Məhkəmə qərarları › İş №2-1(102)-2684/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2684/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2684/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya icraatında şikayətin mümkünlüyü ) Azərbaycan Respublikası 08.12.2023 Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi və mənzillə təmin olunma”sı barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-3037/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyətinin 07 may 2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi ilə qəzalı vəziyyətdə olan ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli yataqxana binasında çıxarış və ya order üzrə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30.0 min manat və sahəsi 30 kv.m çox olan mənzillərin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardım ayrılmışdır.

2. İddiaçı Xətai rayon İcra Hakimiyyətinə ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilinin sökülməsinin əvəzi olan 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi və sökülən qəzalı binanın yerində bina sakinləri üçün inşa olunmuş çoxmənzilli binadan 54,5 kv.m. tam təmirli mənzillə təmin olunmasını xahiş etmişdir lakin cavabdeh buna imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilinin sökülməsinin əvəzi olan 30000 (otuz min) manat məbləğində kompensasiya verilməsi və sökülən qəzalı binanın yerində bina sakinləri üçün inşa olunmuş çoxmənzilli binadan 54,5 kv.m. tam təmirli mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı yuxarıda sada lanan işin faktiki hallarına əsaslanaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-468/2023 saylı 13 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

6. Həmin qərardan narazı qalan cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-3037/2023 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, C.A.Yusifova və P.A.Hüseynova) ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)468/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdehin apellyasiya şikayəti mümkün sayılmamış,apellyasiya şikayətinin qəbulundan imtina olunması qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət onun poçt vasitəsilə qərarı rəsmi aldığı xx.xx.2023-cü il tarixdən 30 gün müddətində olmaqla, xx.xx.2023-cü il tarix hesab olunduğu halda, cavabdeh tərəfindən apellyasiya şikayəti poçt vasitəsilə (poçt zərfinin üzərindəki ştempelə əsasən) xx.xx.2023cü il tarixdə verilmiş və prosessual müddət ötürülməklə şikayət məhkəməyə xx.xx.2023cü il tarixdə daxil olmuşdur.

9. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-468/2023 qərarı ilə X1 Xətai RİH-nə qarşı kompensasiyanın ödənilməsi və mənzillə təmin olunma tələbinə dair iddiası təmin olunmuş, məhkəmənin adı çəkilən qərarı İH-nə poçt vasitəsi ilə 2023-cü il mayın 19-da daxil olmuş, həmin qərardan İH 2023-cü il iyunun 14-də apellyasiya şikayətini poçt vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə göndərmişdir.Yəni qanunla apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddət daxilində verilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası xx.xx.2023-cü il tarixli 2-1 (103)-3037/2023 №-İi qərardadı ilə apellyasiya şikayətini qeyri-mümkün hesab edərək şikayətin qəbulundan əsassız olaraq imtina etmişdir.Qərardad əsa ssızdır ona görə ki, əgər apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş olsaydı, o halda birinci instansiyası məhkəməsi şikayətin qəbulundan imtina etmiş olardı. Əgər şikayət icraata qəbul edilmişdirsə, demək vaxtında verilmiş, müddət ötürülməmişdir.Əgər şikayət xx.xx.2023-cü il tarixdə qeydə cdınıb, məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdursa, bu İH-nin deyil, poçtun təqsiri ucbatından baş vermişdir. Ona görə də hesab edirik ki, xx.xx.2023-cü il tarixli 2 -1(103)3037/2023 №-li qərardad qanuni deyildir, ləğv olunmalı iş yeni baxışa qaytarılmaqla müddət məsələsinə yenidən baxılmaqla apellyasiya şikayəti icraata qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri: 11 Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmədi. TƏTBİQ EDİLƏN HÜQUQ a)

12. İnzibati Prosessual M əcəllə Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərə findən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yaz ılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. b) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) b) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

12. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqə dar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

13. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli q ərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.

14. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 18 Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, ş ikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

19. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “apellyasiya icraatında şikayətin mümkünlüyü” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

22. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşarq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-468/2023 saylı 13 aprel 2023-cü il tarixli qərarı cavabdehə poçt vasitəsilə xx.xx.2023-cü il tarixli məktubla göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sifarişli poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Məmmədova” adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.(prosessual müddət ötürülməklə).

23. Bundan başqa hazırki işdə prosessual müddətin ötürülməsi ilə bağlı apellyasiya məhkəməsinin 14 iyul 2023-cü il tarixli bildirişi ilə yazılı olaraq cavabdehə prosessual müddətin bərpası ilə bağlı ərizə vermək üçün hüquqi yardımın göstəri lməsinə baxmayaraq o, apellyasiya şikayəti verilməsi üçün ötürdüyü prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olduğunu bildirməmiş və bu barədə hər hansı sübutu və ya müddətin bərpasına dair müvafiq ərizəni məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını belə təmin etməmişdir.

24. Ali Məhkəmənin kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə hazırki qərarın 12 (a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(103)-3037/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar