Məhkəmə qərarları › İş №2-1(102)-2673/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2673/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2673/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrası, inzibati orqanın üzərinə qoyulmuş öhdəliklərin icra olunmamasına görə cərimə tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliyi icra etmədiyi üçün cavabdehin cərimə edilməsi barədə” tələbkar İddiaçı2 ərizəsinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 21(107)-422/2023 nömrəli qərardadından tələbkar İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02. 2022-ci il tarixli, 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

2. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Şəki İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli məktub la Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarından çıxarışı icra edilməsi üçün borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmiş, qərarın icra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay müddət müəyyən etmiş, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etmişdir.

3. İşdəki poçt xəbərnaməsindən görünür ki, sözügedən məktub xx.xx.2022-ci il tarixdə borclu inzibati orqan tərəfindən qəbul edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş bir aylıq müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrasını təsdiq edən sənədlər Şəki İnzibati Məhkəməsinə təqdim olunmamışdır.

4. Tələbkar İddiaçı2 xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarının icra edilmədiyini bildirmiş və qərarı icra etməyən vəzifəli şəxsin cərimə olunmasını xahiş etmişdir.

5. İcraya nəzarət edən məhkəmə borclu inzibati orqan barəsində cərimənin tətbiqi məsələsinə baxılması üçün xx.xx.2022-ci il tarixə məhkəmə iclası təyin etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bu barədə məlumat verilmişdir.

6. Bundan sonra borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmə qərarının icrası məsələsinə dair xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə məhk əməyə daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli çağırışla Ramazanzadə Elvin Sabir oğlu əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün tibbi sənədlərlə birgə əyani müayinə olunmaq üçün Agentliyə dəvət olunsa da, vətəndaş əyani müayinə üçün Agentliyə müraciət etməmişdir.

7. Borclu tərəfindən göndərilən və məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş elektron məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının icrası ilə bağlı Ramazanzadə Elvin Sabir oğluna aid sonuncu Forma 88 yenidən qiymətləndirilmiş və məhkəmə qərarı icra olunmuşdur.

8. Borclunun göstərilən məktubuna xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qərarının surəti əlavə edilmişdir. Həmin qərardan görünür ki, Ramazanzadə Elvin Sabir oğlunun dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, göndəriş əsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün olmadığı və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların tezliyinin və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin aparılması üçün əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməs ində icraat

9. Tələbkar məhkəməyə müraciət edərək bildirmişdir ki, borclu müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını icra etməkdən qəsdən boyun qaçırır. Belə ki, borclunun hazırkı mübahisə ilə bağlı əvvəllər verdiyi imtina qərarı məhkəmə tərəfindən ləğv olunduğuna görə borclu xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi. Qeyd edilənlər nəzərə alınmaqla borclunun və onun məhkəmə qərarını icra etməli olan vəzifəli şəxsinin cərimə olunması barədə qərar verərək, Ali Məhkəmənin qərarının icra edilməsinin təmin olunması xahiş edilmişdir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 noyabr 2022-ci il tarixli, 2-1(116)-75/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimənin tətbiq edilməsindən imtina olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən cavabdehin üzərinə qoyulmuş Ramazanzadə Elvin Sabir oğluna aid olan göndər işə yenidən baxmaq öhdəliyi borclu tərəfindən icra edilmiş, bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.

12. Tələbkar İddiaçı2 apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və borcluya Ali Məhkəmənin qərarını icra etməməyə görə cərimə tətbiq olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Günay Cavadova və Rövşən Rəfiyev) 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-452/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin h üquqi mövqeyi ilə razılaşmışdır.

15. Tələbkar İddiaçı2 kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəqani Məmmədov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 11 may 2023-cü il tarixli, 2-1(102)-623/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkməsi qeyd etmişdir ki, borclunun xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, orada yalnız iki halda məhkəmə aktına əhəmiyyətsiz istinad var. Borclu həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının icrası qaydasında qəbul etsə də (hətta məhkəmə aktının formasına da yanlış istinad edib qərar əvəzinə qərardad, qərarın zəruri rekvizitləri ümumiyyətlə göstərilməyib), Ali Məhkəmənin həmin qərarındakı hüquqi mövqelərindən irəli gələn qaydada araşdırma və qiymətləndirmə nəinki aparılmayıb, ümumiyyətlə, belə mövqelərin mövcudluğu belə xatırlanmayıb. Digər tərəfdən isə, borclunun əvvəlki xx.xx.2020-ci il tarixli qərarındakı əsaslandırma ilə məhkəmə qərarından sonra çıxarılmış xx.xx.2022-ci il tarixli qərarındakı əsaslandırma da demək olar ki, eynilik təşkil etmişdir (bax – i.v. 42-44 və 235 -236-cı səhifələr). Halbuki sonrakı qərar məhkəmə qərarının icrası qaydasında qəbul edildiyi üçün mütləq məhkəmənin hüquqi mövqelərinə münasibət əks olunmalı, onlardan irəli gələn araşdırma və qiymətləndirmə aparılmalı idi.

18. Apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə borclu inzibati orqan tərəfindən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş xx.xx.2022ci il tarixli qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonr a icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Akif Eyvazov /sədrlik edən və məruzəçi/, İmanverdi Şükürov və Xəqani Səmədov) 16 avqust 2023-cü il tarixli, 2-1(107)-422/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. Kassasiya instansiyası məhkəməsinin bu mövqeyi belə əsaslandırılmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyy ətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

21. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Zaqatala rayon sakini xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğlunun (FİN: 7WZHK74) əlillik vəziyyəti Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişdə xəstənin vəziyyəti, aparılan müalicələr və ekspertiza üçün əhəmiyyətli olan müayinə n əticələri ətraflı qeyd edilmədiyindən əlilliyin təyin edilməsi mümkün olmamış və xəstənin vəziyyətinin stasionar şəraitdə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə düzgün qərar verilmişdir. Məhkəmənin qərarı əsasında aparılan araşdırma zamanı müəyyən olundu ki, Ramazanzadə Elvin Sabir oğlu tibbi-sosial ekspert komissiyasında ilkin olaraq xx.xx.2012ci il tarixində müayinə edilmiş və “Perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə, psixi inkişaf geriliyi” diaqnozu əsasında həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə (sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar) müva fiq olaraq iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini barədə qərar verilmişdir. xx.xx.2014cü il tarixində təkrar müayinə zamanı həmin qərar yenidən iki il müddətinə qüvvədə saxlanılmış, xx.xx.2016-cı il tarixində Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3-cü bəndinə uyğun olaraq şəxsin sağlamlıq imkanları məhdudluğunun müddəti onun iştirakı olmadan Əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada üç il müddətinə - xx.xx.2019-cu il tarixə kimi uzadılmışdır. Sağlamlıq imkanları məhdudluğunun müddəti başa çatdıqdan sonra Elvin Ramazanzadənin sağlamlıq imkanları məhdudluğu həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvfiq olaraq səhiyyə müəssisəsinin xx.xx.2020-ci il tarixli, 0256003AAJ7T nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 2012 və 2014-cü illərdə şəxsə sağlamlıq imkanları məhdudluğu, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə (sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar) müvafiq olaraq təyin edilmişdir. Qeyd edilən meyarların 2.1-ci bəndi sinir sisteminin xəstəlikləri və ruhi pozulmal ara görə iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verirdi. Həmin vaxt şəxsdə olan “Perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə, psixi inkişaf geriliyi” diaqnozu bu bəndə müvafiq sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrası məqsədilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T nömrəli göndərişi əsasında E.Ramazanzadənin əlillik (sağlamlıq imkanları məhdudluğu) vəziyyətinin yenidən qiymətləndirilməsi şəxsin iştirakı olmadan aparıldı. 0256003AAJ7T nömrəli göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hiperte nziya, qıcolma tutmaları (ayda 9-12 dəfə)” xəstəliyi, ağırlaşma kimi isə “Miopiya, İnkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməyib, bu müayinə olmadan epilepsiya diaqnozunun müəyyənləşdirilməsi və müalicə sxeminin təyin edilməsi mümkün deyil. Xəstəliyinə görə stasionar müalicə günləri 0 (sıfır) gün göstərilib ki, bu da qıcolmaların tezliyini və xarakterini müəyyən etməyə imkan vermir. Həmçinin göndərişin “Funksional pozğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində də qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının 35-ci və 37-ci bəndinə münasibətdə qeyd edilmişdir ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “TibbiSosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır.” Lakin aparılan araşdırma göstərdi ki, 0256003AAJ7T nömrəli göndərişdə Əsasnamənin 4.2-ci bəndinə müvafiq olaraq şəxsin səhh ətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməmişdir. Belə ki, göndərişdə qeyd edilən “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozunu təsdiq edən EEQ (elektroensefaloqrama) müayinəsinin nəticəsi, “Ensefalopatiya serebral hipertenziya” diaqnozunu təsdiq edən baş beynin MRT və ya KT (maqnit-rezonans tomoqrafiya və ya kompüter tomoqrafiyası) müayinələrinin nəticələri qeyd edilməyib. “Funksional pozğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində xəstənin “depokin” və “karbmazepin” preparatlarını qəbul etdiyi göstərilsə də, həmin preparatların qanda miqdarını göstə rən laborator müayinə nəticəsi qeyd edilməyib. Mütəxəssis rəyi kimi yalnız nevropatoloqun rəyi yerində diaqnoz təkrar qeyd edilib, göndərişin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti:” bölməsi isə ümumiyyətlə doldurulmayıb, xəstənin vəziyyəti haqqında göndərişdə heç bir məlumat qeyd edilməyib. Ağırlaşma olaraq “Miopiya” diaqnozu qeyd edilsə də oftolmoloqun rəyi qeyd edilməyib, göndərişin “Funksional pozğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində ümumi olaraq “xəstənin görməsində güclü zəifləmə müşahidə olunur.” qeyd edilsə də ekspertiza üçün əhəmiyyətli olan görmə itiliyi qeyd edilməyib. Belə ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlam lıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.8-ci bəndinə müvafiq olaraq “hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması” hallarında iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini nəzərdə tutulur. Aparılmış müalicə tədbirləri haqda göndərişdə ətraflı məlumat qeyd edilməyib, xəstəliyin başladığı 2008-ci ildən göndərişin rəsmiləşdirildiyi vaxta kimi stasionar müalicə günlərinin sayı 0 (sıfır) qeyd edilib, göndərişin “Funksional pozğunluğu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində xəstənin “depokin” və “karbmazepin” preparatlarını qəbul etdiyi göstərilsə də, dərmanalrın dozası və qəbul sxemi, elə cə də dərman qəbulu fonunda qıcolmaların xarakteri və tezliyində hər hansı dəyişikliyin olubolmaması, yəni müalicənin səmərəliliyi barədə məlumat qeyd edilməyib. Eləcə də, xəstəliyin klinik proqnozu haqda məlumat qeyd edilməyib, xəstənin həyat fəaliyyətinin hansı kriteriyalarının məhdudlaşması və ya itirilməsi əsaslandırılmayıb.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının 38-ci bəndinə münasibətdə qeyd edilmişdir ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə müvafiq olaraq “Göndərişdə şəxsin fərdi i dentifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, göndəriş rəsmiləşdirilərkən qanunvericiliyin qeyd edilən tələbləri tam şəkildə icra olunmayıb, xəstənin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu göndərişdə qeyd edilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tar ixli, 2-1(102)-1058/2022 nömrəli qərarının 39-cu bəndinə münasibətdə qeyd edilmişdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T nömrəli göndərişini Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “TibbiSosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinə müvafiq olaraq natamam doldurulma səbəbindən geri qaytarılması düzgün olmazdı. Əsasnamənin 4.22-ci bəndinə görə “Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Gündəlik təcrübədə göndərişdə hər hansı müayinə nəticələri ilə diaqnoz arasında və ya müxtəlif müayinə nəticələri arasında uyğunsuzluq olduğu halda, bu uyğunsuzluqların dəqiqləşdirilməsi və aradan qaldırılması üçün göndər iş müvafiq iradlar qeyd edilməklə tibb müəssisəsinə geri qaytarılır. E.Ramazanzadəyə aid 0256003AAJ7T nömrəli göndərişdə isə təsdiqedici müayinələr, həkim mütəxəssislərin rəyi, xəstənin obyektiv vəziyyəti haqqında məlumatlar ümumiyyətlə qeyd edilməyib. Xəstəyə müəyyən edilmiş “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya, qıcolma tutmaları (ayda 9-12 dəfə)” diaqnoz yalnız EEQ müayinəsi əsasında müəyyən edilə bilər. Belə ki, şəxsdə hər hansı qıcolma tutmalarının olması epilepsiya diaqnozunun müəyyən olunmasına əsas verə bilməz. Qıcolmalar funksional, isterik, febril və epileptik mənşəli ola bilər. Qıcolmanın epileptik mənşəli olmasını, əgər epileptik mənşəlidirsə, hansı forma epilepsiya olmasını (generalizə olunmuş, fokal və ya absans formalı) yalnız EEQ müayinəsi ilə dəqiqləşdirmək və diaqnozu müəyyən etmək olar. Qıcolmaların tezliyi (həftəlik və ya aylıq sayı) isə xəstənin subyektiv şikayətləri əsasında deyil, yalnız stasionar müalicə dövründə tibbi personalın aktlaşdırması ilə əsaslandırılmaqla müəyyən edilir. Tibb müəssisəsinin göndərişində nə EEQ müayinəsinin nəticəsi qeyd edilib, nə də qıcolma tezliyini müəyyən edəcək stasionar müalicə haqda məlumat var. EEQ müayinəsi beyində olan impulsları qeydə alır, impulsların və elektrodalğaların xarakterindən asılı olaraq beyində gedən neyrofizioloji proseslər haqqında mülahizə yürüdülür, tam ətraflı və dəqiq EEQ müayinəsinin aparılması üçün bu aparatlar xüsusi şərait yaradılmış otaqlarda (səs və işıq izolyasiyası olan otaqlarda) quraşdırılır. Buna görə də xəstənin stasion ar şəraitdə ətraflı müayinə və müalicə olunması və diaqnozun və ağırlaşmaların müəyyən olunması üçün düzgün olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 0256003AAJ7T nömrəli göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.5-ci bəndinə görə “epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar” olduğu halda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar əsasında xəstədə Əsasnamənin göstərilən bəndin ə müvafiq halların olmasını müəyyən etmək mümkün olmur. Eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.1-ci bəndinə görə “gündə 2-3 yüngül tutma, yaxud 2 ayda 1 dəfə ağır tutmalarla təzahür edən, həyat fəaliyyətinin əsas sferalarında adaptasiyanı pozmayan və şəxsiyyət dəyişmələri olmayan, yüngül dərəcəli psixopatoloji simptomatika” olduğu hallarda orqanizmin funksiyalarının 40% pozulmasının təyini nəzərədə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar şəxsdə hazırda qüvvədə olan meyarlara müvafiq halın olmasını əsaslandırmır.

25. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin bu qərarın 18-ci bəndində əks olunan göstərişlərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli telefonoqramlardan görünür ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının icrası barədə əyani müayinə baxışının aparılması üçün xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğluna (iddiaçıların nümayəndəsi və vəkili Vəkil) məlumat verilməsinə baxmayaraq şəxsin iştirakı təmin edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının 41-ci və 43-cü bəndində göstərilən qa ydaya riayət etmək üçün, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması) əlavə sübutların toplanması məqsədilə E.Ramazanzadə tibbi sənədlərlə birlikdə əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlməkdən imtina etmişdir. Buna görə də, inzibati icraatın ətraflı aparılması üçün yaşayış yeri üzrə xidmət göstərən 16 saylı TSEK-in ekspert həkimləri şəxsi yaşadığı ünvanda müayinə etdilər. Ətraflı müayinənin aparılması üçün ekspertlərə heç bir tibbi sənəd və müayinə nəticələri təqdim edilmədi. Tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozun spesifik xüsusiyyəti ondadır ki, qıcolma tutmalarından kənar vaxtda xəstədə praktik olaraq bu xəstəliyə aid heç bir simptom və əlamət müşahidə olunmur. Ona görə də tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozu təsdiq etmək üçün EEQ müayinə nəticələri, qıcolmaların xarakteri və tezliyini əsaslandıran stasionar müalicə haqqında epikriz və ya qıcolmanın olması barədə tibb müəssisəsi tərəfindən tərtib edilmiş akt mütləq şəkildə vacibdir. Xəstə ətraflı müayinə üçün dəfələrlə Agentliyə dəvət edilsə də, müayinədən imtina etmişdir. Xəstənin evdə müayinəsi zamanı da qeyd edilən sənədlər olmadığından yalnız anamnestik məlumatlar və vizual obyektiv müayinə nəticələri əldə edildi. Xəstə əsas şikayəti kimi epilepsiya xəstəliyindən əziyyət çəkdiyini qeyd edir, lakin qıcolmaların xarakteri və tezliyi (həftəlik və ya aylıq sayı) barədə məlumat verə bilmir, içdiyi dərmanların adını bilmir. Anası son illə r tutmaların azaldığını bildirir, lakin hansı müalicələrin aparıldığı haqqında ətraflı məlumat vermir. Obyektiv müayinə zamanı xəstədə patoloji simptom və əlamətlər aşkar edilmədi. Beləliklə də anamnestik məlumatlar da diaqnozu əsaslandırmır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-623/2023 nömrəli qərarının 34-cü, 36-cı və 37-ci bəndləri nəzərə alınmaqla qeyd edilmişdir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilmədiyindən, diaqnoz və ağırlaşmalar müayinələrlə təsdiqlənmədiyindən 0256003AAJ7T nömrəli göndərişin əsasında sağlamlıq i mkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün deyil, belə ki, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaları həm köməkçi diaqnostik müayinələrlə, həm də həkim mütəxəssislərin obyektiv müayinələri ilə təsdiqlənmədiyindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar verilir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarının icrasından yayınmamış, bu səbəbdən onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə edilməsi barədə tələbkar İddiaçı2 şikayəti əsas sızdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.

28. Kassasiya instansiyası məhkəməsinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı hər iki tərəfin davranışlarına işin halları və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmunu nəzərə alınmaqla qiymət verilməsi barədə göstərişinə münasibətdə apellyasiya instansiyası məhkəməsi E.Ramazanzadənin tibbi sənədlərlə birlikdə dəfələrlə əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlməkdən imtina etməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)1058/2022 nömrəli qərarının icrasını həyata keçirtmək üçün E.Ramazanzadənin yaşayış yeri üzrə xidmət göstərən 16 saylı TSEK-in ekspert həkimlərinin həmin ş əxsi yaşadığı ünvanda müayinə etmələrini nəzərə almış və cavabdehin məhkəmə qərarını icra etməmək niyyətinin olmadığı qənaətinə gəlmişdir.

29. Tələbkar İddiaçı2 kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. Tələbkar İddiaçı2 kassasiya şikayətində qeyd edilmişdir ki, Ali Məhkəmənin göstərişlərinə əsasən borclu göndərişə yenidən baxmalı və göndərişdə göstərilən göstəricilərə əsasən qiymətləndirmə aparmalı idi. Lakin borclu apellyasiya məhkəməsinin tapşırığına əsasən göndərişə deyil, uşağa baxmaq üçün bir nəfər səlahiyyəti və peşəsi bəlli olmayan şəxsi xəstənin evinə göndərməklə kifayətlənmi şdir. Borclu 2020-ci il tarixli göndərişə 2023-cü ildə xəstəyə vizual baxış keçirməklə onun 3 il bundan əvvəl xəstə olubolmadığını müəyyən etmişdir. Xəstənin xəstəliyinə dair sənədlər məhkəmədə, iş materiallarında olduğundan təqdim edilməmiş, bu barədə gələn şəxsə bildirilmişdir. Borclu qərar qəbul edərkən Ali Məhkəmənin mövqeyini nəzərə almamış, sadəcə göndərişə baxaraq eyni qərarı qəbul etmişdir. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərdiyi dəlilləri araşdırmadan, düzgün hüquqi qiymət vermədən, apellyasiya şikayətinin dəlilləri baxımından qərardadını əsaslandırmadan birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Borclu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, tələbkar İddiaçı2 kassasiya şikayətinin təmin edilməm əsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... Maddə

116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir.... Maddə

120. İnzibat i orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunma dıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 33. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarı “....

25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq et məlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normal arın mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cə rimələrin birlikdə toplam ümumi məbləğinin 50000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirl ərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.

29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandır malıdır.” KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv o lunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

41. Azərbaycan Respublikası Al i Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-1058/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuşdur.

42. Göründüyü kimi, sözügedən qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. Kassasiya instansiyası məhkəməsinin bu mövqeyi belə əsaslandırılmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hə rəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

43. Hazırda tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icra olunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.

44. Bu qərarın 21-26-cı bəndlərində qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində haqlı olaraq hesab etmişdir ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)1058/2022 nömrəli qərarının icrasından yayınmamış, bu səbəbdən onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə ed ilməsi barədə tələbkar İddiaçı2 şikayəti əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.

45. Kassasiya instansiyası məhkəməsinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı hər iki tərəfin davranışlarına işin halları və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmunu nəzərə alınmaqla qiymət verilməsi barədə göstərişinə münasibətdə apellyasiya instansiyası məhkəməsi E.Ramazanzadənin tibbi sənədlərlə birlikdə dəfələrlə əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlməkdən imtina etməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)1058/2022 nömrəli qərarının icrasını həyata keçirtmək üçün E.Ramazanzadənin yaşayış yeri üzrə xidmət göstərən 16 saylı TSEK-in ekspert həkimlərinin həmin şəxsi yaşadığı ünvanda müayinə etmələrini nəzərə almış və düzgün olaraq cavabdehin məhkəmə qərarını icra etməmək niyyətinin olmadığı qənaətinə gəlmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2-1(107)-422/2023 nömrəli qərardadı dəyişdir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar