Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-268/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iş üzrə QƏRAR Açar sözlər: qara mühasibat sənədləri əsasında verginin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X13, vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-827/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.6-cı və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə avqust 2015-iyul 2018-ci vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 2. xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə cavabdeh xx.xx.2018-ci il tarixli qərara əsasən iddiaçı cəmiyyətdə ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, əlavə dəyər vergisi avqust 2015 – iyul 2018, torpaq vergisi 2015-2018-ci il, əmlak vergisi 2015-ci il – 2017-ci il, mənfəət vergisi 2015-ci il – 2017-ci il, sadələşdirilmiş vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2015-ci il – 2017-ci il tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə d air qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır.
3. Cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli akta baxıb, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə əsasən ödəmə mənbəyindən tutulan vergi üzrə 252,2 manat, məbləğin yayındırılmasına görə 126,1 manat məbləğində maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 10384,24 manat, məbləğin yayındırılmasına görə 5192,12 manat maliyyə sanksiyası, ƏDV üzrə 136448,71 manat, məbləğin yayındırılmasına görə 68224,37 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 24823,71 manat, verginin yayındırılmasına görə 12411,68 manat məbləğində maliyyə sanksiyası və vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 120 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Departamentin xx.xx.2019-cu il tarixli **********187256 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması barədə xx. xx.2019 tarixli akt tərtib edilmişdir. Yoxlama ilə əhatə edilən dövr xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdür. Müəssisənin fəaliyyəti xx.xx.2017-ci ildən dayandırılmışdır. Vergi ödəyicisi Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 3, mənzil 6 ünvanında yerləşən obyekti xx.xx.2016-cı il tarixində İddiaçı adı ilə vergi uçotuna qoymuş, həmin obyekt xx.xx.2017 ci il tarixindən etibarən X5 tərəfindən qeydiyyata alınmışdır. X5 barəsində Bakı şəhəri X2 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarı ilə keçirilmiş səyyar vergi yoxlaması zamanı həmin obyektə xx.xx.2019-cu il tarixində baxış keçilmiş və həmin obyektdə baxış zamanı ödəyicisi X3 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Aktın 1.9.4-cü bəndində ekspertizanın aparılması qey di. Müəssisənin 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə ümumi dövriyyə 37544.75 manat, mənfəət vergisi isə 1251.49 manat müəyyən edilmişdir. Yoxlama ilə 2017-ci il üzrə hesablanmış 26075.20 manat mənfəət vergisi əlavə hesablanmışdır. 2016-cı il 4-cü rüb üzrə sadələşdirilmiş vergi hesablanmışdır. 2016-cı il 4cü rübündə hesablanmış 10483.24 manat sadələşdirilmiş vergi əsassız hesablanmışdır. Çünki bu dövr üzrə sadələşdirilmiş vergi öhdəliyi yaranmamışdır. Səyyar vergi yoxlaması aktının 2.5-ci bəndində 1080 manat maliyyə sanksiyası əsassız hesablanmışdır. Müəssisənin ƏDV qeydiyyatı xx.xx.2017-ci il tarixli **********1 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almış və bildiriş xx.xx.2017 ci il tarixində qüvvəyə minmişdir. Lakin səyyar vergi yo xlaması ƏDV qeydiyyatı mövcud olmadığı dövrə 78800.35 manat ƏDV hesablanmışdır. Yoxlama aktında bütün ƏDV bəyannamələri vaxtında təqdim edilmiş kimi yazılmışdır. Lakin aktın 2.5 ci bəndində ƏDV bəyannaməsi təqdim olunmaması qeyd edilərək maliyyə sanksiyaları hesablanmışdır. Ümumi səyyar vergi yoxlaması ilə 171908.45 manat əlavə vergi hesablanmış, 87034.45 manat maliyyə sanksiyası hesablanmışdır. Burada hesablanmış 252.20 manat ödəmə mənbəyindən tutulan vergi üzrə hesablama istisna olmaqla 171656.67 manat vergi məbləği 86908.35 manat maliyyə sanksiyası düzgün hesablanmamışdır. Səyyar vergi yoxlaması müəssisənin hər hansı bir nümayəndəsinin iştirakı olmadan və qərəzli şəkildə aparılmışdır. Bununla əlaqədar səyyar vergi yoxlamasının nəticəsində tərtib olunan xx.xx.2019 tarixli **********16365 0 nömrəli aktın ləğv olunmalıdır. Aktın tərtibi aşağıdakı səbəblərdən qanunsuzdur: Səyyar vergi yoxlaması müəssisənin direktorunun və onun nümayəndəsinin, vəkilinin, mühasibinin iştirakı olmadan keçirilmişdir. Səyyar vergi yoxlaması üzrə hesablamalar əsaslandırılmamış, müəssisənin direktorunun X1 uçotda olan obyektlərində prosedur qaydalara zidd onun nümayəndəsinin, şəxsiyyəti təsdiq edilmiş müşahidəçilərin iştirakı təmin edilməmiş, qanunvericiliyə uyğun olmadan protokollaşdırılmamışdır. Elektron baxış protokolu tərtib edilməmişdir. Yoxlanılan dövrdə sahibkar sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Yoxlama ilə sadələşdirilmiş vergi üzrə 2016-cı ilin 4-cü rübündən 2018-ci ilin 2-ci rübünədək (daxil olmaqla) olan dövr əhatə edilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr üzrə 2017-ci ilin 2 -ci rübünədək (daxil olmaqla) sadələşdirilmiş vergini 4 faiz dərəcəylə hesablamışdır. 2019-cu ilin 01 yanvar tarixinədək qüvvədə olmuş Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən Bakı şəhərində 4 faiz dərəcə ilə hesablanır. Vergi ödəyicisi xx.xx.2017-ci il tarixində vergi orqanı na müraciət edərək, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmiş və 2017-ci ilin 3-cü rübündən etibarən sadələşdirilmiş vergini 8 faiz dərəcəylə hesablamışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə 11365.28 manat məbləğində sadələşdirilmiş verginin azaldıldığı aktda göstərilmişdir. Faktiki olaraq sadələşdirilmiş vergi artıq hesablanıb. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə əsasən işçilərin orta siyahı sayı 7 nəfər, əmək haqqı fondu 5400 manat, 1 nəfərə düşən orta a ylıq əmək haqqı 64 manat olmaqla, əmək haqlarından 70.56 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi büdcəyə hesablanmışdır. 2017-ci il üzrə vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən, işçilərin orta siyahı sayı 40 nəfər, əmək haqqı fondu 57600 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 120 manat olmaqla, əmək haqlarından 18.9 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi büdcəyə hesablanmışdır. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəət 130375,98 manat müəyyən edilərək, mənfəət vergisinin 24823,71 manat azaldılması müəyyən edilmişdir. Halbuki müəssisə öz gəlirlərini qanuna müvafiq ol araq vergi orqanına bəyan etmiş, vaxtı-vaxtında vergilərini hesablamış və ödəmişdir. Faktiki olaraq müəssisə sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisənin vergiyə cəlb edilən gəlir məbləğinin eyni zamanda ƏDV və gəlir vergisinə cəlb edilməsi, 4 faizlə sadələşdirilmiş vergi uçotunda olan vergi ödəyicisinin uçotunun ləğv edilərək qeydiyyatsız ƏDV hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
3. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla hesablanmış hər bir vergi tədiyyəsi (sadələşdirilmiş vergi, mənfəət vergisi, əlavə dəyər vergisi və s.) üzrə vergi məbləğlərinin düzgün hesablanmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25072 saylı ekspert rəyindən görünür ki, sadələşdirilmiş vergi üzrə iş materiallarından göründüyü kimi iddiaçı sadələşdirilmiş vergi üzrə; 10384,24 manat sadələşdirilmiş verginin azaldılması təqdim edilmiş ilkin uçot sənədlərində öz əksini tapmadığı üçün sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmir. ƏDV üzrə; iş materiallarından göründüyü kimi iddiaçı ƏDV-nin yoxlanılması üzrə Vergi Məcəlləsinin aşağıdakı maddələrində yazılan 136448,72 manat ƏDV-nin azaldılması ilə ziddiyyət təşkil edir. Səyyar vergi yoxlamanın 3-cü vərəqi 1.8-ci bəndində müəssisənin ictimai iaşə fəaliyyəti ilə məşğul olması göstərilmiş dir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır. Göstərilənlərlə əlaqədar ƏDV-nin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsas vergi ödəyicisinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəali yyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Bu da sübut edir ki, vergi ödəyicisi qanunamüvafiq olaraq, könüllü surətdə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 8% sadələşdirilmiş vergini seçmək hüququndan istifadə edərək müraciət etmişdir. Göstərilənlərlə əlaqədar olaraq hesablanmış 136448.72 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə azaldılması müəyyən edilmir. Mənfəət vergisi üzrə: iş materiallarından göründüyü kimi, iddiaçıya (VÖEN **********) 24823.71 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDVnin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Bu səbəbdən qeyd edilənləri nəzərə alaraq tədqiqatla mənfəət vergisinin dövlət büdcəsinə azaldılması müəyyən edilmədi. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-2506/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı 252,20 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin hesablanması hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qənaətinə görə vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması avqust 2015 tarixd ən – iyul 2018-ci il tarixədək olan dövrü əhatə etdiyindən hazırki mübahisəyə yoxlama aparılan dövlərdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin maddələri tətbiq edilməlidir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə 2017-ci ilin birinci rübü üzrə 4665,28 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması, 2016-cı ilin 4-cü rübü üzrə 10384,24 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödənilməkdən yayındırılması əsası ilə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir. Səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, yo xlamanın əhatə etdiyi dövr üzrə müəssisə faktiki olaraq restoran xidmətlərin göstərilməsi (gecə klublarının işlədilməsi) yeməklərin çatdırılması üzrə xidmətlər və otel (mehmanxana) xidməti ilə məşğul olmuşdur. Halbuki ekspert rəyi ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Göründüyü kimi iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlama aparılan dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin tələblərinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməsi nəzərdə tutulmuşdur. Vergi orqanı məcburi ƏDV qeydiyyatına alınmasına əsas olaraq vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən etibarən əlavə dəyər vergisi ödəyicisi olmalı olduğunu göstərmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2016-cı ilin noyabr və dekabr ayları üzrə vergi tutulan dövriyyəsi 200.000 manatdan artıq – 259.606 manat olmuş və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisi xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınmışdır. Lakin məhkəmə araşdırması dövründə təqdim edilmiş sənədlər əsasında, həmçinin həmin sənədlər əsasında aparılmış ekspert rəyinə əsasən iddiaçının ikili fəaliyyətinin olduğu təsdiqini tapmamış, onun ictimai iaşə fəaliyyəti ilə məşğul ol araq, buna dair qanunvericiliklə müəyyən edilmiş sadələşdirilmiş vergini ödədiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olduğu halda xx.xx.2017-ci il tarixdən etibarən vergi orqanı tərəfindən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi olduğuna əsaslanaraq, onun tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 10384,24 manat azalma və 4665,28 manat artıq hesablama kimi müəyyən edilmişdir. Bununla da vergi orqanı tərəfindən yoxlama zamanı 10384,24 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödəməkdən yayınma kimi nəzərə alınaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5192,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 200.000 manatdan artıq olan ict imai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergini müəyyən edilmiş qaydada 8 faiz dərəcəsi ilə ödədiyindən, onun xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi kimi vergi hesablanması və bunun əsasında yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. Həmçinin iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu müəyyən edildiyindən, o, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən mənfəət vergisi və ƏDV-nin ödəyici ola bilməz. Bu səbəbdən də iddiaçıya mənfəət vergisi üzrə 24.823,71 manat, verginin yayındırılmasına görə 12.411,68 manat məbləğində maliyyə sanksiyasının hesablanması əsassızdır. Mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsin ə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır. İş üzrə verilmiş ekspert rəyi əsasında səyyar vergi yoxlaması ilə iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 252,20 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Buna görə də mübahisələndirilən qərarı həmin hissədə əsaslıdır.
7. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X6 həmin qərardan apelyasiya şikayəti verərək qərarın qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icra at 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X16, 21(103)-827/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. Cavabdeh qərarın surətini xx xxxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
10. Səyyar vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya hesablanmış vergilər ********* nömrəli cinayət işinin isti ntaqı zamanı əldə edilmiş qara mühasibatlıq sənədlərinə əsaslanır. Belə ki, qeyd olunan qara mühasibatlıq sənədləri iddiaçıya məxsus təsərrüfat subyektlərində baxış, axtarış və götürmə istintaq hərəkətlərinin icrası zamanı götürülmüş “ACER” və “DELL” markalı kompüterlərdən əldə olunmuş iddiaçının dövriyyəsini əks etdirən “Excel” və Word” faylarda olan elektron hesabatlardan ibarət olmuşdur.
11. Yuxarıda qeyd olunan cinayət işinin istintaqı zamanı əldə edilmiş xx.xx.2019cu il tarixli 18086 saylı ekspert rəyi ilə adı çəkilən qara mühasibatlıq sənədlərinin mövcudluğu və iddiaçının real dövriyyəsini əks etdirməsi təsdiq olunmuş və hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmuşdur (rəyin surəti əlavə olunur).
12. Məhkəmə cavabdehin apelyasiya şikayətində qeyd etdiyi birinci instansiya məhkəm əsinin qərarın qəbulu zamanı istinad etdiyi əsas sübut növü olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 25072 saylı ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı arqumentlərlə razılaşmadığını qeyd etməsinə baxmayaraq heç bir əsaslandırma aparmamış və qeyd edilən arqumentlərin məhkəmə tərəfindən qəbul edilməməsinin səbəblərini qeyd etməmişdir. Halbuki, apelyasiya şikayətində də qeyd edildiyi kimi mötəbər sübut kimi qiymətləndirilən ekspert rəyində ekspert hüquq normalarının tətbiqi ilə bağlı məsələyə dair rəy verməklə, öz səlahiyyətinə aid olmayan rəy tərtib etmişdir. Belə ki, ekspert rəyinin əsaslandırma hissəsindən də göründüyü kimi rəydə yalnız vergi qanunvericiliyinin maddələri sadalanmış, heç bir hesabla ma aparılmamış, ekspert öz qarşısında qoyulan suallara mahiyyəti üzrə cavab verməmişdir. Həmçinin məlum olduğu kimi ekspert rəyində ifadə edilən hər bir mövqe dəqiq və konkret əsaslandırılmalı, ekspertin mövqeyini təsdiq edən hallara istinad edilməlidir. Lakin rəydə sadələşdirilmiş vergi üzrə 10384,24 manat verginin azaldılmasının sənədlərlə öz əksini tapmaması qeyd edilsə də, ekspertin sözügedən mövqeyi əsaslandırılmamış və təqdim edilmiş heç bir sənədə istinad edilməmişdir.
13. Qeyd edilənlər sözügedən ekspert rəyinin inzibati iş üzrə mötəbər sübut kimi qəbul edilməməli olduğunu birmənalı şəkildə təsdiq etməsinə baxmayaraq, sözügedən rəy əsassız və qanunsuz məhkəmə qərarının qəbul etməsinin yeganə əsası kimi qeyd edilmiş və apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin qeyd edilən hallarını nəzərə almadan qanunsuz nəticəyə gəlmişdir.
14. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinin tələbinə əsasən hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Digər tərəfdən, məhkəmə Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına istinad edərək müvafiq qərara əsasən “qara mühasibatlıq” sənədlərinin ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibatlıq ekspertizası zamanı nəzərə alına bilinməməsi faktının preyudisial hüquqi əhəmiyyətini və bu faktın mübəhisələndirilə bilinməməsini vurğulamışdır.
16. Məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirilir ki, İnzibati Prosessual Məcəllənin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə c inayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi qeyd edilmişdir. Göründüyü kimi qanunvericilik qanuni qüvvəyə minmiş hökmlə bağlı 2 halın 1. hadisənin olub-olmaması və 2. şəxsin həmin hadisəyə aidiyyəti, hallarının əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsini müəyyən edir.
17. Lakin ‘‘qara mühasibatlıq” sənədlərinə hüquqi qiymət verilməsi bu iki haldan heç birinə uyğun olmadığından məhkəmə qərarın qəbulu əsası kimi qeyd edilən hala istinad etməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən olan “qara mühasibatlıq” sənədlərinə hüquqi qiymət verərək, mübahisələndirilən inzibati akt üzrə hesablamanın əsasını təşkil edən həmi n sənədlərin qəbul edilməməsini əsaslandırmalı olduğu halda sözügedən tələblərə əməl etməyərək prosessual pozuntusu ilə müşayiət olunan qərar qəbul etmişdir.
18. Beləliklə, hazırkı halda aşağı instansiya məhkəmələri İPM-in 58.8-ci maddəsinin tətbiqində səhvə yol verərək hökmün hadisənin olub-olmaması hissəsində deyil, konkret məsələyə verilmiş hüquqi qiymət hissəsində preyudisial hesab etmişdir.
19. Halbuki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyek tinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan - əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
20. Məhz qeyd olunan maddəyə əsaslanmaqla bildirilir ki, iddiaçıdan götürülmüş “ACER” və “DELL” markalı kompüterlərdən əldə olunmuş iddiaçının dövriyyəsini əks etdirən “Excel” və Word” faylarda olan elektron hesabatlar mənbəyi bəlli olan əlaqəli məlumatlardır və bu məlumatlara əsasən iddiaçıya vergilərin hesablanması vergi orqanını hüququ olaraq müəyyən edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək əsassız olduğu üçün şikayətin rədd edilməsini xahiş etm işdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
24. Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilm əyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Mə cəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqda n istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddə 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1 bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 alıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2 vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər; Maddə 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs ya ratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Maddə 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz. Digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci madd əsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə). 220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz. 220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz.
25. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel yasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Mülki Prosessual Məcəllə: Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 27. “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun: M a d d ə 2
6. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir: məhkəmə ekspertizasının aparıldığı tarix və yer; məhkəmə ekspertizasının aparılmasının əsasları; məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs haqqında məlumat; məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat; Azərbaycan Respublikasının prosessual qanunveric iliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət barədə ona xəbərdarlıq edilməsi; məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar; məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar; məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat; istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması... Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımda n lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdehin şikayətinin dəlillərinə görə səyyar vergi yoxlama sının nəticəsi olaraq iddiaçıya hesablanmış vergilər cinayət işinin istintaqı zamanı əldə edilmiş qara mühasibatlıq sənədlərinə əsaslanır. Ayrı-ayrı vergilər qara mühasibatlıq sənədləri iddiaçıya məxsus təsərrüfat subyektlərində baxış, axtarış və götürmə istintaq hərəkətlərinin icrası zamanı götürülmüş kompüterlərdən əldə olunmuş Vergi Məcəlləsinin müddəaları və cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında hesablanmışdır.
32. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyət üzrə Vergi Məcəlləsinin 38.3.6-cı və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə avqust 2015 - iyul 2018-ci vergi dövrü üzrə növbədənkənar səyyar verg i yoxlaması təyin edilmişdir.
33. Cavabdehin tərtib etdiyi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıda ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, əlavə dəyər vergisi avqust 2015 – iyul 2018, torpaq vergisi 20152018-ci il, əmlak vergisi 2015-ci il – 2017-ci il, mənfəət vergisi 2015-ci il – 2017-ci il, sadələşdirilmiş vergi 3-cü rüb 2015 – 2-ci rüb 2018, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2015-ci il – 2017-ci il tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.6 və 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə baş lanmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır.
34. Səyyar vergi yoxlaması aktında Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxxxxxxx 2018-ci il tarixli məktubu və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı əsasında yoxlamanın təyin edilməsi qeyd edilmişdir.
35. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə ödəmə mənbəyindən tutulan vergi üzrə 252,2 manat, məbləğin yayındırılmasına görə 126,1 manat məbləğində maliyyə sanksiyası, sadələşdirilmiş vergi üzrə 10.384,24 manat, məbləğin yayındırılmasına görə 5.192,12 manat maliyyə sanksiyası, ƏDV üzrə 136.448,71 manat, məbləğin yayındırılmasına görə 68.224,37 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 24.823,71 manat, verginin yayındırılmasına görə 12.411,68 manat məbləğində maliyyə sanksiyası və vergi h esabatının və arayışının vaxtında verilməməsinə görə 120 manat maliyyə sanksiyası hesablanmışdır.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 25072 saylı ekspert rəyindən görünür ki, sadələşdirilmiş vergi üzrə: 10384,24 manat sadələşdirilmiş verginin azaldılması təqdim edilmiş ilkin uçot sənədlərində öz əksini tapmadığı üçün sadələşdirilmiş verginin az hesablanması müəyyən edilmir. ƏDV üzrə: iş materiallarından göründüyü kimi ƏDV-nin yoxlanılması üzrə Vergi Məcəlləsinin aşağıdakı maddələrində yazılan 136448,72 manat ƏDV-nin azaldılması ilə ziddiyyət təşkil edir. Səyyar vergi yoxlamanın 3-cü vərəqi 1.8-ci bəndində müəssisənin ictimai iaşə fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasə n vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə hesablanır. Göstərilənlərlə əlaqədar ƏDV-nin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsas vergi ödəyicisinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş ve rgi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Bu da sübut edir ki, vergi ödəyicisi qanunamüvafiq olaraq, könüllü surətdə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 8% sadələşdirilmiş vergini seçmək hüququndan istifadə edərək müraciət etmişdir. Göstərilənlərlə əlaqədar olaraq hesablanmış 136448.72 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə azaldılması müəyyən edilmir. Mənfəət vergisi üzrə: iş materiallarından göründüyü kimi, 24823.71 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Bu s əbəbdən qeyd edilənləri nəzərə alaraq tədqiqatla mənfəət vergisinin dövlət büdcəsinə azaldılması müəyyən edilmədi.
37. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində vergi qanunvericiliyinə əməl olunmasının vəziyyəti yoxlanılmış və nəticələri haqqında xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Aparılan səyyar vergi yoxlaması ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə 24 823,71 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bundan başqa yoxlama ilə 10384.24 manat sadələşdirilmiş verginin az hesablanması, 4665.28 manat sadələşdirilmiş verginin artıq hesablanması, 136448.72 manat ƏDV-nin az hesablanması, 252.2 manat ödəmə mənb əyində tutulan verginin az hesablanması müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən edildi ki, müəssisə ictimai iaşə fəaliyyəti ilə məşğul olmuşdur. Qanuna müvafiq olaraq vergi bəyannamələrini təqdim etmişdir. Kassa və bank sənədləri araşdırılarkən vergi bəyannamələrində göstərilən dövriyyələr arasında fərq yaranmamışdır. Qara mühasibat sənədləri (kağızlar) ilkin mühasibat sənədi sayılmadığı üçün mühasibat sənədlərinin ekspertizası zamanı nəzərə alına bilməz. Bu səbəbdən, həmçinin iş materiallarında olan sənədlərlə vergidən yayınma halları öz təsdiqini tapmır. Sadələşdirilmiş vergi üzrə 10384.24 manat sadələşdirilmiş verginin azaldılması sənədlərlə öz təsdiqini tapmadı. ƏDV-nin yoxlanılması üzrə Vergi Məcəlləsinin aşağıdakı maddələri yazılan 136.448.72 manat ƏDV-nin azaldılması ilə ziddiyy ət təşkil edir. Faktiki olaraq səyyar vergi yoxlamasının 3-cü vərəqi 1.18-ci bəndində müəssisənin ictimai iaşə fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə, Vergi Məcəlləsinin 220.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) ictimai iaşə fəaliyyəti üzrə - 8 faiz dərəcə ilə hesablanır. Göstərilənlərlə əlaqədar ƏDV-nin hesablanma sı Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Buna əsas vergi ödəyicisinin xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmişdir. Bu da sübut edir ki, vergi ödəyicisi qanuna müvafiq olaraq, könüllü surətdə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 8% sadələşdirilmiş vergini seçmək hüququndan istifadə edərək müraciət etmişdir. Göstərilənlərlə əlaqədar olaraq 136.448,72 manat ƏDV-nin azaldılmasını təsdiq edən hal aşkar edilmədi. Ödəmə mənbəyindən vergi üzrə 252.2 manat İddiaçı MMC tərəfindən Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 3, mənzil 6 ünvanında yerləşən sahəsi 144.6 kv.metr olan əmlakı xx.xx.2016 ta rixli icarə müqaviləsi əsasında aylıq icarə haqqı 9302.33 manat olmaqla X9 icarəyə götürmüşdür. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınar və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənən röyalitidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə Vergi Məcəlləsinin 124.1 və 150.1.6-cı maddələrinə əsasən ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanılarkən, yuxarıda qeyd edilmiş icarə müqavilələrinə əsasən müəyyən edilmişdir ki, 2016-cı ilin 4-cü rübü üzrə ödənilən icarə haqqının ümumi məbləği 5401.4 manat (9302.33 manat/31gün x 18g ün) olduğu halda vergi ödəyicisi həmin məbləği bəyannamədə 3600 manat göstərməklə 252.2 manat ÖMV-ni (756.2-504) dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.
38. Cavabdehin dəlilinə görə ekspert rəyində ekspert hüquq normalarının tətbiqi ilə bağlı məsələyə dair səlahiyyətinə aid olmayan rəy vermişdir.
39. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.
40. Apelyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyində ekspert apardığı tədqiqatın müfəssəl təsvirini verməklə gəldiyi nəticəni Vergi Məcəlləsinin tələblərinə uyğun əsaslandırmış, Vergi Məcəlləsinin müddəaları ilə bağlı rəy verilməmişdir.
41. Məhkəmənin ekspert rəyi ilə razılaşmam ası üçün hər hansı əsas mövcud olmamışdır.
42. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçı cəmiyyətin rəhbəri bağlı hazırkı yoxlama dövrünün bir hissəsi barədə cinayət işi olmuş və Vergi Məcəlləsinin 213.3cü maddəsi ilə ittiham olunan D.Dəmirçiyev barəsində bəraət hökmü çıxarılmış və hökm qanuni qüvvəyə minmişdir.
43. Cinayət işi üzrə aparılan xx xxxx 2019-cu il tarixli ekspert rəyində də sadələşdirilmiş verginin, ƏDV-nin, gəlir vergisinin azaldılması müəyyən edilmədiyi bildirilmişdir.
44. İşdən görünür ki, cavabdeh etirazının əsası olaraq məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmiş, səyyar vergi yoxlamasının cinayət işinin istintaqı zamanı əldə edilmiş qara mühasibatlıq sənədlərinə əsaslandığını bildirmişdir.
45. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə vergi orqanına ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat formasını təqdim etmiş, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlama aparılan dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin tələblərinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməsi nəzərdə tutulmuş, iddiaçı sadələşdirilmiş verginin azaldılması müəyyən edilməmişdir.
46. Cavabdeh iddiaçının məcburi ƏDV qeydiyyatına alınmasına əsas olaraq vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən etibarən əlavə dəyər vergisi ödəyicisi olmalı olduğunu göstərmişdir. Belə ki, səyyar vergi yoxla ması zamanı ********* nömrəli cinayət işi üzrə əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vergi ödəyicisinin 2016-cı ilin noyabr və dekabr ayları üzrə vergi tutulan dövriyyəsi 200.000 manatdan artıq – 259.606 manat olmuş və Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən vergi ödəyicisi xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınmışdır. O cümlədən vergi ödəyicisinə qeydiyyata alınmamış aylar (2017-ci ilin yanvar, fevral və mart ayları) üzrə 78800,35 manat, aprel və may ayları üzrə 57648,37 manat, ümumilikdə 136448,71 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmişdir.
47. Lakin məhkəmə araşdırması dövründə təqdim edilmiş sənədlər əsasında, həmçinin həmin sənədlər əsasında aparılmış ekspert rəyinə əsasən iddiaçının ikili fəaliyyət inin olduğu təsdiqini tapmamış, onun ictimai iaşə fəaliyyəti ilə məşğul olaraq, buna dair qanunvericiliklə müəyyən edilmiş sadələşdirilmiş vergini ödədiyi müəyyən edilmişdir.
48. Vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olduğu halda xx.xx.2017-ci il tarixdən etibarən vergi orqanı tərəfindən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi olduğuna əsaslanaraq, onun tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 10384,24 manat azalma və 4665,28 manat artıq hesablama kimi müəyyən edilmişdir. Bununla da vergi orqanı tərəfindən yoxlama zamanı 10384,24 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödəməkdən yayınma kimi nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 5192,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
49. İddiaçı 200000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergini müəyyən edilmiş qaydada 8 faiz dərəcəsi ilə ödədiyindən, onun xx.xx.2017-ci il tarixdən etibarən məcburi ƏDV qeydiyyatına alınaraq, həmin tarixdən sonra ƏDV ödəyicisi kimi vergi hesablanması və bunun əsasında yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır.
50. İddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu müəyyən edildiyindən, o, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən mənfəət vergisi və ƏDV-nin ödəyici ola bilməz. Bu səbəbdən də iddiaçıya mənfəət vergisi üzrə 24823,71 manat, verginin yayındırılmasına görə 12411,68 manat məbləğində maliyyə sanksiyasının hesablan ması əsassızdır.
51. Mübahisələndirilən qərar üzrə vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi əsassızdır.
52. İş üzrə verilmiş ekspert rəyi əsasında səyyar vergi yoxlaması ilə iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 252,20 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur. Buna görə də məhkəmə mübahisələndirilən qərarı yalnız həmin hissədə əsaslı hesab etmişdir.
53. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh cinayət işinin materialları əsas ında ona təqdim edilmiş sənədlərə istinad edərək iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmiş, həmin materiallar isə qara mühasibat sənədləri (kağızlar) olmaqla vergi qanunvericiliyinin normalarına uyğun əldə olunmadığından mötəbər sübut kimi qəbul edilməmişdir.
54. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
55. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-827/2020 saylı x xxxxxxxx 2020- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.