Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2681/2024 22.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; hərbi xidmət dövrünün güzəştli iş stajına aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-477/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ № ******* saylı, xx.xx.1976-cı ildə qeydə alınmış əmək kitabçasına əsasən o, xx.xx.1976-cı ildən xx.xx.2007-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
4. Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1976-cı i ldən xx.xx.1977-ci ilədək (siyahı № 2, bölmə XXXİİİ, ümumi peşələr 23200000-18183) yığıcılar-pərçimləyicilər vəzifəsində, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №1, bölmə İİİ, yarımbölmə 3a, əlvan metallurgiya-yayma istehsalatı ******* a-16350) əlvan metalların yandırıcıları vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək (siyahı №2, bölmə İV, yarımbölmə 4a, yayma istehsalatı 2092303a-18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (siyahı № 2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a18559) təmirçi-çilingərlər vəzifəsində, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək (siyahı №2, bölmə XİV, yarımbölmə 14 a, metal emalı- tökmə istehsalatı 2150100a-14550) əritmə sobalarının yanında məşğul olan sanitar texniki sistemlərinin və avadanlığın quraşdırıcıları vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək (siyahı №1, bölmə X, yarımbölmə 10 a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-14568) vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı 1 və 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək bölmə 7, yarımbölmə 10a, ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması vannaların təmirində quraşdırıcılar vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı aşağıda göstərilən tarixlərdə ödənişsiz məzuniyyətlərdə olmuşdur. xx.xx.1999-cu ildən-xx.xx.2007-ci ilədək.
5. Cavabdehin 3-171/3-İ-6545/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məktubuna əsasən iddiaçının 29 il 6 ay ümumi stajı vardır.
6. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
7. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-82988/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 5 gün: xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-cİ il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 12 yanvar 2016-cı il tarixli 01 nömrəli arayışında iddiaçının xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.2008-ci il tarixədək Sumqayıt “Alüminium” zavodunda işləmiş, sonra “Alüminium” zavodun adı dəyşilərək, "xxxx" ASC kimi fəaliyyət göstərmişdi. Uzun müddət elektroliz, əritmə sexlərində metallurgiya avadanlıqlarının təmiri ilə məşğul olan – metal emalı, tökmə-emalı sexində çilingər kimi işləmişdir. İşi birbaşa Elektrolis əritmə, Alüminium buxarlandırıcıları istehsalı ilə məşğul olan sexlərdə cari və əsaslı təmir işləri aparmaq olub. 2015-ci ildə "xxxx" ASC rəhbərliyinə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün arayış almaq üçün müraciət etmişdir. Ona əmək kitabçası tam əks etməyən bir “Arayış 01” təqdim etmişlər.
10. Belə ki, əmək kitabçasının: 7-ci bənd: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək - Metal emalı - Tökmə istehsalatı 4-cü dərəcəli Təmirçi çilingər; 8-ci: xx.xx.1982ci il tarixi - həmin sexdə 6-cı dərəcə verilib; 9-cu: xx.xx.1984-cü il tarixi - həmin sexdə 5-ci dərəcəli çilingər verilib; 10-cu: xx.xx.1985-ci il tarixdə Metallurgiya avadanlıqları təmiri sexin tabeçiliyinə həmin dərəcə və həmin peşə üzrə keçirilmişdir. Maraqlı fakt odur ki, metal emalı-tökmə istehsalatı sexində 4 dərəcə ilə işləyəndə iş stajı qeydiyyata alınır, lakin dərəcə artanda düşmür? Əmək kitabçısının 10-cu bəndini xx.xx.1985-ci il iş stajı heç tamamilə yazılmayıb.
11. Həmçinin onu da qeyd edir ki, hazırda "xxxx" ASC fəaliyyəti tam dayandırılıb, müəssisə sökülüb. Sənədlər çeşidlənməyib. Müddət baxımından çox g ecikmiş, artıq hər təqvim günü onun ziyanına işləyir. Yeddi ilə yaxındır ki, pensiya vaxtından keçib, heç bir yerdən də gəlir yeri yoxdur. "xxxx" ASC 01 saylı arayışlarına əsasən xx.xx.1976-cı ildən xx.xx.2007-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrlərdə 19 il 3 ay 26 gün imtiyazlı iş stajına malikdir. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasından qeyd olunan məlumatlardan göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 18 ildən artıq ümumi iş stajına, güzəştli şərtlərlə on beş ildən artıq imtiyazlı iş stajına malikdir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Cavabdehin etirazları:
12. C avabdeh tərəfindən iddia tələbinə dair təqdim edilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-683/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında edilmiş qeydlərə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin sexdə 6cı dərəcə, 5-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin peşədə işləmiş yalnız dərəcəsi dəyişdirilmişdir. Belə olan halda, iddiaçının 12 il 6 ay xüsusi iş stajı tamamlanmı ş olur.
15. İddiaçının ümumi stajının tamamlanmasına münasibətdə bildirilir ki, cavabdehin 3-17-1/3-İ-6545/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məktubun surətindən görünür ki, onun 29 il 6 ay ümumi stajı vardır. 16. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini aradan qaldıran sübut iş materiallarından müəyyən olunmur.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(105)-477/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-683/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Apellyasiya məhkəməsi iddiaçının xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu dövrlə bağlı əlavə olaraq qeyd etmişdir ki, iddiaçının həmin dövrədək güzəştli iş stajı toplandığından, kollegiya həmin dövrlərin araşdırılmasına zərurət görməmişdir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd o lunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina və etirazı dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, iddiaçının 12 yanvar 2016-cı il tarixli 01 nömrəli güzəştli arayışında xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi illər qeyd edilməməsi səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya iş stajı nəzərə alınmaqla yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
23. İstər “Əmək pensiyaları haqqında” Qanunda, istər 175 nömrəli Qaydalarda, istərsə də, Ali Məhkəmənin icmal məktubunda şəxsin işlədiyi peşənin güzəştli hesab ed ilən staja aid edilib-edilməməsi yalnız işəgötürən tərəfindən təqdim edilən güzəştli arayış əsasında müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, şəxsin işlədiyi peşə, sahə, müəssisə dəyişməmiş, yalnız dərəcə dəyişmişdir. Belə olan halda cavabdeh bildirir ki, əgər müəssisə digər dövrlərə dair arayışı təqdim edibsə və yalnız xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrə münasibətdə arayışı təqdim etmirsə, artıq bu həmin dövrün güzəştli olmasına dair əsaslı şübhələr vardır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaş ına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyət i orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmən in inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayətlər aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir.
32. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat iddiaçının müvafiq xüsusi sığorta stajına malik olmamasıdır. Belə ki, cavabdeh istər imtinasında, istər iddia tələbinə etirazda, istər apellyasiya şikayətində, istərsə də, kassasiya şikayətində iddiaçının ümumi stajını mübahisə açmamışdır. Yəni iddiaçının 29 il 6 ay ümumi stajı malik olması işin mübahisələndirilməyən halıdır.
33. Güzəştli stajla bağlı cavabdeh kassasiya şikayətində qeyd edir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrdə iddiaçının işlədiyi peşə, sahə, müəssisə dəyişməməsə də, yalnız dərəcə dəyişməsinə görə həmin dövrün güzəştli staja daxil edilməsi yolverilməzdir. Belə ki, iddiaçı müəssisədən güzəştli stajla bağlı arayış təqdim etsə də, həmin arayışda xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövr göstərilməmişdir.
34. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrdə işlədiyi peşələrin, sahələrin və müəssisənin eyniliyini, sadəcə dərəcənin dəyişməsini nəzərə almaqla həmin dövrü güzəştli stajı əlavə etməkdə haqlı olmuşdur.
35. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına da istinad edilməlidir.
36. Həmin normaya əsasən, yeraltı i şlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur.
37. İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək (2 il 14 gün) hərbi xidmət keçmişdir. Onun hərbi xidmətə çağırılmazdan əvvəl xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, eləcə də, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək işlədiyi peşələr güzəştli şərtlərə aid olan istehsalatda olduğundan SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu maddəsinin tətbiqi üçün əsaslar mövcuddur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 11 il 2 ay 5 gün güzəştli staja malik olması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı, iddiaçının hərbi xidmətdə olduğu 2 il 14 gün və apellyasiya məhkəməsinin istinad etdiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövr iddiaçının güzəştli stajına əlavə edildikdə onun tələb olunan güzəştli iş stajının 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır.
39. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina əsaslı olmamışdır.
40. Apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-477/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.