Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(102)-2680/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia predmeti olan inzibati aktların inzibati icraat ilə ləğv edilməsi; məhkəmənin yardımetmə vəzifəsi; dövlət subsidiyasının növləri; qiymətlə birbaşa bağlı subsidiya; dövlət subsidiyasının ƏDV predmeti olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlәr Nәbizadә Rahib Sahib oğlu (mәruzәçi), Kәrimov Sәyyad Əli oğlu vә Mәmmәdli Bәhram Mәmmәd oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı Açıq Sәhmdar Cәmiyyәtinin cavabdeh Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Milli Gәlirlәr Baş İdarәsinә qarşı “qәrarın lәğv edilmәsi” tәlәbinә dair inzibati iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrәli qәrarından cavabdeh tәrәfindәn verilmiş kassasiya şikayәtinә dair işә yazılı mәhkәmә icraatı qaydasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. İşin halları
1. Cavabdeh vergi orqanı iddiaçı İddiaçı ASC-yә ##.##.2023-cü il tarixli **************** nömrәli mәktub göndәrәrәk, “Azәrbaycan Respublikasının 2023-cü il dövlәt büdcәsi haqqında” Azәrbaycan Respublikasının 2022-ci il # ###### tarixli ***-VIQ nömrәli Qanununun tәtbiqi ilә bağlı bir sıra mәsәlәlәr barәdә Azәrbaycan Respublikası Prezidentinin Fәrmanına әsasәn 2023-cü il әrzindә Cәmiyyәtә 37.500.000 manat subsidiya ayrılması barədə mәlumat tәqdim edilmiş, 2023-cü ilin yanvar-iyun ayları әrzindә Cәmiyyәtә ayrılmış subsidiya mәblәği üzrә bank hesabına daxil olmuş vәsaitlәr barәdә mәlumatın tәqdim edilmәsi xahiş edilmişdir.
2. ##.##.2023-cü il tarixli nömrәli mәktubla tәqdim edilmiş vә qeyd olunan mәktubda 2023-cü ilin yanvar-iyun ayları әrzindә xxxx ASC-yә ayrılmış subsidiya mәblәğlәri aşağıdakı formada olmaqla, ##.##.2023 – 1.691.250 manat, ##.##.2023 – 2.261.250 manat, ##.##.2023 – 2.666.250 manat, ##.##.2023 – 2.737.500 manat, ##.##.2023 – 2.722.500 manat vә ##.##.2023 – 2.876.250 manat olmaqla cәmi 14.955.000 manat tәşkil etdiyi qeyd edilmişdir.
3. Cavabdehin “Vergilәrin, sosial sığorta vә işsizlik sığortası haqlarının hesablanması barәdә” ##.##.2023-cü il tarixli, **************** nömrәli qәrarı ilә iddiaçıya kameral vergi yoxlaması nәticәsindә 2023-cü ilin may üçün 431.971.53 manat әlavә ƏDV hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia әrizәsi vә daha sonra iddia tәlәbinin dәqiqlәşdirilmәsi bağlı әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, “Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Milli Gәlirlәr Baş İdarәsinin ## ######## 2023-cü il tarixli **************** nömrәli qәrarı lәğv edilmәklә Cәmiyyәtә 2023-cü ilin may ayı üzrә hesablanmış 412.008,24 (dörd yüz on iki min sәkkiz manat iyirmi dörd qәpik) manat mәblәğindә ƏDV-nin lәğv edilmәsini xahiş etmişdir.
5. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, İddiaçı ASC (“Cәmiyyәt”) tәsis olunduğu 2009-cu ildәn bu günә qәdәr tullantıların idarә olunması xidmәtlәri göstәrmәklә yanaşı, hәm dә dövlәt büdcәsindәn ayrılan subsidiyalar әsasında fәaliyyәt göstәrir. Cәmiyyәtin göstәrdiyi xidmәtlәrdәn әldә olunan gәlirlәr hәm ƏDV, hәm dә mәnfәәt bәyannamәlәrindә әks olunur. Dövlәt büdcәsindәn ayrılan subsidiya mәblәğlәri isә müәssisәnin yaranmış zәrәrinin qarşılaması sәbәbindәn mәnfәәt bәyannamәlәrindә gәlir kimi tanınsa da, hәmin mәblәğlәr ƏDV-nin vergitutma obyekti olmadığından, o cümlәdәn mahiyyәtcә yeni dәyәr yaratmadığından qanunvericiliyә uyğun olaraq Cәmiyyәt tәrәfindәn ƏDV mәqsәdlәri üçün gәlir kimi tanınmamışdır. Qeyd edilmәlidir ki, Cәmiyyәtdә onun tәsis olunduğu dövrdәn bugünәdәk iki dәfә müxtәlif vaxtlarda vergi orqanı tәrәfindәn sәyyar vergi yoxlaması, o cümlәdәn Azәrbaycan Respublikasının Hesablama Palatası tәrәfindәn isә bir dәfә yoxlama keçirilmiş vә yoxlamalar nәticәsindә tәrtib edilmiş aktlarda ayrılmış subsidiyaların ƏDV-yә cәlb edilmәmәsi mәsәlәsinә heç bir irad bildirilmәmişdir. Xüsusilә nәzәrә alınmalıdır ki, vergi orqanının münasibәtinin dәyişmәsi üçün hәmin dövrdәn bәri aidiyyәti qanunvericilikdә dә heç bir dәyişiklik olmamışdır. Qeyd olunanlara baxmayaraq, Cәmiyyәtә ayrılmış subsidiya mәblәğlәrinә vergi orqanının 2023-cü il # ###### tarixli **************** nömrәli qәrarı ilә 412.008,24 manat mәblәğindә ƏDV hesablanmışdır (qәrarın surәti әlavә olunur). Bununla bağlı hәmin qәrardan Cәmiyyәt tәrәfindәn elektron sistem vasitәsilә şikayәt verilmiş (##.##.2023), o cümlәdәn vergi orqanının dәvәti üzrә Cәmiyyәtin nümayәndәsi tәrәfindәn qanunvericiliyin müvafiq müddәaları vә tәlәblәri barәdә әtraflı izahat verilmişdir (##.##.2023). Buna baxmayaraq, Cәmiyyәtin әsaslı izahları nәzәrә alınmamış vә vergi orqanının 2023-cü il ## ######## tarixli **************** nömrәli qәrarı ilә qeyd edilәn ƏDV mәblәği dәyişdirilmәdәn saxlanılmışdır (qәrarın surәti әlavә olunur). Vergi orqanı qәrarını qanunvericiliyә uyğun olmayaraq subsidiya mәblәğlәrinin ƏDV-nin hesablandığı xidmәtlәrin faktiki dәyәrinә aid edilmәsi ilә әsaslandırmışdır. Bu әsassız yanaşmaya dair Cәmiyyәtin nümayәndәsi növbәti dәfә araşdırmanın gedişindә iştirak edәrәk (##.##.2023) zәruri izahları vergi orqanına tәqdim etmişdir. Vergi orqanına kifayәt qәdәr aydın şәkildә izah olunmuşdur ki, subsidiya mәblәğini mahiyyәtcә Cәmiyyәtin xidmәt satışı gәlirlәrinә aid etmәk tamamilә absurddur vә o, Cәmiyyәtin satışdankәnar gәlirlәrinә aid edilәrәk yalnız mәnfәәt vergisinә cәlb oluna bilәr, ƏDV-nin isә vergitutma obyekti ola bilmәz, çünki ƏDV-nin obyekti ola bilmәk üçün hәr hansı bir real mal, iş vә ya xidmәt tәqdim edilmәlidir. Subsidiya mәblәği ilә bağlı isә heç bir mal, iş vә ya xidmәtin tәqdim edilmәsindәn söhbәt gedә bilmәz vә nәticә olaraq, bu zaman ümumiyyәtlә ƏDVnin vergitutma obyekti mövcud olmur. Bununla belә, vergi orqanı 2023-cü il ## ####### tarixli **************** nömrәli qәrarı ilә şikayәti tәmin etmәmiş vә bu dәfә öz yanaşmasını belә әsaslandırmışdır ki, Vergi Mәcәllәsinin 175.6-cı maddәsinә әsasәn, subsidiya hesabına mallar (xidmәtlәr, işlәr) alınarkәn ödәnilmiş ƏDV-nin mәblәği әvәzlәşdirilmәlidir (qәrarın surәti әlavә olunur). Hәmçinin, Cәmiyyәt ayrılmış subsidiya mәblәğini әmәliyyat vә texniki xidmәtlәrin alınmasına yönlәndirdiyi üçün hәmin mәblәğ xidmәtlәrin faktiki dәyәrinә aid edilmәklә ƏDV-nin vergitutma obyektini tәşkil etmәlidir. Qeyd edilmәlidir ki, vergi orqanının bu izahları vergi qanunvericiliyinә vә ƏDV-nin mahiyyәtinә tamamilә ziddir vә hәmin izahlarla mövcud vәziyyәt, o cümlәdәn qanunvericiliyin tәlәblәri arasında faktiki vә mәntiqi uyğunluq yoxdur: birincisi, haqqında bәhs olunan subsidiya iddia olunduğu kimi mal, iş vә ya xidmәtlәrin alınmasına deyil, Cәmiyyәtin әmәkdaşlarının әmәk haqlarının ödәnilmәsinә yönәldilmişdir; ikincisi, subsidiya mәblәğlәrinin mal, iş vә xidmәtlәrin tәqdim edilmәsi faktı ilә әsassız şәkildә әlaqәlәndirilәrәk hәmin mәblәğlәrin özlәrinin dә ƏDV mәqsәdlәri üçün vergitutma obyekti kimi qәlәmә verilmәsi tamamilә yolverilmәzdir. Belә ki, Vergi Mәcәllәsinin 12.3-cü maddәsindә vergitutma obyektlәrinin dairәsi aydın şәkildә göstәrilmişdir: gәlir, mәnfәәt, әmlak, torpaq, faydalı qazıntılar, tәqdim edilmiş malların (isin, xidmәtin) dәyәri, ticarәt әlavәsi vә ya bu Mәcәllә ilә müәyyәnlәşdirilәn digәr vergitutma obyektlәri. Bunlar ümumi vergitutma obyektlәri olmaqla, Vergi Mәcәllәsinә әsasәn müxtәlif vergi növlәri üzrә fәrqlәndirilmәklә tәtbiq edilir. Vergi Mәcәllәsinin 159.1-ci maddәsinә әsasәn, ƏDV-nin vergitutma obyektlәrini malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi, Azәrbaycan Respublikası әrazisindә istehsal olunan kәnd tәsәrrüfatı mәhsullarının pәrakәndә satışı zamanı tәtbiq edilәn ticarәt әlavәsi vә vergi tutulan idxaldır. Göründüyü kimi, subsidiya mәblәğlәri ƏDV-nin vergitutma obyektlәrinin sırasında ümumiyyәtlә qeyd edilmәmişdir. Bundan başqa, subsidiya mәblәğlәrinin malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsinә yönәldildiyi halda onların faktiki dәyәrinә aid edilmәli olduğu vә bunun әsasında dolayı şәkildә ƏDV-yә cәlb edilmәli olduğu barәdә hәr hansı müddәa nәzәrdә tutulmamışdır. Bu sәbәbdәn, qeyd edilәn hallar vergi orqanının diskresion sәlahiyyәtinә aid olmadığından, onun mövcud qanunvericiliyi öz mülahizәsi әsasında şәrh etmәklә subsidiyanı vergitutma obyektinә daxil etmәsi vә ona ƏDV hesablaması yolverilmәzdir.
6. Cavabdeh iddia tәlәbinә qarşı yazılı etiraz tәqdim etmişdir. Etirazda göstәrilmişdir ki, kameral vergi yoxlaması zamanı 2023-cü ilin may ayı әrzindә Cәmiyyәt tәrәfindәn göstәrilәn xidmәtlәr üzrә çәkilәn xәrclәrin bir hissәsinin qarşılanması mәqsәdi ilә dövlәt büdcәsindәn 2.722.500,0 manat, iyun ayı üzrә 2.876.250,0 manat mәblәğdә subsidiyanın ayrılmasına, eyni zamanda qeyd edilәn mәblәğlәrin Cәmiyyәt tәrәfindәn podratçı tәşkilatlara onların gördüyü işlәrin müqabilindә köçürüldüyünün vә ödәnilmiş ƏDV mәblәğlәrinin әvәzlәşdirildiyinin müәyyәn edilmәsinә baxmayaraq 2023-cü ilin mayiyun ayları üzrә tәqdim edilmiş ƏDV bәyannamәlәrindә subsidiya mәblәğinin gәlir kimi tanınmadığı müәyyәn edilmişdir. Qeyd edilәn kәnarlaşma ilә әlaqәdar vergi ödәyicisinә “Kameral vergi yoxlaması üçün zәruri olan sәnәdlәrin (mәlumatların) tәlәb edilmәsi haqqında” ##.##.2023-cü il tarixli 231602********** nömrәli vә ##.##.2023-cü il tarixli **************** nömrәli mәktublar göndәrilmiş, lakin vergi ödәyicisi tәrәfindәn bәyannamәdә olan uyğunsuzluq barәdә mәktuba cavab olaraq әsaslı izahat mәktubu tәqdim edilmәdiyi üçün Vergi Mәcәllәsinin 37-ci, 67-ci vә 83-cü maddәlәrinә әsasәn X2 bәyannamәsi üzrә 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış vә “Vergilәrin, sosial sığorta vә işsizlik sığortası haqlarının hesablanması barәdә” ##.##.2023-cü il tarixli **************** nömrәli qәrar qәbul olunaraq vergi ödәyicisinә göndәrilmişdir. Daha sonra Cәmiyyәt tәrәfindәn ##.##.2023-cü il tarixdә 2023 cü ilin may ayı üçün dәqiqlәşdirilmiş ƏDV bәyannamәsi tәqdim edilmәsinә baxmayaraq mövcud kәnarlaşmalar aradan qaldırılmadığına görә X2 bәyannamәsi üzrә 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış vә “Vergilәrin, sosial sığorta vә işsizlik sığortası haqlarının hesablanması barәdә” ##.##.2023-cü il tarixli **************** nömrәli qәrar qәbul olunaraq vergi ödәyicisinә göndәrilmişdir. Araşdırma zamanı Cәmiyyәtin әsas fәaliyyәtinin tullantıların yığılması vә mәhv edilmәsindәn (Bakı şәhәri, Sabunçu rayonu, Balaxanı qәsәbәsindә) ibarәt olduğu, Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilә “CNİM FZC Engineers” arasında “Bakı bәrk mәişәt tullantılarının yandırılması zavodu”nun layihәlәndirilmәsi, tikilmәsi vә istismar edilmәsi ilә әlaqәdar ##.##.2008-ci il tarixli, Bakı tullantıların enerjiyә çevrilmәsi müqavilәsi imzalandığı, müqavilәyә uyğun olaraq Podratçı ölkәdaxili layihәlәndirmә-tikinti vә әmәliyyat xidmәtlәri üzrә bütün hüquq vә öhdәliklәrini “CNİM Azәrbaycan Ltd” MMC-yә hәvalә etdiyi, hazırda hәmin hüquq vә ödәliklәrin “xxxx” MMC tәrәfindәn hәyata keçirildiyi, “xxxx” MMC tәrәfindәn bәrk mәişәt tullantılarının yandırılması vә elektirik enerjisinin istehsalı ilә bağlı inşa edilmiş zavodun “xxxx” MMC tәrәfindәn istismarına nәzarәtin isә İddiaçı ASC yә hәvalә olunduğu müәyyәn edildi. “Bakı şәhәrindә mәişәt tullantıları ilә bağlı idarәetmәnin tәkmillәşdirilmәsi haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli **** nömrәli sәrәncamına әsasәn Bakı şәhәrinin әrazisindә bәrk mәişәt tullantılarının yerlәşdirilmәsi vә zәrәrsizlәşdirilmәsi Cәmiyyәtә hәvalә olunmuşdur. Eyni zamanda “X7 Proqramı” çәrçivәsindә bәrk mәişәt tullantılarının yığılaraq yandırılması prosesi nәticәsindә әldә edilmiş elektirik enerjisinin Azәrbaycan Respublikası Tarif (qiymәt) Şurasının müәyyәn etdiyi qiymәtlәrlә (zәrәrlә) tәqdim etmәsi sәbәbindәn Cәmiyyәt tәrәfindәn çәkilәn xәrclәrin bir hissәsinin Dövlәt büdcәsindәn ayrılmış subsidiya hesabına hәyata keçirildiyi, yәni “Büdcә sistemi haqqında Azәrbaycan Respublikasının Qanunu”nun 17-ci maddәsinә müvafiq olaraq Cәmiyyәt tәrәfindәn növbәti ilin büdcә layihәlәri vә sonrakı üç il üçün icmal büdcә göstәricilәrinә dair tәkliflәr Azәrbaycan Respublikası Maliyyә Nazirliyinә tәqdim olunduqdan sonra hәmin tәkliflәr әsasında “Bakı bәrk mәişәt tullantılarının yandırılması zavodunun әmәliyyat vә texniki xidmәt xәrclәrinin (zәrәrin) ödәnilmәsi üçün Dövlәt büdcәsindәn subsidiya ayrıldığı müәyyәn edildi. Vergi orqanı tәrәfindәn Cәmiyyәtә elektron qaydada ##.##.2023-cü il tarixli **************** nömrәli mәktub göndәrilәrәk “Azәrbaycan Respublikasının 2023-cü il dövlәt büdcәsi haqqında” Azәrbaycan Respublikasının 2022-ci il # ###### tarixli ***-VIQ nömrәli Qanununun tәtbiqi ilә bağlı bir sıra mәsәlәlәr barәdә Azәrbaycan Respublikası Prezidentinin Fәrmanına әsasәn 2023-cü il әrzindә Cәmiyyәtә 37.500.000 manat subsidiya ayrılması barәdә mәlumat tәqdim edilmiş 2023-cü ilin yanvar-iyun ayları әrzindә Cәmiyyәtә ayrılmış subsidiya mәblәği üzrә bank hesabına daxil olmuş vәsaitlәr barәdә mәlumatın tәqdim edilmәsi xahiş edilmişdir. Cәmiyyәt tәrәfindәn mәlumatlar ##.##.2023-cü il tarixli nömrәli mәktubla tәqdim edilmiş vә qeyd olunan mәktubda 2023cü ilin yanvar-iyun ayları әrzindә xxxx ASC-yә ayrılmış subsidiya mәblәğlәri aşağıdakı formada olmaqla ##.##.2023– 1.691.250 manat, ##.##.2023– 2.261.250 manat, ##.##.2023– 2.666.250 manat, ##.##.2023– 2.737.500 manat, ##.##.2023 2.722.500 manat vә ##.##.2023– 2.876.250 manat olmaqla, cәmi 14.955.000 manat tәşkil etdiyi qeyd edilmişdir. Tәqdim edilmiş mәlumata istinad edilәrәk 2023-cü ilin may ayında Dövlәt büdcәsindәn Cәmiyyәtә ödәnilmiş 2.722.500 manat subsidiya mәblәğinә görә kameral vergi yoxlaması ilә 415296,61 manat ƏDV mәblәği (2 722 500,0/1.18x18%), “xxxx” mәhdud mәsuliyyәtli cәmiyyәti (VÖEN: 9900032791) tәrәfindәn tәqdim olunmuş EBDD seriyalı ****** nömrәli elektron qaimә-faktura üzrә әvvәlki ödәnişlәr ilә birlikdә ödәniş mәblәğinin faktura mәblәğindәn, hәmçinin “xxxx” mәhdud mәsuliyyәtli cәmiyyәti (VÖEN: 9900038501) tәrәfindәn tәqdim olunmuş EBDD seriyalı ****** nömrәli elektron qaimәfaktura üzrә әvvәlki ödәnişlәr ilә birlikdә ödәniş mәblәğinin faktura mәblәğindәn çox olduğuna görә 60,89 manat ƏDV mәblәği artıq әvәzlәşdirildiyinә görә vә Cәmiyyәtin ƏDV sub uçot hesabına ödәnilmiş mәblәğlәrlә müqayisәdә tәqdim edilmiş ƏDV bәyannamәsindә bәyan edilmiş ƏDV mәblәği arasında yaranmış kәnarlaşmaya görә 16614,03 manat ƏDV mәblәği olmaqla ümumilikdә 431971,53 manat ƏDV mәblәği hesablanmışdır. Araşdırma ilә Cәmiyyәt tәrәfindәn göstәrilәn xidmәtlәr üzrә çәkilәn xәrclәrin qarşılanması mәqsәdilә dövlәt büdcәsindәn ayrılan subsidiya mәblәğlәri hәmin xidmәtlәrin faktiki dәyәrinә aid edildiyi üçün ƏDV-nin vergitutma obyektini tәşkil etdiyi müәyyәn edilmişdir. Belә ki, Vergi Mәcәllәsinin 159.1-ci maddәsinin müddәalarına әsasәn malların tәqdim edilmәsi, işlәrin görülmәsi vә xidmәtlәrin göstәrilmәsi ƏDV-nin vergitutma obyektidir. Vergi Mәcәllәsinin 161.1-ci maddәsinә әsasәn vergi tutulan әmәliyyatın dәyәri vergi ödәyicisinin müştәridәn vә ya hәr hansı digәr şәxsdәn aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nәzәrә alınmadan mәblәği (yol vergisi istisna olmaqla, digәr vergilәr, rüsumlar vә ya başqa yığımlar da daxil olmaqla) әsasında müәyyәn edilir. Buna әsasәn Vergi Mәcәllәsinin 175.6-cı maddәsinin müddәalarına görә dövlәt büdcәsindәn ayrılan subsidiya hesabına mallar (işlәr, xidmәtlәr) alınarkәn, ödәnilmiş ƏDV-nin mәblәği әvәzlәşdirilmәlidir. Əldә olunmuş mәlumata әsasәn Cәmiyyәt tәrәfindәn Azәrbaycan Respublikası Maliyyә Nazirliyinә tәqdim olunan tәkliflәrdә 2021-ci il üzrә Cәmiyyәtin faktiki gәlirlәri 10 238,7 min manat (o cümlәdәn zibil tullantılarının daşınması vә elektrik enerjisinin satışı), әmәk haqqı vә onunla DSMF ödәnişlәr cәmi 8144,2 min manat tәşkil etdiyi qeyd edilmiş, hәmin il üçün Dövlәt büdcәsindәn ayrılan subsidiya mәblәği isә 33 000,0 min manat olmuşdur. Göründüyü kimi, Dövlәt büdcәsindәn ayrılan subsidiya bilavasitә Cәmiyyәtә göstәrilmiş xidmәtlәrin dәyәrinin ödәnilmәsi üçün sәrf olunması nәzәrdә tutulmuş, eyni zamanda faktiki olaraq xidmәt göstәrәn tәşkilatlar (o cümlәdәn әmәliyyat vә texniki xidmәtә görә "xxxx" MMCyә) tәrәfindәn tәqdim edilmiş elektron qaimә-fakturalar üzrә aparılmış ödәnişlәr әsasında ƏDV mәblәğlәri әvәzlәşdirilmişdir.
7. Bakı İnzibati Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrәli qәrarı (Hakim İsmayılzadә Fәrid Sabir oğlu) ilә iddia tәmin edilmәmişdir.
8. Birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, iddiaçıya dövlәt tәrәfindәn subsidiya cari xәrclәrinin qarşılanması mәqsәdilә ödәnilmişdir. Subsidiyanın ayrılmasına sәbәb iddiaçı tәrәfindәn xidmәtlәrin Tarif Şurası tәrәfindәn müәyyәn edilmiş qiymәtlәrlә göstәrilmәsi әsası ilә xәrclәrinin çatışmayan hissәsinin (göstәrdiyi xidmәt vә tәqdim etdiyi malların bazar dәyәrinә münasibәtdә) dövlәt tәrәfindәn ödәnilmәsi ilә bağlıdır. Belә olan halda iddiaçının fәaliyyәtindәn әldә etmiş olduğu gәlir ƏDV-dәn azad deyildir. Hәmçinin Vergi Mәcәllәsinin 175.6-cı maddәsinin tәlәblәri baxımından iddiaçıya ödәnilәn subsidiyanın әvәzlәşdirilmәsi nәzәrdә tutulmamışdır. Eyni zamanda vergi qanunvericiliyi göstәrilәn qaydada subsidiya ödәnişlәrinin ƏDV-dәn azad edilmәsi ilә bağlı hәr hansı mexanizm müәyyәn etmәmişdir. Odur ki, göstәrilәnlәrә әsasәn mәhkәmә hesab edir ki, iddiaçının tәlәbin tәmin edilmәsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gәtirib çıxaracağından, iddiaçının hazırkı iddia tәlәbinin qanuni әsası yoxdur vә bu sәbәbdәn iddia tәmin edilmәmәlidir.
9. İddiaçı hәmin qәrardan apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә iddia tәlәbinin tәmin olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı (X3 (sәdrlik edәn vә mәruzәçi), X4 vә İsmayılov Orxan Nadir oğlu) ilә Bakı İnzibati Mәhkәmәsinin ## ###### 2024-cü il tarixli qәrarı lәğv edilmiş, iddia tәlәbi tәmin edilmiş, Cavabdehin ## ######## 2023-cü il tarixli **************** nömrәli qәrarı 415.296,61 manat vergilәrin hesablandığı hissәdә lәğv edilmişdir.
11. Apellyasiya instansiyası mәhkәmәsi qeyd edilmişdir ki: - ƏDV üzrә vergi tutulan dövriyyәnin formalaşması üçün aşağıdakı şәrtlәr ödәnilmәlidir: mallar tәqdim edilmәli, işlәr görülmәli, xidmәtlәr göstәrilmәli; әmәliyyat Azәrbaycan Respublikasının hüdudlarında hәyata keçirilmәli, әmәliyyat müstәqil sahibkarlıq fәaliyyәti çәrçivәsindә hәyata keçirilmәlidir. Hazırkı işdә subsidiya mәblәği iddiaçıya hәr hansı malın tәqdim edilmәsi, işin görülmәsi vә ya xidmәtin göstәrilmәsi müqabilindә vә ya müstәqil sahibkarlıq fәaliyyәti çәrçivәsindә ayrılmamışdır. Qeyd olunan subsidiya mәblәği iddiaçıya fәaliyyәtini zәrәrlә hәyata keçirdiyi nәzәrә alınaraq yalnız maddi yardım mәqsәdilә ödәnilmişdir ki, bu da vergi orqanı tәrәfindәn mübahisәlәndirilmir. Bu isә o demәkdir ki, qeyd olunan şәrtlә tәqdim edilәn subsidiya mәblәği ƏDV üzrә vergitutma obyekti hesab edilә bilmәz. - Oxşar inzibati iş üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qәrarında yuxarıda qeyd olunan şәkildә sәrgilәnmişdir (*-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qәrar). Adı çәkilәn qәrarda (hәmçinin hazırkı işdә) vergi orqanının istinad etdiyi Vergi Mәcәllәsinin 175.6-cı maddәsinә münasibәtdә mәhkәmә kollegiyası qeyd etmişdir ki, hәmin norma ƏDV-dәn azad olunan, yaxud ƏDV-yә cәlb edilmәyәn әmәliyyatlar aparan şәxslәrә aid olduğundan vә iddiaçının fәaliyyәti ƏDV-yә cәlb olunan fәaliyyәt hesab edildiyindәn, hәmin norma hazırki halda iddiaçıya münasibәtdә tәtbiq edilә bilmәz. - Apellyasiya baxışı zamanı vergi ödәyicisi tәrәfindәn onun әvvәlki fәaliyyәt dövrünün yoxlanılması ilә bağlı (hansı ki hәmin fәaliyyәti dövründә dә müәssisәyә subsidiyalar ayrılmışdı) vergi orqanının qәbul etdiyi ##.##.2017-ci il tarixli **************** saylı Sәyyar vergi yoxlaması aktı tәqdim olunmuşdur. Hәmin sәyyar vergi yoxlaması aktından da görünür ki, ayrılmış subsidiyaların vergi ödәyicisi tәrәfindәn ƏDV-yә cәlb edilmәmә mәsәlәsinә әvvәlki dövrlәrdә heç bir irad bildirilmәmişdir. Bu isә o demәkdir ki, vergi orqanı eyni faktiki hallara söykәnәn vә eyni hüquqi vәziyyәtdә olan münasibәtә fәrqli inzibati praktikadan çıxış edir.
12. Cavabdeh hәmin qәrardan kassasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә iddia tәlәbinin tәmin olunmamasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
13. Beynәlxalq praktikaya nәzәr saldıqda ayrılmış subsidiyanın X2 vergitutma obyekti qismindә götürüldüyü vә vergiyә cәlb edildiyi hallar müәyyәn edilir. Belә ki, Avropa Birliyinin (EU) ****/***/EC saylı, ##.##.2006-cı il tarixli Şura Direktivinin (X2 ümumi sistemi barәdә) (COUNCIL DIRECTIVE 2006/112/EC, 28 November 2006, on the common system of value added tax) X2 tutulması prinsiplәrini vә vergi tutma sferasına daxil olan әmәliyyatların dairәsini müәyyәn edir. Direktivin 73-cü maddәsinә әsasәn, әgәr subsidiya malın satışı vә ya xidmәtin göstәrilmәsi ilә bağlıdırsa, yәni subsidiya satışın qiymәtini tamamlayır, әvәz edir vә ya onun bir hissәsidirsә, o zaman belә subsidiya X2 (ƏDV) hesablanmasında vergi bazasına daxil edilir vә vergiyә cәlb olunur.
14. X11 (X1 and Drafting (volume 1; X12: 1996; Victor Thuronyi, ed.) adlı nәşrinin 6-cı fәslinin C bәndinә әsasәn, dövlәt tәrәfindәn tәqdim edilmiş subsidiyaların hansı halda X2 obyekti ilә әhatә olunduğu qeyd edilmişdir.
15. Mәhkәmәnin istinad etdiyi qәrarda mübahisә predmeti (23-cü bәnd) “maliyyә yardımı” hesabına hәyata keçirilәn anbar tikintisi ilә bağlı aldığı xidmәtlәr üzrә ödәnilәn ƏDV mәblәğinin әvәzlәşdirmәk hüququnun olub-olmaması ilә bağlı olmuşdur. Halbuki, hal hazırkı mübahisә predmeti ƏDV-nin әvәzlәşdirilmәsi olmamışdır.
16. Vergi orqanı tәrәfindәn ##.##.2023-cü il tarixli, **************** nömrәli qәrar qәbul edilәrkәn Vergi Mәcәllәsinin 175-ci maddәsi deyil, 159-cu maddәsi әsasında hesablama aparılmışdır. Çünki qanunvericiliklә X2 vergitutma obyektini müvafiq Mәcәllәnin 159-cu maddәsi müәyyәn edir. 175-ci maddә isә öz növbәsindә X2 әvәzlәşdirilmәsi qaydasını müәyyәn edir.
17. Vergi Mәcәllәsinin 161.1-ci maddәsinә әsasәn, vergi tutulan әmәliyyatın dәyәri vergi ödәyicisinin müştәridәn vә ya hәr hansı digәr şәxsdәn aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nәzәrә alınmadan mәblәği (yol vergisi istisna olmaqla, digәr vergilәr, rüsumlar vә ya başqa yığımlar da daxil olmaqla) әsasında müәyyәn edilir. Maddәnin tәlәbindәn dә göründüyü kimi X2 üzrә әmәliyyatın dәyәri yalnızca vergi ödәyicisinin müştәridәn aldığı mәblәğdәn ibarәt deyil, bura hәmçinin hәr hansı digәr şәxsdәn aldığı vә ya almağa hüququ olduğu mәblәğ dә aid edilir. Hansı ki, İddiaçı ASCnin fәaliyyәti üzrә dövlәt tәrәfindәn ödәnilmiş subsidiya mәblәği cәmiyyәtin digәr vergi ödәyicilәri ilә apardığı әmәliyyatlar nәticәsindә yaranmış xәrclәrinin әvәzinin ödәnilmәsi üçün üçüncü şәxs olan dövlәt tәrәfindәn tәmin edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayәtinә qarşı etiraz tәqdim edәrәk kassasiya şikayәtinin tәmin edilmәmәsini, apellyasiya instansiyası mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddә 159. Vergitutma obyekti 159.1. Malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi, Azәrbaycan Respublikası әrazisindә istehsal olunan kәnd tәsәrrüfatı mәhsullarının pәrakәndә satışı zamanı tәtbiq edilәn ticarәt әlavәsi vә vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dәn 3 il müddәtindә kәnd tәsәrrüfatı mәhsullarının (yerli vә xarici mәnşәli) topdan vә pәrakәndә satışı zamanı tәtbiq edilәn ticarәt әlavәsi vergitutma obyektidir. 159.2. Bu fәslin müddәalarına uyğun olaraq vergidәn azad edilәn malların göndәrilmәsindәn, işlәrin görülmәsindәn vә xidmәtlәrin göstәrilmәsindәn başqa, müstәqil sahibkarlıq fәaliyyәti vә ya hüquqi şәxs yaratmadan birgә sahibkarlıq fәaliyyәti çәrçivәsindә malların göndәrilmәsi, işlәr görülmәsi vә xidmәtlәrin göstәrilmәsi, onlar bu Mәcәllәnin 167-ci vә ya 168-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikasının әrazisindә hәyata keçirilirsә, vergi tutulan әmәliyyatlar sayılır. Bu Mәcәllәnin 168-ci maddәsinә uyğun olaraq Azәrbaycan Respublikasının hüdudlarından kәnarda xidmәtlәr göstәrilmәsi vә ya işlәr görülmәsi vergi tutulan әmәliyyatlara daxil edilmir.
Maddә 175. Büdcәyә ödәmәlәr müәyyәn edilәrkәn әvәzlәşdirilәn ƏDV 175.1. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, ƏDV tutulan әmәliyyatlar üçün malların (işlәrin, xidmәtlәrin) alışı zamanı ödәnilmiş ƏDV mәblәği әmәliyyatın dәyәri alıcının bank vә digәr ödәniş hesabından hәmin malları (işlәri, xidmәtlәri) tәqdim edәn şәxsin bank vә digәr ödәniş hesabına, ƏDV mәblәği ƏDV-nin depozit hesabına ödәnildikdә әvәzlәşdirilir. Bu maddәnin mәqsәdlәri üçün malların (işlәrin, xidmәtlәrin) barter edilmәsi, tәqdim edilmiş malların (işlәrin, xidmәtlәrin) dәyәri üzrә yaranmış maliyyә öhdәliklәrinin qarşılıqlı şәkildә әvәzlәşdirilmәsi vә ya notariusun depozit hesabı vasitәsilә hәyata keçirilәn әmәliyyatlar üzrә әmәliyyatın dәyәrinin notariusun bankda açdığı depozit hesabına ödәnilmәsi hәmin әmәliyyatın ƏDV-siz dәyәrinin malları (işlәri, xidmәtlәri) tәqdim edәn şәxsin bank vә digәr ödәniş hesabına ödәnilmәsinә bәrabәr tutulur. Bu zaman әvәzlәşdirilәn ƏDV-nin vaxtı aşağıdakı kimi müәyyәnlәşdirilir: 175.1.1. hesabat dövrü әrzindә hәyata keçirilmiş sayılan mal göndәrilmәsini, iş görülmәsini, yaxud xidmәt göstәrilmәsini nәzәrdә tutan әmәliyyatlar üzrә - alınmış elektron qaimә-faktura üzrә malların (işlәrin, xidmәtlәrin) dәyәrinin vә ona mütәnasib ƏDV mәblәğinin tam ödәnildiyi vaxt; 175.1.2. hesabat dövrü әrzindә malların idxalı üzrә - bu Mәcәllәnin 170-ci maddәsinә uyğun olaraq. 175.1.3. vergi ödәyicisinә verilmiş elektron qaimә-faktura üzrә iki vә ya daha çox ödәmә aparılarsa, hәr ödәmә ödәniş miqdarında ayrıca әmәliyyat üçün hәyata keçirilmiş sayılır. Vergi ödәyicisinә verilmiş elektron qaimә-faktura üzrә alınmış malların (iş vә xidmәtlәrin) dәyәri ödәnilәn gündәn bir iş günü müddәtindә, ƏDV-nin mәblәği bu Mәcәllә ilә vә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada ödәnilmәlidir. Bu zaman malların (iş vә xidmәtlәrin) dәyәri üzrә iki vә ya daha çox ödәmә aparılarsa, ƏDV-nin mәblәği aparılmış ödәniş mәblәğinә uyğun olaraq ƏDV-nin depozit hesabına ödәnilmәlidir. Mallar, işlәr vә xidmәtlәrlә bağlı xәrclәr istehsal mәsrәflәrinә aid edilmirsә dә, belә mallar, işlәr vә xidmәtlәr vergi ödәyicisinin kommersiya fәaliyyәti üçün istifadә edilmәli olduqda vә ya istifadә edildikdә bu Mәcәllәnin 175.1-ci, 175.1.1-ci vә 175.1.2-ci maddәlәrinin müddәaları tәtbiq olunur. ... 175.6. Bu Mәcәllәnin 160.4-cü maddәsindә göstәrilәn hal istisna olmaqla, ƏDVdәn azad olunan, yaxud ƏDV-yә cәlb edilmәyәn әmәliyyatlar aparan şәxslәr tәrәfindәn mallar (işlәr, xidmәtlәr) alınarkәn bu maddә ilә müәyyәn edilmiş qaydada ödәnilmiş ƏDV mәblәği әvәzlәşdirilmir. Dövlәt büdcәsindәn ayrılan vәsaitlәr (subsidiya (aktivlәrә aid edilәn subsidiya istisna olmaqla) vә geri qaytarılmalı vәsaitlәr istisna olmaqla) hesabına mallar (işlәr, xidmәtlәr) alınarkәn, ödәnilmiş ƏDV -nin mәblәği әvәzlәşdirilmir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddә 12.1. Mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur. ‘ Maddә 58.7. Sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilir. Maddә 91. Mübahisә ilә bağlı işә kassasiya qaydasında yenidәn baxılmasının hәdlәri Ali Mәhkәmә mübahisә ilә bağlı işә şikayәt hәddindә baxır vә yalnız apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 94. Kassasiya şikayәtinin verilmәsinә dair tәlәblәr 94.1. Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir. 94.2. Şikayәtdә mübahisә edilәn mәhkәmә qәrarı vә ya qәrardadı barәdә mәlumatlar göstәrilmәli vә şikayәt әsaslandırılmalıdır. ... 94.4. Şikayәtin әsaslandırma hissәsindә şikayәti verәn şәxsin tәlәbi göstәrilmәlidir. Maddә 96. Ali Mәhkәmәdә icraat ... 96.5. Şikayәtin әsaslı olduğu hallarda Ali Mәhkәmә, bir qayda olaraq, mübahisә ilә bağlı işә dair özü qәrar qәbul edir. Mübahisә ilә bağlı iş üzrә araşdırmanın davam etdirilmәsinin zәruri olduğu aşağıdakı hallarda, Ali Mәhkәmә mübahisә edilәn qәrarı lәğv etmәyә vә işi tәkrar baxılması üçün müvafiq apellyasiya instansiyası mәhkәmәsinә göndәrmәyә haqlıdır: 96.5.1. apellyasiya instansiyası mәhkәmәsindә icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular sәbәbindәn әhәmiyyәtli sayda vә ya geniş hәcmdә sübutların araşdırılması tәlәb olunduqda; 96.5.2. apellyasiya instansiyası mәhkәmәsi mahiyyәti üzrә qәrar qәbul etmәdikdә. ... 96.8. Şikayәt әsassızdırsa, Ali Mәhkәmә şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edir. 96.9. Ali Mәhkәmә apellyasiya instansiyası mәhkәmәsinin qәrarını (qәrardadını) dәyişdirmәdәn saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı, hәmin qәrara qarşı verilmiş şikayәtlә tәlәb edilәn hәddә (hәcmdә) dәyişdirilә bilәr. Maddә 98. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı 98.1. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı qәtidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxşının hədləri
21. Kassasiya şikayәti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada әsaslandırılmış vә orada şikayәtçinin tәlәblәri göstәrilmişdir. Ona görә dә, şikayәt mümkün hesab edilmişdir.
22. Apellyasiya mәhkәmәsinin qәrarı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
23. Mәhkәmә kollegiyası iş materiallarını vә kassasiya şikayәtinin dәlillәrini araşdıraraq hesab edir ki, kassasiya şikayәti qismәn әsaslıdır. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işә baxılan zaman prosessual hüquq normalarının tәlәblәrinә riayәt olunmamış, mübahisәli hüquq münasibәtini tәnzimlәyәn maddi hüquq normaları düzgün tәtbiq edilmәmiş, habelә işin halları tam vә hәrtәrәfli olaraq araşdırılmamışdır.
iddia predmeti olan inzibati aktların inzibati icraat ilə ləğv edilməsi
24. İlk öncә mәhkәmә kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayәtindә qeyd etmişdir ki, vergi ödәyicisi tәrәfindәn mübahisәlәndirilәn dövr üzrә vergi ödәyicisi tәrәfindәn iki dәfә dәqiqlәşdirilmiş bәyannamәlәr tәqdim edilmiş vә vergi orqanı tәrәfindәn ##.##.2023-cü il tarixli **************** nömrәli, ##.##.2024-cü il tarixli **************** nömrәli qәrarlar qәbul edilmişdir. İşin hallarından görünür ki, hazırda tәmin olunan iddia predmeti ##.##.2023cü il tarixli,
25. **************** nömrәli qәrardan ibarәtdir. Kassasiya şikayәtinә әlavә edilmiş inzibati aktdan görünür ki, cavabdehin ## ###### 2023-cü il tarixli, **************** saylı qәrarı ilә iddia predmeti olan vә iddiası tәmin olunmuş inzibati akt inzibati icraatda lәğv edilmişdir.
26. Mәhkәmә kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddәsinә әsasәn inzibati akt, ünvanlandığı şәxsә vә ya maraqlarına toxunduğu şәxsә bu barәdә mәlumat verildiyi andan vә yaxud bu barәdә hәmin şәxslәrә mәlum olduğu andan hüquqi qüvvәyә minir. İnzibati akt mәlumat verildiyi mәzmunda hüquqi qüvvәyә minir vә hüquqi cәhәtdәn etibarlı sayılır. Hәmin Qanunun 64.2-ci maddәsinә әsasәn inzibati akt qanunla müәyyәn olunmuş qaydada geri çağırılana, lәğv edilәnә, dәyişdirilәnә, qüvvәdә olma müddәti qurtardığına vә ya başqa sәbәbә görә qüvvәdәn düşmüş hesab edilәnә qәdәr hüquqi qüvvәsini saxlayır vә hüquqi cәhәtdәn etibarlı sayılır.
27. İstinad olunan hüquq normalarının tәlәblәri baxımından mübahisәlәndirilәn inzibati akt ##.##.2023-cü il tarixli qәrarla lәğv edildiyindәn hüquqi qüvvәsini itirmişdir.
28. Nәzәrә alınmalıdır ki, İnzibati Prosessual Mәcәllәnin 35.1-ci maddәsinә әsasәn bu Mәcәllәdә başqa qayda nәzәrdә tutulmamışdırsa, iddiaçının iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә onun hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırdığı hallarda mübahisәlәndirmә haqqında, mәcburetmә haqqında, öhdәliklәrin icrası haqqında vә müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә dair iddia mümkün sayılır.
29. “İnzibati mәhkәmә icraatında iddianın mümkünlüyünә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrәli Qәrarına әsasәn inzibati mübahisәlәrә dair iddianın әsaslılığının yoxlanılması üçün zәruri ilkin şәrt onun mümkün olmasıdır. İddianın әsaslılığının yoxlanılmasına yönәlmiş fәaliyyәti zamanı mәhkәmә cavabdehә qarşı irәli sürülmüş maddi-hüquqi tәlәbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyәti üzrә qәrar qәbul edir. Mümkünlük şәrtlәri iddiaya mahiyyәti üzrә baxmağa imkan verәn şәrtlәrin mövcudluğunun yoxlanılmasını nәzәrdә tutur. Ona görә dә, iddianın mümkünlüyü hәmişә onun әsaslılığının yoxlanılmasından әvvәl aparılan hüquqi dәyәrlәndirmәdir. Mümkünlük şәrtlәrinin mövcudluğunu mәhkәmә tәrәflәrin bildirmәsindәn asılı olmayaraq özünün xidmәti vәzifәsinә görә yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.
30. Plenum qәrarında hәmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddәsinә görә, iddianın mümkün sayılması üçün iddiaçı iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә özünün hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırmalıdır
31. Göründüyü kimi, iddianın mümkünlük şәrtlәrindәn biri dә cavabdehin inzibati aktın qәbul edilmәsindә ifadә olunan hәrәkәtlәrinin şәxsin hüquqlarına müdaxilә tәşkil etmәsidir. Nәzәrә alınmalıdır ki, hazırkı işin kontekstindә qeyd edilәn tәrzdә hüquqlara müdaxilә o halda baş verәcәk ki, iddiaçının mübahisәlәndirdiyi inzibati akt hüquqi qüvvәsindә olsun.
32. Belә ki, İnzibatı Prosessual Mәcәllәnin 13-cü maddәsinә әsasәn mәhkәmә qaldırılan iddialarda yol verilәn formal xәtaların aradan qaldırılmasında, aydın olmayan iddia tәlәblәrinin dәqiqlәşdirilmәsindә, yanlış iddia növlәrinin münasiblәri ilә әvәz olunmasında, natamam faktiki mәlumatların tamamlanmasında, elәcә dә işin hallarının müәyyәnlәşdirilmәsi vә qiymәtlәndirilmәsi baxımından әhәmiyyәt kәsb edәn izahatların tәqdim olunmasında proses iştirakçılarına yardım etmәyә borcludur.
33. Hәmçinin mәhkәmә kollegiyası qeyd edir ki, cavabdeh 2023-cü il may vergi dövrü üzrә ##.##.2024-cü il tarixli **************** nömrәli qәrarı ilә iddiaçı barәsindә әlavә vergi mәblәği hesablamış, hәmin qәrarla da ##.##.2023-cü il tarixli **************** nömrәli qәrarı lәğv etmişdir. İş materiallarında iddiaçı barәsindә qәbul edilmiş ##.##.2023cü il tarixli qәrar mövcud deyil.
34. Apellyasiya instansiyası mәhkәmәsi iddia tәlәbini dәqiqlәşdirәrkәn ##.##.2023-cü il tarixli qәrarın hüquqi qüvvәsinin mövcud olub-olmamasını, hәmçinin ##.##.2024-cü il tarixli qәrarla lәğv edilmiş inzibati aktı müәyyәn etmәlidir.
35. Belәliklә, tәkrar işә baxan apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iddiaçıya hüquqi marağı baxımından iddia tәlәbinin dәqiqlәşdirilmәsinә dair hüquqi yardım göstәrilmәklә mübahisә predmeti barәsindә qәbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati aktların lәğvini vә ya İPM-in 72-ci maddәsinә әsasәn inzibati icraatda lәğv olunmuş inzibati aktların etibarsız sayılmasını tәlәb etmәk hüququ izah edilmәlidir.
36. Bundan әlavә, mәhkәmә kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı kassasiya şikayәtinә әlavә olunmuş qәrar olduqda, işә tәkrar baxan apellyasiya instansiyası mәhkәmәsi dәqiqlәşmiş iddianın mümkünlüyü haqqında İPM-dә nәzәrdә tutulan mümkünlük şәrtlәrin ödәnildiyinә hüquqi qiymәt vermәlidir.
37. İşә tәkrar baxan mәhkәmә iddianın mümkünlük şәrtlәrini yoxlayarkәn iddianın predmeti olacaq inzibati akt(lar)ın iddiaçıya qanuni yolla tәqdim olunmasını xüsusilә yoxlamalıdır.
38. Bundan başqa, işә tәkrar baxılarkәn cavabdehin kassasiya şikayәtindә qeyd etdiyi vergi ödәyicisi tәrәfindәn mübahisәlәndirilәn dövr üzrә iki dәfә dәqiqlәşdirilmiş bәyannamәlәr tәqdim edib-etmәmәsi yoxlanılmalı, hәm birinci instansiya mәhkәmәsindә, hәm dә apellyasiya icraatı zamanı kassasiya şikayәtinә әlavә edilәn inzibati aktlar mövcud olmuşsa, onların işә baxan mәhkәmәyә tәqdim edilib-edilmәmәsi, tәqdim edilmәmişsә, sәbәbi, mәhkәmәyә tәqdim edilmәmәsinә görә vergi orqanının vәzifәli şәxslәrinin tәqsirli hәrәkәtinin olub-olmaması araşdırılmalı, tәqsirli hәrәkәtә yol verilmәsi tәsdiq olunduğu halda vergi orqanının vәzifәli şәxslәrinin qanunsuz hәrәkәti Dövlәt Vergi Xidmәtinin diqqәtinә çatdırılmalıdır.
dövlət tərəfindən verilən subsidiyanın ƏDV predmeti olub-olmaması
39. İş materiallarından görünür ki, cavabdeh tәrәfindәn iddiaçıya hesablanılmış әlavә vergi mәblәğinin әsası iddiaçıya ayrılmış subsidiya mәblәğindәn ƏDV müәyyәn etmәsi nәticәsindә yaranmış kәnarlaşma olmuşdur.
40. İlk öncә mәhkәmә kollegiyası qeyd edir ki, subsidiya dövlәt vә ya yerli büdcә hesabına hüquqi vә fiziki şәxslәrә, habelә müәssisәlәrә qarşılıqsız (әvәzsiz) olaraq verilәn maliyyә vәsaiti, mal vә ya xidmәt şәklindә maddi kömәkdir. Bu, istehsalçıları dәstәklәmәk, qiymәtlәri sabit saxlamaq vә ya müәyyәn sosial-iqtisadi hәdәflәrә çatmaq mәqsәdi daşıyır.
41. Vergi hüququ kontekstindә subsidiyaların mahiyyәti onların hansı mәqsәdlә verilmәsindәn vә iqtisadi effektindәn asılı olaraq dәyişir. Belә ki, Dövlәt subsidiyaları ümumi vә qiymәtә bağlı subsidiyalar olaraq fәrqlәnir.
42. Ümumi subsidiyalar tәşkilatın ümumi fәaliyyәtinә görә vә ümumi ictimai mәnafe xeyrinә verilәn, qarşılıq (mal, xidmәt) almaq mәqsәdi olmayan yardım növüdür.
43. Digәr tәrәfdәn, qiymәtlә birbaşa bağlı olan subsidiyalar dövlәt tәrәfindәn vergi ödәyicisinә ödәnilәn elә mәqsәdli vәsaitlәrdir ki, bunun nәticәsindә son istehlakçı (müştәri) konkret xidmәti daha aşağı dәyәrә vә ya ödәnişsiz әldә etmәk imkanı qazanır.
44. Mәhkәmә kollegiyası qeyd edir ki, subsidiyanın qiymәtlә birbaşa bağlı kimi tövsif edilmәsi üçün müvafiq ödәniş mәhz konkret malın tәqdim edilmәsi vә ya xidmәtin göstәrilmәsi qarşılığında hәyata keçirilmәlidir.
45. Eyni zamanda, müәyyәn edilmәlidir ki, dövlәtin maliyyәlәşdirmәsi (ödәnişi) mövcud olmadığı tәqdirdә, hәmin xidmәtin tәdarükçü tәrәfindәn istehlakçıya eyni qiymәtә göstәrilmәsi qeyri-mümkün olmalıdır. Belә ki, ayrılan vәsait tәqdim edilәn malın vә ya göstәrilәn xidmәtin qiymәtinә, yaxud hәcminә birbaşa tәsir göstәrmәlidir.
46. Bununla әlaqәdar olaraq mәhkәmә hesab edir ki, dövlәtdәn daxil olan ödәnişin mәblәği ilә tәqdim edilәn malın (göstәrilәn xidmәtin) miqdarı vә ya qiymәti arasında birbaşa riyazi әlaqәnin mövcudluğu hәmin ödәnişin "qiymәtlә birbaşa bağlı subsidiya" kimi qәbul edilmәsi üçün әsas meyar çıxış edir.
47. Hazırkı iş materiallarından müәyyәn olunur ki, iddiaçıya “Azәrbaycan Respublikasının 2023-cü il dövlәt büdcәsi haqqında” Azәrbaycan Respublikasının 2022ci il # ###### tarixli ***-VIQ nömrәli Qanununun tәtbiqi ilә bağlı bir sıra mәsәlәlәr barәdә Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli, **** nömrәli Fәrmanı ilә 2023-cü il üzrә İddiaçı Açıq Sәhmdar Cәmiyyәtinә 37,500,000 manat subsidiya verilmişdir.
48. Fәrman әsasında verilmiş subsidiyanın 2.722.500 manatı ##.##.2023 tarixdә vergi ödәyicisinә verilmişdir.
49. Apellyasiya instansiyası mәhkәmәsi qәrarında qeyd etmişdir ki, ƏDV üzrә vergi tutulan dövriyyәnin formalaşması üçün aşağıdakı şәrtlәr ödәnilmәlidir: mallar tәqdim edilmәli, işlәr görülmәli, xidmәtlәr göstәrilmәli; әmәliyyat Azәrbaycan Respublikasının hüdudlarında hәyata keçirilmәli, әmәliyyat müstәqil sahibkarlıq fәaliyyәti çәrçivәsindә hәyata keçirilmәlidir. Hazırkı işdә subsidiya mәblәği iddiaçıya hәr hansı malın tәqdim edilmәsi, işin görülmәsi vә ya xidmәtin göstәrilmәsi müqabilindә vә ya müstәqil sahibkarlıq fәaliyyәti çәrçivәsindә ayrılmamışdır. Qeyd olunan subsidiya mәblәği iddiaçıya fәaliyyәtini zәrәrlә hәyata keçirdiyi nәzәrә alınaraq yalnız maddi yardım mәqsәdilә ödәnilmişdir ki, bu da vergi orqanı tәrәfindәn mübahisәlәndirilmir. Bu isә o demәkdir ki, qeyd olunan şәrtlә tәqdim edilәn subsidiya mәblәği ƏDV üzrә vergitutma obyekti hesab edilә bilmәz.
50. Mәhkәmә kollegiyası qeyd edir ki, hazırda iddiaçıya verilmiş subsidiyanın tәyinatı, verilmә mәqsәdi, istifadә olunma üsulu müәyyәn edilmәdәn hәmin subsidiyanın ƏDV predmeti olub-olmaması müәyyәn edilә bilmәz.
51. Belә ki, yuxarıda qeyd edildiyi kimi, hazırda iddiaçıya ödәnilәn dövlәt subsidiyasının tәqdim edilәn malın vә ya göstәrilәn xidmәtin qiymәtinә, yaxud hәcminә birbaşa tәsir göstәrmәsini vә ya hәmin mәblәğin ümumi fәaliyyәtә ödәnilmәsi iş materiallarından müәyyәn olunmur. Belәliklә dә iddiaçıya tәqdim edilmiş subsidiyanın ƏDV predmeti olubolmaması 52. müәyyәn olunmadan mübahisәlәndirilәn inzibati aktın qanuniliyi müәyyәn etmәk mümkün olmamışdır.
53. İddiaçıya ödәnilmiş subsidiya yuxarıda qeyd olunan xüsusiyyәtlәri vә şәrtlәri özündә ehtiva edәrsә, hәmin subsidiya vergi qanunvericiliyinin tәlәblәri baxımından X2 mәqsәdlәri üçün vergitutma obyektinә daxil edilәn "vergi tutulan ödәniş" kimi qiymәtlәndirilmәlidir.
54. Bundan başqa, işin hallarından da görünür ki, iddiaçıya әvvәlki illәrdә dә dövlәt subsidiyası ayrılmışdır. Apellyasiya instansiyası mәhkәmәsi әvvәlki illәrdәki subsidiyalara qarşı inzibati orqanın iddiaçıya tәqdim edilmiş subsidiyanın ƏDV-yә cәlb edilib-edilmәmәsini - inzibati praktikasını araşdırmamışdır.
55. Hәmçinin “Vergilәrin, sosial sığorta vә işsizlik sığortası haqlarının hesablanması barәdә” ##.##.2023-cü il tarixli, **************** nömrәli qәrarının iddiaçıya hesablanmış әlavә vergi mәblәğindәn 16.614,03 manat hissәsinin isә “xxxx” MMC-nә vә “xxxx” MMC-nә ödәnilmiş ƏDV mәblәğlәrinin әvәzlәşdirilmәsi nәticәsindә yaranmış kәnarlaşmaya әsasәn hesablandığını qeyd edilmişdir.
56. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarında qeyd edilmişdir ki, vergi ödәyicisi mübahisәlәndirdiyi qәrardan inzibati şikayәt verәrkәn vergi orqanının yalnız 2023-cü ilin may ayı üzrә müәssisәyә ayrılmış 2.722.500 manat subsidiya mәblәğinә hesabladığı 415.296,61 manat ƏDV ilә bağlı narazı olduğunu, 16.674,92 manat hesablama hissәsindә isә qәrarın әsaslı olduğunu bildirmiş, lakin apellyasiya mәhkәmәsi mübahisәlәndirilәn inzibati aktın 16.674,92 manatlıq hissәsi barәdә mövqe bildirmәmişdir. İşә tәkrar baxan apellyasiya instansiyası mәhkәmәsi iddia predmeti olan inzibati aktın qüvvәsini vә belәliklә dә iddiaçının hüquqi marağını aydınlaşdırmalı, 2023cü ilin 57. may ayında iddiaçıya verilmiş subsidiyanın tәyinatını müәyyәn edәrәk hәmin subsidiyanın ƏDV predmeti olub-olmamasını müәyyәn etmәli, hәmçinin inzibati aktın ƏDV mәblәğlәrinin әvәzlәşdirilmәsi nәticәsindә yaranmış 16.614,03 manat kәnarlaşmanın qanuniliyi araşdırmalıdır.
58. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, cavabdeh tәrәfindәn verilmiş kassasiya şikayәti qismәn tәmin olunmalı, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı lәğv edilmәli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması vә qiymәtlәndirilmәsi üçün tәkrar apellyasiya mәhkәmәsinә qaytarılmalı, kassasiya şikayәti әlavә araşdırmaya zәrurәt yarandığından şikayәt iddianın rәdd olunması hissәsindә tәmin olunmamalıdır.
59. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası
Qərara aldı:
Cavabdeh Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Milli Gәlirlәr Baş İdarәsinin kassasiya şikayәti qismәn tәmin edilsin. Bakı Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, 2 *(***)-***/**** nömrәli qәrarı lәğv edilsin. İş tәkrar baxılması üçün hәmin mәhkәmәyә göndәrilsin. Kassasiya şikayәti qalan hissәdә tәmin edilmәsin. Qәrar qәtidir.