Məhkəmə qərarları › İş №2-1(102)-2678/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2678/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2678/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2678/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı sosial m üavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1269/2019 saylı qərarından cаvаbdеh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, 2015-ci ilin xxx ayından 2018-ci il in xxxx ayınadək ödənilməyən müavinətin verilməsini xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Müdafıə Nazirlıyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən xxxx 2018-ci il tarixdə verilmiş ***** saylı müharibə veteranı vəsiqəsinə əsasən ona müharibə veteranı kimi müavinət təyin olunması hüququ xxxx 2018-ciil tarixdə yarandığından, məhz həmin tarixdən müavinətin təyin edildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin 2015-ci ilin xxxx ayından 2018-ci ilin xxxx ayınadək ödənilməyən müavinət pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-258/2019 saylı qərarı iddia tələbi q ismən təmin edilərək, İddiaçı müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin xxxx 2015-ci il tarixdən xxxx 2018-ci il tarixə kimi hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddiaçıya müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin xxxx 2015-ci il tarixdən xxxx 2015-ci il tarixə kimi hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddia rədd edilmişdir (hakim - M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1269/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarix li qərarı mübahisələndirilən (iddianın təmin edilən hissəsində) hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, qərarından cаvаbdеh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1995-ci il tarixli, 216 nömrəli qərarının 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlə r veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən... veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir, cavabdeh inzibati orqan da qanunun tələbinə uyğun olaraq iddiaçının veteran vəsiqəsini təqdim etdiyi vaxtdan etibarən ona müharibə veteranları üçün ödənilməsi nəzərdə tutulan aylıq müavinəti ödəməyə başlamış, məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərə k, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını dü zgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatnı dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1269/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xxxx 2018-ci il tarixli, ******* saylı müharibə veteranı vəsiqəsi verilmiş, cavabdeh tərəfindən iddiaçıya müharibə iştirakçısı olduğu üçün ayda 55 manat sosial müavinət xxxx 2018-ci ildən təyin edilmiş, iddiaçı, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə ərizə ilə müraciət edərək, müharibə veteranına görə sosial müavinətin təyin edilməsini xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla Müdafıə Nazirlıyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən xxxx 2018-ci il tarixdə verilmiş ****** saylı müharibə veteranı vəsiqəsinə əsasən iddiaçıya müharibə veteranı kimi müavinət təyin olunması hüququ xxxx 2018-ciil tarixdə yarandığından, ona məhz həmin tarixdən müavinətin təyin edildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya xxxx 2018-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq həmin tarixdən sosial müavinət təyin edilmiş, hazırda işin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq üç il əvvəldən təyin edilməsi ilə bağlıdır, cavabdeh, iddiaçıya müharibə veteranı vəsiqəsinin xxxx 2018-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirmiş, bu səbəbdən iddiaçıya 2015-ci ildən sosial müavinətin təyin edilməsindən imtina etmiş, qanunvericilikdə sosial müavinətin ən ço xu müraciət edilməzdən əvvəlki üç il müddətinə ödənilməsi imperativ norma kimi müəyyən edilmiş, iddiaçı, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə həmin tarixdən əvvələ (3 il) müavinət təyin edilməsini tələb etmək hüququna malik olmuş, cavabdeh inzibati orqan müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməli olmasını mübahisələndirməyərək, həmin hissədə birinci instansiya məhkəməsinin qərarında göstərilənləri qəbul etsə də, iddiaçının bu hüquqa yalnız ona vəsiqənin verildiyi xxxx 2018ciil tarixindən malik olması kimi dəlillər irəli sürərək ərizənin təmin edilməsindən imtina etmiş, iddiаçı Azərbaycan Respublika sının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə mühаribə veterаnıdır, iddiaçının müharibə veteranı statusu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdən yaranmış, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq, ona ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməli, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir, beləliklə, cаvаbdehin iddiаçıyа əvvəlki 3 il üçün ödənilməli оlаn müаvinəti ödəməkdən imtinası qаnunsuz оlmaqla, iddiаçının hüquqlаrının pоzulmаsınа səbəb оlmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası ap ellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər–bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Qanunun 9.1-ci maddəsinə əsasən “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından a sılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:.. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəs i təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bə ndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliy yatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəss isləri kimi iştirak etmiş şəxslərə müavinətin verilməsi qərara alınmışdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiаçının, Аzərbаycаn Respublikаsının ərаzi bütövlüyü uğrundа gedən döyüşlərdə iştirаk etdiyinə görə mühаribə veterаnı olduğunu, müharibə veteranı olmuş şəxslərə qanunvericiliyə əsasən ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənildiyini, beləliklə, cаvаbdehin iddiаçıyа əvvəlki 3 il üçün ödənilməli оlаn müаvinəti ödəməkdən imtinasının qаnunsuz оlmaqla, iddiаçının hüquqlаrının pоzulmаsınа səbəb оlduğunu nəzərə alaraq və qərarda istinad olunan maddi hüquq normalarına əsaslanaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1269/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1269/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar