Məhkəmə qərarları › İş №2-1(102)-2681/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2681/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2681/2019 09.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: 2008-ci ildən Prezident təqaüdünün verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə qarşı cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və Prezident təqaüdünün 01 sentyabr 2008-ci il tarixdən ödənilməsi tələbinə dair Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 01.03.2007-ci il tarixdən müddətsiz ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2013-cü il tarixli 2(060)-1897/2013 saylı qətnaməsi ilə İddiaçı 19 noyabr 1991-ci ildən 01 mart 1992-ci ilə qədər 817, N saylı hərbi hissələrdə hərbi xidmət keçməsi və 26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmiş, qətnamə 31 may 2013-cü il tarixdə qanuni qüvvəyə minmi şdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 19 avqust 2013-cü il tarixli qərarda göstərilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 26.02.1992-ci ildə aldığı və 13.04.2013-cü ildə Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri: diaqnoz “Qəlpə yaralanmalarından sonra sağ əlin arxa səthində, sol kürəkaltı və sağ diz nayihələrində köhnə çapıq toxumaları” (Xocalı rayon bölməsinin 12.06.2013-cü il tarixli 366 nömrəli göndərişi, 15.07.2013-cü il tarixli 421 nömrəli arayışı, Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 verilmiş 13.04.2013-cü il tarixli 1449 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, Sumqayıt şəhər məhkəməsinin 30.04.2013-cü il ta rixli 2(060)-1897/2013 saylı qətnaməsi, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəsissi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER-TSE-01 seriyalı 188412 saylı təkrar müayinədən keçən əlillər üçün arayışdan görünür ki, İddiaçı 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə DSMF-nin Xəzər rayon şöbəsinə müraciət edərək prezident təqaüdünün 01 sentyabr 2008-ci il tarixdən təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə c avab olaraq 17 dekabr 2018-ci il tarixli, **********6 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə uyğun olaraq əlillik sadalanan səbəblərdən baş verdikdə onlara müharibə əlili kimi Prezident təqaüdü təyin olunur: müharibə əlilliyi; Hərbi Xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik; Azərbaycan Respublikası suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; Çernobl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar da hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlil hesab edilənlərlə bərabər əsaslarla Prezident təqaüdünü almaq hüququna malikdirlər. İddiaçı şöbəyə 07 oktyabr 2013-cü il t arixdə Prezident təqaüdü almaq üçün rəsmi müraciət etmişdir. Təqdim olunan sənədlərə əsasən ona 30 sentyabr 2013-cü il tarixdən ömürlük 158 manat Prezident təqaüdü təyin edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və iddiaçıya 30 sentyabr 2013-cu il tarixdən verilən Prezident təqaüdünə görə ödənilən təqaüdün 01 sentyabr 2008-ci ildən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1 (82)-965/19 saylı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli, 09.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün 30.09.2010-cu il tarixdən 30.09.2013-cü il tarixədək olan müddət üçün hesablanaraq İddiaçı oğluna ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-965/19 saylı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 7.0.6, 9.1, 11.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Qanunun sadalanan normalarından göründüyü kimi sosial müavinətlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi kateqoriya şəxslər üçün nəzərdə tutulmuş “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, lakin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq verilməsi nəzərdə tutulmuşdur. İşdən göründüyü kimi hazırki iş üzrə iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 ci qrup əlilliyə görə prezident təqüdü almaq hüququ 30 sentyabr 2013-cü il tarixdə yaranması göstərilməklə 30.09.2010-cu il tarixdən hesablanaraq verilməli olduğu halda cavabdeh həmin hissədə müraciəti təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Bu əsasdan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə iddiaçıya ödənilməmiş müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 30.09.2010-cu il tarixdən 30.09.2013- cü il tarixədək ödənilməsi öhdəliyi qoyulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassas iya şikayətinin dəlillərinə görə iddiaçıya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 01.03.2007-ci il tarixdən müddətsiz ikinci qrup əlillik dərəcəsi təyin edilmiş, 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 2-ci qrup əlillik təyin edilmişdir. Təqdim olunan sənədlərə əsasən ona 30 sentyabr 2013-cü il tarixdən ömürlük 158 manat Prezident təqaüdü təyin edilmişdir. Kassator “İnzibati icraat haqqında” Qanunun 1.1, 11.1-ci maddələrinə, İPM-nin 15.1, 58.1, 58.7, 68.1, 68.2, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmas ını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya hərbi əməliyyatlar keçirilən zonada olmaql a əlaqədar 01.03.2007-ci il tarixdən müddətsiz ikinci qrup əlillik dərəcəsi təyin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2013-cü il tarixli 2(060)-1897/2013 saylı qətnaməsi ilə İddiaçı 19 noyabr 1991-ci ildən 01 mart 1992-ci ilə qədər 817, N saylı hərbi hissələrdə hərbi xidmət keçməsi və 26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmiş, qətnamə 31 may 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş, İddiaçı 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 2-ci qrup əlillik təyin edilmiş və həmin vaxtdan cavabdeh inzibati orqan tərəfindən iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. Cavabdehin iddiaçıya 30 sentyabr 2013-cü il tarixdən əvvəlki illər üçün Prezident təqaüdünün veri lməsindən imtina etməsinin əsasını iddiaçıya 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 2-ci qrup əlillik təyin edilməsidir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharib ə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği Fərmanın 1-ci bəndinə uyğun olaraq müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin şəxslər müharibə əlilləri hesab olunurlar. İddiaçıya 30 sentyabr 2013-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” təkrar 2-ci qrup əlillik təyin edilsə də, iddiaçıya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 01.03.2007-ci il tarixdən müddətsiz ikinci qrup əlillik d ərəcəsi təyin edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2013-cü il tarixli 2(060)-1897/2013 saylı qətnaməsi ilə İddiaçı 19 noyabr 1991-ci ildən 01 mart 1992-ci ilə qədər 817, N saylı hərbi hissələrdə hərbi xidmət keçməsi və 26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmişdir. Belə olan halda, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanına əsasən 01.01.2008-ci il tarixdən təqaüd almaq hüququ yaranır. İşə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 7.0.6, 9.1, 11.1-ci maddələrinə istinad edərək hesab etmişlər ki, cavabdehin üzərinə id diaçıya ödənilməmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 30.09.2010-cu il tarixdən 30.09.2013- cü il tarixədək ödənilməsi öhdəliyi qoyulmalıdır. Halbuki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində aylıq müavinətlər sadalanmış və Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli Fərmanı ilə təsis edilmiş “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Sosial müavinətlər haqqında” Qanunun 4.0.1-ci maddəsində sadalanan aylıq müavinətlərə aid olmadığından, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən təqaüdün müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə dair aşağı instansiya məhkəmələrinin qənaəti düzgün deyildir. Məhkəmə kollegiyası iddiaçının 01.01.2008-ci il tarixdən təqaüd almaq hüququ yarandığını hesab e tsə də, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-965/19 saylı iş üzrə qəbul etdiyi 27 fevral 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermədiyindən, iddianın rədd edilmiş hissəsi, yəni 01.01.2008-ci ildən 30.09.2010-cu ilədək Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli, 09.09.2008-ci il tarixli Fərmanı ilə 2-ci qrup müharibə əlilləri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün vərilməsinə dair iddianın təmin edilməməsi hissəsində qərar iddiaçıya münasibətdə qüvvəyə minmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçını n arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1259/19 saylı 29 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar