Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2678/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-392/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.1997-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiya təyin edilmişdir.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirmişdir.
3. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrlərdə fərdi hesabının sığorta h issəsində xx.xx.2016-cı il tarixədək 11.339,57 manat pensiya sığorta kapitalı, 2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.995,45 manat sığorta kapitalı, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək isə 10.936,22 manat sığorta kapitalı qeydə alınmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ”Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensi ya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. İddiaçı hazırda əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən ona pensiya təyin olunduqdan sonra işlədiyi dövr üzrə toplanan pensiya kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Əmək pensiyasının müraciətdə qeyd edilən əsaslarla yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına k eçdikdən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya təyin edildikdən sonra işləməyə davam edib işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə qazandığı sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmaqla aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi və işləməyən pensiyaçı kateqoriyasına k eçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə qazandığı sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixdə pensiyanın sığorta kapitalı əsasında yenidən hesablanması hüququnu əldə etmişdir. Sonradan əmək fəaliyyətinə davam etməsi 2018-ci ildən yaranmış hüququna xitam vermir. Belə ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət yoxdur. İddiaçının aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sosial sığorta kapitalı əsasında pensiyasının məbləğinin artırılmasına nail olmaq idi. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir ki, iddiaçı barəsində "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1.45-ci maddələri tətbiq olunmalıdır. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “xx.xx.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunurdusa, iddiaçı xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Ona görə də cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı:
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. 10. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıq da, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki a rtım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”.
12. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etd irən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir.
13. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub.
14. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrlərdə fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixədək 11.339,57 manat pensiya sığorta kapital ı, 2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.995,45 manat sığorta kapitalı, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək isə 10.936,22 manat sığorta kapitalı qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2893/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair qərar ləğv edilmiş və pensiya təyin edildikdən sonra onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında, onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası yenidən hesablan sa da, cavabdeh onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsaslanaraq əmək pensiyasına qulluq əlavələrini azaltmışdır. Yenidən hesablanma nəticəsində onun pensiyası əvvəlkindən də az olmuş və iddiaçının vəziyyətində hər hansı yaxşılaşma baş verməmişdir. Faktiki olaraq cavabdeh əmək pensiyasının sığorta hissəsini artırsa da, bir o qədər qulluq stajına görə əlavələri azaltmışdır. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərar əlverişsiz inzibati aktdır və iddiaçının sosial təminatını yaxşılaşdırmağa xidmət etmir. Ona görə də pensiyanın yenidən hesablanması barədə cavabdehin qəbul etdiyi qərar ləğv edilməli və pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzə rinə qoyulmalıdır.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi hissəsində tələbinin həcmini azaldaraq onun işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-392/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2893/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əlavə azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, işin faktiki hallarını tam araşdırmamış, həmçinin mübahisəyə aidiyyəti olmayan “Əmək pensiyaları haqqında” Qanu nun 37.3.1-ci maddəsini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
21. Belə ki, iddiaçının tələbi sözügedən Qanunun 37.3.2-ci maddəsinin tələbinə müvafiq olaraq onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədədir, 37.3.1-ci maddə isə yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələsini tənzimləyir.
22. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı son dəqiqləşmiş tələbinin birinci hissəsində cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsini xahiş etsə də, iş materiallarına qeyd edilən qərarın surəti əlavə edilməmiş, məhkəmə ümumiyyətlə həmin qərarın mövcudluğunu araşdırmadan işə mahiyyəti üzrə baxmışdır.
23. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillə rində iddiaçının fərdi hesabının sığorta hissəsində cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək toplanmış pensiya kapitalının onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunduğunu qeyd etsə də, qərarın əsli və yaxud təsdiq edilmiş surəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin qeyd edilən dəlili ilə bağlı isə məhkəmə iclasında izahatında bildirmişdir ki, apellyasiya şikayətində texniki yanlışlığa yol verilərək iddiaçının fərdi hesabında toplanan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablandığı qeyd edilmişdir. Belə ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi tarixdən onun fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı istifadə olunmamış və “Əmək pensiyasının yeni dən hesablanması haqqında” qərar qəbul edilməmişdir.
24. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasında olmadığından onun əlilliyə görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir.
25. Kollegiya cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə tətbiq edilməli olan norma “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.2-ci və 37.3.2-1-ci maddəsidir. Belə ki, həmin maddə iddiaçının şəxsində əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasının qayda və şərtlərini müəyyən edir.
26. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixindən əlilliyə görə əmək pens iyası təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş, bir neçə dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasında olmuş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə həmin kateqoriyaya keçmiş, daha sonra isə xx.xx.2018-ci il tarixdən bu günə kimi əmək fəaliyyətini yenidən davam etdirmiş və fərdi hesabında pensiya kapitalı toplanmışdır.
27. Bu səbəbdən, iddiaçı məhz sonuncu dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2018-ci il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasını tələb edir.
28. Yuxarıda qeyd edilən dövrlərdə iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdeh etiraz və şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıya əmək pe nsiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi dövrlərdə fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixədək 11.339,57 manat pensiya sığorta kapitalı, 2016-cı ildən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 1.995,45 manat sığorta kapitalı, 2018-ci ildən xx.xx.2022-ci il tarixədək isə 10.936,22 manat sığorta kapitalı qeydə alınmışdır.
29. Göründüyü kimi cavabdeh iddiaçının məhz xx.xx.2018-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğunu qəbul edərək onun fərdi hesabında müvafiq pensiya kapitalının qeydə alındığını bildirmişdir.
30. Eləcə də, qanunvericilikdə iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirib sonuncu dəfə işləməyən əmək pensiy açısı kateqoriyasına keçdiyi - xx.xx.2018-ci il tarixədək olan dövr üçün belə şəxslərin əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
31. Eyni zamanda, iddiaçı əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan aparılmasını tələb edir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması.
33. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də bir hal şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi müəyyən olunmuşdur.
34. Hazırki iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən işlədiyi və sonuncu dəfə xx.xx.2018-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasında olduğu müəyyən olunduğundan həmin norma iddiaçıya da şamil edilməlidir.
35. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 29.2 (5 noyabr 2022-ci il tarixli, 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3. İşləyən əmək pensiyaçılarına:... 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əm ək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;...
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir....” Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmi yyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zə ruri olan həddə təmin edilmişdir.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Kassasiya şikayətinin təkrarlanan dəlilinə əsasən cavabdeh hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pens iyasına əlavənin məbləği azaldılmalıdır.
46. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı işlərdə ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən və bu, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, Qanunun 37.3.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır.
47. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-392/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.