Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-268/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X4 Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisə barədə təhqiqat aktının verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1972-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh X4 Xidmətinə qarşı “işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisə nin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1592/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, **********1 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətlərinizdə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-ni n 3 saylı Neft qazçıxarma sahəsində iş vaxtı səhhətinizin pozulması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması və köməklik göstərilməsini xahiş etmişsiniz və araşdırma zamanı əlavə məlumatların əldə edilməsi üçün aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildiyindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2ci bəndinə əsasən müraciətlərə baxılması 30 iş günü müddətinə uzadılmışdır.
2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı “Azneft” İBnin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda xx.xx.2020-ci il tarixdə iş qrafikinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyiniz, xx.xx.2020-ci il tarixdə saat 2000 radələrində şam yeməyindən so nra telefonla danışmaq üçün yeməkxana evçiyinin dəhlizinə keçdiyiniz, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşları Sizi huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördükləri qeyd edilmişdir. Eyni zamanda həmin məktubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığınız, çagırılmış təcili və təxirəsalanmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunuz, “ÜİX.kəskin koronar sindrom diaqnozu qoyulduğu, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. Səhhətinizin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə müraciət olunmuş, təqdim olunmuş xx.xx.2022-ci i l tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir. Qeyd edilən səbəblərlə bağlı olaraq iddiaçının səhhətinin pozulması halının istehsalatda əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı ”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına X6 Profilaktika İnstitutunun səlahiyyətləinə aid oluğundan İddiaçı təyin olunmuş diaqnozların peşəsi ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi üçün aidiyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyyə olunur.
3. V.Y.Axundov adına X6 Profilaktika İnstitutunun iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 59/2 nömrəli məktubunda, iddiaçının əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə v əziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin peşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 317-5/2-Ə22719/2 023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X4 Xidməti) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməlliyatı keçirilməsinə səbəb olmuş hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilməsi və iddiaçıya İZ formalı aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qər ar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İstehsalat Birliyinin struktur bölməsi olan “Abşeronneft” Neft Qazçıxarma” İdarəsi rəisinin xx.xx.1995-ci il tarixli, 107 saylı əmri ilə həmin idarənin 3 saylı sexinə neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2020-ci ildə bədbəxt hadisə baş verib xəstəxanaya düşənə kimi bu idarədə operator vəzifəsində işləmişdir. İş qraflkinə uyğun olaraq o, iş yoldaşları ilə birgə 1 (bir) həftə işə gedir, bir həftə işləyir və sonra evə qayıdıb bir həftə istirahət edəndən sonra yenidən işə gedirdi. xx.xx.2020-ci ildə yenə işə çıxma qrafikinə uyğun olaraq iş yoldaşları ilə birlikdə 7 (yeddi) günlük “Abşeronneft” NQÇİ-nin 1120 saylı dəniz özülünə işə getmiş, yeddi günlük iş növbəsinin başa çatmasına baxmayaraq “pandemiya” olduğunu bildirərək, dəyişmədilər və bu minvalla iddiaçı və iş yoldaşları xx.xx.2020-ci ilə kimi fasiləsiz iş yerində qalıb işləməyə məcbur olmuşlar. 8. xx.xx.2020-ci il saat 20 radələrində g ərgin işdən sonra iddiaçı iş yoldaşları Qabil Kərimov və Fazil Əliyevlə şam yeməyinə gəlmiş, şam yeməyindən sonra da işlərini davam etdirməli idilər. İş yoldaşları ilə birlikdə şam yeməyini yeyəndən sonra iddiaçı istifadəsində olan mobil telefonla ailəsi ilə danışmaq üçün yemək yedikləri otaqdan çıxıb tambura, ratsiya olan otağa gəlmiş, ratsiya olan otağa gələndə mətbəx kimi istifadə edilən qonşu otağın qapısının açıq olduğunu və mətbəxdə olan elektrik peçinin yandığını görmüşdür.
9. Əl telefonunu ratsiyanın yanına qoyub elektrik peçini söndürmək üçün mətbəxə keçmiş, peçi söndürüb geri, ratsiya olan otağa qayıdan zaman ayağı qəflətən, gözləmədiyi halda mətbəxin qapısının kandarına ilişmiş və özünü saxlaya bilməyib zərbə ilə, möhkəm şəkildə ratsiya olan otağın döşəməsinə yıxılmış və özündən getmişdir. İş yoldaşları möhkəm tappıltı səsi eşidib tambura keçib baxarkən onu döşəmədə yıxılıb huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görmüşlər. Onlar xeyli yardım edəndən sonra iddiaçını özünə gətirmişlər. Özünə gələndən sonra bədənində kəskin ağrıların olmasını və güclə nəfəs aldığını hiss etmişdir.
10. Yanında olan iş yoldaşları düşdüyü vəziyyət barədə dərhal “Abşeronneft” NQÇİ-i üzrə növbətçiyə, eyni zamanda 3 saylı NQÇS-nin rəisi Mirdamət Yusifova, həm də “Abşeronneft” NQÇİ-nin rəhbərliyinə məlumat vermişdilər. Daha sonra ’’Azneft” İstehsalat Birliyinin rəhbərliyinə də düşdüyü vəziyyət barədə məlumat verilmişdi. Ancaq idarədən hava küləkli olduğuna görə onu sahilə çıxarıb həkimə çatdırmaq üçün ardınca gəmi göndərilməsinin mümkün olmadığını deyirdilər.
11. İş yoldaşları qardaşı Nüma yəndə2 zəng edib vəziyyəti barədə ona da məlumat vermişdilər.
12. Sonradan ona məlum olmuşdur ki, “Azneft” X2 Nəqliyyat şöbəsinin rəisi Qalib Cəlilov işə qarışandan sonra onu sahilə çıxarmaq üçün gəmi ayrılmışdır. xx.xx.2020-ci il saat 10 radələrində iddiaçını 1120 saylı dəniz özülündən “Dübəndi” Neft terminalı limanına çıxardılar və Pirallahı rayonunun 18 saylı X7 Stansiyasının həkimlərinə təhvil vermişlər.
13. Həmin vaxt onu sahilə gətirən gəmini qarşılamağa “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanov, 3 saylı NQÇS-nin rəis müavini Bəxtiyar Rzayev və həkim olan qardaşı qızı gəlmişdi. Həkimlər onu müayinə etdikdən sonra problemin ürəyi ilə bağlı olduğunu və təcili onu xəstəxanaya çatdırılmasını bildirmişlər. X7 briqadasının həkimləri tibbi sığorta ilə əlaqəyə girib vəziyyəti barədə onlara məlumat verəndən sonra onların göstərişi və tapşırığı ilə iddiaçını qarşılayan X7 briqadasının həkimləri “Bakı Sağlamlıq Mərkəzinə” gətirmişlər. Burada da həkimlər iddiaçını yenidən müayinə etmiş, problemin ürəyində olduğunu müəyyən edəndən sonra dərhal onu əməliyyat otağına qaldırmış və həmin gün açıq ürək əməliyyatı ilə üzərində cərrahi əməliyyat aparılmış və iddiaçı xx.xx.2020-ci ilə kimi stasionar şəraitdə “Bakı Sağlamlıq Mərkəzin”də müalicə olunmuşdur. 14. “Bakı Sağlamlıq Mərkəzi”ndən ona verilmiş epikrizdə son diaqnoz olaraq əsas xəstəlik kimi “aortanın döş hissəsinin cırılmış anevrizması, yanaşı xəstəliklər kimi “sol mədəcik çatışmamazlıgı”, “’aortanın koarktasiyası (preduktal), (posduktal), insulind ən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla”, “əvvəllər keçirilən miokard infarktı”qeyd edilmişdir.
15. Daha sonra epikrizin “Anamnesis Vitae” hissəsində 1 aya yaxındır ki, şəkərli diabetdən əziyyət çəkir qeyd edilmişdir. Barəsində verilmiş epikrizlə yanaşı xəstəliklər kimi “insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla,“əvvəllər keçirilən miokard infarktı” barədə yazılanlar heç bir həqiqətə uyğun deyildir.
16. Bu barədə yazılan fikirlər tamam yalnış və səhv fıkirlərdir. Bu fikirlər xüsusi sifariş əsasında epikrizdə yazılıb ki, ona İZ formalı aktın verilməsindən imtina edilsin.Ona görə ki, xx.xx.2020-ci ildə məlum hadisə baş verənə kimi onun ürəyindən heç vaxt şikayəti olmayıb, ürəyi onu heç vaxt incitməyib, ürəyi ilə bağlı hər hansı müalicələr almamış və dər manlar qəbul etməmişdir. Miokard infraktı da keçirməmişdir. Eyni zamanda, xx.xx.2020-ci ilə kimi və ondan sonra indiyə kimi şəkərli diabet xəstəliyindən də əziyyət çəkməmiş və hazırda da əziyyət çəkmir.
17. İddiaçı açıq ürək əməliyyatı olunandan sonra indiyə kimi dəfələrlə “Bakı Sağlamlıq Mərkəzində” müayinələrdən keçmiş, müayinələr zamanı da onda şəkərli diabet xəstəliyi aşkar olunmayıb. İddiaçının şəkərli diabet xəstəliyindən hər hansı formada əziyyət çəkməməyi xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə “Bakı Sağlamlıq Mərkəzi”ndə veridiyi ümumi analizi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli tibbi sənəddən də görünür. Həmin bu sənəddə də qlukozanın xx.xx.2020-ci ildə və xx.xx.2020-ci il tarixlərində neqativ olunması qeyd edilmişdir.
18. Bundan başqa iddiaçı xx.xx.2022-ci ildə həm X 1 laboratoriyasında, həm də “Bakı Sağlamlıq Mərkəsində” şəkərini yoxlatdırmışdır. Həmin vaxt da şəkəri tam norma daxilində (90 və 99,6 mg/dL olmuşdur. Norma isə 74-106 mg/dL arasıdır. 19. 16.04.2020-ci il tarixdə iddiaçının qardaşı Nümayəndə2 telefonla zəng edərək “Abşeronneft” Neft Qazçıxarma İdarəsinin Baş mühəndisinin Əməyin Mühafizəsi və Təhlükəsiz Texnikası üzrə müavini Sabit Aslanova və 3 saylı X3 rəisi Mirdaməd Yusifova açıq ürək əməliyyatı yolu ilə ürəyindən əməliyyat olunduğu barədə məlumat vermişdir.
20. Ancaq əməliyyat olunduğu gündən indiyə kimi nə işlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsindən, nə də 3 saylı NQÇS-nin rəhbərliyindən onun səhhəti və ailənin sosial durumu ilə maraqlanan və onlara hər hansı maddi yardım göstərilməmişdir.
21. Qardaşı Nümayəndə2 idarənin baş müh əndisinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə müavini Sabit Aslanovdan və idarənin rəhbərliyindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar aktın nə vaxt verilməsini soruşanda, ona bildirmişlər ki, belə bir akt düşmür.
22. İşlədiyi “Abşeronneft” Neft Qazçıxarma İdarəsi tam qanunsuz və əsassız olaraq bu günə kimi baş vermiş hadisəyə görə İZ formalı aktı verməkdən imtina edir. Əməliyyat olunduğu gündən etibarən bu günə kimi isə ona xəstəlik vərəqəsi verilməsi davam edir. Ancaq buna baxmayaraq artıq bir ildən çoxdur ki, işlədiyi idarəyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə ona ödəniş edilmir. Bu səbəbdən də 6 (altı) nəfərdən ibarət ailəsi çox çıxılmaz ağır maddi duruma düşmüşdür. Müalicələr aldığı tibb müəssisəsi tərəfindən TSEK-na tibbi rəy almaq üçün 5 (beş) dəfə 88 nömrəli forma göndərib.
23. TSEK tərəfindən müalicənin davam etdirilməsi, sağalmağı və ya əlil olmağı barədə rəsmi heç bir tibbi rəy verilmədiyi üçün müalicə həkimi xəstəlik vərəqəni bağlaya bilmədiyini bildirir. TSEK-nin həkimləri işlədiyi idarə tərəfindən ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı akt təqdim edildikdən sonra əmək qabiliyyətinin itirilmə faizini təyin edə biləcəklərini deyir və verilən sorğulara rəsmi cavab vermirlər. İddiaçı ürəyinə görə uzun müddət müalicələr alıb müəyyən qədər özünə gələndən sonra və eyni zamanda batmış səsi açılandan sonra baş vermiş hadisə ilə bağlı ona istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar İZ formalı aktın verilməsi üçün xx.xx.2021-ci ildə qardaşı Nümayəndə2lə birgə “Abşeronneft” Neft Qazçıxarma İdarəsin in rəisi Ramil Quliyevin qəbulunda olmuşdur.
24. Həmin vaxt qəbulda baş mühəndisin ƏM və TT üzrə müavini Sabit Aslanov idarə rəisi Ramil Quliyevə bildirdi ki, iddiaçını onlar sadəcə xəstə kimi qeydə alıblar. Daha sonra Sabit Aslanov idarə rəisinə yalandan bildirdi ki, işdə yıxılıb yuxarıda qeyd etdiyi vəziyyətə düşməyindən və açıq ürək əməliyyatı keçirməyindən guya xəbərləri olmayıb, onlara işdə olarkən yıxılmağı və açıq ürək əməliyyatı keçirməyi barədə heç kim məlumat verməyib. Söhbətlərdən iddiaçı belə başa düşdü ki, idarə rəisinin də baş verənlərdən xəbəri var, lakin ona İZ formalı aktın verilməməsi məqsədi ilə bağlı hadisə qəsdən gizlədilmiş və baş verən hadisə ilə bağlı işlədiyi idarədə və bununla bağlı ƏƏSMN yanında X4 Xidməti tərəfindən heç bir araşdırma aparılmamışdır. 25. “Abşeron neft” Neft Qazçıxarma İdarəsinin rəisi bildirmişdir ki, İZ formalı aktın verilməsi onların birbaşa səlahiyyətində deyildir. Belə bir aktı yalnız X4 Xidməti tərəfindən müvafiq təhqiqat aparılandan sonra təhqiqatın nəticələrinə əsasən verə bilərlər. Eyni zamanda bildirdi ki, bu barədə X4 Xidmətinə müraciət etmək hüququ vardır. Baş vermiş hadisə qəsdən gizlədilmiş və hadisə ilə bağlı heç bir araşdırma aparılmamışdır. Ancaq buna baxmayaraq iş yoldaşları Qabil Kərimov və Fazil Əliyev öz təşəbbüsü ilə xx.xx.2021ci ildə baş vermiş hadisə ilə bağlı idarə rəisi Ramin Quliyevin adına izahat yazaraq “Abşeronneft” NQÇİ-nə göndərmişdir. Aldığı xəsarətlə əlaqədar indiyə kimi “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-də istehsalatda baş vermiş hadisə ilə əlaqədar İZ aktı tərtib edilməmişdir. İd diaçı indiyə kimi dəfələrlə “Azneft” İB-nə, “Abşeronneft” NQÇİ-yə, X4 Xidmətinə müraciətlər etmiş, qəbullarda olmuş və başına gələn hadisə barədə ətraflı məlumatlar vermiş və baş vermiş hadisə ilə bağlı ətraflı araşdırma aparıb ona İZ formalı aktın verilməsi barədə müraciət etmişdir.
26. Lakin baş vermiş hadisəni ətraflı araşdırıb ona İZ formalı akt verməkdən tam qanunsuz və əsassız olaraq boyun qaçırırlar. İddiaçı “xəstənin səhhətində heç bir narahatlıq olmamış və əmək normal davam etdirmişdir ” fikirləri ilə razılaşmır.
27. Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının iş qrafiki belə idi ki, bir həftəliyə 1120 saylı dəniz özülünə işə gedir, bir həftə işləyəndən sonra və qayıdıb bir həftə istirahət edir və sonra yenidən bir həftəliyə işə çıxırdılar.
28. Bu iddiaçının işinin ağırlığı, sə hhətinə göstərdiyi mənfi təsir, işinin xarakteri və digər amillərdən irəli gəlirdi. Lakin xx.xx.2020-ci ildə bir həftəliyə işə çıxandan sonra xx.xx.2020-ci ilə kimi 1 ay 2 gün işəgötürənin təqsiri üzündən növbə dəyişdirilməyib, işdə qalıb fasiləsiz olaraq gecə-gündüz işləməsinə məcbur edildiyi həm fiziki, həm də psixoloji cəhətdən möhkəm yorğunluq və gərginlik yaratmışdır. Lakin V.Y. Axundov adına X8 Profilaktika İnstitutunda bunlar nəzərə alınmamışdır. Cavabdehin etirazları:
29. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Azneft” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubda iddiaçının xx.xx.2020-ci il tarixdə iş qrafikinə uyğun olaraq 1120 saylı dəniz özülünə işə getdiyini, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində şam yeməyind ən sonra telefonla danışmaq üçün yeməkxana evciyinin dəhlizinə keçdiyini, bir müddət sonra dəhlizdən səs eşidən iş yoldaşlarının onu huşsuz vəziyyətdə döşəmədə uzanıqlı vəziyyətdə gördüklərini qeyd etmişdir.
30. Eyni zamanda, həmin məktubda xx.xx.2020-ci il tarixdə gəmi vasitəsilə sahilə çıxarıldığını, çağırılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimi tərəfindən müayinə olunduğunu, ona “ÜİX, kəskin koronar sindrom” diaqnozu qoyulduğu, tibbi yardım avtomobili ilə “Bakı Sağlamlıq Mərkəzi" publik hüquqi şəxsə aparıldığı göstərilmişdir. İddiaçının səhhətinin pozulması halının əmələ gəlmə səbəbi və istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması barədə tibbi rəyin verilməsi məqsədi ilə X4 Xidməti tərəfindən iddiaçının müalicə olunduğu “Bakı Sağlamlıq Mərkəzi” publik hüqu qi şəxsinə müraciət olunmuşdur. 31. “Bakı Sağlamlıq Mərkəzi” PHŞ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 41/02/31 nömrəli məktubda “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatmamazlığı. Aortanın koarktasiyası (preduktal) (postduktal). İnsulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla. Əvvəllər keçirilən “miokard infarktı” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəxanada müalicə olunduğu qeyd edilmiş, həmin diaqnozun istehsalatda əmək şəraiti ilə əlaqəli olub-olmaması göstərilməmişdir. Qeyd olunan səbəblərlə bağlı olaraq iddiaçının səhhətinin pozulması halının istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır.
32. X4 Xidmətinin xx.xx.2022ci il tarixli **********7 nömrəli məktubunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimatın 4-cü bəndinə əsasən peşə xəstəliyinin təyin edilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan V.Y.Axundov adına X6 Profilaktika İnstitutunun səlahiyyətlərinə aid olduğundan iddiaçıya təyin olunmuş diaqnozların peşə ilə əlaqəli olubolmamasının müəyyən edilməsi üçün aidiyyəti üzrə həmin İnstituta müraciət edilməsi tövsiyə olunmuşdur. V.Y.Axundov adına X6 Profilaktika İnstitutunun xx.xx.2023-cü il tarixli, 59/2 nömrəli məktubunda iddiaçının əvvəllər keçirilən “miokard infarktı” və onun fəsadlarından hesab edilən “Aortanın döş hissəsinin cırılmış anevrizması. Sol mədəcik çatışmazlığı.” diaqnozlarının yaranmasına səbəb ola biləcək hansı əmək şəraiti ilə, yəni əmək prosesində streslə, bədbəxt hadisə və fövqəladə vəziyyətlə bağlı olmasını təsdiq edən sənədlərin yoxluğu, digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən infarkt, insult əmək şəraiti ilə bağlı olduğu halda təhqiqinin aparılması, həmçinin göstərilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”nda öz əksini tapmamasının bu xəstəliklərin p eşə xəstəliyi kimi qiymətləndirilməsinə imkan vermədiyi qeyd olunmuşdur.
33. Göründüyü kimi, iddiaçının xəstəliyi peşəsi ilə əlaqədar olmamış, iş vaxtı baş vermiş hadisə nəticəsində yaranmamış və nəticədə həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
34. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11631/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2020-ci ildə tarixdə iş yerində döşəməyə yıxılmış, onu gəmi ilə “Dübəndi” Neft Terminalı limanına çıxarmış və Pirallahı rayonunun 18 saylı TTYS-nın həkimləri tərəfindən “UİX kəskin koronar sindrom“ diaqnoz qoyularaq tibbi yardım göstərilmişdir. “Bakı Sağlamlıq Mərkəzi”ndə “aortanın döş hissəsinin cırılmış anevrizması” diaqnozu qoyulmuş və həmin sağlamlıq mərkəzində açıq ürək əməliyyat keçirmişdir. İddiaçı işəgötürən tərəfindən iddiaçıya İZ formalı aktın verilməsi üçün xx.xx.2020-ci il tarixində iş vaxtı iddiaçı ilə bağlı baş vermiş və açıq ürək əməliyyatı keçirilməyinə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqatın aparılması barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müvafiq təhqiqatın aparılmasından imtina edilmişdir.
36. X4 Xidməti iddiaçının müraciəti əsasında müvafiq araşdırma aparmış və nəticədə toplanmış sübutlar əsasında xx.xx.2020-ci il tarixli hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi tanımamışdır.
37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisənin məhz istehsalatda baş verməsi iddiaçıya tibbi yardım göstərilməsi ilə bağlı tərtib edilmiş sənədlərdə öz təsdiqini tapmır.
38. Belə ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçinin aldığı xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinin sonuncu abzasına əsasən, işçilərin sağlamlığının pozulması tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, q asırğa və s.) zamanı təhqiq edilir.
40. İddiaçının müraciətinə baxılması ilə bağlı inzibati icraat çərçivəsində cavabdehə müvafiq tibbi müəssisələr tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar, həmçinin iddiaçının təqdim etdiyi sənədlər, onun sağlamlığının xx.xx.2020-ci il tarixdə istehsalatda əmək şəraiti ilə əlaqədar pozulması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iddiaçının sağlamlığının pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil.
41. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1592/2024 nömrə li qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
44. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X5 Şəxsin iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı xx.xx.2023cü il tarixli məktubdan görünür ki, xəstə İddiaçı xx.xx.2020-ci il tarixində “Bentall-De Bone əməliyyatı+Aorta koarktasiyası greft interpozisiyası” əməliyyatı icra edilmişdir. Bundan sonra xəstə xx.xx.2020-ci il tarixdə həkim-endokrinoloqun, xx.xx.2020-ci il tarixdə isə həkim-kardioloqun qəbulunda olmuşdur. Həkim-endokrinoloqun müayinəsi nəticəsində xəstəyə “Ener getik resursların artıq miqdarda daxil olması nəticəsində meydana çıxan piylənmə” diaqnozu qoyulmuş, həmçinin həkimin baxışı zamanı xəstədə ümumiyyətlə “Şəkərli diabet”-in olmaması müəyyən edilmişdir. Həkim kardioloqun müayinəsi nəticəsində isə “Ürək qapağının protezinin olması. Digər ürək və damar implantatların və transplantatların olması” diaqnozu qoyulmuşdur.
45. İddiaçının bundan öncə mülki məhkəmə icraatı qaydasında qaldırdığı iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022 il tarixli 2(103)-6811/2022 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 736/KEŞ saylı xx.xx.2023 il tarixli rəyində qeyd olunmuşdu ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xronik i proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər. Ekspert tərəfindən qoyulmuş suala tam cavab verilmədiyi üçün həmin mülki iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)-431/2023 saylı qərardadla əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdi ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəra itdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik, dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər.
46. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülki məhkəmə icraatı qaydasında qaldırdığı iddia ilə bağlı verilmiş ekspert rəyi hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığı, yəni səbəbli əlaqənin mövcudluğu ilə bağlı birmənalı qənaətə gəlmək üçün əsas vermir. Belə olan halda iddiaçı tərəfindən baş vermiş hadisənin məhz istehsalatda baş vermiş bədbəxt hadisə olması faktı sübuta yetirilmir. Ona görə də cavabdeh tərəfindən baş vermi ş hadisənin bədbəxt hadisə olaraq qiymətləndirilməməsi və onun qeydə alınmaması, təhqiqatın aparılmaması, nəticədə təhqiqat aktının tərtib olunmaması qanunsuz olmamış və iddiaçının hüquqlarını da pozmadığı üçün iddiaçının tələbinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
48. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq aşağıdakılar qeyd edilmişdir.
49. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 21(103)-1592/2024 saylı qərarı çıxarmaq la Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-5-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.1-1.4,1.6-1.9, 2.1-2.3, 2.5-2.7, 3.1-3.5, 3.7, 4.1-ci bəndlərinin tələblərini ciddi və kobud şəkildə pozmuşdur.
50. Belə ki, Bakı Apellyasiya məhkəməsi işə baxıb xx.xx.2024-cü il tarixli qərarı çıxaran zaman cavabdeh tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin 1- 5-ci bəndlərinin tələblərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.7, 1.8, 2.1, 2. 3 və 2.5-ci bəndlərinin ciddi və kobud şəkildə pozulmasına və onlara riayət olunmamasına, Qaydaların bu tələblərinin cavabdeh və 3-cü şəxs tərəfindən icra edilməməsinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmiş, bu faktların üstündən sükutla keçmişdir. Hansı ki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-3-cü bəndlərində və Qaydaların 1.7, 1.8, 2.1, 2.3 və 2.5-ci bəndlərində qeyd olunmuşdur ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana, yəni X4 Xidmətinin yerli bölməsinə(və ya birbaşa X4 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiy yəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə) bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verməlidir.
51. Bundan başqa xəstəxana, X7 və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X4 Xidmətinə məlumat verməlidir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra isə işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir.
52. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı çıxararkən eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş ve rən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinin tələb və göstərişlərini də kobud şəkildə pozmuş və bu normaların göstərişlərini, yəni başıma gələn bədbəxt hadisənin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin ərazisində, iş vaxtı, 1 (bir) həftə işləməli olduğum halda, işəgötürənin vəzifəli şəxslərinin təqsiri üzündən 1(bir) ay 2 gün qanunsuz olaraq işdə saxlanılıb onların tapşırığını yerinə yetirərkən baş verməsi faktını, eyni zamanda həmin hadisənin 3-cü şəxs və cavabdeh tərəfindən qəsdən və bilərəkdən məqsədəuyğun şəkildə gizlədildilməsi və baş vermiş hadisə üzrə heç bir araşdırma aparılmaması faktını da nəzərə almamışdır. Birinci instansiya məhkəməsi kimi Bakı Apellyasiya Məhkəməsi də bu halların və faktların üstündən sükutla keçmiş və on lara heç bir hüquqi qiymət verməmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz və ləğv olunmalıdır.
53. Hansı ki, Qaydaların 1.2-ci bəndinə əsasən digər hallarla bərabər, işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin ərazisində, iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, əmək vəzifələrini yerinə yetirərkən zədələmələr, tibbi rəyə əsasən əmək şəraiti ilə əlaqəli infakt, insult zamanı mütləq tədqiq edilməlidir. Həmin Qaydaların 1.3-ci bəndində istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin anlayışı verilərək göstərilmişdir ki, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
54. İddiaçının başına gəlmiş hadisə Qaydaların 1.2 və 1.3-cü bəndinin tam təsiri altına düşdüyü halda, işə baxan Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərarlar qəbul edərkən qanunun bu tələb və göstərişini tam qanunsuz və əsassız olaraq nəzərə almamış və düzgün tətbiq etməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda ba ş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: - əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; - müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; - müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; - keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə; - işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; - istehsal avadanlıqları və obyektlərində qəza zamanı; - növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; - əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şə xs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; - əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdi rilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü;
57. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
58. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
60. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, ş ikayət əsassızdır.
61. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
62. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmışdır.
63. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, işçilərin səhhətinin pozulması, o cümlədən xəsarət almaları halı araşdırılarkən, birinci növbədə, onların əmək vəzifələrini yerinə yetirərkən, həmçinin, müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən təhqiq edilməli dir. Başqa sözlə, işçinin zədələnməsi və ya sağlamlığının pozulması onun əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmalıdır ki, həmin hadisə istehsalatda bədbəxt hadisəsi kimi və bunun nəticəsində işçinin aldığı xəsarət istehsalat zədəsi kimi qiymətləndirilə bilsin.
65. İşdən açıq aydın görünür ki, iddiaçı xx.xx.2020-ci il saat 20 radələrində gərgin işdən sonra iddiaçı iş yoldaşları ilə şam yeməyinə gəlmiş, şam yeməyini yeyəndən sonra iddiaçı istifadəsində olan mobil telefonla ailəsi ilə danışmaq üçün yemək yedikləri otaqdan çıxıb tambura, ratsiya olan otağa gəlmiş, ratsiya olan otağa gələndə mətbəx kimi istifadə edilən qonşu otağın qapısının açıq olduğunu və mətbəxdə olan elektrik peçinin yandığını görmüşdür. Əl telefonunu ratsiyanın yanına qoyub elektrik peçini söndürmək üçün m ətbəxə keçmiş, peçi söndürüb geri, ratsiya olan otağa qayıdan zaman ayağı qəflətən, gözləmədiyi halda mətbəxin qapısının kandarına ilişmiş və özünü saxlaya bilməyib zərbə ilə, möhkəm şəkildə ratsiya olan otağın döşəməsinə yıxılmış və özündən getmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması hazırkı qərarın 56-cı bəndində göstərilən hallarda təhqiq edilməlidir.
67. Belə ki, hazırkı iş üzrə iddiaçının sağlamlığının pozulması halının istehsalatla əlaqəliliyini müəyyən edən tibbi rəy mövcud deyil.
68. Həmçinin iş materiallarından mövcud olan Məhkəmə Ti bbi Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdi ki, aorta döş hissəsinin cırılmış anevrizması uzun sürən xroniki prosesin nəticəsidir, müxtəlif etioloji amillərin təsirləri nəticəsində əmələ gələ bilər. Xroniki proses olduğundan bəzi hallarda simptomsuz inkişaf edir, müxtəlif vəziyyətlərdən və şəraitdən asılı olaraq (travma, arterial təzyiqin dəyişilməsi, mənfi psixiemosional vəziyyət, bir neçə illər ərzində fasiləsiz fiziki gərginlik, dəniz özülündə 1 həftə işləməli olduğu halda 1 ay ərzində işləməsi və s.) qəfil kliniki olaraq özünü biruzə verə bilər.
69. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mülki məhkəmə icraatı qaydasında qaldırdığı iddia ilə bağlı verilmiş ekspert rəyində hadisənin baş verməsində işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığı, yəni səbəbli əlaqənin mövcudluğu ilə bağlı birmənalı qənaətə gəlmək üçün əsas vermir.
70. Belə olan halda iddiaçı ilə əlaqəli baş vermiş hadisənin məhz istehsalatda baş vermiş bədbəxt hadisə olması faktı sübuta yetirilmir. Ona görə də cavabdeh tərəfindən baş vermiş hadisənin bədbəxt hadisə olaraq qiymətləndirilməməsi və onun qeydə alınmaması, təhqiqatın aparılmaması, nəticədə təhqiqat aktının tərtib olunmaması qanunsuz olmamış və iddiaçının hüquqlarını da pozmadığı üçün iddiaçının tələbinin təmin olunmaması ilə bağlı birinci və apellyasiya instansiya məhkəməsinin düzgün nəticəyə gəlmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
72. Beləliklə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1592/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.