Məhkəmə qərarları › İş №2-1(102)-268/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-268/2019

05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-268/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “1976-cı ildən 2000-ci ilədək Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda, 28.12.2000-ci il tarixdən 31.12.2005-ci il tarixədək Ağsu rayon Kooperativ Cəmiyyətində işlədiyi illərin iş stajı kimi hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-511/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1996-2000-ci illərdə “M.B.Qasımov” adına kolxozda, 28.12.2000-ci il tarixdən 31.12.2005-ci il tarixədək Ağsu rayon Kooperativ Cəmiyyəti 14 nömrəli ərzaq və sən aye malları mağazasında xadimə işləmişdir. Azərbaycan Respublikası Arxiv İdarəsi Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 10.01.2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, arxivdə saxlanılan “M.B.Qasımov” adına kolxozun 1996-2000-ci illər əməyin ödənişinə görə 4-cü staj kitabının 288-ci səhifəsindən müəyyən olundu ki, X2 həmin illərdə kolxozda işləyərək əmək haqqı almışdır. İddiaçı əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 18.05.2018-ci il tarixli məktubla bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və onun iş stajını təsdiq edən əmək kitabçası olmadığından həmin illər onun sosial sığorta stajına daxil edilmir. İddiaçı 12.12.2003-cü ildə nikaha daxil olmuş və ona Cəfərquliyeva soyadı v erilmişdir. İddiaçı 12 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1976-cı ildən 2000-ci ilədək Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda, 28.12.2000-ci il tarixdən 31.12.2005-ci il tarixədək Ağsu rayon Kooperativ Cəmiyyətində işlədiyi illərin iş stajı kimi hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi illər arxiv arayışında əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(84)-1148/2018 saylı iş) 29 iyun 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin üzərinə iddiaçının 199627.12.2000-ci illərdə “M.B.Qasımov” adına kolxozda, 28.12.2000-ci il tarixdən 31.12.2005ci il tarixədək Ağsu rayon Kooperativ Cəmiyyətində işlədiyi illərin ona iş stajı kimi hesablanması öhdəliyi qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qərarı ilə r azılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4 -məruzəçi, X5 və X6, 2-1(107)-511/2018 saylı iş) 13 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 3 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 7 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının 1976-2000-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda, 28.12.2000-ci il tarixdən 31 12.2005-ci il tarixədək Ağsu rayonu Kooperativ Cəmiyyətində işlədiyi illər qanunvericiliyə uyğun deyildir. Arxiv idarəsi əmək haqqı cədvəllərini təqdim etmədiyi üçün yoxlamaq mümkün olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi işə düzgün qiymət v erməmiş, iddiaçının ərizəsini əsaslı sayaraq iddia tələbini təmin etmişdir. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddia tələbini təmin edərək qərar qəbul etmişdir. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 68.2, 87.7-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə ba xılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı 1976-2000-ci və 2000-2005-ci illərin iş stajı k imi nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş edir, cavabdeh isə hesab etmişdir ki, qanunvericiliyə görə iş stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan və iş stajını təsdiq edən əmək kitabçası olmadığından Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə 1996-2000-ci və 2000-2005ci illərin iş stajı dövlət arxivinin verdiyi arayışla təsdiq edildiyindən həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. İddia ərizəsində pensiya təyini barədə tələb qoyulmamışdır. Hazırkı kassasiya şikayəti cavabdeh tərəfindən təqdim edilməklə mübahisə iddiaçının qanunvericilikdə nəzərdə tutulan iş stajının mövcud olması ilə bağlıdır. İddiaçının 1996-2005-ci illərdə iş stajına malik olması, həmçinin 1996-200 0-ci illərdə əmək haqqı alması 10 yanvar 2018-ci il tarixli arxiv arayışı ilə təsdiq edilir. Bu arayışda iddiaçının 1996-2000-ci illərdə M.B.Qasımov adına kolxozda işləməsi, 28.12.2000-ci ildən 31 dekabr 2005-ci ilədək isə Ağsu rayon Kooperativ Cəmiyyətində ərzaq və sənaye malları mağazasında xadimə işləməsi qeyd edilmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetin in 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Qaydaların 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Odur ki, mübahisə olunan dövr əmək kitabçasında qeyd edilməsə də, təsdiqedici sənəd kimi arxiv arayışı ilə təsdiq edildiyindən, mübahisə ilə bağlı qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə yaşa görə pensiyanın təyin edilməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli a raşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-511/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar