Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2685/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 13.12.2023 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2164/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərar ı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1999-cu ildə Ukraynanın Dnepropetrovsk Milli Universitetinin hüquq fakültəsinə qəbul olunmuş və 2004-cü ildə bitirmişdir.
2. İddiaçı xarici dövlətlərin ali təhsil sahəsmdə ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən ona ilk dəfə xx.xx.2007-ci il tarixli imtina məktubu təqdim olunmuşdur.
3. Təhsil Nazirliyinin qərarı ilə razılaşmayan iddiaçı ona verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Ra yon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(005)-2046/2008 nömrəli qətnaməsi ilə Təhsil Nazirliyinin xx.xx.2007-ci il tarixli qərarından şikayəti həmin dövrün qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini buraxmaqla təqdim edildiyindən iddia tələbi rədd edilmişdir. Qətnamə 16 oktyabr 2008-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Bundan sonra iddiaçı 2014-cü ildə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2014-cü il tarixli məktubu ilə təkrar imtina vermişdir.
5. İddiaçı bu dəfə cavabdehin imtinasını inzibati məhkəmə icraatında mübahisələndirmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(82)-2675/2016 saylı, 20 dekabr 2016-cı il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə mürac iət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2-1(103)- 596/2017 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
6. İddiaçı növbəti dəfə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya imtina məktubu göndərilmiş və ona hüquqi müdafiə vasitələri izah olunmuşdur.
7. İddiaçı xx.xx.2022-ci il tarixində diplomun tanınmasına dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-6299/2022 saylı qərardadı ilə iddiaçının sənədlərinə cavabdeh baxaraq ona məxsus diplomu tanımışdır.
8. İddiaçı hesab edir ki, nəticədə ona məxsus diplom cavabdeh tərəfindən tanındığından ötən müddət ərzində maddi və mənəvi ziyan çəkmişdir və həmin ziyan ca vabdeh tərəfindən ödənilməlidir.
9. İddiaçı Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş minimum aylıq əmək haqlarının müəyyən illər üzrə artım statistikasına əsaslanaraq 2007-2022-ci illər üçün əldən çıxmış faydalar qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin ona dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi xahiş etmişdir.
10. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022ci il tarixli 2-1(112)-6299/2022 nömrəli qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş xx.xx.2004-cü i l tarixli, Dİ №002853 saylı diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir.
11. İddiaçı adına xx.xx.2004-cü ildə Dnepropetrovsk Milli Universiteti tərəfindən verilmiş Dİ № 002853 saylı diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytında yerləşdirilmiş minimum aylıq əmək haqlarının müəyyən illər üzrə artım statistikasına əsaslanaraq 2007-2022 ci illər üçün əl dən çıxmış fayda qismində 25.000 (iyirmi beş min) manat maddi, mənəvi təzminat qismində isə 20.000 (iyirmi min) manat olmaqla, cəmi 45.000 (qırx beş min) manat vəsaitin ona dəymiş maddi və mənəvi təzminat qismində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Ukraynanın Dnepropetrovsk şəhərində Dnepropetrovsk Milli universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur və 2004-cü ildə bu universiteti bitirmişdir. Diplomda aşağıdakılar qeyd olunmuşdur: Bu diplom (№ 002853) verilir İddiaçı ondan ötrü ki, o 1999-cu ildə Dnepropetrovsk Dövlət Universitetinə daxil olmuş və 2004-ci ildə həmən universiteti hüquq ali peşə istiqaməti üzrə bitirmişdir (Əyani).
14. Dövlət imtahan Komissiyasının 29 iyun 2004-cü il tarixli qərar ı ilə ona Hüquq ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. Bu diplom yuxarıda qeyd edilən ixtisasla əlaqədar istənilən növ peşə fəaliyyətini həyata keçirməyə imkan verir. Sözü gedən diplomun özündə, həmçinin onun leqalizasiyasını təsdiq edən ştamp mövcuddur. X2 işlər Nazirliyi tərəfindən 18 Oktyabr 2004-cü ildə leqalizasiya olunmuşdur. Bundan başqa, Təhsil Nazirliyinə təhsil aldığı müddət ərzində keçdiyi fənlərdən və imtahanların qiymət cədvəlindən çıxarışı təqdim etmişdir. Cədvəldə tədris olunmuş fənlərin həcmi və alınmış yekun qiymətlər əks olunur. Yuxanda göstərilən sənədləri təqdim edərək, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir.
15. Cavabdeh ilk dəfə 2007-ci ildə imtina məktubu təqdim etdikdə məhkəməyə müraciət etmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin hakimi işə mahiyyəti üzrə baxmadan iddia müddətinin buraxılmasını bəhanə edərək 19.09. 2008-ci ildə № 2(005)2046/-2008 saylı qətnamə çıxardı.
16. Sonuncu dəfə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib diplomumun yeni apostil olunması faktını və digər sübutları təqdim etməyinə baxmayaraq mənə 07.01. 2022_ci ildə cavab məktubu ilə bildirilmişdir ki, bu barədə 2007-ci ildə ətraflı cavab verilib. Təbii ki, bu cavab qətiyyən qane edə bilməzdi. Xarici diplomların tanınması səlahiyyətlərinin Təhsil Nazirliyindən alınaraq Təhsildə Keyfiyyət Təminatı agentliyinə verilməsi və ən başlıcası xx.xx.2020-ci ildə diplomunun apostil olunması yeni situasiya y aratmışdır ki, bu da qanunvericiliyə əsasən onun işinə məhkəmədə yenidən və mahiyyəti üzrə baxılmasına şərait yaradırdı. Beləliklə, xx.xx.2022-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etdi və iş icraata götürüldü. Məhkəmə təqdim etdiyi çoxsaylı sübutlar qarşılığında qarşı tərəfin heç bir sübut təqdim edə bilməməsini və 16-17 il müddətində heç bir araşdırma aparmadığını nəzərə alaraq, məhkəmə aktı qəbul etdi və Təhsildə Keyfiyyət Agentliyinə sübutların təqdim olunması üçün 3 (üç) ay müddət verdi. Bu müddət ərzində Təhsil Nazirliyi (Təhsildə keyfiyyət Təminatı Agentliyi) məhkəməyə sübut təqdim edə bilmədikləri üçün diplomunu tanımağa (şəhadətnamə verməyə) məcbur oldular.
17. Təhsil Nazirliyi Nairlər Kabinetinin 64 saylı qərarının, X3 Təhsil Sahəsində İxtisasların Tanınması haqqında konvens iyanın, digər beynəlxalq və daxili qanunvericiliyin tələblərini və öhdəliklərini pozaraq 17 il peşə fəaliyyəti ilə məşğul olmağının qarşısı alınmışdır. Təhsil Nazirliyi tərəfindən ona qarşı olan bürokratik əngəllər, diskriminasiya və hakimiyyətdən sui-istifadə əməlləri nəticəsində karyera qurmaq arzuları puça çıxmış və bütün faydaların əldən çıxmasına səbəb olmuşdur. Bu məsələ uzun illər ona və ailəsinə böyük stress yaşatmış, maddi sıxıntılar girdabına sürükləmiş, mənəvi cəhətdən isə tamami ilə əzmişdir. Lakin Təhsil Nazirliyi 17 il sonra, yəni 2022-ci ildə heç bir sübut təqdim edə bilmədiyi üçün onun diplomunu tanımağa və sertifikat verməyə məcbur olmuşdur. Bununla Təhsil Nazirliyi 17 il haqsız, onun isə haqlı olduğunu, bu illər ərzində təqdim olunmuş rəsmi imtina məktublarının isə heç bir hüquqa əsaslanmadığını ispat etmiş oldu.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2023 nömrəli 17 fevral 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia rədd edilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində ona maddi zərər vurulduğunu, eləcə də mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır
20. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsind ə icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2164/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər P.Hüseynov /məruzəçi/, E.Kazımov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda da qeyd edildiyi kimi 2007-ci ildən 2022-ci ilə qədər cavabdehin təqsiri ucbatından heç bir əm ək fəaliyyəti ilə məşğul ola bilməməsi işin mübahisəsiz halıdır.
25. Yəni iddiaçı müxtəlif vaxtlarda məhkəmələrə müraciət etmiş, bitirdiyi ixtisas üzrə diplomunun tanınması üçün iddialar qaldırmış müdafiəsini məhkəmədə irəli sürərkən həm maddi baxımdan həm də zaman baxımından kifayət qədər itkilərə məruz qalmışdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi, reallığı əks etdirməyən sübutların sonda iddiaçıya aid olmaması sübut olunmuş və beləliklə iddia tələbi təmin edilmişdir. Məhkəmənin “iddiaçı mümkün hüquqi vasitələrdən istifadə etsə də, bunu sona qədər tükətməmişdir” qeyd etməklə iddia tələbini təmin etməməsi gəlinən nəticə ilə ziddiyyət təşkil edir.
26. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi (ruh) aləmində, şüurunda baş vermiş mənfi halları (sarsıntı, yaşamaq eşqinin azalması və s.) işə baxan məhkəmənin (hakimin) diqqətinə çatdırmalıdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bəzi hallarda şəxsin əmlak və ya şəxsi qeyri-əmlak hüququnun pozulması faktının müəyyənləşdirilməsi mənəvi zərərin vurulduğu qənaətinə gəlmək üçün kifayətdir. İddiaçının da uzun müddət peşə fəaliyyətini həyata keçirə bilməməsi, bir ailə başçısı kimi qayğıları, digər problemləri, hətta gələcəkdə əmək pensiyasına da ciddi təsir göstərəcəyi və s. hallar sübuta ehtiyacı olmayan hallardır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyay a səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı: Bənd
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Bənd
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçir məsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
32. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdi rmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
38. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə d ə, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. İddiaçı cavabdehin hərəkətini 2007-ci ildə və 2016-cı ildə məhkəmə qaydasında mübahisələndirmiş, birinci dəfə iddiaçı iddia müddətini buraxdığına görə iddia rədd edilmiş, ikinci dəfə isə mübahisəyə əvvəllər baxıldığına görə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərarlarla bağlı hüquqi müdafiə vasitələrini tükətməmiş, birinci məhkəmə qərarından apelyasiya şikayəti, ikinci məhkəmə qərarından isə kassasiya şikayəti verməmişdir. O da nəzərə alınmalıdır ki, hər iki məhkəmə icraatı zamanı məhkəmələr mübahisəyə mahiyyəti üzrə baxmamış, cavabdehin imtinasının qanuniliyini yoxlamamışlar.
41. Digər tərəfdən, işdən görünür ki, iddiaçı tanınmasını xahiş etdiyi diplomu yalnız 2020-ci ildə apostil etdirmişdir. Həmin vaxtdan əvvəl, yəni iddiaçı 2020-ci ilə qədər diplomun apostil olunmasına dair cavabdehə hər hansı sübut təqdim etməsinə dair məhkəmələrə dəlil təqdim etməmişdir.
42. İddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir.
43. Odur ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulması barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz.
44. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, barəsin də şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2164/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir