Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2681/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 2-1(103)-2263/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə 1 nömrəli Şəki Peşə Məktəbi arasında bağlanılmış 26 fevral 2020-ci il tarixli 01 saylı müqaviləyə əsasən 12 saylı Ərazi Məşğulluq filialı tərəfindən 15 nəfər müdavim cəlb olunmaqla 1 oktyabr 2020-ci il tarixində 3 aylıq “Turanimator" peşə təlimi kursu keçirilmişdir. Müdavimlərdən 13 nəfəri kursu başa vurduqdan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən sertifikatlarla təltif olunmuşdur. İddiaçıya da təlim kursunun sonunda AS006425 nömrəli sertifikat verilmişdir. Peşə hazırlığı kursunun iştirakçılarının adına plastik kartların alınması və müəyyən olunan təqaüdün verilməsi 12 saylı Məşğulluq filialı tərəfindən həyata keçirilmişdir.
3. İddiaçı cavabdehin tabeliyində Dövlət Məşğulluq Xidmətinin Cavabdeh1nə ərizə ilə müraciət edərək işsiz olduğuna görə 190 manat birdəfəlik yardımın verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli, **********9 nömrəli mək tuba əsasən işsiz kimi qeydiyyata alınmış iddiaçıya peşə təhsilinə cəlb olunmasına görə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1ndə işsiz kimi qeydiyyata düşməklə həmin qurumda “Turanimator”-luq (turizm) peşəsi üzrə peşə təhsilinə cəl b olması üçün ərizə ilə müraciət edərək qeydiyyata alınmışdır. Həmin kurs üzrə təhsil başlandıqda hər tələbəyə aylıq 250 manat təqaüd ödənilməsi nəzərdə tutulurdu. Kurs hələ də fəaliyyətə başlamamışdır. İddiaçı koronavirus pandemiyası ilə bağlı işsizlər üçün nəzərdə tutulan 190 manat müavinətin ona ödənilməsi üçün Şəki rayonu üzrə Məşğulluq mərkəzinə müraciət etmiş, lakin ona peşə təhsilinə cəlb edildiyi üçün 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-125/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 -ci il 7 aprel tarixli, 127 nömrəli Qərarının 2.3.7-ci yarımbəndinə əsasən, 190 (yüz doxsan) manat birdəfəlik ödənişin verilməsindən imtina edilən şəxslərin dairəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə peşə hazırlığına görə təqaüd alan şəxslər də aid edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı yuxarıda qeyd edilən meyara uyğun gəlmədiyinə görə ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-485/2023 nömrəli qərarı (hakim T.R.Məlikov) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: peşə hazırlığına görə təqaüd alanlara (2.3.7). Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçıya peşə təhsilinə cəlb olunduğu müddət ərzində təqaüd ödənilmişdir. İddiaçı işsiz kimi 2020-ci ilin fevral ayında qeydiyyata alınmış, mart ayında peşə hazırlığı kurslarına cəlb edilmiş, lakin koronavirus pandemiyası səbəbindən kursun başlama vaxtında dəyişikliklər edilmi şdir. Yəni kursun dayandırıldığı müddətdə iddiaçı peşə hazırlığına cəlb edilmiş işsiz şəxs statusunda olmuşdur. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan “Məşğulluq haqqında” Qanunun 29-cu maddəsinin əvvəlki redaksiyasında işsiz şəxsin peşə hazırlığına cəlb edildiyi dövrdə təqaüd almaq hüququnun olması nəzərdə tutulduğundan ona eyni zamanda birdəfəlik ödəmə də verilə bilməzdi. Bu baxımdan cavabdehin iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtinası qanunazidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-2263/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(112)-485/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətindən iddia ərizəsinin dəlillərinə istinad edərək göstərir ki, hər iki inst ansiyada iddiaçının işsiz kimi qeydiyyata alındığı xx.xx.2020-ci il tarixdən bu yana, işsizlikdən sığorta ödənişi almamasına qiymət verilməmişdir. Məhkəmə iş üzrə cavabdehin iddiaçıya qarşı qəbul etdiyi, birdəfəlik ödəmənin verilməsindən imtina qərarının hüquqi əsaslarını və prinsiplərini düzgün müəyyən etməmiş və bununla iddiaçının məhkəmə praktikasına etimadını qorumamışdır.
16. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydə alınmış, iddiaçının faktiki peşə təhsilinə cəlb olunduğu və təqaüd aldığı müddət 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarıdır. İddiaçının işsiz statusunda birdəfəlik ödənişi tələb etdiyi müddət isə 2020ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarıdır (Şəkidə karantinlə bağlı birdəfəlik ödənişin verildiyi aylar). Beləliklə, iş üzrə cavabdeh iddia çını xx.xx.2020-ci il tarixində işsiz statusunda qeydiyyata alır və onu xx.xx.2020-ci il tarixində “Turanimator” peşə təhsili kursuna cəlb edir. Bundan sonra cavabdeh, pandemiya səbəbli başlanması təxirə salınmış “Turanimator” peşə təhsili kursunun pandemiya bitdikdən sonra başlanacağını elan edir və “Turanimator” peşə təhsili kursuna cəlb edilmiş bütün müdavimlərin adlarını tədrisi davam edən müdavimlər kimi saxlayır. Burada vətəndaşın təqsiri yoxdur. Çünki müdavimlər kursa davam edən kimi qalırsa, deməli onlara təqaüd ödənməlidir. Kurs müddəti isə müqaviləyə görə 3 aydır. Deməli, iş üzrə cavabdeh pandemiya ilə əlaqədar, tədrisin təxirə salındığı gündən, kursa cəlb edilmiş müdavimlərin adlarını, müdavimlik siyahısından çıxarmalı və onları işsiz statusuna qaytarmalı idi ki, o da bunu etməm iş, yaxud, onların adlarını müdavimlik statusunda saxlayırdısa, deməli onlara 2020-ci ilin aprel ayından oktyabr ayınadək, hər aya 250 manat təqaüd ödəməli idi ki, bunu da etməmişdir. Çünki kursun müddəti 3 ay planlaşdırıldığı halda, karantin müddəti 5 ay davam etmişdir. Kurs oktyabr ayında bərpa olunduğunda isə ancaq 3 ayın (oktyabr, noyabr və dekabr) təqaüdləri ödənilmişdir. Qeyd edilənlərlə sübut olunur ki, iddiaçı Şəki şəhərində pandemiya səbəbli karantin rejiminin tətbiq edildiyi dövr üzrə (5 ay) sosial müdafiədən, əsassız olaraq cavabdehin hərəkətsizliyi səbəbindən məhrum edilmişdir.
17. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-836/2023 nömrəli qərarında cavabdehin analoji dəlili əsassız hesab edilmişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; [4]...
20. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı: 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....
21. Azərbaycan Respublikası Na zirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”:
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karanti n rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:... 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;...
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifad ə olunur. 22. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı:
1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və c ari ilin aprel və may ayları üçün ödənilir.”.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı: 2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin.... 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yaz ılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduq da; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydə alınmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində X3 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə 1 nömrəli Şəki Peşə Məktəbi arasında 15 nəfər müdavimin (iddiaçının da adı siyahıda qeyd olunmuşdur) 3 aylıq peşə təliminə cəlb olunması ilə bağlı 26 fevral 2020-ci il tarixli 01 saylı müqavilə bağlanılmış, lakin Koronavirus (COVİD-19) pandemiyasının başlanılması səbəbindən peşə təlimi kursu təxirə salınmışdır. Bundan sonra, 12 saylı Ərazi Məşğulluq filialı tərəfindən iddiaçının da adının qeyd edildiyi 15 nəfər müdavim cəlb olunmaqla 3 aylıq “Turanimator” peşə təlimi kursu 1 oktyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixə kimi keçirilmiş və iddiaçıya məhz 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün təqaüd ödənilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı nın ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən “Məşğulluq altsisteminin” müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən peşə təhsilinə cəlb olunması əsası ilə imtina etmişdir.
31. Lakin işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçının faktiki peşə təhsilinə cəlb olunduğu və təqaüd aldığı müddət 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarıdır. İddiaçının işsiz statusunda birdəfəlik ödənişi tələb etdiyi müddət isə 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarıdır. Yəni, iddiaçı Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləği ndə birdəfəlik ödənildiyi 2020-ci ilin aprel, may, iyul, iyul və sentyabr aylarında işsiz kimi qeydiyyatda olmuş və heç bir peşə hazırlığı kursuna cəlb edilməmiş, həmin dövrdə ona aylıq 250 (iki yüz əlli) manat məbləğində təqaüd ödənilməmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi kurs 1 oktyabr 2020-ci il tarixindən 29 dekabr 2020-ci il tarixinə qədər olmuş və iddiaçı həmin kursda iştirak edərək aylıq 250 (iki yüz əlli) manat məbləğində təqaüd almışdır. Buna görə də, cavabdehin imtinası əsassız olmuşdur.
32. Həmçinin cavabdeh tərəfindən iddiaçıya münasibətdə işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir.
33. Yuxarı da qeyd olunan faktiki hallardan göründüyü kimi, iddiaçının MAS-da işsizlik statusu 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarında qalmaqda davam etdiyi halda Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq olunmuş «Qayda»nın 2.3-cü bəndində sadalanan ödəmələri almadığı halda, cavabdeh orqan Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, əsassız olaraq onun təqaüd alması barədə yanlış məlumatı əsas tutaraq, 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr ayları üzrə birdəfəlik ödəmə verilməsindən imtina etmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
34. Ona görə də, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən səhvə yol vermiş, şəxsin peşə hazırlığına cəlb edildiyi dövrdə təqaüd almaq hüququnun olmasının nəzərdə tutulduğuna istinad edərək eyni zamanda ona birdəfəlik ödəmənin verilə bilməməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.
35. Bundan başqa, məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, X3 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə 1 nömrəli Şəki Peşə Məktəbi arasında bağlanılmış 26 fevral 2020-ci il tarixli 01 saylı müqaviləyə əsasən 3 aylıq “Turanimator" peşə təlimi kursuna cəlb edilmiş 15 müdavimdən biri iddiaçı, digəri isə X2 olmuşdur. İddiaçı məhkəməyə ünvanladığı müraciətində qeyd etmişdir ki, X2 onun anasıdır.
36. X2 da işsiz olduğuna görə ona 190 manat birdəfəlik yardımın verilməsi ilə bağlı müraciət etmiş, onun müraciətindən hazırkı iş üzrə eyni səbəblə (peşə təhsilinə cəlb olunmasına görə) imtina edilmişdir. Buna görə, X2 eyni tələbl ə eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-836/2023 nömrəli qərarı ilə iddiaçının xeyrinə yekunlaşmış, Ali Məhkəmənin hüquqi mövqeyinə görə cavabdehin imtinası qanunsuz və əsassız hesab olunmuşdur.
37. Belə olan halda, məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, eyni müqavilə (26 fevral 2020-ci il tarixli 01 saylı müqavilə) əsasında eyni peşə təlim kursuna (3 aylıq “Turanimator" peşə təlimi kursuna) cəlb edilmiş X1 da eyni əsasla (peşə təhsilinə cəlb olunmasına görə) imtina verilməsinin qanunsuz və əsassız olmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-836/2023 nömrəli qərarının mövcudluğuna baxmayaraq cavabdeh orqan formalaşmış məhkəmə təcrübəsinə və praktikasına zidd hərəkət etməklə tamamilə analoji işlər üzrə vətəndaşların qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuş, bununla da vətəndaşların hüquqlarının bərpasına dair uzunmüddətli məhkəmə çəkişmələrinin davam etdirilməsinə səbəb olmuşdur.
38. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalı, xüsusi karantin rejiminin Şəki şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-2263/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Xüsusi karantin rejiminin Şəki şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr ayları üzrə (5 ay) işsiz statuslu şəxs qismində hər aya 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərar qətidir.