Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2676/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - ƏMDX) qarşı (üçüncü şəxs X4) sərəncamın l əğv edilməsi və hərrac komissiyasının yekun protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-264/2023 nömrəli iş üzrə 06 iyul 2023-ci il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisə və obyektlərinin siyahısı ƏMDX-nin rəsmi internet səhifəsində (https://emlak.gov.az/page/view/14) verilmişdir. Həmin Siyahıda 11-ci sıra nömrəsi ilə qeyd olunan Kardiorevmatoloji Sanatoriyanın özəlləşmə üsulu “investisiya” qeyd edilmişdir.
2. ƏMDX-nin xx.xx.2018-ci il tarixli 242 nömrəli sərəncamı ilə sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planlarının təsdiq edilməsi və sərəncamın əlavəsində göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar qəzetdə dərc edildikdən azı 30 gün sonra qanunvericikdə nəzərdə tutulmuş qaydada Respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Sərəncamın əlavəsində X1 hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti 430.250 manat, torpaq sahəsinin ilkin (satış) qiyməti 35.000 manat göstərilmişdir.
3. Göygöl şəhər Hərrac komissiyasının xx.xx.2020-ci il tarixli 01 nömrəli hərrac protokoluna əsasən, hərracçı ƏMDX və alıcı A.Ağaliye v arasında imzalanan alqı-satqı müqavilsinə əsasən ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 (özəlləşdirilən torpaq sahəsi 3.242 kv.m) 267.500 manata satılmışdır. 4. xx.xx.2020-ci il tarixli 37 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, satıcı ƏMDX ünvan 1 ünvanda yerləşən X3 və 3.242 kv.m. torpaq sahəsini 267.500 manata A.Ağaliyevə satmışdır.
5. X3 hazırda fəaliyyət göstərir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ƏMDX-yə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubunda X3 ilə bağlı hərracın dayandırılması məsələsinə baxılması xahiş olunmuşdur.
7. X1 xx.xx.2022-ci il tarixli arayışına görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2009-cu il tarixli 89 nömrəli əmri ilə 30 çarpayı həddində müəyyən edilmiş və 38 ştat vahidi ilə (ş tat cədvəli əlavə olunur) X3 yaradılmışdır. 03 avqust 2020-ci il tarixdən isə çarpayı fondu 50 çarpayı həddində artırılaraq, 69 ştat vahidi ilə ştat cədvəli təsdiqlənmişdir (ştat cədvəli əlavə olunur). Sanatoriya fəaliyyət göstərərək İ və İİ Vətən müharibəsinin veteranları, qazilər və bütün bölgələrdən gələn xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərir. Sanatoriya Səhiyyə Nazirliyinin Mərkəzi büdcəsindən maliyyələşmişdir.
8. Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə X1 balansına 112.188 manat dəyərində inventar və avadanlıqlar verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli 242 nömrəli sərəncamının X2 aid olan hiss ədə ləğv edilməsi, Göygöl şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli 3 nömrəli yekun protokolunun və cavabdeh ƏMDX ilə üçüncü şəxs A.Ağalıyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli 37 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər.
10. İddianın əsaslarına görə, hərracın keçirilməsi zamanı iddiaçıların əmlakı almaqda üstünlük hüququ pozulmuş, əmlak hərraca çıxarılan zaman onlara məlumat verilməmiş, nəticədə əmlak ona investisiya qoymayan üçüncü şəxsə satılmışdır.
11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-857/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, sözügedən dövlət əmlakının investisiya üsulu ilə özəlləşdirilməs i Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən müəyyən olunmuşdur. Qeyd olunan Fərmanın tələbi pozularaq sözügedən əmlak hərrac üsulu ilə özəlləşdirilmişdir ki, bu da dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır (“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1-ci maddəsi). b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-429/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Abdullayev) apellyasiya şikayəti qismən təm in edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən - ƏMDX və A.Ağaliyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli 37 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamış, Məhkəmənin eyni tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)2209/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov (məruzəçi), İ.Hüseynov və N.Rəsulbəyova) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... hazırkı halda, cavabdeh öz diskresion səlahiyyətindən istifadə edərək mübahisələndirilən sərəncamı qəbul etsə də, həmin sərəncamın qəbulu və icrası zamanı qanunun tələblərinə riayət edilib-edilməməsi ilə bağlı işin halları aşağı instansiya məhkəmələri tərəfindən hərtərəfli araşdırılmamışdır. Belə ki, sözügədən sərəncamda “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununun 17.1-ci maddəsinin və “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.4-cü maddəsinin tələblərinə uyğun olaraq əmlakın 15%-nin əmək kollektivinə güzəştli şərtlərlə satışı nəzərdə tutulmuş və hərracların güzəştli satışdan sonra həyata keçirilməli olması qeyd edilmişdir (İ cild: iş v. 191). Lakin hazırkı işdə cavabdeh tərəfindən hərraclar keçirilsə də, ilkin hərrac keçirilməmişdən öncə əmlakın əmək kollektivinə təklif edilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmiş, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən də qeyd olunan sənədlər tələb edilməmişdir. Cavabdeh iddia tələbinə etirazda iddiaçılara güzəştli satışla bağlı bildiriş verildiyini və həmin bildirişin xx.xx.2018-ci il tarixdə iddiaçılar tərəfindən alınmasına baxmayaraq güzəştli satışda iştirak hüququndan ist ifadə etmədiklərinə istinad etsə də, iş materiallarında sözügedən bildiriş və həmin bildirişin iddiaçılara (ümumiyyətlə əmək kollektivinə) rəsmi təqdim edilməsinə dair sübut mövcud deyildir (İ cild: iş v.59). Bundan əlavə, iş materiallarında “Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisə və obyektlərinin siyahısı” vardır (İ cild: iş v.7 və 154-166). Sözügedən sənəd Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://emlak.gov.az/page/view/14) mövcuddur. Həmin Siyahıda 11-ci sıra nömrəsi ilə qeyd olunan Kardiorevmatoloji Sanatoriyanın özəlləşmə üsulu “investisiya” qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi (bax qərarın 23-25-ci bəndləri), özəlləşdirmən i həyata keçirən orqan özəlləşdirmənin üsulu barədə qərar qəbul etməklə yanaşı, özəlləşdirmə planı hazırlayır, o cümlədən, dövlət kütləvi informasiya vasitələrində özəlləşdirmənin forma və üsulları haqqında məlumatlar paylaşır. Hazırkı iş üzrə mübahisələndirilən sərəncamda qeyd olunan üsulla (hərrac) kütləvi informasiya vasitəsində (https://emlak.gov.az/page/view/14) paylaşılan məlumatlar arasında ziddiyyət mövcuddur. Lakin işə baxan aşağı instansiya məhkəməsi qeyd olunan bu ziddiyyətlə bağlı da araşdırma aparmamışdır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(104)-264/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.İsgəndərova (sədrlik edən və məruzəçi), İ.Həsənov və T.Muxtarov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “... kassasiya instansiya məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarında hazırki iddia tələbinin mümkünlük məsələsi araşdırılmış qeyd olunan hallar üzrə, yəni iddiaçıların subyektiv hüquqlarının olmaması, işə təkrar baxılmanı istisna edən halların mövcud olmasına və ya mübahisələndirilən aktların inzibati akt olmamasına dair hər hansı bir göstəriş qeyd edilməmiş, işin hallarının yenidən araşdırılmalı olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən dövlət əmlakının özəlləşdirilməsinə dair inzibati icraat “Dövlət əmlakının özəll əşdirilməsi haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanının müddəalarına uyğun aparıldıqda qanuni hesab edilə bilər. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1.1. maddəsinə əsasən bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair b ağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.... Məhkəmə tərkibi qeyd edir ki, özəlləşdirməni həyata keçirən orqan özəlləşdirmənin üsulu barədə qərar qəbul etməklə yanaşı, özəlləşdirmə planı hazırlayır, o cümlədən, dövlət kütləvi informasiya vasitələrində özəlləşdirmənin forma və üsulları haqqında məlumatlar paylaşır. Hazırkı iş üzrə mübahisələndirilən sərəncamda qeyd olunan üsulla (hərrac) kütləvi informasiya vasitəsində (https://emlak.gov.az/page/view/14) paylaşılan məlumatlar arasında ziddiyyət mövcuddur. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisə və obyektlərinin siyahısı” vardır Əmlak Məsələləri Dövlət Xidmətinin r əsmi internet səhifəsində (https://emlak.gov.az/page/view/14) mövcuddur. Həmin Siyahıda 11-ci sıra nömrəsi ilə qeyd olunan Kardiorevmatoloji Sanatoriyanın özəlləşmə üsulu “investisiya” qeyd edilmişdir. Hazırki mübahisə predmeti olan sərəncamda isə özəlləşdirilmənin üsulu hərrac müəyyən edilmişdir. Məhkəmə tərəfindən sonradan hansı əsasla özəlləşdirilmə üsulunun dəyişdirilməsinə dair cavabdeh inzibati olrqana sorğu göndərilmiş, xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, qeyd olunan müəssisənin investisiya üsulu ilə özəlləşdirilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin internet səhifəsində paylaşılan məlumtada qeyd edilən müəssisənin investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməsinin nəzərdə tutulması ilkin xarakter daşımış və həmin üsul ö zəlləşdirmə barədə qərarla müəyyən edilmədiyindən məcburi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildirilir ki, Kardiorevmatoloji Sanatoriyanın özəlləşdirilmə üsulunun dəyişdirilməsi halı olmamışdır.... Məhkəməyə təqdim olunmuş inzibati iş materiallarından məlum olur ki, X1 güzəştli satışda iştirak hüququ olan şəxslərin sayı 25 nəfər müəyyən edilsə də, ştat cədvəli üzrə işçilərin sayı 38 nəfər olmuş, lakin qeyd olunan şəxslərə güzəştli satışın həyata keçirilməsi ilə bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bununla yanaşı Kiçik dövlət müəssisələrinin (obyektlərinin) satışı üzrə hərracın baş tutmaması barədə Göygöl rayonu Hərrac komissiyasının xx.xx.2018-ci il tarixli, 07 saylı, xx.xx.2018-ci il tarixli, 08 saylı, xx.xx.2019-cu il tarixli, 01 saylı, xx.xx.2019-cu il tarixli, 02 saylı, xx.xx.2019-cu il tarixli, 03 saylı, xx.xx.2019-cu il tarixli, 04 saylı, xx.xx.2019-cu il tarixli, 05 saylı, xx.xx.2019-cu il tarixli, 06 saylı, xx.xx.2019-cu il tarixli, 07 saylı, xx.xx.2019-cu il tarixli, 08 saylı, xx.xx.2020-ci il tarixli, 01 saylı, xx.xx.2020-ci il tarixli, 02 saylı protokollarından məlum olur ki, sifariş verilmədiyindən hərrac baş tutmamış və obyekt satıcının sərəncamında qalmış hesab edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı1 ünvanlanan xx.xx.2020-ci il tarixli bildirişinə əsasən yalnız xx.xx.2020-ci il tarixində keçiriləcək hərrac barədə əmək kollektivinə məlumat verilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh on dan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1003 nömrəli Fərmanının mətninə diqqət yetirməmiş, həmin Fərmanda doğrudan da iddiaçının bildirdiyi kimi X1 özəlləşdirilmə üsuluna dair hər hansı müddəanın olub-olmamasını araşdırmamışdır. Həmin Fərmanda nə konkret hansısa müəssisənin adı, nə də onun özəlləşdirmə üsulu qeyd edilməmişdir. Bildiririk ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilmə üsulu özəlləşdirmə barədə qərar qəbul edən orqan tərəfindən (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Na zirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti) müəyyən edilir və konkret müəssisənin özəlləşdirilməsi üsulu qabaqcadan hər hansı normativ hüquqi aktda nəzərdə tutulmur. X1 özəlləşdirilməsi barədə yalnız bir dəfə qərar qəbul edilmiş (xx.xx.2018-ci il tarixli 242 nömrəli sərəncam) və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 16.2-ci maddəsinə uyğun olaraq müəssisənin özəlləşdirmə üsulu (hərrac yolu ilə) həmin qərarla müəyyən edilmişdir. ƏMDX-nin apellyasiya şikayətinin iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması, hərrac protokolunun inzibati akt olmaması ilə bağlı dəlilləri ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işə kassasiya instansiyasıməhkəməsi tərəfindən baxılarkən iddia tələbinin mümkünlük məsələsi araşdı rılmış, iddiaçıların subyektiv hüququnun olmamasına, işə təkrar baxılmanı istisna edən halların mövcud olmasına və ya mübahisələndirilən aktların inzibati akt olmamasına dair hər hansı göstəriş qeyd edilməmişdir. Bildirir ki, apellyasiya məhkəməsinin ƏMDX-nin apellyasiya şikayətinin dəlillərini araşdırmadan, yalnız Ali Məhkəmənin qərarında həmin dəlillərlə bağlı hər hansı göstərişin olmaması əsas gətirilməklə bu dəlillərə hüquqi qiymət verməkdən yayınması prosessual normalara ziddir. İddiaçılar hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik deyillər. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşdirilən müəssisələrin əmək kollektivinin həmin müəssisənin əmlakının 15 faizi güzəştli qaydada satın almaq hüququ vardır və bu hüquq özəlləşdirmə üsulundan asılı olm ayaraq bütün müəssisələrə aiddir. Başqa sözlə, özəlləşdirilən dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinin müəssisənin əmlakının 15 faizini güzəştli qaydada, digər 85 faizini isə hərrac və ya müsabiqədə iştirak etməklə qalib olduqları halda almaq hüquqları var. Beləliklə, hətta Sanatoriyanın özəlləşdirilməsi investisiya yolu ilə həyata keçirilsə idi belə, yenə iddiaçıların həmin müəssisənin əmlakının yalnız 15 faizini güzəştli qaydada almaq, digər 85 faizini isə investisiya müsabiqəsində iştirak etməklə qalib olduqları halda satın almaq hüquqları olardı. İddiaçılar eyni hüquqları müəssisənin hərrac vasitəsi ilə özəlləşdirilməsi zamanı da həyata keçirə bilərdilər. Belə ki, müəssisənin özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərrac barədə iddiaçılara məlumat verilmiş, lakin onlar hərr acda iştirak etməmişdirlər. Həm hərrac protokolu, həm alqı-satqı müqaviləsi eyni hüquqi statusa malik olmaqla inzibati akt sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Beləliklə, mülki qanunvericiliyə əsasən hərrac protokolu hüquqi qüvvəsinə görə müqaviləyə bərabərdir. Apellyasiya instansiyası məhkəməsi hərrac protokolunun mahiyyətini araşdırmadan onu əsassız olaraq inzibati akt hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına uyğun olm uşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılm ası hüququna malikdir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alı nmasından imtina edə bilməz; Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 27. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur: 5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı; 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; 5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; Maddə
8. Dövlət əmlakının satıcısı 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir; Maddə
15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir; 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur; Maddə
16. Dövlət əmlakının özəlləşdirilməsi üsulları 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvləri nə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə
17. Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştlər 17.1. Özəlləşdirmə prosesində dövlət müəssisələrində əm ək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur; Maddə
20. Dövlət əmlakının hərraclar vasitəsilə satışı 20.1. Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər; Maddə
21. Dö vlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı 21.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər özəlləşdirmə barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramını təqdim edən hesab olunur; Maddə
25. Dövlət əmlakının özəlləşdirilməsi haqqında məlumat 25.1. Dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir; Maddə
31. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi 31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi; 31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər.
28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: Bənd 2. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Resp ublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən əmlak; 2.3. Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər: 2.3.23. Sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeliyindən asılı olmayaraq qonaq evləri; Bənd 4.3. Dövlət müəssisələri özəlləşdirilərkən həmin müəssisələrdə çalışan işçilərin hüquqları və onların sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uy ğun olaraq təmin edilir; Bənd 4.4. Özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ vardır.
29. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli Fərmanı: Bənd
2. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosialiqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarını n izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qayd asında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsa slarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASİ QAYDASİ a) Kassasiyanın mümkünlüyü
31. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
32. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməs inin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarı).
36. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum qalmır.
37. Kassasiya şikayətinə münasibətdə əvvəlcə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən dövlət əmlakının özəlləşdirilməsinə dair inzibati icraat “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “İnzibati icraat haqqında” qanunların, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın müddəalarına uyğun aparıldıqda qanuni hesab edilə bilər. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1.1-ci maddəsinə əsasən, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.
38. Bu kontekstdə, "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"ndan sonra qəbul edilmiş “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə ba ğlı bəzi tədbirlər haqqında” Fərmanla (§29) müəyyən edilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.
39. İşdən müəyyən edilir ki, X3 fəaliiyətdə olan müəssisədir. Bu hal onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisə və obyektlərinin siyahısı ilk dəfə ƏMDX-nin rəsmi internet səhifəsində veriləndə Sanatoriyanın özəlləşmə üsulunun investisiya qeyd edilməsi təsadüfi olmamışdır (§1). Belə ki, müəssisə fəaliyyətdə olduğu üçün o nun investisiyalar qoyularaq özəlləşdirilməsi mümkün idi.
40. Bu mənada, cavabdehin kassasiya şikayətinin ilk dəlili əsassızdır.
41. Şikayətin iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə dəlilləri də əsaslı deyil. Belə ki, qanunvericiliyə əsasən özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ vardır (§28). Lakin hazırkı işdə cavabdeh tərəfindən qeyd olunan şəxslərə güzəştli satışın həyata keçirilməsi ilə bağlı rəsmi məlumat verilməmiş, bununla da “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinin (§26) inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi mühüm tələbi pozulmuşdur. Kiçik dövlət müəssisələrinin (obyektlərinin) satışı üzrə hərracın baş tutm aması barədə Göygöl hərrac komissiyasının 2018-2020-ci illərdə tərtib olunan protokollarından məlum olur ki, sifariş verilmədiyindən hərraclar baş tutmamış və obyekt satıcının sərəncamında qalmış hesab edilmiş, ƏMDX-nin İddiaçı1 ünvanlanan xx.xx.2020-ci il tarixli bildirişi isə yalnız xx.xx.2020-ci il tarixdə keçiriləcək hərrac barədə olmuşdur.
42. Kassasiya şikayətinin sonuncu dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası bildirir ki, inzibati iddiaların predmeti inzibati akt olmaya da bilər. Azərbaycan Respublikasının inzibati icraat qanunvericiliyinə görə inzibati orqanların fəaliyyəti əsasən ikiyə bölünür: inzibati orqanların inzibati aktların qəbul edilməsi (dəyişdirilməsi, ləğv edilməsi) ilə bağlı həyata keçirilən fəaliyyət; inzibati orqanların faktiki xarakterli hərəkətləri ilə həyata keçirilən fəaliyyət. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsi (§26) isə təsbit edir ki, inzibati orqanların inzibati aktlarla əlaqədar həyata keçirdiyi fəaliyyətinə tətbiq edilən müddəaları eynilə həmin orqanların şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyətinə də şamil olunur
43. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-264/2023 nömrəli iş üzrə 06 iyul 2023-ci il tarixli qərarı dəyişdi rilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.