Məhkəmə qərarları › İş №2-1(102)-2683/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2683/2019

15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2683/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: mümkünlük, iddia müddəti. GİRİŞ HİSSƏ 15.10.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X2 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil1 və nümayəndəsi X3, üçüncü şəxs Səfərova Ziyafət Müseyib qızının və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və üüçüncü şəxs qarşı fərdi yaşayış evinin tikintisi ilə bağlı cavabdeh tərəfindən aparılmış məlumatlandırma icr aatının qanunsuz hesab edilməsi və razılaşma məktubunun ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-713/2019 saylı iş üzrə 23 may 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ ünvan 1 ünvanında yerləşən 1998-ci ildə inşa edilmiş, tikinti sahəsi 458.0 kv. m., ümumi faydalı sahəsi 675.2 kv. m. olan əmlak “Fizzan” fərdi müəssisəsinə məxsus olmuş, bu barədə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 1999-cu il tarixdə Texniki Pasport verilmişdir. “Fizzan” kiçik müəssisəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Hüseynova (Zeynalova) Nüşabə Umudəli qızına satmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən QYM seriyalı, 000433 N-li, 27.11.1999-cu il tarixli Qeydiyyat vəsiqəsi ilə N.Hüseynova alqı-satqıdan dərhal sonra hüquqlarını qeydiyyata aldırmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi Səfərova Ziyafət Müseyib qızının, 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən fərdi yaşayış evinin yerləşdiyi 200 kv.m torpaq sahəsinə dair Z.Səfərovanın adına 20.12.2012-ci il tarixdə, A 423566 N-li Torpaq Komitəsinin planı və ölçüsü tərtib edilmişdir. Z.Səfərova ona paylı mülkiyyət hüququ əsasında məxsus olan evin istismara yararsı z olduğundan sökülərək, yerində yeni fərdi yaşayış evi inşa edilməsi üçün məlumatlandırma icraatı qaydasında Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, inşa olunması planlaşdırılan fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırmışdır. Buna dair Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ona 07.10.2013-cü il tarixli, S-258 N-li məktub ünvanlanaraq fərdi yaşayış evinin istismara yararsız olduğundan sökülərək, yeni layihə əsasında yenidən inşa olunmasına tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun həyata keçirilməsi şərti ilə razılıq verilmişdir. Z.Səfərova evi tam inşa etdikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəh ər Ərazi İdarəsi tərəfindən 01.08.2014-cü il tarixli, RX seriyalı, ******* N-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 441.42 kv metrdən ibarət olan fərdi yaşayış evi Z.Səfərovanın xüsusi mülkiyyətindədir. İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi və S-258N-li, 07.10.2013-cü il tarixli razılaşdırma məktubunun ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Z.Səfərova Binəqədi rayon İcra Hakimiyyətinin 07.10.2013-cü il tarixli S-258 N-li razılaşdırma məktubuna əsasən ünvan 4 ünvanında fərdi yaşayış evi inşa etmişdir. Tikilən fərdi yaşayış evi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində inşa olunmaqla, mövcud tikinti normalarının pozulması ilə həyata keçirilmişdir. Bu hal isə onun qanunla qorunan hüquq və mənafelərinin pozulmasına səbəb olmuşdur. Ona görə də, hesab edir ki, məlumatlandırma icraatı qanunsuz olaraq həyata keçirildiyindən Binəqədi rayon İcra Hakimiyyətinin razılaşdırma məktubu ləğv olunmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qərarı ilə (hakim - E.Q.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin İddiaçı məxsus torpaq sahəsinin hüdudları daxilində inşa edilməsinə dair iddiaç ı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından, hər iki yaşayış evlərinin ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğundan, həmin giriş qapılarından sərbəst şəkildə istifadə edildiyindən və torpaq sahələrinə müdaxilə olunmadığından iddiaçının mülkiyyət hüquqları pozulmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-607/2018 saylı, 03 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/2017 saylı, 20 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iş üzrə yeni qə rar qəbul edilərək Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Z.Səfərova müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi ünvanında yaşayış evinin inşa edilməsi barədə məlumatlandırma icraatı qanunsuz hesab edilmiş və bununla əlaqədar verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin 07.10.2013-cü il tarixli, S-258N-li razılaşdırma məktubunun ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1776/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Bədəlov, hakimlər – İ.A.Dadaşov və S.Ə.Hüseynova) ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı ləğv edilm iş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-713/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər S.S.Seyidova və İ.B.Əhmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/2017 nömrəli iş üzrə 20 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı iddiası təmin edilmiş, fərdi yaşayış evinin tikintisi ilə bağlı cavabdeh tərəfindən aparılmış məlumatlandırma icraatı qanunsuz hesab edilmiş və 07.10.2013-cü il tarixli i-258 nömrəli razılaşma məktubu ləğv edilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən həmin qərardan ayrı-ayrılıqda kassasiya şik ayətləri verilmişdir. Cavabdehin şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmaması, üçüncü şəxsin şikayətində isə iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Ali Məhkəmənin əvvəlki qərarında verdiyi göstərişləri icra etməmişdir. Belə ki, faktiki olaraq tikili başa çatmaqla istifadə olunur və bu gün qonşu şəxsi prinsiplər zəmində onun sökülməsi tələbi ilə çıxış edir. Məhkəmə isə şəxsi prinsiplər zəminində çıxış edən iddiaçının tələbini təmin edir, bu zaman iddia edilən evin sökülməsi nəticəsində vətəndaşa dəymiş külli miqdarda maddi ziyanın dövlətdən tələb ediləcəyini nəzərə almır. Faktiki olaraq iddiaçı həmin dövrdə mülkiyyətində olan tikilini qeyri-yaşayış sahəsi kimi istifadə edirdi. Həmçinin üçüncü şəxs tikinti işlərini bitirdikdən sonra mülkiyyətindən qeyri-yaşayış sahəsi kimi (uşaq baxçası) istifadə etməklə sahibkarlıq fəaliyyətilə məşğul olur. Bundan əlavə, iddiaçı üçüncü şəxsin tikintiyə başlayanda görürdü və bununla da, müvafiq qurumlarla razılaşdırmaqla iş gördüyünü bilirdi və bu razılaşma inzibati orqanın qərarı əsasında aparılırdı. Deməli, inzibati orqanın qərarından 2013-cü ildə məlumatlı olur, lakin həmin qərarı mübahisələndirmir. Ali Məhkəmə qərarında iddia müddətinin araşdırılması tapşırıqlarını vermişdir. Lakin Ali Məhkəmənin tapşırığının bu hissəsi araşdırılmamışdır. Qeyd olunduğu kimi iddiaçı 2013-cü ildə inzibati orqanın qərarından məlumatlı olm uşdur. İddiaçı məhkəmə mübahisəsini fərdi yaşayış evi tikilib qurtardıqdan, istismara qəbul edildikdən və çıxarış alındıqdan sonra başlamışdır, halbuki o, hüquqlarının pozulduğunu tikilinin özülü qoyulandan bilirdi. Bundan əlavə qanunvericilik baxımından sənədlərin araşdırması zamanı müəyyən etmək olur ki, vətəndaş Z.Səfərova tərəfindən təqdim edilmiş layihədə ara məsafəni müəyyən edən hissə mövcud deyil və bununla da RİH tərəfindən razılıq verilərkən ara məsafənin pozulması kimi qeyd olunan hallar öz əksini tapmamışdır. Məhkəmə qərarında ekspert qarşısında vətəndaş Z.Səfərova tərəfindən RİH tərəfindən təsdiq edilmiş layihəyə uyğun inşa edilibedilməməsi sualına ekspertin müsbət cavab verməsini ziddiyyətli an kimi qeyd edir. Lakin qeyd olunduğu kimi təqdim edilmiş layihədə ara məsafə məsələ ləri öz əksini tapmamışdır. Üçüncü şəxsin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Lakin apellyasiya məhkəməsi Ali Məhkəmənin mövqeyinə heç bir əhəmiyyət verməmiş, iş üzrə heç bir araşdırma aparmadan apellyasiya məhkəməsinin əvvəlki qərarını təkrarlamaqla kifayətlənmişdir. Belə ki, Ali Məhkəmənin qərarında qeyd edilir ki, “işin hallarından görünür ki, üçüncü şəxs razılıq məktubunu (07.10.2013-cü il) aldıqdan sonra tikinti işlərinə başlamış, 01.08.2014-cü il tarixdə evə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmış, bu barədə on a müvafiq çıxarış verilmişdir. Deməli, evin inşası 2013cü ildən ən geci 2014-cü ilin iyul ayınadək olan müddətdə aparılmışdır ki, bu müddətdə iddiaçının tikinti işlərindən, evin inşasının müvafiq icazə (razılıq) əsasında aparılmasından xəbərdar olmaması ağlabatan hesab edilə bilməz. İddiaçı isə hazırkı iddia tələbi ilə 18.12.2018ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlər apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli yoxlanılmamış, iddia mübahisələndirmə haqqında iddia olsa da, bu iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni iddia müddətinə iddiaçı tərəfindən əməl edilib-edilməməsinə lazımi hüquqi qiymət verilməmişdir”. Bakı Apellyasiya Məhkəməsi isə 23.05.20 19-cu il tarixli qərarında bu məsələyə ümumiyyətlə münasibət bildirməmiş, bu barədə araşdırma aparmamışdır. Həmin məhkəmə mübahisələri zamanı keçirilmiş ekspertizalardan 21.07.2015-ci il tarixli 6944 saylı məhkəmə tikinti-texniki ekspert rəyində Səfərova Ziyafətə məxsus 2C saylı tikilinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəsin uyğun inşa edildiyi, həmin yaşayış evinin iddiaçıya məxsus evdən istifadə etməsinə hər hansı maneçilik törətmədiyi, əksinə İddiaçı məxsus evin yan divarının birbaşa ortaq sərhəddin üzərində üzərində yerləşməsi nəzərə alınaraq, həmin evin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. 12.08.2015-cil tarixli 8765 saylı məhkəmə mühəndis-texniki ekspert rəyində Səfərova Ziyafətə məxsus tikilinin Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixi 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuların yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklikər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakmiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərin uyğun inşa edildiyi müəyyən edilmişdir. 06.09.2017-ci il tarixli komisyon məhkəmə tikinti-texniki ekspertizasının rəyində 2B saylı fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar məlumatlandırma icraatı aparıldığını, eləcə də yaşayış evinə dair tərtib edilmiş layihənin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını nəzərə alaraq həmin evin Şəhərsalma və Tikinti Mə cəlləsinin 80.1, 80.2, 80.4- cü maddələrinin tələblərinə uyğun olduğu, həmin yaşayış evi inşa edilərkən İddiaçı məxsus torpaq sahəsinə müdaxilə olunmadığı, ona məxsus tikilidən sərbəst istifadə etməsinə hər hansı maneə yaratmaığı müəyyən edilir. Lakin məhkəmə öz qərarında heç bir əsaslandırma təqdim etmədən qeyd edilən sonuncu komisyon ekspert rəyini mötəbər sənəd hesab etməmiş, iş üzrə keçirilmiş dörd məhkəmə ekspertizasından yalnız birini əsaslı hesab edərək həmin rəy əsasında qərar qəbul etmişdir. İddiaçı məhkəməyə müraciət edərkən iddia tələbinin əsasında Z.Səfərovaya məxsus tikilinin ona məxsus torpaq sahəsinə müdaxilə etməklə inşa edilməsi dayanmışdır. Halbuki, iş üzrə keçirilmiş ekspertizaların hər birində belə bir faktın olmadığı, Z.Səfərovaya məxsus tikilinin iddiaçının torpaq s ahəsinə müdaxilə etmədiyi öz təsdiqini tapmışdır. Bundan başqa, tikili inşa edilən zamanı İddiaçı səlahiyyətli nümayəndəsi X5 notarial qaydada verdiyi yazılı razılığında həmin tikilinin inşa edilməsinə heç bir etiraz etmədiyini, buna razılıq verdiyini öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı hüquqlarının pozulduğunu iddia etsə də, nəyə görə məhz tikilinin təməlinin qoyulduğu zaman müvafiq şikayətlə müraciət etmədiyinə aydınlıq gətirməmişdir. Bu isə onun hərəkətlərinin sırf qərəzli niyyətlə həyata keçirildiyini sübut edir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi özlərinin kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs və onun vəkili özlərinin kassasiya şikayətinin m əzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili isə şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti tam, üçüncü şəxsin kassasiya şikayəti isə qismən təmin ol unmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1776/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərarında məhkəmə kollegiyası göstərmişdir ki, işin hallarından görünür ki, üçüncü şəxs razılıq məktubunu (07.10.2013-cü il) aldıqdan sonra tikinti işlərinə başlamış, 01.08.2014-cü il tarixdə evə mülkiyyət hüququnu daşınmaz əmlak ın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmış, bu barədə ona müvafiq çıxarış verilmişdir. Deməli, evin inşası 2013-cü ildən ən geci 2014-cü ilin iyul ayınadək olan müddətdə aparılmışdır ki, bu müddətdə iddiaçının tikinti işlərindən, evin inşasının müvafiq icazə (razılıq) əsasında aparılmasından xəbərdar olmaması ağlabatan hesab edilə bilməz. Ali Məhkəmənin həmin qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlər apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli yoxlanılmamış, iddia mübahisələndirmə haqqında iddia olsa da, bu iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni iddia müddətinə iddiaçı tərəfindən əməl edilib-edilməməsinə lazımi hüquqi qiymət ver ilməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsində təsbit edilmişdir ki, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən normalarını və kassasiya məhkəməsinin iş üzrə əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia üzrə iddia müddəti ötürülmüşdür. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin qərarında bu barədə açıq göstərişin olmasına baxmayaraq təkrar baxışda iddia müddətinə əməl edilib-edilməməsi ilə bağlı xüsusi mümkünlük şərtinə iddia qaldırılarkən riayət olunub-olunmadığına ümumiyyətlə münasibət bildirməmişdir. İşin hallarından isə müəyyən edilir ki, haz ırkı iddianı iddiaçı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə qaldırmışdır. Belə ki, üçüncü şəxs razılıq məktubunu (07.10.2013-cü il) aldıqdan sonra tikinti işlərinə başlamış, 01.08.2014-cü il tarixdə evə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə aldırmış, bu barədə ona müvafiq çıxarış verilmişdir. Deməli, evin inşası 2013-cü ildən ən geci 2014-cü ilin iyul ayınadək olan müddətdə aparılmışdır ki, bu müddətdə iddiaçının tikinti işlərindən, evin inşasının müvafiq icazə (razılıq) əsasında aparılmasından xəbərdar olmaması ağlabatan hesab edilə bilməz. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 30 günlük iddia müddətini ötürməklə 18 dekabr 2014-cü il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş tikinti işlərinin r azılaşdırılmasına dair 07.10.2013-cü il tarixli, S-258 N-li məktubun rəsmi olaraq iddiaçıya təqdim olunmadığına dair məsələyə münasibətdə isə qeyd olunmalıdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, işin halları iddiaçının 30 gün lük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Beləliklə, iddia müddəti ötürüldüyü üçün iddia mümkün sayılmamalıdır. İddiaçının digər dəlilləri iddianın əsaslılığının yoxlanılması ilə bağlı olduğundan onların araşdırılmasına və qiymətləndirilməsinə lüzum qalmır. Çünki inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-713/2019 saylı iş üzrə 23 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İd diaçı Cavabdehnə və üüçüncü şəxs qarşı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi və S-258N-li, 07.10.2013-cü il tarixli razılaşdırma məktubunun ləğv edilməsinə dair iddiası mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar