Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2679/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi, torpaq sahəsinin bələdiyyəyə məxsus olmaması, preyudisiallıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “bələdiyyə qərarlarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-79/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə Fərzullayev Rukaxan Şahməmməd oğlu arasında bağlanmış 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi ilə "Novxanı” bağları ərazisində yerləşən ümumi sahəsi 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixdən 08 iyun 1999-cu il tarixədək R.Fərrzullayevin icarəsinə verilmişdir. 2. “Ölüm haqqında Şəhadətnamə”yə əsasən Fərzullayev Rukaxan Şahməmməd oğlu 12 fevral 2005-ci il tarixdə ölmüşdür.
3. Bundan sonra Sumqayıt şəhər Bələdiyyəsi cavabdeh qismində Fərzullayev Rukaxan Şahməmməd oğl una qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1650j saylı bağ torpaq sahəsindən Fərzullayev Rukaxan Şahməmməd oğlunun ailə üzvləri tərəfindən istifadə edilmədiyini, həmin torpaq sahəsinin onun tərəfindən qeyri-rəsmi olaraq digər şəxs Cəbrayılov Fikrət Hümsi oğluna satıldığını və həmin şəxs tərəfindən də torpaq sahəsindən istifadə edildiyini bildirərək Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə cavabdeh arasında 1650j saylı bağ torpaq sahəsinə dair bağlanmış 08 iyun 1989-cu il tarixli, 7369 saylı icarə müqaviləsinin etibarsız sayılaraq qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
4. Həmin qətnam ə qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarının 28-ci bəndi ilə “Corat” bağlar massivində yerləşən B-1650b saylı bağ torpaq sahəsinin daxilində əlavə olaraq istifadə olunan və bələdiyyənin mülkiyyətində olan 908 m2 torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsi barədə müraciəti məqsədəmüvafiq hesab edilmiş, Sumqayıt şəhəri, “Corat” bağları ərazisində yerləşən sözügedən 0,0908 ha bağ sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində dövlət reyestrində qeydə alınmışdır.
5. Bundan sonra Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli, 17 nömrəli protokol qərarının 34-cü bəndi ilə həmin B-1650b saylı bağ torpaq sahəsinin icarə müqaviləsində göstərilən ölçüdən dah a artıq istifadə edilən 908 m2 torpaq sahəsinin F.H.Cəbrayılovun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra “Corat” bağları ərazisində yerləşən 1650F saylı, ümumi sahəsi 0,0908 ha torpaq sahəsi üzərində F.H.Cəbrayılovun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixində dövlət reyestrində qeydə alınmışdır.
6. F.H.Cəbrayılov mülkiyyətində olan 1650F ünvanında yerləşən 0,0908 ha torpaq sahəsinin 0,06 ha hissəsini 05 mart 2014-cü il tarixində alqı-satqı qaydasında X1. Bundan sonra 11 mart 2014-cü il tarixində həmin 0,06 ha torpaq sahəsinə dair G.M.Mirişlinin adına dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Fərzullayev Rukaxan Şahməmməd oğlu nun qanun üzrə vərəsəsi İddiaçı 2018-ci ildə həmin qətnamədən qətnamə ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermişdir. Həmin şikayət əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən Cəbrayılov Fikrət Hümsi oğlu kassasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qərardadı ilə Cəbrayılov Fikrət Hümsi oğlunun kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
8. Həmin ərəfədə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsi, Cəbr ayılov Fikrət Hümsi oğlu və digərlərinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı, onun əsasında AR DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, Cəbrayılov Fikrət Hümsi oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın, həmin çıxarış əsasında F.H.Cəbrayılov ilə G.M.Mirişli arasında bağlanmış 05 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Corat” bağlar massivində yerləşən 1650G saylı bağ sahəsində inşa edilmiş hasar və tikililərin cavabdeh G.M.Mirişli qızının hesabına sökülərək torpaq sahəsinin iddiaçıya təhvil verilməsini, Novxanı bağlarında yerləşən B-1645D saylı bağ evinə dair X13 adına tərtib ed ilmiş daşınmaz əmlakın texniki pasportu, onun əsasında X8 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, N.A.Abbasovanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, onun əsasında N.A.Abbasova ilə X11 arasında bağlanmış alqısatqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın qismən iddiaçıya məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək iddiaçıya təhvil verilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(060)-738/2019 nömrəli qətnaməsi ilə iddia tələbi tam həcmdə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kol legiyasının 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi Sumqayıt Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı, onun əsasında AR DTXK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 6505 uçot nömrəsi ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”, Cəbrayılov Fikrət Hümsi oğlunun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 fev ral 2019-cu il tarixli qətnaməsi X8 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, N.A.Abbasovanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, onun əsasında N.A.Abbasova ilə X11 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın qismən iddiaçıya məxsus 0,05 ha hissədə etibarsız hesab edilməsi, həmin sahədə inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli, 2(102)-49/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) biri nci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 908 kv.m torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsü oğlunun mülkiyyətinə verilməsinə dair 23 avqust 2013-cü il tarixli, 11 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Daha sonra iddiaçı tələbinin həcmini artıraraq, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və onun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası Fərzullayev Rukaxan Şahməmməd oğlu arasında bağlanmış xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bu günə qədər ləğv edilməmiş və torpaq sahəsi atasının icarəsində hesab edilir. Atası xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Həmin bağ sahəsi AR Prezidentinin 1998-ci il tarixli Sərəncamına və “Torpaq islahatı haqqında” Qanuna əsasən iddiaçının icarəçi olan atasının mülkiyyətinə verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2008-ci il tar ixli qətnaməsinə əsasən atasına məxsus bağa dair icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə olan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, bələdiyyənin iddiasının rədd edilməsi barədə yeni qətnamə qət edilmişdir. Qətnaməyə əsasən iddianın rədd edilməsi üçün əsaslardan biri də bu olmuşdur ki, bağ sahəsi vətəndaşların mülkiyyətinə verilmiş bağ sahəsi olduğu üçün bələdiyyə həmin torpağa dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Yəni, həmin torpaq bələdiyyə torpağı deyildir. Bu qətnamə qüvvəyə minməklə atasının adına olan icarə müqaviləsi yenidən qanuni qüvvədə qalmış və halhazırda həmin torpaq sahəsi atasının qanuni icarəsində olan torpaq hesab edilir. “İcarə haqqında” Qanunun tələblərinə görə icarəçi öldükdən sonra vərəsələri onun hüquqlarına malikdir lər və həmin torpaqlar özəlləşmə üçün açıldığından vərəsələr həmin torpaqdan istifadə hüququna, eləcə də mülkiyyət kimi qeydə alaraq mülkiyyətlərinə keçirmək hüququna malikdirlər. Lakin Sumqayıt Bələdiyyəsi vətəndaşların qanuni icarəsində olan torpaqlar barədə sərəncam vermək hüququ olmadan həmin torpağa dair sərəncam verərək, 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı ilə həmin torpaq sahəsinin Cəbrayılov Fikrət Hümsü oğlunun mülkiyyətinə verilməsi barədə müraciətini məqsədəmüvafiq hesab etmişdir. Bələdiyyə həmin qərardan sonra torpaq sahəsini öz mülkiyyəti kimi reyestr xidmətində qeydiyyata aldırmış, bundan sonra 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarı ilə torpaq sahəsini F.H. Cəbrayılovun mülkiyyətinə vermişdir. Hesab edir ki, bələdiyyənin qərarları qanunsuzdur və etibarsız hesab edilməlidir. İddiaçı həmin qərarın etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və ona həmin iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1843/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə Cəbrayılov Fikrət Hümsi oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
15. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 1650j saylı bağ torpaq sahəsinin mərhum Fərzullayev Rukaxan Şahməmməd oğlunun icarəsinə verilməsinə dair 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müəyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra R.Ş.Fərzullayevin torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda R.Ş.Fərzullayevin vəfatından sonra onun vərəsələri icarə müqaviləsinin onlardan biri ilə bağlanılması və ya bağ sahəsinə sahiblik etmək üçün digər tədbirlərin görülməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etməmişlər. Başqa sözlə, torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 14 il keçdikdən sonra bağ torpaq sahəsinə dair iddia tələbləri qaldırılmışdır. Halbuki, qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyy ətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur.
16. İddiaçı mübahisələndirilən 1650j saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının atasının ölümündən sonra onun vərəsələrinə keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmiş, eyni zamanda torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir. Belə olan h alda iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir. Bu müddəalar İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı “qərarın, əqdlərin etibarsız hesab edilməsi, tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası əsasında icraatı aparılmış mülki iş üzrə cavabdehlərin verdikləri apelyasiya şikayətlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)- 2683/2019 saylı qətnaməsində də öz əksini tapmışdır. Həmçinin, 29 avqust 2013-cü il tarixli, 11 saylı bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə v erilməmiş, bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə yalnız müraciəti məqsədəuyğun hesab olunmuşdur. Belə ki, B-1650b saylı bağ torpaq sahəsi bələdiyyənin 29 avqust 2013- cü il tarixli, 11 saylı iclasının 28-ci qərarı ilə deyil, 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarı ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonradan müvafiq qərarla üçüncü şəxsin mülkiyyətinə verilmişdir. Bu halın özü həmin dövrdə mübahisələndirilən torpaq sahəsinin artıq Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir.
17. Eyni zamanda, qaldırılmış iddia üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, iddia ərizəsinin məzmunund an da görünür ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İddia ərizəsində də göstərildiyi kimi, bələdiyyənin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərarı 2013-cü ilin dekabr ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından, 2018-ci ilin avqust ayından məlumatı olduğu halda, həmin qərarı yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır.
18. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(118)-260/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-52/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ilə (hakim X17) iddia təmin edilmiş, Sumqayıt şəhər, Novxanı bağları sahə sində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRXnin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarı etibarsız hesab edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Sumqayıt Bəələdiyyəsinin mübahisəli torpaq sahəsi üzərinə hüququnun olmadığı müəyyən olunmuşdur. Belə ki, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən qərarları qəbul edilərkən, Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tari xli, 2(1124)-2008 saylı qətnaməsi qüvvədə olduğuna görə, həmin vaxt etibarı ilə mübahisələndirilən qərarlar qanunsuz olmamışdır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsi qanuni qüvvəyə minəndən sonra həmin qərarların qəbul edilməsinin qanuni əsasları ortadan qalxmışdır.
21. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlu da apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraa t
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-72/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər X18 (məruzəçi), X14 və X19) cavabdehin apelyasiya şikayəti tam, üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-52/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum Fərzullayev Rukaxan Şahməmməd oğlunun icarəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müəyyən olunmuş və müddəti başa çat dıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamışdır. Həmin vaxtdan sonra Fərzullayev Rukaxan Şahməmməd oğlunun torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda Fərzullayev Rukaxan Şahməmməd oğlu 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum icarəçinin vəfatından sonra onun vərəsələrinin qeyd olunan1650j saylı bağ torpaq sahəsindən faktiki istifadə etmələri müəyyən olunmur, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir.
24. Həmçinin iddiaçı ən azından 2005-ci ildən, yəni Fərzullayev Rukaxan Şahməmməd oğlunun ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir. Belə olan halda iddiaçının mübahisələndirilən torpaq sah əsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir.
25. Bundan əlavə iddiaçı tərəfindən iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 6 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş tələb edilərək öyrənilmişdir. Mülki üzrə verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən satılması barədə bələdiyyənin nümayəndəsi tərəfindən verilən məlumat qeyd olunmuşdur. Yəni mübahisələndirilən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin 2013cü ilə aid qərarlarının mövcudluğundan iddiaçının ən azından, 20 18-ci ilin avqust ayından məlumatı olduğu halda, iddiaçı həmin qərarları yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirmişdir. Bununla da iddiaçı həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsində təsbit olunan iddia müddətini ötürmüşdür.
26. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1375/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X15 (məruzəçi), X3 və X6) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)-72/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etməyərək qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olması Sumqayıt Bələdiyyəsinin Fərzullayev Rukaxan Şahməmməd oğluna qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanımış və birinci instansiya məhkəməsin in qətnaməsini onun şikayətinə əsasən ləğv etmiş, Sumqayıt Bələdiyyəsinin iddiasını rədd etmişdir.
29. İddiaçının cavabdehə qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə dair hissədə də apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçı mübahisələndirmə haqqında deyil, tanınma – cavabdehin qərarının etibarsız hesab edilməsi haqqında iddia irəli sürmüşdür. İPM-də həmin növ iddianın verilməsi üçün prosessual müddət nəzərdə tutulmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması qanunvericiliyə zidd olmuşdur. ç) apellyasiya instansiyas ı məhkəməsində ikinci icraat
30. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-79/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər X9 (məruzəçi), X22 və X5) cavabdeh və üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun apelyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-52/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək, İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinin Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsinə dair Sumqayıt bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli, 17 saylı iclasının 34-cü qərarının qismən - 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bələdiyyə mülkiyyəti olaraq qeydə alınmış torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərarın etibarsızlığının müəyyən edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün ilk növbədə 0,12 ha torpaq sahəsinin mübahisələndirdiyi 0,06 ha hissəsinin bələdiyyə mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirməli, daha sonra qaldırdığı iddianın hüquqi taleyindən asılı olaraq, 28 dekabr 2013-cü il tarixli bələdiyyə qərarının etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmalıdır.
32. Həmin qərardad kassasiya qaydasında mübahisələndirilməmişdir.
33. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-79/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X22 və X5) cavabdeh və üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun apelyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-52/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməklə, Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı qismən - 0,06 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilmişdir.
34. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassas iya şikayətinin dəlilləri
35. Kassasiya şikayətinin əsasını iddia ərizəsinə qarşı təqdim edilmiş etirazda, eləcə də apelyasiya şikayətində göstərilənlər təşkil edir. Eyni zamanda şikayət müəllifi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələblərə hüquqi qiymət verərkən torpağın hüquqi statusu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarinda olan sənədlərdən də görünür ki, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum Fərzullayev Rukaxan Şahməmməd oğlunun icarəsinə verilmişdir. Torpaq icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müəyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni ic arə müqaviləsi bağlanmamışdır. Həmin vaxtdan sonra Fərzullayev Rukaxan Şahməmməd oğlunun torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda Fərzullayev Rukaxan Şahməmməd oğlu 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum icarəçinin vəfatından sonra onun vərəsələri nə icarə müqaviləsinin onlardan biri ilə bağlanılması, nə də bağ sahəsinə sahiblənmək üçün digər tədbirlərin görülməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etməmişlər. Başqa sözlə torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 14 il keçdikdən sonra bağ torpaq sahəsinə dair iddia tələbləri qaldırıİmışdır ki, bu da qanuni sayıla bilməz.
36. Daha sonra qeyd edilir ki, iddia etibarsızlığın tanınması haqında iddia kimi təqdim olunmasına baxmayaraq əslində qaldırılan iddi a iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirilmə haqqında iddia növünə aiddir. Belə ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçı ən azından qısa müddət ərzində inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığının müəyyən olunmasında maraqlı olmalıdır. Yəni iddiaçı, etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində, tez bir zamanda reallaşdırmalıdır. Beləliklə, bu iddia növündə əsaslandırılmış maraq subyektiv komponentlə (iddiaçının marağı) bərabər həm də zaman komponentinə malik olmalıdır. Bu səbəbdən, hazırkı mübahisəyə münasibətdə etibarsı zlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) mövcud deyildir. Hazırkı iddianın inzibat, aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində iddiaçının müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçının vəkili kassasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfindən kassasiya şikayəti kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verilmiş və müddət bərpasına dair ərizə təqdim edilməmişdir. Odur ki, kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə
16. Bələdiyyənin iclası...
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə
48. Bələdiyyə qərarlarının məcburiliyi
1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.
3. Bələdiyyənin öz səlahi yyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. 39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyə n digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.
40. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sah ələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxili ndə bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Maddə 1 1
1. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 41. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Bələd iyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10.Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə
25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli ic ra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.
42. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə. İİİ. Torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydası...
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mü mkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqən in keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblə r 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismə n) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. X26 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fu ndamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
49. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
50. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsi Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının qismən - 0,06 ha torpaq sahəsinin etibarsız hesab edilməsinə dair hissədə iddianın əsaslılığını yoxlamış və həmin hissədə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.
51. Hazırda kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş bu nəticəni mübahisələndirir. Qeyd edilir ki, İddiaçı mübahisələndirilən “Novxanı” bağları massivi ndə yerləşən, sahəsi 1200 kvadrat metr təşkil edən 1650j saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının Fərzullayev Rukaxan Şahməmməd oğlunun ölümündən sonra onun vərəsələrinə keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir. Eyni zamanda iddiaçı ən azından 2005-ci ildən, yəni Fərzullayev Rukaxan Şahməmməd oğlunun ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir.
52. Şikayət müəllifinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, yuxarıda qeyd edildiyi kimi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi ilə "Novxanı” bağları ərazisində yerləşən ümumi sahəs i 0,12 ha olan 1650j saylı bağ torpaq sahəsi Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi tərəfindən 08 iyun 1989-cu il tarixdən iddiaçının mərhum atası Fərzullayev Rukaxan Şahməmməd oğlunun icarəsinə verilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi torpaq islahatı haqqında qanunvericiliyin tələbinə əsasən dövlət tərəfindən əvəzsiz olaraq mərhum R.Fərzullayevin mülkiyyətinə verilməsinə baxmayaraq, cavabdeh bələdiyyə fonduna daxil olmayan, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində səlahiyyəti olmadığı halda sərəncam vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edilir. Belə ki, Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhər XDSnin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası arasında 1 650j saylı bağ torpaq sahəsinə dair bağlanmış 08 iyun 1989-cu il tarixli, 7369 saylı icarə müqaviləsinin etibarsız sayılaraq qüvvədən düşmüş hesab edilməsinə dair iddiası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə rədd edilmişdir.
54. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən və hazırkı iş üçün preyedusial əhəmiyyət daşıyan hallardan görünür ki, 1650j saylı bağ sahəsi R.Fərzullayevin icarəsinə bələdiyyənin müvafiq səlahiyyətinin olmadığı dövrdə, yəni xx.xx.1989-cu il tarixdə verildiyindən bələdiyyənin həmin torpaq sahəsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, Sumqayıt bələdiyyəsini n 29 avqust 2013-cü il tarixli, 11 nömrəli protokol qərarının 28-ci bəndi ilə Bələdiyyənin mülkiyyətində olan 908 kv.m torpaq sahəsinin üçüncü şəxs Cəbrayılov Fikrət Hümsi oğlunun mülkiyyətinə verilməsi barədə müraciəti məqsədəmüvafiq hesab edilmişdir.
55. Beləliklə, qeyd edilmiş hallar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl etməyərək, iddiaçının atasının icarəsinə, daha sonra torpaq islahatı haqqında qanunvericiliyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qan unu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə əsasən bələdiyyələr yalnız başqa fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər.
56. Lakin cavabdeh bələdiyyə iddiaçının mərhum atasının icarəsində olan torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunu pozmaqla etibarsız inzibati akt qəbul etmişdir.
57. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ iddia müddətinin tətbiq edilməsi ilə bağlıdır. Kassator hesab edir ki, hazırki iddia etibarsızlığın tanın ması haqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirilmə haqqında iddia növünə aiddir. İddiaçı da mübahisələndirmə haqqında iddia üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
58. Məhkəmə kollegiyası kassatorun mövqeyini əsassız hesab edərək bildirir ki, hazırkı iddia inzibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır.
59. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işə ilk dəfə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1375/2022 saylı qərarında da hazırki iddianı müəyyən et mə və ya tanınma haqqında iddia kimi qiymətləndirmiş, eləcə də İPM-də də həmin növ iddianın verilməsi üçün prosessual müddət nəzərdə tutulmadığı qeyd etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə hazırki iddia tələbini mümkün sayılmaması ilə bağlı cavabdehin mövqeyi qanuni və əsaslı sayıla bilməz.
60. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası iddiaçının vəkili tərəfindən elektron məhkəməyə göndərilmiş ərizəyə də münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
61. Həmin ərizədə qeyd edilir ki, cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülmüş, lakin müddət bərpasına dair vəsatət təqdim edilməmişdir. Bu səbəbdən də həmin kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, ərizədə əks edilən halın heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan apelyasiya instansiyası məhkəməsinin qərarının cavabdehə təqdim edilməsi barədə poçt xəbərnaməsindən görünür ki, qərar xx.xx.2023-cü il tarixdə Sumqayıt Bələdiyyəsinə təqdim edilmiş və təqdim edilmə səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmişdir. (cild 3, iş vər 87) Kassasiya şikayəti isə İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinin tələbinə əsasən təqdim edildiyi gündən 1 ay ərzində yəni, xx.xx.2023-cü ildə birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Odur ki, kassasiya şikayətinin geri qaytarılması ilə bağlı irəli sürülmüş arqument qə bul edilə bilməz.
63. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
64. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-79/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.