Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2682/2018 12.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2682/18) Bakı şəhəri 12 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə qarşı cavabdeh tərəfindən ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin “Əmək pens iyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10.2 bəndinin və 27-ci maddəsinin 12.09.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması və 12.09.2007-ci il tarixdən bu günə qədər təyin olunaraq ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2479/2018 saylı iş üzrə 23.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı şəhərində xx.xx.1955-ci il anadan olmuşdur. Cavabd eh dövlət sosial fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (07.02.2006 №54-İİİQ) 9-cu maddəsinin 9.8 bəndinə əsasən iddiaçıya 12.09.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (23 sentyabr 1992, №305) 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçı 04 may 2018-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edi lməsini və keçmiş dövr üçün ödənilməyən əmək pensiyası məbləğinin iddiaçıya ödənilməsini xahiş etmiş və ona 04.05.2015-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilib hesablanarkən 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2 bəndinə və 27-ci maddəsinə edilmiş dəyişikliklər ona münasibətdə tətbiq edilməməlidir, ona görə ki iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 04.05.2007-ci il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu 01 yanvar 2010-cu il tarixdən sonra yaranmış münasi bətlərdə tədbiq edilməməlidir. Ona görə də iddiaçı hesab edir ki, ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (07.02.2006 № 54-llla) 10-cu maddəsinin 10.2 bəndinin və 27-ci maddəsinin, 04.05.2007-ci il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilib hesablanmalıdır. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında” 10.2-ci, 27-ci, 31.1-ci, 32.1-ci və 37.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, 71-ci və 149-cu maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə qarşı cavabdeh tərəfindən ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin “Əmək pensiyalar ı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10.2 bəndinin və 27-ci maddəsinin 04.05.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması və 04.05.2007-ci il tarixdən bu günə qədər təyin olunaraq ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəs inin 10.2 bəndinin və 27-ci maddəsinin 12.09.2007-ci il tarixində qüvvədə olan tələblərinə əsasən yenidən hesablanması və 12.09.2007-ci il tarixdən bu günə qədər təyin olunaraq ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin hesablanaraq bir dəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 06.07.2018-ci il tarixli iş № 2-1(82)-2797/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.07.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.10.2018-ci il tarixli iş № 2-1(103)-2479/2018 (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 06.07.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən cavab deh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiya sından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddind ə baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, hər iki instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini poza raq, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı işin hallarını tam və hərtərəfli araşdırmamış və əsassız nəticəyə gəlmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 17.08.1972-ci il tarixli 174/k saylı əmrlə qaz kompressoru sexinə 1-ci dərəcəli yardımçı işçi peşəsinə qəbul edilmiş və 22.10.1973-cü il tarixli 222k saylı əmrlə işdən azad edilmiş, NZ seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən iddiaçı 11.11.1973-cü ildən 13.12.1975-ci ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 29.12.1975-ci il tarixli 282 saylı əmrlə yeraltı quyuların təmiri sexinə operator peşəsinə qəbul edilmiş və 27.04.1976-cı il tarixli 77 saylı əmrlə işdən azad edilmiş, 13.05.1976-cı il tarixli, 115/k saylı əmrlə texnoloji xidmət üzrə mühəndis peşəsinə qəbul edilmiş və 09.07.1976-cı il tarixli 3 saylı əmrlə işdən azad edilmiş, 01.09.1976-cı il tarixli 103b saylı əmrlə kənd təsərrüfatı texnikumuna qəbul edilmiş və 28.02.1979-cu il tarixli, 23 saylı əmrlə həmin texnikumu bitirmiş, 29.07.1979-cu il tarixli 65/k saylı əmrlə quraşdırıcı-çilingər peşəsinə qəbul edilmiş, 04.11.1981-ci il tarixli 124/k saylı əmrlə usta peşəsinə qəbul edilmiş, 25.05.1985-ci il tarixli 9 saylı əmrlə quraşdırıcı-çilingər peşəsinə qəbul edilmiş, 01.03.1988-ci il tarixli 9 saylı əmrlə quraşdırıcı peşəsinə keçirilmiş, 01.01.2004-cü il tarixli 02k saylı əmrlə texnoloji boru kəmərlərinin 5-ci dərəcəli quraşdırıcısı peşəsinə təyin edilmiş və “Azneft” İB-nin Neft və qazçıxarma idarəsinin 25.04.2018-ci il tarixli AR01-ink/37-Ə seriyalı arxiv arayışına əsasən iddiaçı 29.12.1975-ci ildən - 27.04.1976-cı ilə kimi Quyuların yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator (şifr 1100 000a-15870) peşəsində, 02.01.1985-ci ildən 25.05.1985-ci ilə kimi təsərrüfat hesablı tikinti quraşdırma sahəsində usta (şifr 2290000b-23419) peşəsində, 25.05.1985-ci ildən 01.03.1988-ci il tarixinə kimi THTQS-də quraşdırıcı çilingər (şifr 1100 000a-18496) peşəsində və 01.03.1988-ci il tarixindən 01.05.2008-ci il tarixinə kimi dəniz neft-qaz hidrotexniki qurğuların istismarı və təmiri sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı (şifr 1100 000a-18496) peşəsinə qəbu l edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına müvafiq olaraq 1 saylı Siyahının X bölməsi 2a yarımbölməsinə əsasən güzəştli şərtlərlə iş staj 29.12.1975-27.04.1976 (şifr 1100 000a-15870) quyuların yeraltı təmiri üzrə operator, 25.05.1985-01.05.2008 (şifr 1100 000a-18496) dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə quraşdırıcı-çilingər. 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin d bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktaranturada və klinik ordinaturada təhsil müd dəti iş stajına daxil edilir. Daha sonra “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 01.07.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərini n (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə se çilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bununla yanaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərar ı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Res publikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, iddiaçının 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş, lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Bununla yanaşı 12 sentyabr 2007-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir. SH=PS+(PSK/T), burda: SH-yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK-sığorta olunanın sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T- gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi ilə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanın baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanlımış əmək pensiyasının sığorta hissəsi kimi məyyənləşdirilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1cimaddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01.01.2010-cu il tarixədə qüvvəyə minmiş dəyişiklik olananadək) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Ali Məh kəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının pensiya təyinatı onun iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmiş, bundan başqa iddiaçının bu günə kimi ala bilmədiyi pensiya məbləği özündə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” anlayışını ehtiva edir ki, bu hüquqların da Konstitusiyaya əsasən dövlət tərəfindən qorunmasına təminat verilir və bu baxımdan da iddiaçının pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsinə dair iddia tələbi əsaslıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 38-ci maddəsinin üçüncü hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, məsələn səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icraə almaq hüququ, biznes fəaliyyətinin həya ta keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Andreyeva Latviyaya qarşı” məhkəmə işinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18.02.2009-cu il tarixli Qərarı bunun bariz nümunəsidir. Sözügedən işdə məhkəmə vurğulamışdır ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrind ən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli 2-1(103)2479/2018 nömrəl i qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2682/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2682/2018
12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver