Məhkəmə qərarları › İş №2-1(102)-2683/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2683/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2683/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması (elektrik xəttinin mühafizə zonasında yerləşmə; sxemdə uyğunsuzluq və idarənin arxivində sənədlərin olmaması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İK-nin xx.xx.1992-ci il tarixli 707 nömrəli sərəncamı ilə 55 nömrəli order əsasında X1 və istismarı Birliyinin 61 nömrəli kooperativinin nəzdində Vişnyovka İİ adlanan bağlar massivindəki 1122 B nömrəli 0,10 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması və çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-1618/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bağ sahələrinin ayrılması, ada keçirilməsi və bölünməsinə dair Bakı şəhər Soveti İK-nin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988- ci il tarixli 195 nömrəli qərarına əsasən iddiaçıya (55-ci sırada, ata adı “Malik”) Vişnyovka 2 ərazisindəki 61 nömrəli BTK tərkibində bağ sahəsi ayrılmışdır.

2. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 707 nömrəli qərarına əsasən Vişnyovka İİ bağlar sahəsində 0,10 ha sahəsi olan 1122 B nömrəli bağ sahəsi iddiaçıya (ata adı “Şamil”) ayrılaraq adına 55 nömrəli Order verilmişdir.

3. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi 1 222 b saylı bağ sahəsinin yerinə uyğundur. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq idarənin arxiv sənədlərin mövcud olan sərəncamın siyahısında hüquq sahibinin ata adı Malik qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Şamil göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İK-nin xx.xx.1992-ci il tarixli 707 nömrəli sərəncamı ilə 55 nömrəli order əsasında X1 və istismarı Birliyinin 61 nömrəli kooperativinin nəzdində Vişnyovka İİ adlanan bağlar massivindəki 1122 B nömrəli 0,10 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 18 may 1992-ci il tarixli 707 nömrəli sərəncamına ilə X1 və İstismarı Birliyinin 61 nömrəli BTK-nın nəzdində “Vişnyovka-İİ” adlanan bağlar massivindəki 1122 В saylı 0,10 ha sahəsi olan bağ sahəsi iddiaçıya ayrılmış və bununla əlaqədar ona 55 nömrəli order verilmişdir. Həmin torpaq sahəsinin ona ayrılmasının səbəbi onun İİ qrup əlil olması olmuşdur. Torpaq sahəsi ayrıldığı vaxtdan onun istifadəsindədir, bağ sahəsinin ətrafına hasar çəkilmiş, orada 1 otaqlı yarımtikili inşa edilmiş, eləcə də ağaclar əkilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə dair hüquqlarının reyestrdə qeydə alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, sonuncu 04 mart 2022-ci il tarix li məktubla ərizənin təmin edilməsindən imtina etmişdir. Torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir, yerləşsə də, ora bağ sahəsi olduğundan çıxarış verilməsindən imtina tam əsassızdır. Həmçinin sxematik planla uyğunsuzluğun olması da, əsassız bəhanədir, çünki həmin torpaq sahəsi ona naturada təqdim edilmiş və qonşularla ardıcıllıqla əhatəlidir. Arxiv sənədlərində ata adı ilə bağlı qeydə gəldikdə isə, nəzərə alınmalıdır ki, cavabdehin 01 iyun 2021-ci il tarixli arxiv məlumatlarından da görünür ki, Bakı Şəhər XDS İK-nın 18 may 1992-ci il tarixli 707 nömrəli sərəncamı ilə X1 və İstismarı Birliyinin 61 nömrəli Kooperativinin nəzdində “Vişnyovka-İİ” adlanan bağlar massivindəki 1122 В saylı 0,10 ha torpaq sahəsinin ayrılmasına dair onun adına verilmiş 55 sa ylı order İdarənin arxivində mövcuddur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

7. İşin məhkəmə araşdırması zamanı Azərişıq ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 1122B nömrəli bağ sahəsi elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və qeydiyyata alınmasına etiraz etmirlər.

8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) xx.xx.2022-ci il tarixli, 2-1(112)7488/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar massivində yerləşən 0,10 ha sahəsi olan 1122b saylı bağ sahəsi (torpaq sahəsi) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər bu əsaslar sırasındadır. X1 və İstismarı Birliyinin 61 saylı BTK tərəfindən verilmiş 55 saylı orderə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

10. Cavabdeh inzibati orqanın arxivində saxlanılan Bakı Şəhər XDS İK-nın 18 may 1992-ci il tarixli 707 saylı sərəncamına əlavə olunan siyahıdakı qeydə münasibətdə məhkəmə qeyd etmişdir ki, 55 saylı order qüvvədə olduğundan, habelə sərəncamda göstərilən “İddiaçı Malik oğlu” adlı şəxsin bu günədək bağ sahəsi nə sahiblik və ondan istifadə etməsi ilə bağlı hallar müəyyən edilmədiyindən, 55 saylı order sözügedən sərəncama nisbətən daha mötəbər sübut kimi qiymətləndirilməlidir və bu xüsusat ziddiyyətli hal deyil, buraxılmış yanlışlıq da sayıla bilər.

11. Bundan başqa, "xxxx" ASC-nin 29 iyul 2022-ci l tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən iddiaçıya məxsus 1122b saylı bağ sahəsi 6 KV-lıq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan bağ sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneə törətmədiyi bildirilir və qeydiyyata alınmasına etiraz olunmur. İ ddiaçıya X1 və İstismarı Birliyinin 51 saylı BTK-nın 55 saylı orderi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar massivində ayrılmış 1122b saylı bağ sahəsi ərazidəki 6 KV-lıq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşsə də, mövcud qanunvericilik normalarının, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 15-ci maddələrinin tələbləri torpaq sahəsinin “elektrik xəttinin mühafizə zonasında yerləşməsi” ni hüququn qeydiyyata alınmasından imtina üçün əsas kimi müəyyən etmir. Yalnız həmin Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan) sənədlər torpaq sahəsinin müvafiq mühafizə zonalarına düşdüyü hallarda qeydiyyata alınma üçün ə sas kimi çıxış edə bilməz. Halbuki, iddiaçının təqdim etdiyi sənəd bağ sahəsinə dair BTK tərəfindən verilmiş orderdir.

12. Cavabdehin imtinasında göstərilən digər dəlillərə münasibətdə məhkəmə göstərmişdir ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq, yəni bağ sahəsinin başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi” nin 3-cü bəndinə (3.1.20) görə birbaşa cavabdeh inzibati orqanın səl ahiyyətlərindədir. Bütün bunların məcmusunda Bakı Şəhər XDS İK X1 və İstismarı Birliyi 61 saylı NTK-nın 55 saylı orderi Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar massivində yerləşən 1122b saylı 0.10 ha torpaq sahəsi olan bağ sahəsinin hazırkı iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən akt kimi qiymətləndirilir və belə nəticə əldə olunur ki, iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Odur ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağlar massivində yerləşən 0,10 sahəsi olan 1122b saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qər arın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 05 iyul 2023-cü il tarixli, 21(103)-1618/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7488/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi 1222 b saylı bağ sahəsinin yerinə uyğundur. Həmçinin idarənin arxiv sənədlərin mövcud olan sərəncamın siyahısında hüquq sahibinin ata adı Malik qeyd edilsə də, şəxsiyyət vəsiqəsində Şamil göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 20. “Torpaq islahatı haqqında” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahəl ər və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququ n inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Ş ikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, iş in faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qərarı, bağ sahələrinin ayrılması, ada keçirilməsi və bölünməsinə dair Bakı şəhər Soveti İK-nin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 707 nömrəli qərarı ilə ona ayrılmış Vişnyovka İİ bağlar sahəsində 0,10 ha sahəsi olan 1122 B nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir.

28. Əvvəla məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi və idarənin arxiv sənədlərində mövcud olan sərəncamın siyahısında hüquq sahibinin ata adının Malik qeyd edilməsi barədə əsaslarla imtina etmişdir. Lakin cavabdehin hazırki kassasiya şikayətinin dəlili elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və idarənin arxiv sənədlərində mövcud olan sərəncamın siyahısında hüquq sahibinin ata adının Malik qeyd edilməsindən ibartədir. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı işə baxan məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində Azəri şıq ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli arayışla müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 1122B nömrəli bağ sahəsi elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Bağ sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və Azərişıq ASC həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz etmir.

29. Cavabdehin kassasiya şikayətindəki elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış bağ sahəsinin 1222 B saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşməsini göstərsə də, torpaq sahələrinin üst-üstə düşməsi barədə sübutları məhkəməyə tə qdim etməmişdir. Bundan başqa bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi üçün iddiaçı heç bir məsuliyyət daşımır və bu hal onun təqsiri ucbatından baş verməmişdir. əgər sxematik xəritə ilə hər hansı uyğunsuzluq olsa belə, həmin uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etmək cavabdeh inzibati orqanın vəzifəsidir.

30. Bundan əlavə məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətindəki idarənin arxiv sənədlərin mövcud olan sərəncamın siyahısında hüquq sahibinin ata adının Malik, lakin iddiaçının şəxsiyyət vəsiqəsində Şamil kimi göstərilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, yalnız Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qərarında bağ sahəsinin ayrıldığı subyektin ata adı Malik kimi qeyd olunmuşdur. Daha sonra bağ sahələrinin ayrılması, ada keçirilməsi və bölünməsinə dair Bakı şəhər Soveti İK-nin xx.xx.1988-ci il tarixli 6/333 nömrəli və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 707 nömrəli qərarları ilə Vişnyovka İİ bağlar sahəsində 0,10 ha sahəsi olan 1122 B nömrəli bağ sahəsi məhz iddiaçıya ayrılmış və iddiaçının adına order hazırlanmışdır. Torpaq sahəsi ona ayrıldığı vatxdan iddiaçının faktiki istifadəsində və sahibliyində olmaqla onun adına hazırlanmış order mübahisələndirilməmiş, ləğv edilməmiş, dəyişdirilməmişdir və hazırda qüvvədədir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əslində Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli 195 nömrəli qərarında da qeyd olunan bağ sahəsi iddiaçıya ayrılmış, sadəcə yalnışla onun ata adı səhv qeyd olunmuşdur. Eyni zamanda hazırda qüvvədə olan order heç bir yalnışlıq olmadan iddiaçının adına hazırlandığından və həmin order də iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan order əsasında iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-1618/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar