Məhkəmə qərarları › İş №2-1(102)-2675/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2675/2019

22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2675/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması, sərhədkeçmə məlumatları giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2, vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1359/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, tam orta təhsilini Bakı şəhəri, Nəsimi rayonu 159 saylı tam orta məktəbdə almış, ona 18 iyun 2005-ci il tarixdə tam orta təhsil haqqında attestat verilmişdir. 2010-cu ildə Rusiya Federasiyasının İqtisadiyyat və Mədəniyyət İnstitutuna daxil olmuş və 2016-cı ildə həmin İnstitutu qiyabi əsaslarla bitirmişdir. Təhsilini bitirməsi ilə əlaqədar ona Dövlət İmtahan Komissiyasının qərarı ilə mütəxəssis dərəcəsi, 16 iyul 2016cı il tarixli, 137705 ******* nömrəli diplomla hüquqşünaslıq ixtisası üzrə ali peşə ixtisas dərəcəsi verilmişdir. Rusiya Federasiyası İqtisadiyyat və Mədəniyyət İnstitutu tərəfindən verilən ali təhsil haqqında mütəxəssis diplomu Moskva şəhəri Təhsil Departamenti tərəfindən 4 oktyabr 2016-cı il tarixdə apostil möhürü ilə təsdiqlənərək leqallaşdırılmışdır. İddiaçı tərəfindən həmin diplomun ölkə ərazisində tanınması və bu barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət edilmişdir. İddiaçının müraciəti əsasında verilmiş 30.03.2017-ci il tarixli “Ekspert rəyi”ndə göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının Rusiya Federasiyası “İqtisadiyyat və Mədəniyyət İnstitu tu”nun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Ona görə də, həmin diplomun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçının təhsil müddəti ərzində keçirilmiş imtahan sessiyalarının dövrləri barədə sorğusuna cavab olaraq Rusiya Federasiyasının Ali Təhsilin Təhsil Təşkilatının Özəl Müəssisəsi – “İqtisadiyyat və Mədəniyyət İnstitutu”nun verdiyi 47 №-li 12.05.2017-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, İddiaçı təhsil aldığı dövr üzrə imtahan sessiyaları aşağıdakı kimi olmuşdur: 2010-2011 t əhsil ili üzrə: - 20.01.2011 - 08.02.2011-ci il və 11.06.2011 - 30.06.2011-ci il tarixədək; 2011-2012 təhsil ili üzrə: - 20.01.2012 - 15.02.2012-ci il və 16.06.2012 - 30.06.2012-ci il tarixədək; 2012-2013 təhsil ili üzrə: - 18.01.2013 - 08.02.2013-cü il və 13.06.2013 - 30.06.2013-cü il tarixədək; 2013-2014 təhsil ili üzrə: - 20.01.2014 - 08.02.2014-cü il və 15.06.2014 - 30.06.2014-cü il tarixədək; 2014-2015 təhsil ili üzrə: - 17.01.2015 - 10.02.2015-ci il və 18.06.2015 - 11.06.2015-ci il tarixədək; 2015-2016 təhsil ili üzrə: - 20.01.2016 - 30.01.2016-cı il və 02.05.2016 - 30.06.2016-cı il tarixədək. Eyni zamanda, cavabdeh tərəfindən surəti təsdiq olunaraq məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya dair “X7”ndan müəyyən olunur ki, İddiaçının tə hsil aldığı 2011-2016 il tarixləri ərzində dövlət sərhədindən hərəkəti barədə aşağıdakı məlumatlar qeydə alınmışdır: 25.12.2010-cu il çıxış, 06.01.2011-ci il giriş (11gün), 15.06.2011-ci il çıxış, 02.06.2011-ci il giriş (2010-2011-ci ildə – cəmi 24 gün); 11.02.2012-ci il çıxış, 26.02.2012-ci il giriş (2012-ci ildə – cəmi 15 gün); 01.02.2014-cü il çıxış, 09.02.2014-cü il giriş; (2014-cü ildə – cəmi 8 gün); 18.01.2015-ci il çıxış, 06.02.2015-ci il giriş (2015-ci ildə – cəmi 19 gün); 20.01.2016-cı il çıxış, 29.01.2016-cı il giriş və 17.05.2016-cı il çıxış, 30.06.2016-cı il giriş (2016-cı ildə – cəmi 43 gün). Cavabdeh 2 iyun 2017-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının İqtisadiyyat və Mədəniyyət İnstitutunun tədris normativi üzrə tələb olunan müddətin qarşılığında təhsil aldığı həmi n ölkədə qısa müddət ərzində olması göstərilmişdir. İddiaçı 13 iyun 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası İqtisadiyyat və Mədəniyyət İnstitutu tərəfindən adına verilmiş 16 iyul 2016-cı il tarixli, 137705 ******* nömrəli (qeydiyyat nömrəsi 1254) mütəxəssis diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan diplom və ixtisasın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublika sı Konstitusiyasının 26, 42, 60cı, “Təhsil haqqında” Qanunun 43.1, 44.1, 44.2-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6, 3.7-ci bəndlərinə istinad olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya dair etiraz vermiş və etirazda qeyd edilmişdir ki, nazirlik tərəfindən iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya ) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində bildirilmişdir ki, Rusiya Federasiyası İqtisadiyyat və Mədəniyyət İnstitutunun normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Qeyd olunanlar əsasında iddiaçının adına Rusiya Federasiyası İqtisadiyyat və Mədəniyyət İnstitutu tərəfindən verilmiş 16 iyul 2016-cı il tarixli 137705 ******* nömrəli diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvi valentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsil məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5,2-1(82)-624/2019 saylı iş) 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərəkRusiya Federasiyası İqtisadiyyat və Mədəniyyət İns titutu tərəfindən iddiaçıya verilmiş 16 iyul 2016-cı il tarixli, 137705 ******* nömrəli mütəxəssis diplomunun (qeydiyyat nömrəsi 1254) Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X3 və X4, 2-1(103)-1359/2019 saylı iş) 11 iyun 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin22 fevral 2019-cu il tarixli qərarıləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tədris aldığı institutun müəyyən etdiyi tədris normativi üzlə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuş, 2012, 2014 və 2015-ci illər üzrə müəyyən edilmiş yay imtahan sessiyaları dövrlərində, 2013-cü ildə isə ümumiyyətlə həmin ölkədə olmamışdır. İddiaçının təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət onun müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. İddiaçı 12 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 13 fevral 2012-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinintabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığından iddiaçı 3-cü kursun sessiyalarında iştirak edə bilməmişdir. Həmin müddətdə o Binəqədi, Kürdəmir, Daşkəsən və Hacıqabul rayon hərbi komissarlıqlarında xidmətdə olmuş, buna görə həmin il təhsilini davam etdirmək üçün Rusiya Federasiyasına gedə bilməmiş, lakin sonrakı kurslarda 3-cü kursda verməli olduğu imtahanları keçərək müvafiq qaydada qiymətləndirilmişdir. İddiaçı Rusiya Federasiyası nda qiyabi əsasla təhsil almışdır. Dünya ölkələrində olduğu kimi, Azərbaycan ali təhsil müəssisələrində də təhsilalma formaları əyani, qiyabi, distant və sərbəst olmaqla 4 növ müəyyən edilir. Rusiya Federasiyasında hüquq sahəsi üzrə qiyabi təhsilin əsasları, forma və məzmunu Azərbaycan Respublikasında həmin ixtisas sahəsi üzrə tələb olunan şərtlərə cavab verir. İddiaçının təhsil almasına və iş materiallarında olan diplom və onun əlavəsində də bu faktın aydın şəkildə görünməsinə baxmayaraq cavabdehin “mülahizələrinə” əsasən işə baxan məhkəmə öz qanunsuz qərarını cavabdehin lehinə əsaslandırmağa çalışmışdır. Cavabdeh iddiaçının bilik səviyyəsini hansı səviyyədə mənimsənilməsi ilə bağlı qənaəti onun öz səlahiyyət həddini aşdığını göstərir. Cavabdehtəhsil müddətinə istinad etməklə təhsilin key fiyyətini müəyyən edə bilməz, ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmamasının müəyyən edilməsi ilə bağlı imtinanın əsasını təşkil edən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13 05-2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalar”ın 3.7-ci bəndində göstərilən halların dairəsinə daxil deyil. İşə baxan məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, ***-***-**-** telefon nömrəsinə sms bildiriş göndərilərək iclasın 14.06.2019-cu il, saat 11:00-da olacağı bildirilmiş, lakin 11.06.2019-cu il tarixdə iddiaçının iştirakı təmin edilmədən keçirilmişdir. Bununla bağlı iddiaçı 11.06.2019-cu il tarixdə Məhkəmə hüquq şurasına müraciət etmiş və ona 27.06.2019-cu il tarixli məktubla cavab verilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə, vəkili isə teleqram göndərərək vəkilin ambulator qaydada müalicə olunması nəzərə alınıb məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Ambulator qaydada müalicə olunma vəkilin məhkəmə iclasında iştirakını istisna etmədiyindən vəsatət təmin edilməmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmada n da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikas ı Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2016-cı ilin iyul ayında verilən diplomda onun Rusiya Federasiyası Ali Təhsil Özəl Təhsil Müəssisəsi “İqtisadiyyat və Mədəniyyət İnstitutu”nu (Moskva şəhəri) hüquqşünas ixtisası üzrə bitirdiyi qeyd edilmişdir. Təqdim olunan sənədlərdə iddiaçının qiyabi formada təhsil aldığı müəy yən edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qiyabi təhsil dövründə sessiyalar zamanı ali təhsil ocağının yerləşdiyi Moskva şəhərində (Rusiya Federasiyası) bütövlükdə təhsil dövründə olması sübuta yetməmişdir. İşdə olan sərhəd keçmə barədə sənədlərdən iddiaçının təhsil dövründə sessiyalar zamanı təhsil aldığı ali məktəbdə olması tam təsdiqini tapmır. Sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı ümumiyyətlə birinci kursda ikinci semestrdə (11 iyun 2011-30 iyun 2011), ikinci kursda ikinci semestrdə (16 iyun 2012-30 iyun 2012), üçüncü kursda hər iki semestrdə (18 yanvar 2013-8 fevral 2013 və 13 iyun 2013-30 iyun 2013), dördüncü kursda ikinci semestrdə (15 iyun 2014-30 iyun 2014) və beşinci kursda ikinci semestrdə (19 iyun 2015-11 iyul 2015) Rusiya Federasiyasında olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən, qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5-ci bənddə isə qeyd edilmişdir ki,...Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd ed ilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. İşdə olan sənədlərlə iddiaçının qiyabi təhsil forması üzrə tədris dövrü ərzində 6 il müddətində bütövlükdə Moskva şəhərində olması sübuta yetməmişdir. Nəticədə iddiaçının Rusiya Federasiyasının “İqtisadiyyat və Mədəniyyət İnstitutu”nun normativi üzrə orada təhsil almaq üçün tələb olunan ümumi tədris müddətinin qiyabi formada tədris alması nəzərə alınarsa, ayrı-ayrı illərdə tədris müddətinin qarşılığında normativ müddətin tələbinə əməl olunmamış, tələb olunan müddətin qarşılığında Rusiya Federasiyasında az olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə o lan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməs inə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının bütövlükdə təhsil dövrü ərzində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olması sübut olunmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. İddiaçı şikayətində apellyasiya məhkəməsində məhkəmə iclasının 14 iyun 2019-cu il tarixə təyin edilməsi barədə SMS xəbərdarlığı aldığını, lakin məhkəmə iclasının 11 iyun 2019-cu il tarixdə keçirildiyini bildirmişdir. Lakin işdə olan SMS xəbərdarlığına dair 15 may 2019-cu il tarixli bildirişdə, həmçinin iddiaçının ünvanına göndərilən 14 may 2019-cu il tarixli məhkəmə bildirişində məhkəmə iclasının 11 iyun 2019-cu il tarixə saat 15.00-a təyin edilməsi qeyd edilmiş, iddiaçı 22 may 2019-cu il tarixdə məhkəmə bildirişini almışdır. Məhkəmə iclasının 14 iyun 2019-cu il tarixə təyin edilməsi barədə iddiaçının şikayətinin dəlili işdə olan hər hansı sübutla təsdi q olunmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə İPM-in 20.1-ci maddəsinə uyğun olaraq lazımi qaydada məlumatlandırıldığından şikayətinin bu dəlili əsaslı sayıla bilməz. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş verməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1359/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar