Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-268/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-268/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 17.03.2020 Açar sözlər: vergi xidmət orqanlarından işdən azad edilməsi barədə əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi XXX və vəkili XXX iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2354/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Sərəncamdan çıxarılma haqqında” **********319600 saylı, xx xxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin **********689300 saylı, xx xxxx 2018-ci il tarixli işdən azad edilmə və 3 ay müddətinə sərəncama götürülmə barədə əmrin ona aid olan hissədə ləğv edilməsi və işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2003-cü ildən cavabdehin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin ibtidai sahədə mühüm işlər üzrə İdarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsində, 2017-ci ilin yanvar ayından isə dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Cavabdehin xx xxxx 2018-ci il tarixli, **********689300 saylı əmri ilə 3 ay müddətinə sərəncama götürülmüş, xx xxxxxxx 2018-ci il tarixdə sərəncam müddəti 3 ay artırılmış, xx xxxxxx 2018-ci il tarixli, **********319600 saylı əmrlə xx xxxxxx 2018-ci il tarixdən sərəncamdan işdən azad o lunmuşdur. Göstərilən əmrlər barədə onun məlumatı olmamış, qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad olunması barədə müvafiq qaydada xəbərdarlıq edilməmiş, işdənçıxarma zamanı müavinat almaq hüququ təmin edilməmişdir. Cavabdehin əmri qanunvericiliyin vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatına dair tələblərinə uyğun olmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx xxxxxx 2003-cü il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, xx xxxxxx 2017-ci il tarixdən isə müvafiq əmrlə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsi nə keçirilmişdir. xx xxxx 2018-ci il tarixli, **********672200 saylı əmrlə həmin departamentdə təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar struktur dəyişikliyi edilmiş, iddiaçının işlədiyi iqtisadi sahədə mühüm işlər üzrə idarə isə ləğv edilmişdir. İddiaçı və bir sıra digər əməkdaşların vergi orqanlarında başqa vəzifəyə keçirilməsi mümkün olmamış, iddiaçı xx xxxx 2018-ci il tarixli əmrlə işdən azad edilmiş və onunla son haqq-hesab edilməklə təhviltəslim işləri aparılmış, xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktı rəsmiləşdirilmiş və iddiaçı həmin aktı imzalamışdır. Qanunvericiliyin tələblərinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktla təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olu nmuş vergi orqanı vəzifəli şəxslərinin sərəncama götürülməsi, müəyyən edilmiş müddətdə sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri ilə bağlı Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verildiyindən və əmək qanunvericiliyi vergi orqanı üçün bununla bağlı heç bir qadağa nəzərdə tutulmadığından, iddiaçının sərəncama çıxarılması və işdən azad olunmasına dair onların hərəkətləri qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bundan başqa bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi “İşdən azad edilmə haqqında” əmri xx xxxx 2018-ci il tarixli olduğundan və iddiaçı həmin əmr barədə xx xxxx 2018-ci il tarixindən məlumatlı olduğundan, əmrin ləğv edilməsi tələbinə dair hissədə iddia müddətini ötürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1649/2019 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, qanunvericilik vergi orqanlarında təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar həmin orqanların vəzifəli şəxsinin 3 ay müddətinə sərəncama çıxarılmasını, habelə bununla bağlı əmrlərin, yəni inzibati aktın mübahisələndirilməsi üçün 1 ay müddət nəzərdə tutmuşdur. İddiaçı xx xxxx 2017-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və sərəncama götürülməsindən xəbərdar olmuş, lakin iddia tələbi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etməklə prosessual müddəti 6 ay ötürmüşdür. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olu nmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2354/2019 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları öz qərardadında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294, 296, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38, 79, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü maddələri ilə ə saslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində iddia ərizəsində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və əlavə olaraq bildirmişdir ki, sərəncama götürüldükdən sonra ona rayonlarda yeni vəzfələr təklif olunduğundan, həmin müddət ərzində cavabdehə qarşı iddia qaldıra bilməzidi. İddiaçıya sərəncamda qalma müddətinin uzadılmasına dair əmrin surəti təqdim olunsa da, işdən azad olunmasına dair əmrin surəti elan və təqdim olunmamış, iddiaçı həmin aktı aldıqdan 5 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarix də məhkəmə qarşısında iddia qaldırmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sü butlar aşağıdakı kimi müəyyən edilmişdir. Vergilər Nazirlyinin **********689300 nömrəli, xx xxxx 2018-ci il tarixli əmrindən çıxarışdan göründüyü kimi, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi əmr edilmişdir. Göründüyü kimi, iddiaçının sərəncama götürüldüyü əmrlə həmçinin on un əmək müqaviləsinə də xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər də təsdiq edir ki, iddiaçı həmin əmr barədə qəbul edildiyi tarixdən məlumatlı olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini a pellyasiya məhkəməsi müəyyən etmiş və iddiaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik vergi orqanlarında təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar həmin orqanların vəzifəli şəxsinin 3 ay müddətinə sərəncama çıxarılmasını, habelə bununla bağlı əmrlərin, yəni inzibati aktın mübahisələndirilməsi üçün 1 ay müddət nəzərdə tutmuşdur ki, iddiaçı bu müddəti ötürməklə 6 ay sonra iddia qaldırmışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, onun işdən çıxarılması və sərəncama götürülməsi barədə mübahisələndirdiyi əmr inzibati prosessual qnaunvericliyin tələblərinə əsasən elan və təqdim olunmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İ PM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüq uqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının mübahisələndirdiyi xx xxxx 2018-ci il tarixli əmrlə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətində sərəncama götürülməsi müəyyən edilmişdir. Həmin əmrin qəbul edilməsinin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə istinad etmişdir. Qeyd edilmiş əmrlə bağlı mübahisəli, yəni iddiaçıya əmrin təqdim və ya elan edilməsi məsələsinə qiymət verərkən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin və inzibati prosessu al qanunverciliyin tələblərinin əlaqəli təhlil edilməsini zəruri hesab edir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də məsələ hər hansi bir qaydada tənzimlənməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində aşağıdakı qayda müəyyən olunmuşdur: - 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq norma lar onlara tətbiq edilir. Maddələrin tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə dair qaydalar aşağdakı kimi müəyyən edilmişdir: - 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; - 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddəarin tələblərindən göründüyü kimi, işçinin əmrinin, əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçiyə əmrin, yaxud əmək kitabşasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsi ndə inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. Göründüyü kimi, məsələ sahəvi qanunvericiliyə münasibətdə inzibati qanunvericlikdə daha məhdud dairə çərçivəsində həll edilmişdir. Lakin məhkəm ə kollegiyası məsələnin tənzimlənməsində sahəvi qanunvericliyin müddəaların tətbiq edilməsi üstünlüyünün aşağıdakılardan irəli gəldiyini qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur; - 3.3-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsus i qaydalar müəyyən oluna bilər; Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni vergi orqanlarında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Apellyasiya məhkəməsinin işin müəyyən edilmiş hallarında iddiaçının hüququnun pozulduğu gün kimi “İş materiallarına əlavə edilmiş sənədlər də təsdiq edir ki, iddiaçı həmin əmr barədə qəbul edildiyi tarixdən məlumatlı olmuşdur.” ifadəsi işlədilmişdir ki, məhkəmə tərəfindən hansı sənədə əsasən hansı halın müəyyən edildiyi bəlli deyildir. Halbuki, prosessual müddətlərə dair qanunvericliyin tələbləri tətbiq etdiyi təqdirdə, onların axımının əsasını təşkil edən hal və bunu təsdiq edən sübut işin hallarında dəqiq göstərilməli idi. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellya siya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş qanunverciliyin tələblərinə əsasən iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərardadın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2354/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-268/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-268/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver