Məhkəmə qərarları › İş №2-1(102)-2685/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2685/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2685/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı ******** cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinəqarşı iş üzrə QƏRAR Açar söz: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; miqrasiya məsələləri; əcnəbiyə qaçqın statusunun verilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ********nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qə rarının və onun ləğv edilməsindən imtina edilməsi haqqında şikayət instansiyasının 278 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1514/2019 saylı iş üzrə 13.06.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ******** cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya 17 may 2018-ci il tarixli vəsatətinin təmin edilərək ona və ailə üzvlərinə (qızları 2005-ci il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü X2 ) qaçqın statusunun verilməsi haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üz ərinə qoyulması və cavabdehin İQ-102/3 nömrəli, 11 avqust 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının və onun ləğv edilməsindən imtina edilməsi haqqında şikayət instansiyasının 278 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanistan vətəndaşıdır, evlidir, onun altı uşağı var. Uşaqların dördü onunla birlikdə Azərbaycanda yaşayır. Onlardan ikisi ondan əvvəl 2017ci ildə, digər ikisi isə 2018-ci ilin fevral ayında onunla birlikdə gəlib. İddiaçının digər iki uşağı Dubayda,əri isə Kabildə yaşayır. 1996-ci ildə iddiaçı Əfqanistanda davam edən mühar ibə səbəbindən ailəsi ilə birlikdə Pakistana gedib. 2002-ci ildə iddiaçı daha əvvəl ora gedən və artıq orada biznesi olan ərinin yanına uşaqları ilə birlikdə Dubaya köçüb. İddiaçının ərinin Əfqanistanda yaşayan və Dubayda biznesləri olan bəzi insanlara külli miqdarda pul borcu olub. 2017-ci ilin ramazan ayında ərinin naməlum şəraitdə ilkin düşdüyünü, bundan bir müddət sonra borc sahiblərindən birinin onun Zəhra adlı qızını borcun müqabilində verməyini istəyiblər. 2018-ci ilin yanvar ayında Dubay şəhərində yaşaya bilməyəcəyi üçün tək Əfqanistana gəlir. Lakin onun qaynatası ona kömək etməkdən imtina edir. İddiaçı 2018-ci ilin ayında Dubaya geri qayıtmağa məcbur olub. Birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli iş № 2-1(81)-462/2019, (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə i ddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının ləğv edilməsinivə iddianın təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13.06.2019-cu il tarixli iş № 2-1(103)-1514/2019 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və İ.Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 12.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmı şdır ki,cavabdeh kasatorun əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində kasatorun izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qoxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların kasatora münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. İddiaçının izahatlarından bəlli olur ki, iş üzrə mü hüm faktlar aşağıdakılardır: - iş üzrə mühüm fakt kasatorun müəyyən sosial qrupa mənsubiyyətinə görə qohumu tərəfindən təqib edilməsidir; - iş üzrə mühüm faktlara dair kasatorun təqdim etdiyi sübut onun və arvadının inzibati icraatda verdiyi izahatlarıdır. Hüquq tətbiq edən orqan ümumilikdə kasatorun izahatlarının mötəbərliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, kasatorun narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, kasatorun izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, kasator tərəfindən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyət i olan izahatlar təqdim edilir (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (“BMT QAK”), Qaçqın işlərində Sübutetmə vəzifəsi və standartları haqqında Qeydlər, 1998, bənd 11). İş materiallarında olan münasibətlərdən görünür ki, ərizəçi işin mühüm faktları, yəni, onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də, həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, kasatorun izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX kasator tərəfindən təqdim olunan, onun i ddiasının əsasını təşkil edən və qızı və oğlu tərəfindən təqdim olunmuş maddi sübutlardan fərqli olan faktları təhlil etməyib, kasator ərinin borclarının olduğunu və pul sahiblərinin borc əvəzində qızları Zahranı tələb etdiklərini iddia edir. Mənşə ölkəsi hesabatları ilə təsdiq olunan bu praktika Əfqanıstanın çox hissəsində hələ də geniş yayılmışdır. Həmçinin, kasatorun əri itkin düşdüyündən o, iki uşağı ilə birlikdə yalnız qalıb. DMX Əfqanıstanda qadınların əksəriyyətinin təhsilsiz olması və özlərini təmin etmək üçün evlərindən kənarda işləyə bilməməsi səbəbindən kişi qohumu olmadan tək yaşamasının təhlükəli olması faktını diqqətə almayıb. Müəyyən edilmiş faktların əsasında kasatorun qadın olaraq əsaslı təqib qorxusu ehtimalının ağlabatan olduğu qənaətinə gələ bilərik ki, Əfqanıstana qayt arılacağı təqdirdə müəyyən sosial qrupa mənsubluğuna, yəni, gender mənsubiyyətinə görə kasator və ailə üzvlərinə ziyan vurula bilər. Bu ehtimal ağlabatandır ki, Əfqanıstana qayıdacağı təqdirdə kasatorun həyatı və səhhəti zorakılıq riski altındadır. O, qohumu tərəfindən zorakı hücumlarına məruz qala bilər. Beləliklə, Əfqanıstana qayıdacağı təqdirdə kasatorun İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1514/2019 saylı qərarının ləğv edilməsi və ******** (Nahid Akbari)-yə qaçqın statusunun verilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1514/2019 saylı qərarının ləğv edilməsi və ******** (Nahid Akbari)-yə qaçqın statusunun verilməsi barədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İş də iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 13 iyun 2019-cu il tarixli, 2-1(103)-1514/2019 saylı qər arla, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 fevral 2019-ci il tarixli, 2-1(81)-462/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, iddiaçı Nahid Akbarinin apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1, 10, 12, 13-cü maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 13.2, 17-ci maddələrinə, “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3, 9-cu bəndlərinə, eləcə də, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillər əsassızdır, belə ki, iddiaçının kasasiya şi kayətinin mətninin əksəriyyətini beynəlxalq hüquq normaları, eləcə də Azərbaycan Respublikasının maddi və prosessual hüquq normaları təşkil etsə də, həmin hüquq normalarının apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya münasibətdə pozulmasının nədən ibarət olması göstərilməmiş, yəni, bu dəlillər deklarativ və formal xarakter daşıyır. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayəti ehtimallar və fərziyyələr əsasında qurulmuş, konkret mötəbər sübutlara istinad edilməmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 14.3, 58.7-ci maddələrinin pozulması anlamına gəlir. Məsələn, iddiaçı kasasiya şikayətində yazır ki, müəyyən edilmiş faktların əsasında kasatorun qadın olaraq əsaslı təqib qorxusu ehtimalının ağlabatan olduğu qənaətinə gələ bilərik. Daha sonra iddiaçı kas asiya şikayətində qeyd edir ki, bu ehtimal ağlabatandır ki, Əfqanıstana qayıdacağı təqdirdə kasatorun həyatı və səhhəti zorakılıq riski altındadır. O, qohumu tərəfindən zorakı hücumlarına məruz qala bilər. Göründüyü kimi, iddiaçının kasasiya şikayətindəki dəlilləri real və konkret sübutlara əsaslanmaqla, sadəcə onun fikrincə mümkün ola biləcək fərziyyələrdən və ehtimallardan ibarətdir. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, hazırda Bakı şəhərində müvəqqəti yaşayan, 1974-cü il təvəllüdlü iddiaçı ailə üzvləri (qızları, 2005-ci il təvəllüdlü X3 və 2008-ci il təvəllüdlü X4) ilə birlikdə 17 may 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəs atəti araşdırılması üçün cavabdeh tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqın da vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3 və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 11 avqust 2018-ci il tarixli, İQ-102/3 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçının bu qərardan verdiyi inzibati şikayəti cavabdehin inzibati şikayətin təmin edilməməsi haqqında 16 oktyabr 2018-ci il tarixli 278 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq doğru olaraq yuxarıda göstərilmiş qanunvericilik aktlarının müddəaları tətbiq olunmuşdur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əla mətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasını n müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə, bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3- cü bəndinə əsasən, “qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibdən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 9-cu bəndinə görə, “qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktla cavabdehin tərəfindən qəbuluna konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsi). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güd məli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ********nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2019-cu il tarixli, 21(103)-1514/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: H

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar