Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2673/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan̈Respublikası̈adından Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyasının cavabdeḧAzərbaycan̈Respublikasının̈IqtisadiyyaẗNazirliyïyanındäDövlət VergïXidmətïBakı̈şəhərïLokal̈Gəlirlər̈Baş̈Idarəsinə̈qarşı̈iş̈üzrə Q̈Ə̈R̈ÄR̈İ (Açar sözlər: şəxsi hesab vərəqəsi; borcun silinməsi; cinayət işi) Azərbaycan̈Respublikası AlïMəhkəməsinin̈InzibatïKollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “borcun silinməsi və tutulan pul məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN̈HALLARI
1. Ibtidai istintaq orqanı tərəfindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3-cü və 244-1.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, “online” internet üzərindən pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarını təşkil edib keçirməklə, xüsusilə külli miqdar təşkil edən, 3.094.556,05 manat qanunsuz gəlir əldə etməkdə, eləcə də, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.9-cu maddəsinin tələblərini pozaraq, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham olunmuşdur.
2. Digər tərəfdən, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin fiziki şəxs İddiaçı barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qumar oyunlarının təşkili və keçirilməsi üçün yer təşkil olunması və saxlanması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3cü və 244-1.4-cü maddələri ilə başlanmış cinayət işi üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.740.687,78 manat məbləğində sadələşdirilmiş verginin şəxsi hesab vərəqəsinə işlənməsi barədə xidməti məktubu olmuşdur.
3. ##.##.2023-cü il tarixdə həmin xidməti məktub əsasında iddiaçının şəxsi hesab vərəqəsinə 1.740.687,78 manat borc işlənilmiş və bundan irəli gələrək 635.598,32 manat faiz hesablanmışdır.
IŞ̈ÜZRƏ̈QƏBUL̈EDILMIŞ̈MƏHKƏMƏ̈AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin iddiaçıya qaytarılması barədə qərar qəbul olunmasın xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” QSC ilə aralarında bağlanılmış “Ticarət nümayəndəsi (agent)” haqqında müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun topaz fəaliyyətində hesaba qoyulan pullardan 4.000 (dörd min) manat pul vəsaiti vergi borcu olaraq hesabdan silinmişdir. Borc barədə qərar ona təqdim edilməsə də, şəxsi hesaba bildiriş göndərilərək dövlət büdcəsinə ümumilikdə, vergilər üzrə 1.740.640,29 manat, maliyyə sanksyası üzrə 40.00 manat, faizlər üzrə 635.598,33 manat borcunun olması qeyd edilmişdir. Eyni zamanda, Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və Təhqiqat Idarəsində başlanılmış ********* nömrəli cinayət iş üzrə İddiaçı Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3-cü və 244-1.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qarşı ittiham irəli sürülmüşdür. Qeyd edilən cinayət işi üzrə ibtidai istintaq yekunlaşmış və baxılması üçün məhkəməyə göndərilmişdir və *(***)-****/**** saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Istintaq orqanı 1.740.687,78 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəmədiyi üçün cinayət işini məhkəməyə göndərdiyi və sonuncunun bu əməli yekun məhkəmə aktı (ittihamedici hökm və s.) ilə sübuta yetirilmədiyi halda, bu pul vergi borcu kimi hesablanmış və şəxsi hesab vərəqində öz əksini tapmışdır. Nəticədə, qanunsuz və əsassız hesablanmış qeyd edilən külli miqdarda vergi borcu iddiaçının topaz fəliyyətində hesaba qoyulan pullardan silinməkdədir.
6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.
7. Bakı Inzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) e-*-*(***)-****/**** saylı, ## ######## 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının şəxsi hesab vərəqəsindən 1.740.687,78 manat vergi borcunun silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin ona qaytarılması vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində faktiki xarakterli hərəkətlər vasitəsi ilə faktiki olaraq əlavə vergi məbləğləri hesablamışdır. Halbuki, bununla bağlı cavabdeh qanunla müəyyən olunmuş qaydada inzibati icraat aparmalı, icraat nəticəsində inzibati akt qəbul etməli, əlavə vergi məbləğləri müəyyən edən və iddiaçı üçün vergi öhdəliyi yaradan inzibati aktı əsaslandırmalı idi. Baxılan mübahisədə cavabdeh tərəfindən qeyd edilən qaydada inzibati akt qəbul etmədən vergi məbləğinin hesablanması vergi qanunvericiliyinin tələblərinə və “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il ## ###### tarixli, ***VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə ziddir. Iddiaçı barəsində cinayət təqibi üzrə icraatın aparılması və ittiham aktının tərtib edilməsi, vergi öhdəliyi yaradan vergilərin hesablanması və şəxsi hesab vərəqəsinə daxil edilməsi üçün əsas kimi qəbul edilə və bu baxımdan dəyərləndirilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı şəxsi hesab vərəqəsindən silinməsini və tutulmuş pul məbləğinin iddiaçıya qaytarılmasını tələb etdiyi vergi borcu (1.740.687,78 manat ) Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün mülki iddia hissəsinin predmetidir. Həmin hökmlə qeyd edilən 1.740.687,78 manat vergi borcu üzrə iddia baxılmamış saxlanılmışdır. Mülki iddiaçı və zərərçəkmiş şəxs cavabdeh1 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilərək, hökmün mülki iddia hissəsində ləğv edilərək, xüsusilə külli miqdar təşkil edən, 1.740.687,78 manat məbləğində verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən verilmiş apellyasiya şikayəti yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmazsa, yəni hökm hazırkı inzibati mübahisənin predmeti olan 1.740.687,78 manat məbləğində verilmiş mülki iddianın baxılmamış saxlanması hissəsində qüvvədə saxlanılarsa, o zaman cavabdehin nəticəyə uyğun olaraq borcun silinməsini həyata keçirməsi mümkündür.
12. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.
KASSASIYÄŞIKAYƏTININ̈VƏ̈ONÄQARŞÏETIRAZIN̈DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
13. Iddiaçı kassasiya şikayətində işin hallarına, iddia tələbinin dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi hökmün gələcəkdə mülki iddianın baxılmamış saxlanması hissəsində qüvvədə saxlanılacağı halda, cavabdehin borcun silinməsini həyata keçirməsinin mümkünlüyünü ehtimal etmək əsası ilə iddianı mümkün saymamaqla iddiaçının hazırda və gələcəkdə əmlak hüquqlarının qorunmasını mümkünsüz etmiş və vəziyyəti ona münasibətdə kifayət qədər çətinləşdirmişdir. Hazırkı vəziyyətdə cavabdeh orqanın və məhkəmənin qanunsuz qərarları nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti iflic vəziyyətə düşmüşdür.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ̈EDILƏN̈HÜQUQ
15. Azərbaycan̈Respublikasının̈InzibatïProsessual̈Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN̈MÜMKÜNLÜYÜ,̈KASSASIYÄBAXIŞININ̈HƏDLƏRI
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYÄINSTANSIYÄMƏHKƏMƏSININ̈MÖVQEYI
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərardad ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
19. Hazırkı iş üzrə iddiaçının tələbi 1.740.687,78 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi və tutulmuş 4.000 manat pul məbləğinin iddiaçıya qaytarılmasıdır.
20. Işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc şəxsi hesab vərəqəsinə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin fiziki şəxs İddiaçı barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qumar oyunlarının təşkili və keçirilməsi üçün yer təşkil olunması və saxlanması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2-ci, 213.3cü və 244-1.4-cü maddələri ilə başlanmış cinayət işi üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.740.687,78 manat məbləğində sadələşdirilmiş verginin şəxsi hesab vərəqəsinə işlənməsi barədə xidməti məktubu əsasında olmuşdur.
21. Bu qəbildən olan işlərə baxılarkən, yəni inzibati icraatın nəticəsində deyil, yalnız cinayət işi ilə əlaqədar hesablanmış məbləğlərin şəxsi hesab vərəqəsində əks etdirilməsinin qanuniliyi və həmin məbləğlərin silinməsi tələbləri ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən aşağıdakılar nəzərə alınmalıdır.
22. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin pozulması halları müxtəlif icraatlar çərçivəsində qiymətləndirilə bilər.
23. Təcrübə göstərir ki, bəzi hallarda vergi ödəyiciləri barədə inzibati icraat aparılmadan, yalnız bu və digər cinayət əməllərinin təhqiqatı və istintaqı çərçivəsində şəxsin əməlində həm də vergidən yayınma olduğu müəyyən edilir və həmin şəxsə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə ittiham irəli sürülür. Habelə, ittihamın əsasını təşkil edən yayındırılmış məbləğ borc kimi şəxsi hesab vərəqəsində əks etdirilir.
24. Şəxsi hesab vərəqəsinin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il ## ###### tarixli, ***VQ №-li Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərardadının 43 və 44-cü bəndlərində bildirilir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə, vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır... bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmlişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar.
25. Eyni zamanda, Azərbaycan Respublikası Vergilər nazirinin ## ###### 2018-ci il tarixli **************** nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndində qeyd edilmişdir ki, şəxsi hesab vərəqəsi vergilər, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə vergi olmayan digər vəsaitlər (dövlət rüsumu, sığorta haqları və s.) üzrə iki tarix aralığına və yaxud çap olunduğu tarixə büdcə ilə qarşılıqlı hesablaşmaların vəziyyətini əks etdirən vahid vərəqədir. Həmin Qaydaların 4-cü bəndi isə hesablanmış məbləğin şəxsi hesab vərəqəsinə daxil edilməsinin əsaslarını və müddətlərini müəyyən edir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən şəxsi hesab vərəqəsində olan borcun silinməsi ilə bağlı tələblərə baxılarkən, məhkəmələr tərəfindən bir sıra aspektlər nəzərə alınmalıdır. Ilk növbədə, silinməsi tələb olunan borcun şəxsi hesab vərəqəsinə hansı əsasla daxil olması (aparılmış inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati akt, ödəyicinin bəyannaməsi, yaxud qanunla nəzərdə tutulan digər əsaslar, inzibati orqanın hərəkəti (məsələn, dürüstləşmə əməliyyatlarında), məhkəmə qərarı və s.) araşdırılmalı və həmin əsasın qanuniliyinə qiymət verilməlidir (vergi ödəyicisinin ümidsiz borc kimi həmin məbləğin silinməsini tələb etdiyi hallar istisna olmaqla). Daha sonra isə iddiaçının hüquqi marağına uyğun olaraq, düzgün tələblə müraciət edib-etməməsi istiqamətində hüquqi dəyərləndirmə aparılmalıdır. Məsələn, əgər inzibati akt əsasında yaranmış borcun şəxsi hesab vərəqəsindən silinməsi tələb olunursa, bu halda inzibati aktın özü mübahisələndirilməli, yaxud hər hansı hərəkət əsasında borc məbləği şəxsi hesab vərəqəsinə daxil edilibsə, bu halda həmin hərəkətin qanuniliyi qiymətləndirmənin predmetini təşkil etməlidir.
27. Hazırkı halda, nə qədər ki, silinməsi tələb olunan borc şəxsi hesab vərəqəsinə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin xidməti məktubuna əsasən daxil edilmişdir, bu halda həmin daxil edilmənin qanuniliyi qiymətləndirilməlidir (Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın tələblərinə əsasən). Prinsip etibarilə cinayət işi ilə əlaqədar olsa da, iddiaçı hazırda şəxsi hesab vərəqəsində əks olunmuş məbləğin silinməsini həmin məbləğin daxil edilməsi əsasının qanunsuzluğuna istinadən mübahisələndirə bilər və məhkəmə əsasın qanuniliyini qiymətləndirib, əgər cinayət işi ilə əlaqədar daxil edilməni qanuni və əsaslı sayarsa, bu halda iddia mümkün sayılmalı, işə mahiyyəti üzrə baxılıb iddia rədd edilməlidir.
28. Digər tərəfdən isə, yalnız cinayət işi ilə əlaqədar hesablanmış və irəli sürülmüş ittihamın əsasını təşkil edən borc məbləğinin özünün mahiyyət etibarilə qanuniliyinin qiymətləndirilməsinin də inzibati məhkəmə icraatı çərçivəsində mümkünsüz olması nəzərə alınmalıdır. Bundan başqa, cinayət işi ilə əlaqədar şəxsi hesab vərəqəsinə məbləğin daxil edilməsinin qanunvericiliyə uyğun olmaması nəticəsinə gəlinsə belə, başqa sözlə, bu əsasla həmin borc şəxsi hesab vərəqəsindən silinsə belə, bu ittihamın əsasını təşkil edən faktın aradan qaldırılması (yəni, yayındırılmış məbləğin silinməsi) kimi deyil, inzibati orqanın şəxsi hesab vərəqəsindəki texniki hərəkətinin hüquqi qiymətləndirilməsi kimi qəbul edilməli, cinayət işində müəyyən edilmiş borcun qanunsuz olması kimi nəticə hasil etməməli, cinayət işinin aqibətini müəyyən etməməlidir.
29. Eyni zamanda, o da qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının dəlillərindən belə nəticəyə gəlmək olur ki, iddiaçı vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinə daxil edilmiş məbləğin tutulmasına yönəlmiş hərəkətlərin mövcudluğundan narahatdır.
30. Bununla bağlı qeyd edilməlidir ki, yalnız cinayət işi ilə əlaqədar hesablanmış və irəli sürülmüş ittihamın əsasını təşkil edən borc məbləği, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şəxsin təqsiri müəyyən edilmədiyi halda, inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində tutula bilməz. Əgər hazırkı iş üzrə vergi orqanı şəxsi hesab vərəqəsinə daxil edilmiş və hazırkı iddianın, habelə ittihamın predmetini təşkil edən borcun tutulmasına yönəlik hərəkətlər edirsə, bu halda iddiaçı hazırkı vəziyyətdəki kimi şəxsi hesab vərəqəsindən borcun silinməsini deyil, həmin hərəkətlərin qanuniliyi mübahisələndirməlidir,
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən verilmiş apellyasiya şikayəti yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmazsa, yəni hökm hazırkı inzibati mübahisənin predmeti olan 1.740.687,78 manat məbləğində verilmiş mülki iddianın baxılmamış saxlanması hissəsində qüvvədə saxlanılarsa, o zaman cavabdeh orqanın nəticəyə uyğun olaraq borcun silinməsinin həyata keçirməsinin mümkün olduğunu, hazırkı halda isə iddianın mümkünsüz olması nəticəsinə gəlsə də, iddiaçının borcun şəxsi hesab vərəqəsinə işlənməsinin özünün, yəni əsasının qanuniliyini mübahisələndirmək imkanı olmasını nəzərə almamış, eyni zamanda iddiaçının hüquqi marağının borcun tutulmasının qarşısını almağa yönəldildiyi nəzərə alınmaqla ona düzgün hüquqi yardım göstərməmişdir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARÄALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.