Məhkəmə qərarları › İş №2-1(102)-2679/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2679/2019

22.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2679/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlük şərti, məhkəməyə qədər cavabdehə müraciət giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə (bundan sonra cavabdeh) qarşı (3-cü şəxslər Nəsimi rayon İcra və Pr obasiya Şöbəsi və Nəsimi rayon Prokurorluğu) qarşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1156/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 28 sentyabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Hökumətinin 2012-ci ildə verilən qərarının vaxtında yerinə yetirilməməsinə görə 50.000 manat ona dəyən mənəvi zərərin ödənməsi ilə yanaşı, müayinə-müalicə, əməliyyat xərclərinin 17.500 manat artırılaraq cəmi 67.500 m anat maddi və mənəvi zərərin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Balakən rayonu, Yeni Şərif kəndində olan evi, 2012-ci ildə zəlzələdən dağılaraq, yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Ehtiyat Fondundan 20 milyon manat pul ayrılmış, dağılan evlərin tikintisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2012-ci il tarixli 117 s saylı qərarı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə həvalə edilmişdir. Lakin baş vermiş təbii fəlakətin vurduğu fəsadların aradan qaldırılması istiqamətində tam həcmdə işlər aparılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2017-ci il tarixli qərarı ilə zəlzələdə dağılan evinin tikilməsi öhdəliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin üzərinə qoyulmuşdur. Bununla belə, Agentliyin rəhbərliyi vəsaitin olmadığını, büdcəyə vəsait ayrılandan sonra tikinti işlərinin aparılmasını, şablon qaydada cavablandırmışdır. Uzun illər bu bəhanələr onun xəstəliyinə səbəb olmuşdur. O, müayinə olunmuş, sonra isə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 2016-cı ilin dekabrın 12-də “qalxanvari vəzidən” əməliyyat keçirmişdir. Hal-hazırda xəstədir. Bakı şəhəri, Nəsimi rayon 5 saylı poliklinikasında “Hipertoniya” diaqnozu ilə dispanser qeydiyyatındadır, mütəmadi olaraq müalicə olunur. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 19, 21, 1096, 1100, 1101-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-582/2019 saylı iş) 30 yanvar 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X6 və X8, 2-1(103)-1156/2019 saylı iş) 21 may 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, vurulmuş ziyanın ödənilməsi tələbi üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə in zibati orqana müraciət etməsi, iddianın mümkün hesab edilməsi şərtlərindən biridir. Hazırkı halda, iddiaçının tələbi vurulmuş ziyanın ödənilməsindən ibarət olsa da, işin materialları ilə iddiaçının müvafiq ziyanın ona ödənilməsi barədə cavabdeh inzibati orqana rəsmi müraciət etməsi müəyyən olunmur. İddiaçı 28 iyun 2019-cu il tarixdə qərardadın surətini almış, 8 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaç ı həmçinin bildirmişdir ki, onun mənzili cavabdeh tərəfindən inşa edilmiş, təmir işləri qalmışdır. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4- cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarına əsasən, 2012-ci ildə Balakən rayonunda baş vermiş təbii fəlakət nəticəsində iddiaçının evi zəlzələdən dağılmışdır. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmiş, dövlət büdcəsindən vəsait ayrılan zaman iddiaçının mənzilinin tikilməsi nəzərdə tutulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2017-ci il tarixli qərarı ilə cavabdehi n üzərinə iddiaçıya məxsus qəzalı vəziyyətdə olan yaşayış evinin bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh həmçinin iddiaçıya ünvanladığı 24 dekabr 2018-ci il tarixli məktubunda bildirmişdir ki, Sizə tərəfimizdən 3 otaqlı yeni fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Yaxın zamanlarda tikinti işləri başa çatdırılaraq fərdi yaşayış evi Sizə təhvil veriləcəkdir. İddiaçı hesab edir ki, onun mənzilinin bərpası cavabdehə həvalə edilsə də, cavabdeh bu istiqamətdə tam həcmdə işlər aparmamış, məhkəmə qərarını icra etməmiş, nəticədə maddi və mənəvi ziyana məruz qalmışdır. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya q anunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkün saymamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilmə si, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi ha llarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Hazırkı vəziyyətdə tərəflər, həm də cavabdeh xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etmir. Cavabdeh inzibati orqandır və o, özünün hakimiyyət tədbirini həyata keçirərək iddiaçı və digər şəxslər üçün müəyyən hüquqi nəticə yarada bilən səlahiyyətə malikdir. Mübahisə inzibati hüquq münasibəti ilə bağlı olmaqla İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Qeyd olunan normalara əsasən məcburetmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət ets in və cavabdeh həmin ərizəni təmin etməsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda cavabdehin faktiki hərəkətinin nəticəsi olan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğvi məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, iddiaçı bunun üçün ilk növbədə cavabdehə müraciət etməlidir. Cavabdehin imtinası isə öhdəliyin icrası haqqında iddia qaldırılması üçün əsasdır. Digər hal isə, cavabdehin hərəkətsizliyi ilə bağlıdır. Yəni bu halda, iddiaçılar ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş olur, lakin müraciətinə heç bir cavab almır, cavabdeh iddiaçının müraciətinə reaksiya vermir. İşdən görünür ki, iddiaçının maddi ziyan tələbi barədə cavabdehə müraciəti mövcud deyil. İddiaçı əvvəllər bu barədə cavabdehə rəsmi müraciət e tməsini iddia ərizəsində və şikayətlərində də bildirməmişdir. Maddi ziyanla bağlı tələb əsaslı olduğu halda inzibati məhkəmə icraatı qaydasında mənəvi ziyanla bağlı müraciətə baxılması istisna olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müv afiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkün lüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən i ddiaçının cavabdehə müraciət etməsi işdə olan sübutlarla təsdiq olunmadığından, habelə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddianın mümkün sayılmamasına dair nəticə əsaslıdır. İddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılmasına dair şikayətin dəlilləri qəbul edilə bilməz. Bəhs olunanlar nəzərə alınaraq kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1156/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar