Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2676/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2676/19 Bakı şəhəri 27 noyabr 2019-cu il Açar sözlər: sosial sığorta stajının müəyyən edilməsi, işin araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin vəkili XXXnin iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1103/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 1971-ci il tarixdən 01 sentyabr 1974-cü il tarixədək Ağdam rayonu, XXX adına üzümçülük sovxozunda işlədiyi üç illik sığorta stajı Azərbayca n Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdam rayon X3 XXX adına Üzümçülük sovxozundan verilmiş 26 yanvar 2018-ci il tarixli, 44 saylı arayışla və 30 avqust 1974-cü il tarixli arayışla təsdiq edildiyindən, həmin dövrün yaşa görə əmək pensiyasının hesablanmasında nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 avqust 1971-ci il tarixdən 01 sentyabr 1974-cü il tarixədək Ağdam rayonu, XXX adəna üzümçülük sovxozunun 1 nömrəli briqadasında fəhlə, 01 sentyabr 1974-cü il tarixdən 01 sentyabr 1993-cü il tarixədək isə Ağdam rayon Pirzadlı kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1993-cü ildə Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şə hərində məskunlaşmışdır. İddiaçı 04 fevral 2018-ci il tarixdə cavabdehə Ağdam rayon Təhsil Şöbəsindən aldığı əmək kitabçasının dublikatını və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdam rayon X3 XXX adına Üzümçülük sovxozundan verilmiş 26 yanvar 2018-ci il tarixli, 44 saylı arayışı təqdim etməklə ona yaşa görə əmək pensiyasının verilməsi üçün müraciət etmişdir. Cavabdeh əvvəlcə əmək pensiyasının təyinindən imtina etmiş, daha sonra isə iddiaçıya yaşa görə əmək pensiyası təyin etsə də, pensiyanın təyini zamanı onun 01 avqust 1971-ci il tarixdən 01 sentyabr 1974-cü il tarixədək Ağdam rayonu, XXX adəna üzümçülük sovxozunda işlədiyi illərin onun əmək kitabçasında göstərilmədiyi əsası ilə həmin dövrün onun sığorta stajına daxil olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 1971-ci ildən 1974-cü ilədək olan iş stajı onun əmək kitabçasında göstərilmədiyindən, həmin dövrlərin pensiyanın hesablanması zamanı nəzərə alınması mümkün deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2-1(81)297/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 1971-ci ilin avqust ayından 1974-cü ilin sentyabr ayınadək Ağdam rayon XXX adına üzümçülük sovxozunda fəhlə işləməsi onun tərəfindən təqdim olunmuş sənədlərdə öz əksini tapmış, cavabdeh isə həmin sənədlərin saxta olmasını və ya sənədlərdə əks olunan məlumatların həqiqətə uyğun olmadığını sübuta yetirə bilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1103/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır və həmin sənəddə onun əmək stajı haqqında qeydlər göstərilməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla onun yaşa görə əmək pensiyasının təyin olunanması üçün tələb edilən sosial sığorta stajına malik olması sübuta yetirilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 7, 21.1, 21.2.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan idiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmi şdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericilik sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsini nəzərdə tutmamış, əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsi vasitələrindən biri kimi göstərmişdir. Qanunvericilik sosial sığorta stajının müəyyən edilməsi üçün zəruri olan sənədlərin bərpasının mümkün olmadığı hallarda məhkəmənin qanuni qüvvəyə minmiş qərarının da stajın müəyyən edilməsi üçün əsas olduğunu nəzərdə tutmuşdur. İddiaçı qeyd etmişdir ki, o, hüquqi faktın müəyyən olunması üçün Binəqədi rayon Məhkəməsinə mü raciət etmiş, həmin məhkəmənin 19 mart 2018-ci il və 24 iyun 2019-cu il tarixli qərardadlarında iddiaçının təqdim etdiyi arayışların onun sığorta stajını müəyyən etməsi səbəbindən həmin hüquqi faktların məhkəmə qətnaməsi ilə yenidən müəyyən edilməsinə ehtiyacın olmadığı qeyd edilmişdir. Lakin, apellyasiya məhkəməsi göstərilən məhkəmə qərardadlarını nəzərə almayaraq iddianın təmin olunmamasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 58.7-ci maddələrinə istinad etm işdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İdiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı 04 avqust 1954-cü il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyat dadır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu üzrə sektorunun 2833 nömrəli, 27.03.2018-ci il tarixli arayışına əsasən İddiaçı Ağdam rayonundan gələn məcburi köçkündür. XXX adına Üzümçülük sovxozunun 371 nömrəli, 30 avqust 1974-cü il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı həqiqətən də 01 avqust 1971-ci ildən arayışın verildiyi tarixə qədər Ağdam rayonu “XXX” adına üzümçülük sovxozunda 1 nömrəli briqadada fəhlə işləmişdir. Həmin arayış Ağdam rayın Maarif Şöbəsinə təqdim edilmək üçün verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağdam rayonu X3 XXX adına Üzümçülük Sovxozunun 44 nömrəli, 26.01.2018-ci il tarixli arayışına əsasən, iddiaçı həqiqətən də 1971-ci ilin avqust ayından 1974-cü ilin sentyabr ayına qədər Ağ dam rayonu XXX adına üzümcülük sovxozunda bağ fəhləsi işləmişdir. Məlum hadisələrlə əlaqədar sovxozun arxiv sənədləri işğal zonasında qalıb məhv olduğu üçün başqa sənəd vermək mümkün olmamışdır. Cavabdehin 12 mart 2018-ci il tarixli, 09-635 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən iddiaçı cavabdehin 01 avqust 1971-ci ildən 08 sentyabr 1993-cü ilə qədər işlədiyi iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması əsası ilə həmin dövrün sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçı verdiyi izahatında bildirmişdir ki, həmin arayışları vermiş müəssisə fəaliyyət göstərmir. Bundan başqa, sözügedən arayışlardan da görünür ki, bu arayışlar müvafiq mötəbər sübutlar (əmrlər və s.) əsasında verilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir k i, İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla onun yaşa görə əmək pensiyasının təyin olunanması üçün tələb edilən sosial sığorta stajına malik olması sübuta yetirilməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, cavabdeh tərəfindən ona pensiya təyin olunmuş, lakin bu zaman onun 1971-ci ilin avqust ayından 1974-cü ilin sentyabr ayına qədər olan fəaliyyət dövrü pensiya hesablanarkan nəzərə alınmamış, halbuki bu dövrə münasibətdə arayışları təqdim etmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müə yyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23. 2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1971-ci ilin avqust a yından 1974-cü ilin sentyabr ayına qədər əhatə edən dövrə aid olmuşdur. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı məcbur i köçkün olduğundan, əmək kitabçasını təqdim edə bilməmiş, lakin əmək fəaliyyətinə dair işlədiyi müəssisədən 1974cü ilə aid və 2018-ci ilə dair arayışları təqdim etmişdir. Arayışıalr əsasında sosial sığorta stajının müəyyən edilməsi qanunvericilikdə aşağıdakı qaydada tənzimlənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə e tdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçıl ıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçası təqdim edilmədikdə, şəxsin işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayılar əmək stajının təsdiqedici sənədi kimi qəbul oluna bilər. Lakin apellyasiya məhkəməsi bu sənədləri şəxsin işləməsinin faktı kimi müəyyən edilməsi kimi qəbul etməməklə, qanunvericiliyin yuxarıda göstərilmiş tələblərini nəzərə almamışdır. Halbuki, artıq formalaşmış məhkəmə təcrübəsi müvafiq arayışlar əsasında sosial sığorta stajının müəyyən edilməsinin qanunveriliyin tələblərinə uyğun olduğu kimi qəbul etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin arayışların mötəbərliyi şübhə doğurduğu təqdirdə, onlar üzrə müvafiq araşdırma aparmaqda məhkəmə səlahiyyətli olmuşdur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kolelgiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan a pellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göstərilmiş tələblərinin pozulması həmçinin ondan da irəli gəlir ki, iddiaçının bildirdiyi kimi, ona yaşa görə əmək pensiyası təyin edilmiş, lakin apellyasiya məhkəməsi işin bu halını müəyyən etməyərək, iddiaçının yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan sosial sığorta stajının yaranmaması əsası ilə iddianın təmin olunmamasını bildirmişdir. Qeyd olunmuş prosessual qanunveriliyin tələblərini rəhbər tutmaqla, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi arayışlar üzrə müvafiq olaraq sorğuları müvafiq arxiv idarələrinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazi rliyinə verməklə, 1974 və 2018-ci illərə münasibətdə Ağdam rayonu X3 XXX adına Üzümçülük Sovxozunun mövcudluğu ilə bağlı araşdırma aparılmalı və nəticəsindən asılı olaraq iddiaçının iddia olunan tələbinə uyğun olaraq sübut kimi təqdim etdiyi arayışların mötəbərliyinə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğ un olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1103/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2676/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2676/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver