Məhkəmə qərarları › İş №2-1(102)-2680/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2680/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2680/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi ilə bağlı əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İ şlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2014-cü il tarixli əmrlə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işə qəbul edilərək Azərbaycan Respublikasının İordaniya X1 referenti vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixli əmrlə həmin səfirliyin attaşesi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır.

2. Azərbaycan Respublikası Xarici İşlər nazirinin 04 dekabr 2021-ci il tarixli, 1940/2021 saylı əmrinə əsasən Azərbayc an Respublikasınin İordaniya X2 attaşesi vəzifəsindən geri çağırılmış İddiaçı ilə bağlı cari ilin oktyabr-noyabr aylarında aparılmış araşdırmaların nəticələrini və onun tərəfindən xidməti fəaliyyəti zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrin mütəmadi şəkildə pozulduğu nəzərə alınaraq Azərbaycan Respublikasınin İordaniya X2 attaşesi vəzifəsindən 2019-cu ilin yanvar ayının 17-dən azad edilərək geri çağırılmış İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna həmin tarixdən xitam verilmişdir. Əmrdə onun verilməsinə əsas kimi təşkilat-nəzarət idarəsinin rəisinin xx.xx.2021-ci il tarixli xidməti qeydi və İddiaçı izahatı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraa t

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində tutduğu vəzifəyə işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında - İordaniya Səfirliyində dövlət qulluğuna başlamışdır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli, 04 dekabr 2021-ci i l tarixli əmri ilə İddiaçı diplomatik xidmət orqanlarında qulluğuna xitam verilmişdir. İşdən azad olunduqdan sonra bu barədə ona heç bir rəsmi sənəd - müvafiq əmr təqdim edilməmişdir. Yalnız əmək kitabçasını əldə etdikdən sonra xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1940/2021 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.4-cü, 18.0.12-ci və 33.1.6-cı maddələrinin tələblərinə müvafiq olaraq diplomatik xidmət orqanlarında qulluğuna xitam verildiyi bəlli olmuşdur. Məsələ ilə əlaqədar tərəfindən müvafiq dövlət orqanlarına şikayətlər etməyinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq baş qa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli və etik davranış qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik xidmət orqanlarında qulluq etdiyi 2014-2019-cu illər ərzində tərəfindən hər hansı etik davranış pozuntusuna yol verilməmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qeyd olunan maddələrinin necə və hansı hallarda şamil olunması açıqlanmamış və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 1940/2021 nömrəli, 04 dekabr 2021-ci il tarixli əmrin verilməsi tamamilə gözlənilməz olmuşdur.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-298/2023 nömrəli, 15 fevral 2023-cü il tari xli qərarı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının izahatında qeyd edilən halları və xüsusi xidmət orqanlarından daxil olan məxfi sənədi əsas götürərək “Dövlət qulluğu” haqqında Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinə istinad edərək mübahisələndirilən qərarı qəbul etməsi əsassız hesab edilə bilməz. Beləki, iddiaçının işlədiyi işin məsuliyyətini və cavabdeh inzibati orqanın fəalyyətinin əhəmiyyətini nəzərə alanda, mübahisələndirilən qərarın qəbul edilməsində xüsusi xidmət orqanlarından daxil olmuş məxfi sənədin əsas götürülməsi əsaslı hesab edilə bilər. Qeyd edilənlərdən başqa məhkəmə hesab etmişdir ki, səfirliyinin attaşesinin ona ayrılmış spirtli içkinin bir hissəsini satması və eyni zamanda 2 ədəd maşının Suriyalı tanışı tərəfindən alınmasına tərcüməçilik etməsidə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda iddiaçının istinad edilən izahatında qeyd edilən halları və hazırda həm keçmiş Səfirin, həm də hazırkı iş üzrə iddiaçının diplomatik xidmət orqanlarından uzaqlaşdırılmasını nəzərə alanda cavabdeh inzibati orqanın hərəkətləri əsaslı hesab edilə bilər.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədr lik edən və məruzəçi/, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və gəldiyi nəticəni "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2, 18, 25, 33-cü maddələri ilə əsaslandırmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş vaxtından kənar tərcümə kimi digər işlərdə iştirak etməsi etik qaydaların pozulması kimi qiymətləndir ilə bilməz. Eyni zamanda bu hərəkətlərin həyata keçirilməsi zamanı səfirliyin digər işçilərinin onu müşayiət etməsi faktı da nəzərə alınmalı idi.

12. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2 və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu Maddə

2. Dövlət qulluğu 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlah iyyətlərini yerinə yetirməsidir. Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;

15. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.

9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğuna xitam verilməsi, eləcə də bununla bağlı mübahisələndirilən əmrin ləğv olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bunu nla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. İddiaçının hüquqi marağı hazırkı mübahisədə Xarici İşlər Nazirliyinin əmrinin ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunmasına yönəlmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında göstərilənl ərə əsasən qeyd edir ki, iş materiallarında olan izahatında iddiaçının qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi və etik davranış qaydalarına əməl etməməsi ilə bağlı hallar mövcuddur.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının izahatında qeyd edilən halları və xüsusi xidmət orqanlarından daxil olan məxfi sənədi əsas götürərək “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 18.0.4 və 18.0.12-ci maddələrinə istinad edərək mübahisələndirilən qərarı qəbul etməsi əsassız hesab edilə bilməz.

28. Bu baxımdan, cavabdeh tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir.

29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-440/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar