Məhkəmə qərarları › İş №2-1(102)-2682/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2682/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2682/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Balaxanı Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2682/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: iddiaçının digər şəxsə ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələb irəli sürməyə subyektiv hüququ yoxdur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Balaxanı Bələdiyyəsinə qarşı torpaq sahəsinin alqısatqısı üçün ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)443/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Balaxanı Bələdiyyəsinəqarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, atasının onun üçün Bakı şəhəri Balaxanı Bələdiyyəsindən 12 sot torpaq aldığını, 2007-ci ildə Balaxanı Bələdiyyəsinə 12.000 dollar olan torpağa görə və 1.320 dollar dövlət rüsumu olmaqla, cəmi 13.320 dollar ödəniş etdiyini, həmin vaxtlar 12 sot torpağı bir adamın adı na rəsmiləşdirməyə icazə verilmədiyinə görə 600 kv.m onun adına, 600 kv.m torpağın isə dayısı oğlu X3 adına sənədləşdirildiyini, torpağı hasara aldıqlarını, ancaq həmin ərəfələrdə atası ciddi xəstəlik keçirdiyini və başından əməliyyat olunduğunu, əldə olan pulun onun əməliyyat və müalicəsinə xərcləndiyinə görə torpaqda hər hansı tikinti işini aparmadıqlarını, evdə başqa kişi olmadığına görə torpağa tez -tez baş çəkə bilmədiklərini, sonuncu dəfə gedəndə torpağın 2 adama təkrar satıldığını gördüyünü, dəfələrlə bələdiyyəyə şikayət etdiyini, amma heç bir nəticə vermədiyini, Bələdiyyəyə torpağı satdıqlarına görə pul təzminatının ödənilməsi ilə bağlı müraciət etsə də, müraciətdən imtina edildiyini bildirərək, Balaxanı Bələdiyyəsinə ödəmiş olduğu 13.320 ABŞ dolları məbləğində pulun geri qaytarılm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cı il tarixli, 2-1(81)-4031/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-443/2019 saylı qərarı ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddia ərizəsində qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri pozulmaqla, qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, o nun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-443/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xxxx 2017-ciil tarixli, ***** qərarına əsasən Balaxanı Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi və ona əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan İddiaçı ayrılmış, torpa ğın müəyyən edilmiş satış qiymətinə görə İddiaçı 1 kv.m 1 manat 76 qəpik olmaqla, Balaxanı Bələdiyyəsinin ABB Sabunçu filialındakı hesablaşma hesabına ödəməsi və ödəmə barədə qəbzi Balaxanı Bələdiyyəsinə təqdim etməsi tapşırılmış, həmin qərara torpaq sahəsinin eskiz planı və torpaq sahəsinin naturada təhvil verilməsi barədə xxxx 2007-ci il tarixli akt əlavə edilmiş, eyni zamanda Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xxxx 2017-ci il tarixli, ***** qərarı ilə Balaxanı Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi və ona əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə X4 ayrılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı, X3 adına rəsmiləşdirilmiş torpaq sahəsinin atası tərəfindən onun üçün əldə edildiyini qeyd etsə də, torpaq sahəsi faktiki olaraq başqa şəxsə satıldığından, iddiaçının X4 ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələb irəli sürməyə subyektiv hüququ yoxdur, iddiaçının özünə satılmış 600 kv.m torpaq sahəsinə görə Bələdiyyənin hesabına 1 kv.m 1 manat 76 qəpik olmaqla, cəmi 1056 manat pul ödənilməli idi, iddiaçının Bələdiyyəyə qanuni əsasla ödəmiş olduğu məbləğ 13.320 ABŞ dolları deyil, yalnız 1056 manat ola bilərdi, iddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankında olan hesabına hər hansı məbləğdə pul ödənildiyi öz təsdiqini tapmamış, Balaxanı Bələdiyyəsinin xxxx 2018-ci il tarixli, 49 nömrəli məktubuna görə, 14 nömrəli xxxx 2007-ci il tarixli protokolda 600 kv.m torpaq sahəsin in İddiaçı adına ayrılması haqqında sənədləşmə öz əksini tapmadığından, A.X2 bank hesabına heç bir ödəniş etmədiyindən, Balaxanı Bələdiyyəsi tərəfindən pul vəsaitinin geri qaytarılması barədə tələbi təmin edilə bilməz, həmçinin 2007-ci ilə aid bank hesabından çıxarışlara və mədaxil qəbzlərinə görə Bələdiyyənin hesabına həmin dövrdə ödəniş etmiş şəxslərin arasında iddiaçının adı yoxdur, iddiaçı tələb etdiyi məbləği Bələdiyyənin hesabına köçürmədiyini özü təsdiq etdiyindən, məhkəmə ödənişin həyata keçirilibkeçirilməməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu verilməsini zəruri hesab etməmiş, iddiaçının izahatına görə tələb etdiyi vəsait inzibati orqanın hesabına köçürülmüş məbləğ deyil, torpaq alqı-satqısında vasitəçilik etmiş şəxsə ödənilmiş vəsaitdir, həmin vəsaitin Bələdiyyənin keç miş sədrinə ödənildiyinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabdeh orqan tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə Balaxanı Bələdiyyəsinin xxxx 2017-ciil tarixli, ***** qərarının ləğv edilməsi və ya etibarsız hesab edilməsi, o cümlədən həmin sahənin digər şəxsə ayrılması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyənin qərarı ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə satıla b ilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı, X3 adına rəsmiləşdirilmiş torpaq sahəsinin atası tərəfindən onun üçün əldə edildiyini qeyd etsə də, torpaq sahəsi faktiki olaraq başqa şəxsə satıldığından, iddiaçının X4 ayrılmış torpaq sahəsi ilə bağlı cavabdeh orqana qarşı hər hansı tələb irəli sürməyə subyektiv hüququ olmadığını, iddiaçının özünə satılmış 600 kv.m torpaq sahəsinə görə Bələdiyyənin hesabına 1 kv.m 1 manat 76 qəpik olmaqla, cəmi 1056 manat pul ödənilməli olduğunu, iddiaçı tərəfindən Balaxanı Bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankında olan hesabına hər hansı məbləğdə pulun ödənildiyinin öz təsdiqini tapmadığını, xxxx 2007-ci il tarixli, 14 saylı protokolda 600 kv.m torpaq sahəsinin İddiaçı adına ayrılması haqqında sənədləşmənin öz əksini tapmadığını, A.X1 bank hesabına heç bir ödəniş etmədiyini, həmçinin 2007-ci ilə aid bank hesabından çıxarışlarda və mədaxil qəbzlərində Bələdiyyənin hesabına həmin dövrdə ödəniş etmiş şəxslərin arasında iddiaçının adının olmadığını, iddiaçının tələb etdiyi vəsaitin inzibati orqanın hesabına köçürülmüş məbləğ deyil, torpaq alqı-satqısında vasitəçilik etmiş şəxsə ödənilmiş vəsait olduğunu, həmin vəsaitin Bələdiyyənin keçmiş sədrinə ödənildiyinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci m addəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-443/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-443/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar