərin təqdim edilməsini tələb etmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2017-ci il 11 avqust tarixli məktubun surətindən görünür ki, cavabdehə bildirilmişdir ki, 2016-cı il dövründə MMC tərəfindən idxal əməliyyatı avadanlıq qismində rəsmiləşdirilmişdir. Avadanlıq Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarında işlərin yerinə yetirilməsi üçün müvəqqəti idxal rejimində qeydiyyata alınmışdır. Hal-hazırda avadanlıq həmin ərazidə yerləşdirilmişdir və heç bir fəaliyyət göstərmir. Qeyd olunan avadanlıq üzrə hər hansı bir işin görülməsi iddiaçı tərəfindən aparılmadığından məktubda qeyd olunan müddət üzrə dövriyyə bütün hesabatlarda 0 olaraq göstərilmişdir. Məktubun 24.061.56 manat məbləğində elektron vergi hesab fakturasının əldə edilməsi ilə bağlı olan hissəsinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məbləğ avadanlığın montaj olunması zamanı zəruri olan malların alınmasına Şirkətin təsisçisi tərəfindən öz vəsaiti hesabına xərclənmişdir. İddiaçının və x5-nin təsis sənədlərindən də ay dın olur ki, onlar arasında qarşılıqlı asılılıq heç bir sənədlə sübuta yetirilmir, hər iki şirkətin istər təsisçiləri, istər hüquqi ünvanları, istərsə də rəhbərləri fərqlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanlanmış 141-14/03-22/001920 nömrəli rəsmi məktubun surətindən görünür ki, iddiaçı 2016-2017-ci illər ərzində **********2007, **********4812, **********0413 saylı Gömrük Bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru ilə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 24/24006863 daxil nömrəli 2017-ci il 18 mart tarixli müraciət məktubu əsasında müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş avadanlığın müvəqqəti idxal müddəti 2017-ci il 13 aprel tarixdən 2018-ci il 13 aprel tarixəd ək uzadılmışdır. İddiaçının nümayəndəsi x4 və vəkili 2019-cu il 2 oktyabr tarixli məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının mübahisələndirdiyi Qərardan göründüyü kimi, iddiaçıya vergi hesablanmasının əsası kimi sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi səbəbi ilə əlaqəli məlu matlara istinad edildiyi qeyd edilmişdir. Qərarda məhz hansı əlaqəli məlumatlardan istifadə edildiyi göstərilmir. Digər tərəfdən, cavabdeh idxal olunmuş avadanlığın satışını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdehin etirazının və şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının adına 2016-cı il 13 aprel tarixində müvəqqəti idxal rejimində avadanlıq idxal olunmuş, həmin avadanlıq da bu günə kimi Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blok üzrə Hasilatın Pay Bölgüsü sazişində əməliyyat şirkəti qismində fəaliyyət göstərən x3Əməliyyat Şirkətinin saziş ərazisinin neft şlamlı torpaqların təmizlənməsi işi üçün Salyan rayonu ərazisində yerləşdirilmişdir. İddiaçı haqlı olaraq qeyd edir ki, o, həmin avadanlığın mülkiyyətçisi deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cu il 2 sentyabr tarixli, №245 Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına uyğun olaraq təkrar ixrac üçün nəzərdə tutulmuş avadanlığın idxal prosedurunun sahibidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, № 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 192.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Müvəqqəti idxal proseduru altında təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar yerləşdirilir. 1.2-ci bən dinə əsasən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. 1.3-ci bəndinə əsasən, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir. Şəxslər müvafiq icazə aldıqdan sonra mallardan yalnız həmin icazədə göstərilmiş müvəqqəti idxal prosedurunun məqsədləri üçün istifadə edə bilərlər. 1.4-cü bəndinə əsasən, gömrük ərazisinə müvəqqəti idxal edilmiş mallardan təyinatı üzrə istifadəyə nəzarət həmin malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinə müvafiq qaydada həyata keçirilir. 1.5-ci bəndinə əsas ən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərkən, müvafiq prosedur sahibi həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarının və vergilərin tam ödənilməsini təmin etməlidir. 1.6-cı bəndinə əsasən, bu Qaydaların müddəaları fiziki şəxslər tərəfindən güzəştli və sadələşdirilmiş qaydada ölkə ərazisinə gətirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil edilmir. Həmin Qaydaların 3.1.-ci bəndinə əsasən, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanına kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində qeyd edilən məlumatlarla yanaşı, malların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, həmin nomenklaturada göstərilən ölçü vahidində miqdarı, habelə dəyəri, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinin məqsədi və malların təkrar ixrac edilməsi müddəti göstərilir. Ərizə ilə birlikdə fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti, ərizəçi kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN, gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət, gömrük borcunun ya randığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat da təqdim edilir. Qaydaların 3.4-cü bəndində göstərilən hallar mövcud olmadıqda, malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, 1 (bir) il müddətində təkrar ixrac olunması şərtilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallardan gömrük rüsumlarından və vergi lərdən tamamilə azad olunmaqla istifadə olunur. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən, müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən qismən azad edilməsi müvafiq olaraq birinci ilin bitdiyi tarixdən və ya müvəqqəti idxal müddətinin uzadıldığı tarixdən həyata keçirilir. İşdən göründüyü kimi ümumi gömrük dəyəri 1.387.192,32 ABŞ dolları olan avadanlıq 2016-cı il 13 aprel tarixdə Azərbaycan Respublikasının gömrük sərhədinə daxil olmuş, avadanlığı idxalçı x1 qəbul etmişdir. Gömrük bəyannaməsində avadanlığın geri qaytarılmasına zəmanət verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 141-14/03-22/001920 nömrəl i məktub ünvanlanmış və həmin məktubda qeyd edilmişdir ki, x1 2016-2017-ci illər ərzində **********2007;**********4812; **********0413 saylı Gömrük Bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və **********8244 saylı Gömrük Bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru ilə gömrük rəsmiləşdirilməsi həyata keçirmişdir. MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 24/24/006863 daxil nömrəli, 2017-ci il 18 mart tarixli müraciət məktubu əsasında müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş avadanlığın müvəqqəti idxal müddəti 2017-ci il 13 aprel tarixdən 2018-ci il 13 aprel tarixədək uzadılmışdır. Göründüyü kimi, iddiaçının ölkəyə idxal etdiyi avadanlıq mübahisələndirilən qərarın qəbul edildiyi tarixə müvəqqəti idxal rejimində olmaqla, iddiaçı tərə findən satılmamış, icarəyə verilməmiş, üçüncü şəxslərin əvəzsiz istifadəsinə verilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş müqavilələrin surətləri ilə təsdiq olunur. Cavabdeh inzibati orqan həmin avadanlığın üçüncü şəxslərə satıldığını və yaxud da əvəzli istifadəsinə verildiyini qeyd etsə də, həmin dəlilini sübuta yetirə bilməmişdir. Şikayətin əsas dəlillərindən diri ondan ibarətdir ki, “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən hazırlandığını nəzərə alınmaqla, həmin Məcəllənin 1.0.20-ci maddəsinə əsasən, gömrük rüsumları dedikdə, malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bi r növü, 1.0.56-cı maddəsinə əsasən, vergilər dedikdə isə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər nəzərdə tutulur. VM-in 219.1-ci maddəsinə əsasən, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcminin sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təşkil edir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. VM-in 25-ci maddəsinə əsasən, dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirirlər. Normanın məzmunundan göründüyü kimi bu Məcəllə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri həyata keçirilməsi dövlət gömrük orqanlarına həvalə edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” nın 7.2-ci bəndinin tələblərinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməsi özündə qanunla məhz gömrük orqanlarının hüquq və vəzifələrinə aid edilmiş rüsumları və vergiləri ehtiva edir. Eyni ilə, vergi o rqanı iddiaçıya mübahisələndirilən vergini gömrük qaydalarının pozulmasına görə deyil, vergi qanunvericiliyinin pozulmasına istinadla hesablamışdır. Lakin cavabdeh, yuxarıda qeyd olunduğu kimi, həmin vergi öhdəliyinin yaranmasının əsasını sübut edə, bunu qərarında əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(103)-1218/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar