Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2684/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X3, üçüncü səxsin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, iddi açılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-761/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarından üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya v ə Patent üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1528 saylı qərarının tamamilə ləğv edilməsi və Konfirella təsvirinin qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, № 2016 1264 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 sentyabr 2018-ci il tarixli qərardadına əsasən cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə əvəz edilmiş, “xxxx” MMC isə üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdı r ki, birgə iddiaçılar İddiaçı1, Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı3 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Konfirella təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1265 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası 20 aprel 2018-ci il tarixli, E-1528 qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsi əsasında «День и Ночь» adlı kombinasiya edilmiş əmtəə nişanı 12 may 2009-cu il tarixində 106528 nömrəsi ilə Ukrayna R espublikasında qeydiyyata alınmışdır. Nişanın qorunma müddəti 31 iyul 2027-ci il tarixinədək uzadılmışdır və eyni zamanda 10 fevral 2017-ci il tarixindən etibarən «День и Ночь» adlı kombinasiya edilmiş əmtəə nişanının sahibi Ticarət Evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Eyni zamanda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 avqust 2016-cı il tarixində 2016 00549 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 03 noyabr 2016-cı il tarixində “Konfirella təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı 2016 1264 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı1 tərəfindən «День и Ночь» adlı peçenyenin təsviri sənaye nümunəsi (patent) kimi qeydiyyata alınmasına dair 03 sentyabr 2007-ci il tarixində 2007173.3 nömrəli id dia ərizəsi Qazaxıstan Respublikasında verilmişdir və 18 sentyabr 2009-cu il tarixində «День и Ночь» adlı peçenyenin təsviri 1007 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmışdır. 2016-cı ildən etibarən «День и Ночь» adlı sənaye nümunəsinin patent üzrə hüquqları İddiaçı3nə verilmişdir. Apellyasiya Şurasına təqdim edilmiş Qazaxıstan Respublikası Əmtəə Nişanlarının Dövlət Reyestrindən Çıxarışından görünür ki, 1007 nömrəli patentin qorunma müddəti 03 sentyabr 2018-ci il tarixinədək uzadılmışdır. Əmtəə nişanların təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsvir hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da qeyd etmək istəyirlər ki, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədin in verilməsi və ekspertizası Qaydaları"nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Müqayisə edilən kombinasiya edilmiş əmtəə nişanların qrafiki hissəsi üst-üstə düşür, şifahi hissələri isə oxşarlıq yaradır. Əmtəə nişanlarının sözlərin ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər), hərflərin forması, rənglərin uzlaşması üst-üstə düşür. Əmtəə nişanlarında ideya uyğunluğu, xarici forması, elementlərdən birini n üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuları, növü və xüsusiyyətləri (naturallığı), mənası, simmetriyanın mövcud olması, rənglərin və boyaların keyfiyyətinin uzlaşması eynidir. Ticarət Evi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan əmtəə nişanında və İddiaçı3nə məxsus olan sənaye nümunəsində rus dilində "xxxx" sözü yazılıb, xxxx MMC-yə məxsus olan nişanda isə azərbaycan dilində "Konfirella" sözü yazılıb. Müqayisə edilən nişanlarda istifadə olunan sözlər həmin peçenyenin hansı firma tərəfindən istehsal olunmasını vurğulayır. "xxxx" və “Konfirella” sözlərin ilk hecası həm fonetik, həm də qrafik cəhətdən tam eynidir. "Konfirella” sözü "xxxx" sözünün deformasiyası nəticəsində ortaya çıxmışdır. Müqayisə edilən nişanların hər birinin üzərində tam eyni olan ay və üç ədəd u lduz göstərilir. Eyni zamanda müqayisə edilən əmtəə nişanları «День и Ночь» adlı peçenyenin bir tərəfinin təsvir hissəsidir. Həm xxxx şirkətinə, həm də “xxxx” MMCyə məxsus həmin peçenyenin digər tərəfindən isə gülümsəyən günəş göstərilir. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, birgə iddiaçılar hesab edirlər ki, «День и Ночь» adlı kombinasiya edilmiş əmtəə nişanı (106529 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyat) və "Konfirella təsviri” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1264 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. “xxxx” MMC-nin “xxxx” şirkəti ilə bilavasitə əlaqəsi var idi. “xxxx” şirkəti və “xxxx” MMC arasında 30 deka br 2010-cu il tarixində imzalanmış 893 nömrəli və 31 dekabr 2012-ci il tarixinədək qüvvədə olan və 10 mart 2016-cı il tarixində imzalanmış 0184/8/16 nömrəli və 31 dekabr 2016-cı il tarixinədək qüvvədə olan qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, “xxxx” MMC və “xxxx” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 893 nömrəli müqaviləyə 07 sentyabr 2011-ci il tarixində imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və 09 sentyabr 2013-cü il tarixində imzalanmış və 31 dekabr 2013-cü il tarixinədək qüvvədə olan 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşmalar bağlanmışdır. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Apellyasi ya Şurasına təqdim edilmiş sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, “xxxx” şirkəti “xxxx” MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin «День и Ночь» adlı məmulat mövcud idi. Azərbaycan Respublikasında bazar araşdırması sahəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 540 Azərbaycan istehlakçısı (respondent) arasında rəy sorğusu keçirilmiş və respondentlərin azı 52%-i xxxx brendi altında istehsal olunan «День и Ночь» adlı əmtəənişanını tanıdıqlarını bildirmişlər. Respondentlərin 45%-i ən azı 2 ildir ki, sözügedən məhsulu tanıyırlar. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası həm yazılı, həm də şifahi olaraq birgə iddiaçılara respondentlər arasında rəy sorğusu keçirilməsini tövsiyə etsə də, həmin rəy sorğularının nəticələrini gözləmədən tez-tələsik qərar vermişdir. Halbuki, Apellyasiya Şurası əlavə vaxt verilməsi barədə birgə iddiaçıların nümayəndəsi tərəfindən verilmiş vəsatəti təmin etməli və rəy sorğularının nəticələrini araşdırmalı idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3421/2018 saylı, 26 noyabr 2018-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1528 saylı qərarının ləğv edilməsi və “Konfirello təsviri” əmtəə nişanının qeydiyyata alınmasına dair 03.11.2016-cı il tarixli, № 2016 1264 nömrəli şəhadətnamənin e tibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-761/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3421/2019 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verməmiş, mübahisəyə hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmənin qərarında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə istinadən “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinin tələblərinin pozulduğu qənaətinə gəlinməsi düzgün olmamışdır. Əksinə, istinad edilməli olan həmin Konvensiyanın 6-cı maddəsinin (3) bəndinə istinad edilməmişdir. Apellyasiya məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Qanunun 4-cü maddəsinə istinad edilməsi də əsassız olmuşdur. Məhkəmənin qərarında «Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası»nın 2-ci maddəsinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Belə k i, həmin konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinə görə «Ədəbi və bədii əsərlər» termini ifadə olunma üsulu və formasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoci üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rənggarlıq əsərlərini, memarlıq, heykəltaraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafıya əsərlərini, fotoqrafiyaya analoci üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid o lan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Qeyd olunan maddə ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanları bu konvensiyanın predmeti kimi nəzərdə tutulmamışdır. Belə olan halda həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab olunmamalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçıların nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayə ndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kolle giya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisələndirilməyən hallarına görə, İddiaçı1 adına «День и Ночь»adlı kombinasiya edilmiş əmtəə nişanı (təsvir, rəng, sözdən ibarət) 12 may 2009-cu il tarixində 106529 nömrəsi ilə Ukrayna Respublikasında, İddiaçı3 adına 18 sentyabr 2009-cu il tarixində 1007 nömrəsi ilə Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alınmışdır. Ukrayna Respublikasında əmtəə nişanının qorunma müddəti 31.07.2027-ci il tarixədək uzadılmışdır, eyni zamanda 10.02.2017-ci il tarixdən bu nişanın sahibi Ticarət evi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmin təsvirə malik “Konfirello təsviri” əmtəə nişanı 30 və 35-ci siniflər üzrə (30 peçenyelər və 35-30-cu siniflərdə göstərilən əmtəənin satışı üzrə xidmətlər) 03.11.2016-cı il tarixində “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1264 nömrəli qeydiyyata alınmışdır. İşin hallarından həmçinin müəyyən olunur ki, iddiaçılar adlarına 2009-cu ildə Ukrayna Respublikasında əmtəə nişanı kimi, həmin il də həmçinin Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydə alınmış «День и Ночь» adlı kombinasiya edilmiş əmtəə nişanının üçüncü şəxs “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında qeydə alınmış “Konfirello təsviri” əmtəə nişanı ilə istehlakçılar arasında çaşqınlıq yaradacaq və qarışdırılacaq dərəcədə bənzər olması və 3-cü şəxs tərəfindən qeydə alınmamışdan əvvəl Azərbaycan Respublikasına idxal olunması əsası ilə həmin əmtəə nişanının qeydi yyatının ləğv edilməsi barədə etiraz ərizəsi ilə cavabdehə müraciət etmişlər. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1528 saylı Qərarı ilə etiraz ərizəsi əsassız hesab edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. Qərar üzərindəki qeydə əsasən 13 iyun 2018-ci il tarixdə iddiaçılara təqdim edilmiş, iddiaçılar qanunla müəyyən edilmiş müddət ərzində - 09 iyul 2018-ci il tarixdə mübahisələndirmə haqqında inzibati iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş etmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafi q icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbayca n Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçıla r arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. Həmin Qanunun 31-ci maddəsinin ikinci abzasına əsasən, əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat s ubyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir”. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq həmin nişanlarla eyni təsəvvür yaradır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-quınquıes maddəsinə əsasən mənş ə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafızə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfıdən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye, yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatının rədd edilə, yaxud etibarsız hesab edilə bilər. “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası”nın 2-ci maddəsində qorunan əsərlərə tətbiqi sənət əsərləri və sənaye nümunələrinin də aid olduğu qeyd edilmişdir. Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2009-cu ildə iddiaçıların adına istinad edilən Konvensiyaların üzvü olan Ukrayna və Qazaxıstan Respublikalarında qeydə alınmış «День и Ночь» adlı kombinasiya edilmiş əmtəə nişanındakı (sənaye nümunəsindəki) qrafik təsvir (ay və üç ulduzdan ibarət) üçüncü şəxs “xxxx” MMC-nin adına Azərbaycan Resp ublikasında qeydə alınmış “Konfirello təsviri” əmtəə nişanlarındakı qrafik təsvir eynidir. Fərq yalnız birincidə təsvirin altında “xxxx” sözünün, ikincidə “Konfirella” sözünün qeyd edilməsidir ki, bu sözlər də birinci hecalarına görə oxşardır. «День и Ночь» markasının Azərbaycan Respublikasında tanınması ilə bağlı 540 respondent arasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş sorğu zamanı respondentlərin 52 faizi həmin markanı tanıdığını təsdiq etmişdir. İşin materiallarında olan satıcı “X7” MMC ilə alıcı “xxxx” MMC arasında Ukrayna Respublikası Kiyev şəhərində bağlanmış 02 mart 2016-cı il tarixli, 0108/8/16 TD saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadı məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüşdür. Müqavilədən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırkı müqavilə üzrə əldə edir. Müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək müəyyən edilmişdir; 1266/8/12 saylı 27.12.2012-ci il tarixli müqaviləyə dair 130 saylı 17 yanvar 2013-cü il tarixli hesab-fakturadan və spesifikasiyadan görünür ki, “xxxx PO” SC tərəfindən “xxxx” MMC-yə göndərilən məhsulların siyahısında «День и Ночь» peçenye adlı məhsul göstərilmişdir (5-ci cild 46-cı, 149-cu, 150-ci, 416, 417-ci və dig ər vərəqlər); İşin materiallarına eyni zamanda “xxxx” MMC ilə “xxxx Rus” QSC arasında qənnadı məmulatlarının alqı-satqısı barədə 30.12.2010-cu il tarixli müqavilə və həmin müqaviləyə 07.09.2011-ci il tarixdə edilmiş əlavə razılaşma əlavə edilmişdir. Əlavə razılaşmada qeyd edilmişdir ki, “xxxx” MMC-nin adından mal alan şirkətlər “xxxx” MMC və “xxxx” MMC ola bilər. Məhsulun idxalını təsdiq edən gömrük bəyannamələri və hesab fakturaların əsli iş materiallarına əlavə edilməsə də, “xxxx” MMC-nin iddiaçılarla müqavilə münasibətlərində olduğu və iddiaçıların istehsal etdiyi qənnadı məmulatlarını idxal etdiyi üçüncü şəxs tərəfindən mübahisələndirilmədiyindən və sənədlər cavabdeh orqanın ştampı ilə təsdiq edildiyindən apellyasiya məhkəməsi həmin sənədləri sübut qismində qəbul etməkdə haqlı olmuşdur. İşin materiallarının əlavə edilmiş gömrük bəyannamələri və həmin bəyannamələrdə istinad edilmiş hesab-fakturalardan görünür ki, «День и Ночь» adlı peçenye-sendviç 2013-2015-ci illərdə eyni zamanda Azərbaycan Respublikasına “İmperial” şirkəti, “xxxx» MMC və digər hüquqi şəxslər tərəfindən də idxal edilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının 20 aprel 2018-ci il tarixli, E-1528 saylı qərarı ilə bağlı bütün icraat materialları sorğu əsasında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, “xxxx” MMC iddiaçıya məxsu s qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016cı il tarixində bitmişdir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr, həmin müqavilələr üzrə həyata keçirilmiş ödəniş sənədləri və gömrük sənədləri ilə “xxxx” MMC ilə aralarında müqavilə münasibətləri mövcud olduğu, “xxxx” MMC-nin distribütor kimi onlara məxsus qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil etdiyi və həmin məmulatlardan birinin də «День и Ночь» adlı qənnadı məmulatı (peçenye-sendviç) olduğu təsdiq olunur. İşə baxılarkən iddiaçının nümayəndəsi tərəfindən həm “xxxx” markası, həm də “Konfirella” markası altında istehsal olunan və hazırda Azərbaycan Respublikasında satışda olan hazır əmtəə məhsulundan nümunələr maddi sübut o laraq təqdim edilmiş, həmin peçenyelərin üzərindəki qrafik təsvirin (birtərəfdə “Gülümsəyən günəş” digər tərəfdə isə «Ay və 3 ulduz») iddia edildiyi kimi hər iki məhsulda eyni olduğu və eyni istehsalçı tərəfindən istehsal edilməyinə dair istehlakçılarda çaşqınlıq və yanlış təsəvvür yarada biləcəyi müəyyən edilmişdir. Üçüncü şəxsin dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 04 aprel 2018-ci il tarixli müşayiət məktubu ilə təqdim edilmiş idxal sənədlərindən və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri, hesab-fakturalar, qaimələr, spesifakisayalardan görünür ki, («День и Ночь» adlanan) təsvirli peçenyelər "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. İşə baxılarkən təqdim edilən Azərbaycan Gömrük Komitəs inin cavabdeh orqana ünvanlanmış 11 aprel 2019-cu il tarixli məktubunda qeyd edilir ki, Komitənin məlumat bazasına əsasən iddiaçıların Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC vasitəsi ilə 2016-cı ildə Ukrayna Respublikasından “xxxx” nişanlı malların idxal olunduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubunda “xxxx” MMC vasitəsi ilə 2016-cı ildə Ukrayna Respublikasından idxal edilmiş qənnadı məmulatlarının konkret adı göstərilməsə də, (idxal edilən məhsulların adları ilə deyil, əmtəə kodları ilə bəyan edilməsinin mümkünlüyü səbəbindən) işin materiallarında olan digər sübutlarla, eləcə də yük gömrük bəyannamələri ilə «День и Ночь» adlanan peçenyenin idxal olunan məh sullar arasında olduğu sübut edilir. Lakin cavabdeh inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən, qeyd olunanları nəzərə almamışdır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, «День и Ночь» əmtəə nişanı Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmasa belə, həmin peçenye təsviri 12 may 2009-cu il və 18 sentyabr 2009-cu il tarixlərində iddiaçıların adına müvafiq olaraq Ukrayna və Qazaxıstan Respublikasında sənaye nümunəsi kimi qeydiyyata alındığından və üzərində həmin təsvir olan qənn adı məmulatları üçün şəxsin özü və onun səlahiyyətləndirdiyi digər hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal edilməsi və istehlakçılar arasında tanınması işdə olan sübutlarla sənədlərlə təsdiq edildiyindən iddiaçıların ərizəsi əsasında mübahisəli əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər t utaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-761/2019 saylı iş üzrə 09 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2684/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2684/2019
15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver