Məhkəmə qərarları › İş №2-1(102)-2675/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2675/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2675/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli 2-1(105)-471/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 000075 saylı, 25 iyun 1975-ci il tarixli orderə əsasən ünvan 1 ünvanı X3 (iddiaçının atası) və onun ailə üzvlərinin (dörd qız övladının) mülkiyyətinə ayrılmışdır. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 403F, KOD 30800027 saylı şəhadətnaməyə əsasən Aqrar İslahat Komissiyasının 21 saylı, 10 noyabr 1998-ci il tarixli qərarı ilə Abşeron ray onu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X9 (iddiaçının anası) və ailə üzvlərinin mülkiyyətinə ayrılmışdır. 3. 293 saylı, 24 iyun 2005-ci il tarixli “Forma 2” arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə dair hüquqlu şəxslər - X14, X15, X4 və X6r. 4. 3089 saylı, 24 iyun 2005-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildən İddiaçı (digər üç bacısı ilə birlikdə) ailə quraraq pasport qeydiyyatından çıxmışdır.

5. Abşeron rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərəfindən mənzilə dair X9 adına tərtib edilmiş 2007-ci il tarixli, 17799 qeyd nömrəli, 1146 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, yaşayış evi “A” (yaşayış evi) və “B ” (təsərrüfat damı) tikililərindən ibarət olmuş, hansı ki, yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olmuşdur.

6. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində X1 və X10 ½ hissədə payları 19 fevral 2016-cı il tarixdə qeydiyyata alınmış və RX seriyalı, ******* saylı çıxarış verilmişdir.

7. İddiaçı X1 cavabdeh X11 qarşı yaşayış evinin onun hissəsinə verilməsi və torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 1 iyun 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, RX seriyalı ******* saylı Çıxarışa əsasən X1 və X10 paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan birmərtəbəli fərdi yaşayış evinin X1 hissəsinə verilməsi şərtilə 03 may 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsinin onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1570/2017 saylı 1 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsinin (RX seriyalı ******* saylı Çıxarışda göstərilən) üzərində inşa edilmiş 86.6 kv.m ibarət olan birmərtəbəli tikilinin X2 aid hissədə qalması şərtilə, sözügedən 0.10 ha torpaq sahəsi 03 iyun 2019-cu il tarixli 8658 nömrəli ekspert rəyinə əlavə edilmiş sxemə uyğu n olaraq X2 4/9, X12 4/9 və X7 1/9 hissə olmaqla aralarında naturada bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Ali Məhkəmənin Mülki Kollegiyasının 27 avqust 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə tərəfindən texniki pasportda göstərilən tikililərin hazırd a mövcud olubolmaması, habelə həmin tikililərdən hansının orderdə göstərilən və iddiaçı tərəfindən mübahisələndirilən yaşayış evi olduğunun müəyyən edilməsi məqsədilə cavabdeh inzibati orqandan mütəxəssis rəyi alınmışdır.

12. Mütəxəssis rəyində göstərilmişdir ki, texniki pasportda göstərilən tikililərdən “A” tikilisi tamamilə sökülmüş, “B” isə yerində mövcuddur, 000075 nömrəli, 25 iyun 1975-ci il tarixli orderdə göstərilən mənzil texniki pasportda göstərilən tikililərə aid deyil. Belə ki, mənzilə dair orderdə göstərilmiş sahə, mərtəbəlik, ünvan və təyinat ilə texniki pasportdakı məlumatlar arasında uyğunsuzluq var, üst-üstə düşmür.

13. Sumqayıt İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 2-1(118)-154/2023 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilməmişdir.

14. Birin ci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evi ilə 25 iyun 1975-ci il tarixli orderlə onun mərhum atası və ailə üzvlərinin mülkiyyətinə ayrılmış mənzil ayrı-ayrı mənzillərdir, qeyd olunan orderlə onun mərhum atasına məxsus olmuş ev (A tikilisi) sökülmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ailə quraraq orderdə göstərilən mənzilin pasport qeydiyyatından çıxmışdır. Belə olan halda, həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda, o həmin evdə qeydiyyatda olmadığından onun razılıq ərizəsi tələb olunmur. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilm əsindən imtina edilmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(105)-471/2024 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(118)-154/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən və hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyan hallardan mərhum X9 mülkiyyətində olmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evinin söküldüyü, həmin ərazidə X4 tərəfindən 86.6 kv.m özbaşına tikilinin inşa edildiyi aydın olur. Beləliklə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən hallardan, həmçinin iş üzrə təqdim edilən mütəxəssis rəyindən göründüyü kimi, vaxtilə X9 adına özəlləşdirilən yaşayış evi hazırda tamamilə sökülmüş, yerində Ş.Bayramov tərəfindən özbaşına tikili inşa edilmişdir....özəlləşdirilməsini mübahisələndirdiyi yaşayış evi hazırda ümumiyyətlə mövcud olmadığından (söküldüyündən), evin özəlləşdirilməsini mübahisələndirməkdə iddiaçının hüquqi marağının mövcudluğu müəyyən olunmur. Çü nki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırda isə bu mümkün deyildir.

18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını, inzibati işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - iddianın uğurlu, əlverişli olub-olmaması şərti ilə iddianın mümkün sayılmaması əsassızdır. Hazırkı halda iddia tələbinin öhdəliklərin icrası ilə bağlı tələb olmasına baxmayaraq, apelyasiya məhkəməsi ümumiyyətlə İPM-i n 35-ci maddəsinə istinad etməmişdir. - iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş mənzil hüququ pozulduğundan cavabdeh şəxsə aidiyyəti üzrə dəfələrlə müraciətlər olunmuş, iddia müddətlərinə əməl edilmiş və sonda hüququn müdafiəsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilmişdir. Apellyasiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməli olduğu halda, əsassız olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə etiraz göndərməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisə lərə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, mə cburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Mülki Prosessual Məcəllə: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudlu ğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulu b-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xü susi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

30. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

31. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqınd a” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.

32. Hazırkı işə münasibətdə məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirir ki, vaxtilə X9 adına özəlləşdirilən yaşayış evi hazırda tamamilə sökülmüş, yerində Ş.Bayramov tərəfindən özbaşına tikili inşa edilmişdir. İddiaçının özəlləşdirilməsini mübahisələndirdiyi yaşayış evi hazırda ümumiyyətlə mövcud olmadığından (söküldüyündən), evin özəlləşdirilməsini mübahisələndirməkdə iddiaçının hüquqi marağının mövcudluğu da müəyyən olunmamışdır. 33. “İnzibati məhk əmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə münasibətdə iddiaçının heç bir hüquqi marağının olmaması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli 2-1(105)-471/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar