Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2674/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü; şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması; kassasiya şikayətinin mümkünlüyü zamanı dinlənilmə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2-1(103)2133/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyası hesablanarkən ildə 3 dəfə əmək haqqı məbləğində maddi yardım məbləğləri, eləcə də, 01 mart 2018-ci ildən prokurorluq işçilərinə vəzifə maaşlarının 10 faizi həcmi ndə əmək haqqı artımı, 17 iyul 2020-ci ildən isə prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi hesablanıb ödənilməsi, onunla Baş Prokurorluğun daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyib pensiyaya çıxmış idarə prokurorları üçün hesablanmış pensiya məbləğində, onlardan biri kimi X1 pensiyasının Azəbraycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının presedent hüququna malik xx.xx.2017-ci il tarixli qərarı əsasında yenidən hesablanıb ödənilməsi qaydasında, ona da həmin məbləğlər nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğlər də daxil olmaqla tam ödənilməsi, işlədiyi müddətdə 2010-cu ilin oktyabrında prokurorluq orqanlarında xidməti işinin 25 ili tamam olduğundan hər ay 50 faiz məbləğndə, yəni 1250 manat pensiya aldığı halda, 08 yanvar 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi ilə əlaqədar pensiyaya çıxdıqdan sonra 100 faiz olmaq etibarı ilə ayda ən azı ona 2500 manat hesablanıb ödənilməli olduğu halda, düzgün olmayaraq 2250 manat hesablanmaqla nəticədə yalnız bu hesabla hər ay ona 250 manat az ödənildiyinə görə həmin ödənilməmiş məbləğlər ondan sonra əmək haqqına edilmiş artırılmalar da nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi, 08 yanvar 2018-ci ildə prokurorluq orqanlarında qulluq etmənin son yaş həddi olan 60 yaşa çatması ilə əlaqədar prokurorluq orqanlarında xidməti qulluğuna xitam verilərkən işlədiyi müddətdə məzuniyyətdə olmadığı 8 il üçün hə r ayı 36 gün olmaqla almadığı məzuniyyət pulu verildiyi halda, pensiyası hesablanarkən həmin məbləğlər əmək haqqı kimi nəzərə alınmadığı üçün pensiya yenidən hesablanarkən həmin məbləğlərin də nəzərə alınıb pensiyasına hesablanıb ödənilməsi, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya hüququnun yarandığı gündən ona hesablanmalı olan, lakin indiyə kimi hesablanmamış, yaxud az hesablanmış, ödənilməmiş bütün məbləğlərin tam şəkildə yenidən hesablanması, ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-6542/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 0 8 dekabr 2022-ci il tarixli, 2-1(112)-6542/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və C.A.Yusifov)28 iyul 2023-cü il tarixli, 2-1(103)- 2133/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-2133/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya göndərilmiş, qərarla yanaşı, “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” da təqdim edilmişdir (iddiaçının kassas iya şikayətinə qoşma kimi əlavə etdiyi sənədlərdən bu hal təsdiqlənir).
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-2133/2023 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
7. İddiaçının kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına y eni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
90. Kassasiya şikayəti vermək hüququ... 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mü mkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
11. Belə ki, Bu Qərarın 8-9-cu bəndlərində qeyd edilən prosessual normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
12. Nəzərə alınmalıdır ki, məhkəmə icraatının səmərəliliyinin artırılması üçün kassasiya şikayətlərinin tərtibi ilə bağlı prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi xüsusi əhəmiyyətlidir. Odur ki, bu məqsədlə Ali Məhkəmə tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında” Məlumat hazırlanmışdır. Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdirmiş və inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi isə kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Həmçinin məlumatda qeyd edilmişdir ki, kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir.
13. Hazırkı iş üzrə sözügedən Məlumat iddiaçıya apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birgə təqdim edilmiş (bununla da, İPM-in 96.3-cü maddəsindəki dinlənilmə hüququ təmin edilmiş), Məlumatın İV bəndində iddiaçıya kassasiya şikayətinin forma və məzmununa dair tələblər əks etdirilmiş, həmin bəndin birinci və ikinci hissələrində isə qeyd edilmişdir ki: “1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.
2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.”
14. İddiaçı kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməli olması ilə bağlı məlumatlandırılsa da, kassasiya şikayətini vəkilsiz tərtib etmiş, həmçinin dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət də etməmişdir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, haz ırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
16. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-2133/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.