Məhkəmə qərarları › İş №2-1(102)-2685/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2685/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2685/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı2 Süleymanpaşa oğlu, iddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin vəkil tərəfindən tərtib edilməməsi; kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı2 Süleymanpaşa oğlu, iddiaçı4 Maqsud oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 adına ##.##.2003- cü il tarixli dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X1 adına qanunsuz dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və İmanquliyev Ceyhun Bəkir oğlunun mülkiyyət hüququna dair dövlət reyestrindən ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli ##.##.2020-ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və **** nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət – Kommersiya Mərkəzinin - dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı4 Maqsud oğlu tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 adına ##.##.2003-cü il tarixli dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli texniki pasportun, X1 adına qanunsuz dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və İmanquliyev Ceyhun Bəkir oğlunun mülkiyyət hüququna dair dövlət reyestrindən ***************** reyestr nömrəli, ********** qeydiyyat nömrəli ##.##.2020-ci il tarixli Çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin vəzifəli şəxslərinin üzərinə qoyulması və **** nömrəli layihəyə-smeta sənədlərinə əsasən ilkin balans dəyəri 1 438 560 000 rubl qiymətləndirilən Quba kolxoz bazarının və Quba Ticarət – Kommersiya Mərkəzinin dövlət əmlakı kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında AR Qanununa - Dövlət Proqramına əsasən məcburi özəlləşdirilməsi, özəllşdirilməsindən dövlət büdcəsinə köçürülməli olan vəsaitlərin bərpasının təmin olunması məqsədilə həmin dövlət əmlak kompleksinin məcburi özəlləşdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Həmin qərardan narazı iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

5. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti vermiş, eyni zamanda dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitləri olmadığından kassasiya şikayətinə Ali Məhəkəmədə baxılmasını təmin etmək üçün dövlət hesabına vəkillə təmin olunma barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə, iddiaçıların dövlət dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinin qismən, iddiaçı2 Süleymanpaşa oğluna münasibətdə təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından kassasiya şikayətinin tərtib edilməsi üçün iddiaçı iddiaçı2 Süleymanpaşa oğlu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. … Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. … 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. …

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. ... Maddə 96. Ali Məhkəmədə icraat ... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. ...

KASSASİYANIN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı4 Maqsud oğlu tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmadığından və şikayətə vəkilin orderi əlavə olunmadığından onların verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

10. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

11. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı4 Maqsud oğlu tərəfindən verilən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir.

12. Eyni zamanda iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu, iddiaçı2 Süleymanpaşa oğlu, iddiaçı4 Maqsud oğlu kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət etsələr də həmin ərizə iddiaçı2 Süleymanpaşa oğluna münasibətdə təmin edilmiş, digər iddiaçılara münasibətdə isə təmin edilməmişdir. Odur ki, iddiaçı3, Əskərov İmran Əskər oğlu və iddiaçı4 Maqsud oğlu tərəfindən verilmiş hazırkı şikayəti qanunvericilikdə nəzərdə tutulmuş formal tələblərə cavab vermədiyindən icraata qəbul edilə və onun əsasında kassasiya icraatı mümkün sayıla bilməz.

13. Beləliklə, iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu və iddiaçı4 Maqsud oğlu tərəfindən hazırkı kassasiya şikayəti verilərkən qanunvericiliyin tələblərinə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməsi, vəkil tərəfindən imzalanması və vəkilin orderinin kassasiya şikayətinə əlavə edilməsi barədə) əməl olunmamışdır. Odur ki, şikayətlər üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətlərin qəbulundan imtina edilməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçılar iddiaçı3, Əskərov İmran Əskər oğlu və iddiaçı4 Maqsud oğlu tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar