Məhkəmə qərarları › İş №2-1(102)-2677/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2677/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2677/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyanın yenidən hesablanması GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhə ri Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2019 nömrəli, 30 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə (bundan sonra cavabdeh) müraciət edərək, 20.08.1975-ci il tarixdən 23.08.1988-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdeh 13/01-2726 saylı, 13 iyun 2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 07.03.2018-ci il tarixdən 153.22 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək ümumi stajı 17 il 03 ay 22 gün, 01.01.2006-cı il tarixdən 01.04.2018-ci il tarixədək 09 il 03 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 9962.55 manat pensiya kapitalı vardır. İddiaçının əmək kitabçasında 20.08.1975-ci il tarixdən 23.08.1988-ci il tarixədək olan qeydlərdə qaralama və düzəliş aparıldığından sığorta stajı hesablanarkən həmin dövrlərin nəzərə alınması qanunaziddir. Bundan sonra, iddiaçı c avabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd olunan 20.08.1975-ci il tarixdən 23.08.1988-ci il tarixədək olan dövrün onun sığorta stajına hesablanması və əmək pensiyasının təyin edilməsi və yeni təyin edilmiş pensiyanın pensiya hüququnun yarandığı tarixdən ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun ona ünvanladığı 13.06.2018-ci il tarixli, 13/01-2726 saylı məktuba əsasən ona pensiya hüququnun yarandığı 07.03.2018-ci tarixdən 153.22 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məktubda iddiaçının ümumi stajı 01.01.2006-cı il tarixədək 17 il 03 ay 22 gün, 01.01.2006cı il tarixdən 01.04.2018-ci il tarixədək 09 il 03 ay sosial sığorta stajı qeyd olunmuşdur. Qeyd olunanlarla yanaşı, iddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında 20.08.1975-ci il tarixdən 23.08.1988-ci il tarixədək olan dövrdə iş stajının qanunauyğun formada tərtib edilmədiyi cavabdeh tərəfindən qeyd olunmuş və bu səbəbdən onun sığorta stajı hesablanarkən həmin müddət nəzərə alınmamışdır. İddiaçı müvafiq məktubda qeyd olunanları əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçının əmək kitabçasından göründüyü kimi, o, 20.08.1975-ci il tarixdə, o dövrdə mövcud olmuş rayon təhsil şöbəsinin 363 saylı əmri ilə orta məktəbə riyaziyyat müəllimi kimi işə götürülmüş, bundan sonra təhsil şöbəsinin 372 saylı əmrinə əsasən 23.08.1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi iddiaçının əmək kitabçasının 5-ci səhifəsinin sol hissəsində olan düzəlişi qanunazidd saymışdır. Halbuki, həmin əmək kitabçasının eyni səhifəsinin yuxarı sağ küncündə onun hansı əmrlə və hansı tarixdə işdən azad olunduğu aydın şəkildə qeyd edilmişdir. Cavabdeh tərəfindən düzəliş kimi hesab edilən tarix, iddiaçının işdən azad edilməsi əmrinin tarixi ilə üst-üstə düşür. Həmçinin, iddiaçı o dövrdə onunla birlikdə işləyən şəxslərə müraciət etmək məcburiyyətində olmuş və bu səbəbdən 27.06.2018-ci il tarixdə onların iştirakı ilə müvafiq akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının həqiqətən də həmin dövrlərdə X3 (AZE № 0********), X4 (AZE № ********) və X1 (AZE № ********) ilə birlikdə Qafan rayonunun Ku rud kəndində orta məktəbdə müəllim işlədiyi təsdiq edilmiş və aktda qeyd olunan şəxslərin əmək kitabçalarının surətləri məhkəməyə təqdim edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə istinad edərək, onun 20.08.1975-ci il tarixdən 23.08.1988-ci il tarixinə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasinin hüququnun yarandığı 07.03.2018-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı 02.08.2018-ci il tarixli, ********** saylı etirazı imtina məktubunda istinad edilən hallarla əsaslandırılmışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3342/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli q ərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının 20.08.1975ci il tarixdən 23.08.1988-ci il tarixinə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının hüququnun yarandığı 07.03.2018-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(8 2)-3342/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları"nın müddəalarını mübahisəyə tətbiq etmə li olduğu halda, bunu etməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü maddəsində qeyd olunmuşdur ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bu səbəbdən də mövcud mübahisə üzrə həmin vaxt qüvvədə olmuş əmək qanunvericiliyinin müddəaları tətbiq edilməlidir. Beləliklə, mübahisəyə 11 dekabr 2017-ci ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən b aşqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" yox, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın müddəaları tətbiq olunmalı idi. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarix ədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (3.1.1.). Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. (3.1.2.). Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə i clasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlx alq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, işə apelyasiya instansiya məhkəməsində baxılarkən 21 fevral 2019-cu il tarixli qərardadla cavabdeh DSMF Nərimanov RŞ-nin iddiaçının müraciətinə imtinasında və birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətində istinad etdiyi dəlillə, yəni iddiaçının əmək kitabçasında yazılmış qeydlərdə qaralama və düzəlişlərlə əlaqədar iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. İddiaçı adına tərtib olunmuş PT-İ seriyalı, ******* saylı əmək kitabçasının 4-cü səhifəsində 4-cü sıranın 2-ci qrafasında olan «23 08 88» rəqəmlərində hər-hansı düzəliş əlamətləri vardırmı? Əgər varsa, həmin rəqəmlərin yerində əvvəl hansı yazılar icra olunmuşdur? İddiaçı adına tərtib olunmuş PT-İ seriyalı, ******* saylı əmək kitabçasının 4-cü səhifəsində 4-cü sıranın 3-cü qrafasında olan möhür əksində hər-hansı texniki vasitə və üsulla (skaner, üzüköçürmə və s.) icra olunma əlamətləri mövcuddurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2019-cu il tarixli 8003 №-li «Ekspert Rəyi»ndə qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş İddiaçı adına tərtib olunmuş PT-İ seriyalı, ******* saylı əmək kitabçasının 4-cü səhifəsindəki «23 08 88» əlyazma rəqəmlərindən «0» rəqə min yerində əvvəlcə «0» rəqəmi, sonuncu «88» rəqəmlərinin yerində «88» rəqəmləri olub. Sonradan üzərində təkrarən eyni rəqəmlər icra edilmişdir. Tədqiq olunan «23 08 88» rəqəmlərindən birinci «8» rəqəmindəki düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş İddiaçı adına tərtib olunmuş PT-İ seriyalı, ******* saylı əmək kitabçasının 4-cü səhifəsindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksində erməni və rus dillərində «X2 Kafanskoqo raysoveta... SP» məzmunlu mətn vardır (nöqtələrlə görünməyən yazılar işarə edildi). Beləliklə, iş üzrə aparılmış sənədlərin məhkəmə-texniki ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının adına tərtib olunmuş PT-İ seriyalı, ******* saylı əmək kitabças ının 4-cü səhifəsindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, yəni həmin möhür əksində hər-hansı saxtalaşdırma əlaməti yoxdur. Bundan başqa, ekspert rəyi ilə iddiaçının əmək kitabçasında onun Qafan rayonu, Kurud kənd orta məktəbində işlədiyi riyaziyyat müəllimi vəzifəsindən azad edilmə tarixini göstərən «23 08 88» əlyazma rəqəmlərində gün göstərici olan «23» rəqəmlərində düzəliş olması müəyyən olunmamış, il göstəricisi olan «88» rəqəmlərinin yerində «88» rəqəmləri olmuş, sonradan üzərində təkrarən eyni rəqəmlər icra edilmişdir, yəni iddiaçının vəzifəsindən azad edilmə tarixi 1988-ci il tarixinə uyğundur. Həmin «23 08 88» əlyazma rəqəmlərində ay göstəricisini göstərən «08» rəqəmində «0» rəqəmin yerində əvvəlcə də «0» rəqəmi olmuş, «8» rəqəmindəki düzəlişlər yerli v ə intensiv olduğu üçün ilkin rəqəmini müəyyən etmək mümkün olmamış və beləliklə, həmin «8» rəqəminin yerində əvvəlcədən də «8» rəqəminin olması istisna deyildir. Buna görə də apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Qafan rayonu Kurud kənd orta məktəbində riyaziyyat müəllimi vəzifəsindən 23.08.1988-ci il tarixdə azad edilməsi bu barədə verilmiş 23.08.1988-ci il tarixli, 372 saylı əmrin tarixinə uyğundur və cavabdeh tərəfindən bu halı istisna edən hər-hansı sübut iş materiallarında müəyyən olunmur. Məhkəmə kollegiyası cavabdehin imtina məktubunda, eləcə də kassasiya şikayətində istinad etdiyi halın sübuta yetirilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.. Bundan əlavə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyəti dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensi yası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia əsaslı olduğundan cavabdehin imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-334/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar