Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2680/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; yeni açılmış hallar üzrə icraat GİRİŞ HİSSƏ 05.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, İddiaçının vəkili X8 oğlunun və cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasına dair çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərardadından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 394,3 kv.m-dən ibarət olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının mərhum X4 adına daşınmaz əm lakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzиbati-İqtisadi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarı ilə (həkim Z.Tağıyev; iş No 2-1(82)-202/2018) iddianın təmin edilməsi; ünvan 1 ünvanında yerləşən 394,3 kv.m ibarət olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarix li qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 21(103)-1478/18) cavabdeh İdarənin apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarının dəyişdirilməsi; ünvan 1 ünvanında yerləşən 314,3 kv.m ibarət olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev; iş No 2-1(102)-2373/18) kassasiya şikayə tinin təmin olunmaması; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı 05.12.2018-ci il tarixdə qanuni qüvvəsini almış və 1-ci instansiya məhkəməsi tərəfindən 04.02.2019-cu il tarixdə icraya yönəldilmişdir. Daha sonra cavabdeh İdarə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, X3 müvafiq inzibati iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və Z.Əliyev; iş № 21(103)-1409/2019) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şə hər Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasına dair çıxarışın verilməsi tələbinə dair iş üzrə cavabdeh İdarənin yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi; cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, ərizədə adları çəkilən şəxslərin 3-cü şəxslər qismində işə cəlb edilməsi; məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və sonradan iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir etmişdir. Ərizənin dəlilləri Cavabdeh şöbənin ərizəsində qeyd edi lənlərə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən 07.03.2019-cu il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması zamanı və təqdim edilmiş sənədlərin təkrar araşdırılması zamanı məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən qeyri-yaşayış binasının ümumi sahəsi 314.3 kv.m, faktiki sahəsi isə 394,3 kv.m təşkil edir və ümumi sahə 80,0 kv.m artıqdır. Bundan başqa, müvafiq qeyri-yaşayış binasında yenidənqurma (rekonstruksiya) işləri aparılaraq genişləndirilmiş, bəzi sahələr isə sökülmüşdür. Belə ki, müvafiq ərazidə yolun genişləndirilməsi ilə əlaqədar 7 saylı və 1 saylı yerləşkələrin sahəsi 10,0 kv.m olan hissəsi sökülmüş, 2 saylı yerləşkədən sol tərəfə isə “B” tikilisi sökülərək, əlavə sahələr inşa edilmişdir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası N.Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsindəki körpünün altındakı dairənin kənarında “Bravo” Ticarət Mərkəzinin qarşısında yerləşir və həmin ərazi dövlət dövlət mülkiyyətində olan torpaqlara aiddir. Lakin müvafiq daşınmaz əmlakda aparılmış dəyişikliklərlə bağlı və dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim eidlməmişdir. Qeyd olunanlardan əlavə aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlakla bağlı digər fiziki şəxs X5 tərəfəindən də İdarəyə müraciət edilmiş və eyni əsaslrala qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının ic lasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil ərizənin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsi; cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, ərizədə adları çəkilən şəxslərin 3-cü şəxslər qismində işə cəlb edilməsi; məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və sonradan iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirr. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili E.Hacıyev ərizənin dəlillərini əsassız hesab edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının 04 iyun 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyə görə, qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə yeni açılmış hallar barədə ərizə yalnız həmin iş üzrə məhkəmə icraatına cəlb olunmuş proses iştirakçıları tərəfindən verilə bilər. Bu cür tələbin məqsədi məhz, həmin iş üzrə məhkəmə icraatında iştirak etmiş şəxslərə sonradan aşkar olunmuş yeni sübutları, eləcə də ilkin icraat zamanı üzrlü səbəblərdən təqdim olunmamış sübutları məhkəməyə təqdim etmək imkanı tanımaq, bununla da qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş halları yenidən mübahisələndirməklə düzgün nəticəyə gəlməkdə ədalət mühakiməsinə kömək etməkdir. Yeni açılmış hallarla bağlı ərizənin təmin və ya rədd edilməsi ərizənin mahiyyəti üzrə baxılaraq yeni açılmış hal kimi qeyd edilən sübutların (və ya hallara) əsaslı olub-olmadığı baxımından aparılan dəyərləndirmədir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bağlı məhkəmə icraatında proses iştirakçısı olmuş şəxslərin ərizəsi əsasında iş üzrə yeni açılmış halın mövcudluğuna ərizədə göstərilmiş əsaslar üzrə qiymət verilərək sonda ərizənin rədd və ya təmin edilməsi nəticəsinə gəlinir. Cavabdeh İdarənin yeni açılmış hallarla bağlı ərizəsində qeyd edilənlərə görə, ərizənin əsası kimi qeyri-yaşayış binasının ümumi sahəsi 314,3 kv.m, faktiki sahəsi isə 394,3 kv.m təşki l etməsi, qeyri-yaşayış binasında yenidənqurma (rekonstruksiya) işləri aparılaraq genişləndirilərək, bəzi sahələrin sökülməsi, əlavə sahələrin inşa edilməsi, müvafiq daşınmaz əmlakda aparılmış dəyişikliklərlə və yerləşdiyi torpaq sahəsi ilə bağlı idarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi olmuşdur. Ərizənin məzmununda istinad edilən hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin ərizənin məzmununda göstərilən arqumentlər həm cavabdeh İdarənin imtinasının, həm də, hazırkı işin məhkəmə araşdırması zamanı iddiaya etirazı, apellyasiya və kassasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, işə baxan məhkəmələrə qeyd edilən hallar məlum olmuşdur. Apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarı ilə ümumi sahəsi 314,3 kv.m ölçüdə olmaqla qeyri- yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması cavabdehin üzərinə vəzifə kimi qoyulmuşdur. Bu əsasdan cavabdeh İdarənn hazırki ərizədə qeyd etdiyi sözügedən qeyri-yaşayış sahəsində 314,3 kv.m sahədən başqa 80 kv.m əlavə tikilinin olması, əlavə tikili ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi dəlili yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Eləcə də qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.3 və 243.1-ci maddələrin əsasən, iddiaçının qeyri-yaşayış binasının mülkiyyətçisi binanın yerləşdiyi torpaq sahəsindən istifadə hüququna malikdir. Qeyd edilənlərə görə, cavabdeh İdarənin tikilinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı dəlili yeni açılmış hal hes ab edilə bilməz. Belə ki,Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə müvafiq olaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və s. göstərilməlidir. Həmin Məcəllənin 104.2-ci maddəsinə uyğun olaraq ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Həmin Məcəllənin 106.2-ci maddəsinə müvafiq olaraq icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə, icraatın təzələnməsi üçün bu Məcəlləni n 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbayca n Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarənin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2680/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2680/2019
05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver