Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-268/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mümkünlük, müəllimlərin diaqnostik qiymətləndirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1969/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən verilmiş 005056 saylı, 08 iyul 1996-ci tarixli diploma əsasən iddiaçı 1994-cü ildə Gəncə şəhəri X4 Xidməti Kollecinə daxil olmuş və həmin kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu 1996-cı ildə bitirmişdir.
2. Cavabdeh 26 dekabr 2019-cu il tarixli məktubunda iddiaçının vəkilinə bildirmişdir ki, Salyan rayonu Kolanı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması barədə məktubuna cavab olaraq bildirilir ki, mövcud qaydalara əsasən m üəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən iddiaçının adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalara ziddir.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Salyan rayon Təhsil şöbəsi Kolanı kənd ümumi orta məktəbi tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli arayışa əsasən iddiaçı 15 sentyabr 2008-ci il tarixdən hal-hazıra kimi Kolanı kənd ümumi orta məktəbində müəllimə işləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 005056 nömrəli Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması, diplomun dövlət nümunəli hesab olunaraq təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1994 -cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 Xidməti Kollecinə qəbul olunmuş, 1996cı ildə Kollecin ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə tam kursu bitirmiş və ona AZ seriyalı 005056 nömrəli Diplom verilmişdir. 2008-ci ildən o, Salyan rayonu Kolanı kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamış və hazırda da həmin məktəbdə işləyir. Lakin 2019-cu ildə Salyan rayon Təhsil şöbəsi üzrə keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirakına buraxılmamışdır. Bununla əlaqədar Salyan rayon Təhsil şöbəsinə müraciət etdikdə ona səbəb kimi 1996-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən verilmiş AZ seriyalı 005056 nömrəli diplomun blankının nümunəli təhsil sənədi olmadığı göstərilmişdir. Bu məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etdikdə isə 26.12.2019-cu il tarixli 09-09-157710 saylı məktubunda bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd-Diplom blankının dövlət nümunəli təhsil sənədi olmadığına görə onun diaqnostik qiymətləndirilməsində iştirakı mövcud qaydalara ziddir. Halbuki o, Diplomu 2008-ci ildə işə qəbul olunanda təqdim etmiş və Salyan rayonu kənd tam orta məktəbində işlədiyi müddət ərzində həmin diplomun qanuniliyi heç bir orqan, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mübahisələndirilməmişdir. Gəncə şəhəri X4 Xidməti Kolleci AR Nazirlər Kabinetinin 09 sentyabr 1993-cü il tarixli 487 saylı qərarı ilə orta ixtisas təhsil müəssisəsi statusu ilə qeydiyyata alınmış və onun fəaliyyəti qanuni olmuşdur. O, diplom aldıqdan 4 il sonra Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 saylı Fərmanının 10-cu hissəsinə əsasən X6 Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri X4 Xidməti Kollecinin bazasında Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı açılmışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-1208/2021 saylı iş) 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisas ı üzrə verilmiş AZ seriyalı 005056 nömrəli diplomun dövlət nümunəli hesab olunaraq, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada iddiaçının iştirakını təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının 2008-ci ildən işlədiyi Kolanı kənd ümumi orta məktəbində ibtidai sinif müəllimi də Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalar ı”nın 3-cü bəndində diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin kateqoriyasına aid olmasına baxmayaraq, cavabdeh inzibati orqanın Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən yazılmış 005056 saylı diplom blankının dövlət nümunəli təhsil sənədi olmaması səbəbi ilə iddiaçının 2019-cu ildə keçirilən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində buraxılmaması bununla bağlı qəbul edilmiş bütün normativ hüquq aktlarının yuxarıda geniş şərh edilən müddəalarına zidd hesab edildiyinə görə əsassız və qanunsuz olmuşdur. Bununla yanaşı həm əvvəlki, həm də hazırda qüvvədə olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasını tənzimləyən normativ hüquqi aktlar əsasında, İddiaçı sertifikatlaşdırm aya buraxılan müəllimlərin kateqoriyasına aid olduğundan, onun Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmasına buraxılmaması üçün hər hansı bir əsas yoxdur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X1-məruzəçi, X3 və X9, 2-1(103)-1969/2021 saylı iş) 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edil məsi vəzifəsi cavabdehin üzərinə qoyulsa da, Nazirlik tərəfindən yuxarıda sözügedən sertifikatlaşdırmanın nə vaxt və necə keçirilməsi barədə hər hansı qərar qəbul olunmamışdır. Eyni zamanda cavabdehin də həmin iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi tələblə bağlı imtinası olmamışdır. İddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, cavabdehin imtinasının olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.
11. İddiaçı 9 noyabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddiaçının Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən iddiaçıya ümumtəhsil məktəblərində ibtidai sinif müəllimi ixtisası üzrə verilmiş AZ seriyalı 0Q5Q56 nömrəli Diplom blankının dövlət nümun əli hesab olunması, cavabdehin iddiaçının yuxarıda qeyd olunan Diplom blankının dövlət nümunəli olmaması əsası ilə diaqnostik qiymətləndirilmədə iştirakına mane olan hərəkətlərinin qanunsuz sayılması, iddiaçının ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakını təmin etmək barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. İddiaçının ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakını təmin etmək barədə cavabdehin üzərinə vəzifə qoyulması ilə əlaqədar qə rardadda qeyd olunduğu kimi “iddiaçının əvvəlki iddia ərizəsində iştirakının təmin edilməsini tələb etdiyi diaqnostik qiymətləndirmə adlı tədbir Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”na əsasən təşkil olunmuş və həyata keçirilmişdir.
13. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı 20.04.2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq olunmuşdur ki, burada müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru müəyyən e dilmişdir. Belə olan halda ilkin iddia tələbinin əhəmiyyəti itdiyi üçün iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə aparılaraq təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmada onun iştirakım təmin etmək barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Şikayətin maddi hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 12, 82, 87.7ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Təhsil haqqında” Qanun: Maddə 36-2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin sertifikatlaşdırılması 36-2.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (-). 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) i l müddətində dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. 17. “Ümumi təhsil haqqında” Qanun: Maddə
28. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması 28.1. Dövlət ümumi təhsil müəssisə lərində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (-). 28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı 30 aprel 2020ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəs sisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqın da, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv et məyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
20. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
21. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.
23. İddiaçı 15.09.2008-ci il tarixdən Salyan rayonu Kolanı kənd ümumi orta məktəbində müəllim işləyir və diplomu dövlət nümunəli sayılmaması səbəbi ilə 2019-cu ildə Salyan rayon Təhsil Şöbəsi üzrə keçirilmiş müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına buraxılmamışdır.
24. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizəsində 3 tələb irəli sürmüşdür: 1) diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətlərin qanunsuz sayılması; 2) Diplomun dövlət nümunəli hesab olunması; 3) təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşd ırmada onun iştirakının təmin edilməsi.
25. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edən apelyasiya instansiyası məhkəməsi iddianı ona görə mümkün saymamışdır ki: 1) iddiaçının əvvəlki iddia ərizəsində iştirakının təmin edilməsini tələb etdiyi diaqnostik qiymətləndirmə adlı tədbir cavabdehin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”na əsasən təşkil olunmuş və artıq həyata keçirilmişdir; 2) iddiaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsa da, cavabdeh tərəfindən yuxarıda sözügedən sertifikatlaşdırmanın nə vaxt və necə keçirilməsi barədə hər hansı qərar qəbul olunmamışdır; 3) cavabdehin idd iaçının sertifikatlaşdırmada iştirakının təmin edilməsi tələblə bağlı imtinası olmamışdır.
26. Cavabdeh 26 dekabr 2019-cu il tarixli məktubunda iddiaçının vəkilinə bildirmişdir ki, Salyan rayonu Kolanı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirakına şərait yaradılması barədə məktubuna baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud qaydalara əsasən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədi dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Gəncə şəhəri X4 Xidməti Kolleci tərəfindən iddiaçının adına yazılmış AZ seriyalı 005056 nömrəli təhsil haqqında sənəd dövlət nümunəli olmadığına görə onun diaqnostik qiymətləndirilmədə iştirakı mövcud qaydalar a ziddir.
27. Cavabdeh imtina məktubunda sertifikatlaşdırmadan, iddiaçının sertifikatlaşdırmada iştirakının təmin və ya rədd olunmasından bəhs etməmişdir. Cavabdeh məktubunda yalnız diaqnostik qiymətləndirmədən və iddiaçının həmin qiymətləndirmədə iştirakının mövcud qaydalara zidd olmasından bəhs etmişdir.
28. Cavabdeh məktubda “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlara, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na, həmin aktlarda qeyd edilən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin p eşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə sertifikatlaşdırma aparılmasına istinad etməmişdir.
29. Buna baxmayaraq iddiaçı adı çəkilən qanun və qaydaya istinad edərək sertifikatlaşdırmada onun iştirakının təmin edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə iddiaçının bu tələbinə cavabdehin 26 dekabr 2019-cu il tarixli məktubunun işığında münasibət bildirmədən həmin tələblə məhkəməyə qədər cavabdehə müraciəti olmaması əsası ilə düzgün olmayaraq iddianı mümkün saymamışdır.
30. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizəsində irəli sürdüyü birinci və ikinci tələblər aşağıdakı qaydada olmuşdur: 1) diaqnostik qiymətləndirmədə iştirakına mane olan hərəkətl ərin qanunsuz sayılması; 2) Diplomun dövlət nümunəli hesab olunması.
31. Cavabdeh 26 dekabr 2019-cu il tarixli məktubunda iddiaçının vəkilinin 22 noyabr 2019-cu il tarixli ərizəsinə istinad etmişdir.
32. İşdə olan 22 noyabr 2019-cu il tarixli ərizədə iddiaçının diplomunun dövlət nümunəli hesab olunması və diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi cavabdehdən xahiş edilmişdir.
33. Göründüyü kimi iddia ərizəsində göstərilən hər iki tələblə bağlı iddiaçı məhkəməyə qədər cavabdehə müraciət edib imtina cavabı almasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu hissədə iddianı mümkün saymamaqla haqlı olmamışdır.
34. İddianı mümkün saymamaqla apelyasiya məhkəməsi digər dəlilini “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmə sinin aparılması Qaydaları”na əsasən təşkil olunması və artıq həyata keçirilməsi ilə əsaslandırsa da, yuxarıda adı çəkilən qaydaların tələbinə görə sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olması təsbit olunmuşdur.
35. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən tə min edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1969/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.