Məhkəmə qərarları › İş №2-1(102)-2674/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2674/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2674/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-N(N02)-2674/N9 Bakı şəhəri 20 noyabr 20N9-cu il 20.11.2019 Açar sözlər: müharibə veteranı adının və vəsiqənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2un və vəkili XXXnın iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 30 may 20N9-cu il tarixli, 2-N(N03)-N284/20N9 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 0N fevral N992-ci il tarixli, 07 saylı əmrlə N saylı batalyona qəbul edilmiş və batalyonun tərkibində atıcı vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı cavabdehə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciət etmiş, cavabdeh isə onun 3N avqust N992-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsinə dair məlumatların olmadığını əsas gətirməklə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, qanunvericilik müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdə vətəndaşın hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması barəd ə məlumatların, habelə onların hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərinin və ya arxiv arayışlarının təqdim olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv arayışına əsasən, iddiaçının N saylı hərbi hissədən xaric olunması barədə məlumat aşkar olunmamiş, habelə iddiaçı qanuni əsaslarla ordu sıralarından tərxis olunmasına dair hər-hansı sübut təqdim etməmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 20N9-cu il tarixli, 2-N(8N)544/20N9 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının əvvəlcə 8N0, daha sonra isə 85N saylı batalyonların tərkibində atıcı vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatların da iştirak etməsi iş materiallarında olan arxiv arayışı ilə öz təsdiqini tapmış, arxiv arayışında həmçinin müvafiq əmrlərin arxivdə mövcud olduğu da qeyd edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 20N9-cu il tarixli, 2-N(N03)-N284/20N9 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericilik müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün, hərbi biletinin hərbi xidmət keçməni təsdiq edən hərbi hissələrin niz ami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim olunmasını nəzərdə tutmuş, lakin iddiaçı hərbi biletini və hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmasına dair məlumatları məhkəməyə təqdim edə bilməmiş və bunun səbəblərini izah edə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N, həmin əsasnaməyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 saylı Qərarı ilə edilmiş dəyişikliklə Əsasnamənin birinci hissəsinin, birinci bəndinin səkkizinci yarımbəndi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini qanunvericiliklə istisna edən hallar mövcud olmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N7, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.N, N4.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N6 yanvar 20N8-ci il tarixli 9/2-727 nömrəli arxiv arayışına əsasən, iddiaçı müqavilə şərtlərini qəbul etdiyi üçün N nömrəli hərbi hissə komandirinin 0N fevral N992-ci il tarixli 07 nömrəli əmrilə (əsas paraqraf N, səh.7, sıra 46) batalyona qəbul olunmuşdur. 85N nömrəli hərbi hissə komandirinin N iyun N992-ci il tarixli 38 nömrəli əmrilə (əsas paraqraf-2, səh -N9, sıra 7, soyadı «Mehtiyev» adı «Mehti» yazılmışdır) M.B.Mehtiyev taburun İİ tağımına atıcı vəzifəsinə, N4 iyul N992-ci il tarixli 4N nömrəli əmrilə (əsas paraqraf -3, səh 22, sıra N2İİ tağımına atıcı vəzifəsinə və 3N avqust N992-ci il tarixli 62 nömrəli əmrilə (əsas paraqraf 3, səh 32, sıra 20, soyadı «Mehtiyev» adı «Mehti» yazılmışdır) İİİ bölüyə atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi his sə komandirinin dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissəsinin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında M.B.Mehtiyevin hərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçının müraciətinə cavabdehin N6 oktyabr 20N8-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, iddiaçının “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı təqdim etdiyi sənədlərə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 23 avqust 20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. 3N a vqust N992-ci ildən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun sayılmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 9N-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi biletini və hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmasına dair məlumatları məhkəməyə təqdim edə bilmədiyindən, inzibati orqanın imtinası qanuni olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun N saylı batalyona qəbul edilməsi və batalyonun tərkibində atıcı vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi arxiv arayışı ilə öz təsdiqini tapdığından, onun tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydad a qiymətləndirmənin aparılmasını zəruri hesab edir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2 N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin: - N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparanhərbihissə (N) və ya orqanların tərkibində (2) hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəs arət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətivə Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - N-ci hissəsinin dördüncü bəndinə əsasən, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun d ublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, (...)tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Sadalanmış bu müddəaların əlaqəli təhlili belə anlaşılırki, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçmiş şəxslərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaratdığı müvafiq komissiyaların rəyi əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. İddia tələbinin əsaslarına görə sadalanmış müddəaların tətbiqi üçün aşağıdakı hallar müəyyən edilməlidir: - hərbi qulluqçu N99N-ci il oktyabrın 9-dan N994-cü i l mayın N0-dək hərbi xidmət keçməli (N); - hərbi qulluqçunun həmin dövrdə hərbi xidmət keçməsi arayışlar, şəxsi işlər, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər mövcud olmalıdır (2). İşin hallarına görə iddiaçı N992-ci ildə müqavilə yolu ilə hərbi xidmətə qəbul edilmişdir. Bununla bağlı onun hərbi xidmətdə olduğunu müəyyən edilməsi üçün zamana görə qüvvədə olmuş 25 dekabr N99N-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikasının Qanununu təhlil edilməlidir. Həmin Qanunun: - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; - N8-ci maddəsinin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, könüllü qaydada və ya bağlaşma üzr ə Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Bağlaşma ilə müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Daha sonra, N0 iyun N992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - N5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər arasında bağlanan, tərəflərin qarşılıqlı vəzifələrinin və məsuliyyətinin, pul ödəncləri məbləğinin, ləğvetmə şərtlərinin müəyyən olunduğu bağlaşma hərbi xidmətə bağlaşma əsasında qəbul üçün əsasdır. - 26-cı maddəsinə əsasən, səfərb ərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, bağlaşma əsasında hərbi xidmətə daxil olan şəxslər hərbi xidmət keçməlidirlər və həmin müqavilədə onun ləğv edilməsi şərtləri göstərilməlidir. Bununla yanaşı hərbi xidmətdə olan şəxslərin səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilməlidir. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr N99N-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü N0 may N994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçu nun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar N996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 50N saylı Fərmanı 29 sentyabr N996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. İş in hallarına görə, iddiaçı hərbi xidmətə qəbul edilsə də, lakin hərbi xidməti müəyyən edilmiş dövr ərzində keçməsinə dair və ya hərbi hissənin siyahısından çıxarılmasına dair sübutları təqdim edə bilməmişdir. Yuxarıda verilmiş qanunvericiliyin əlaqəli təhlilinə görə isə belə nəticə əldə olunur ki, hərbi qulluqçunun müharibə dövründə xidməti 09 oktyabr N99N-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü N0 may N994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına uyğun sadalanmış müddəaların tətbiqi isə o nəticəyə gətirmişdir ki, iddiaçıya veteran adı və vəsiqəsinin verilməsi üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcudluğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə uyğun araşdırma aparmış, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi ilə bağlı təqdim edilmiş sübutları tədqiq etməklə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda verilmiş istinadları və apellyasiya instansiya məhkəməsinin qərarına təfsiri ilə öz mövqeyini bildirərək hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 20N9-cu il tarixli, 2-N(N03)-N284/20N9 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar