Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2686/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli pensiya giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 52 yaşı tamam olduğu 12 aprel 2007-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək hesablanması və həmin tarixdən etibarən sonrakı dövr üzrə ona ödəniləcək əmək pensiyasında yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-884/2019 saylı, 22 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonunda doğulmuş, 52 yaşını 12.04.2007-ci il tarixdə tamamlamışdır. Əmək kitabçasına əsasən o, 01.09.1973-cü il tarixdən 05.12.2017-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. “Heydər Əliyev” adına Bakı Dərin Dəniz Özülləri zavodu tərəfindən verilmiş 30.10.2018-ci il tarixli arayışa əsasən iddiaçı Qeyri Standart avadanlıqların istehsalı üzrə mexaniki emalatxanaya 01.11.1982-ci tarixindən 2-ci dərəcəli yığıcı çilingər peşəsinə qəbul edilib. 01.11.1982-ci il tarixdən iş təcrübəsi keçməsi üçün Çelyabinsk şəhərinə göndərilib. Bakı Stasionar Dərinlik Özülləri zavodunun Qovşaq hazırlama sexinə iş təcrübəsi keçdikdən sonra 27.06.1984-cü il tarixdən 4-cü dərəcəli mexaniki yığma işləri üzrə çilingər peşəsində işə qəbul edilib. 29.10.1990-cı il tarixdən Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyi 4 saylı Tikinti Quraşdırma İdarəsinə 03.03.1992-ci il tarixdən 4-cü dərəcəli bənna peşəsinə işə qəbul edilib. 01.11.1993-cü il tarixindən Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. “Heydər Əliyev” adına Bakı Dərin Dəniz Özülləri zavodunun öz tikililərin yığılması və quraşdırılması sexinə 24.07.2008-ci il tarixindən polad və dəmir konstruksiyaların quraşdırılması üzrə 5-ci dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib. 02.02.2009-cu il tarixindən Qovşaq hazırlama sexinə metal konstruksiyaların yığılması üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilib. 21.11.2012-ci il tarixindən AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar işdən azad edilib. İddiaçı 01.011.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı toplamışdır. İddiaçının əmək kitabçasında 27.06.1984-cü il tarixdən 29.10.1990-cı il tarixədək “Heydər Əliyev” adına Bakı Dərin Dəniz Özülləri Zavodunda dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmir edilməsi işində quraşdırıcı çilingər vəzifəsində işləməsi qeyd edilmişdir. “McDermott Caspian Contractors, İnc” şirkəti tərəfindən verilmiş 18.02.2016-ci il tarixli arayışda qeyd olunur ki, iddiaçı 14.02.2002-ci il tarixdən 10.05.2003-cü il tarixədək və 16.03.2003-cü ildən 31.10.2007-ci il tarixədək “McDermott Caspian Contractors, İnc” şirkətində 6-cı dərəcəli quraşdırıcı vəzifəsində işləyib. İddiaçıya “Əm ək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sı üzrə 01.01.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 12.04.2007-ci il tarixdə 52 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən 14.06.2018-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya 2017-ci il tarixdə təqdim etdiyi əmək kitabçasına, güzəşt arayışlarına əsasən Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işləri n, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”sı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunu ilə tənzimlənir. Həmin Qanuna edilmiş dəyişikliyə görə 01.10.2010-cu il tarixdən əmək pensiyalarının orta aylıq əmək haqqına istinadən hesablanması Qanundan çıxarılmışdır. İddiaçıya 2017-ci ildə əmək pensiyası təyin edilərkən 01.01.2006-cı il tarixədək sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən sonrakı dövr üzrə isə ödənilmiş sosial sığorta haqları əsas götürülərək pensiyanın məbləği hesablanmışdır. İddiaçı 5 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona 52 yaşı tamam olduğu 12.04.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək hesablanması və həmin tarixdən etibarən sonrakı dövr üzrə ona ödəniləcək əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.2-ci bəndinin 27-ci maddəsinin 12.04.2007-ci il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb tam və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 31.1, 32.1 37.7, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3364/2018 saylı iş) 19 dekabr 2018-ci il ta rixli qərarı ilə iddia təmin edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 12.04.2007-ci il tarixdən təyin edilərək hesablanması və həmin tarixdən etibarən sonrakı dövr üzrə ona ödəniləcək əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinin və 27-ci maddəsinin 12.04.2007-ci il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 12.04.2007-ci il tarixdən yarandığına görə, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya hesablanmalı, yaranmış məbləğ fərqi birdəfəlik ödənilməlidir. 1 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X6 və X5, 2-1(103)-884/2018 saylı iş) 22 may 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 13 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 12 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçıya 2017-ci ildə 57 yaşda yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Təyinat üçün əsas onun 14.02.2002-ci il tarixdən başlayaraq 12 il 6 aydan çox polad və dəmir beton konstruksiyaların quraşdırılması vəzifəsində işləməsi (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu bölməsi) olmuşdur. Bu vəzifə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli işlərin 2 nömrəli siyahısında 22900000-14612 kodu ilə nəzərdə tutulmuşdur. (Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texnika təchizatı, bərpası və təmiri bölməsi) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asıl ı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;
2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək yaş həddi hər il 6 ay artırılır. Lakin iddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında, Nazirlər Kabinetin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusi ilə zərərli və ağır olan çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajın ın olması iş materialları ilə təsdiqlənmir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinə yazılı etirazı daxil olmuş, iddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayə tçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı 52 yaşının tamam olduğu 12 aprel 2007-ci ildən ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin dövrdə qüvvədə olmuş hüquq normalarına uyğun pensiya hesablanmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən polad və dəmir beton konstruksiyaların quraşdırılması vəzifəsində işləməsi əsas götürülərək “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər olan redaksiyasına əsasən, 2017-ci ildə 57 yaşdan güzəştli pensiya təyin edilmişdir. İddiaçı hesab edir ki, onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 1 №-li əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edildiyindən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Qan unun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti t ərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1 997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçıya tələb etdiyi kimi, 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün ilk növbədə işləmiş olduğu peşə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə təsdiqini tapmalıdır. O da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanun 1 yanvar 2006-cı ildə qüvvəyə mindiyindən iddiaçının bu vaxta qədər azı 20 il iş stajı olması, bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işdə çalışması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi də q ərarında əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olmasını vurğulamışdır. İddiaçının 1 yanvar 2006-cı ilə qədər ümumi iş stajının azı 20 il olması mübahisə doğurmur. İddiaçının 1 yanvar 2006-cı ilə qədər işlədiyi 10 illik peşəsinin 1 saylı Siyahıda olan peşə ilə üst-üstə düşməsi apellyasiya instansiyası məhkəməsinin qərarında əsaslandırılmışdır. İddiaçının əmək kitabçasında 27.06.1984-cü il tarixdən 29.10.1990-cı il tarixədək “Heydər Əliyev” adına Bakı Dərin Dəniz Özüllər Zavodunda dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmir edilməsi işində quraşdırıcı çiling ər vəzifəsində işləməsi qeyd edilmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan verilmiş 10.05.2019-cu il tarixli sorğuya cavabda bildirilmişdir ki, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” və “Metal konstruksiyaların yığılması üzrə çilingər” peşələri üzrə yerinə yetirilən işlər eyni texnoloji prosesin ayrı-ayrı hissələrini təşkil edir. Bundan başqa, Heydər Əliyev adına Bakı Dərin Özüllər X7 avadanlıqların istehsalı üzrə mexaniki emalatxanaya 01.11.1982-ci il tarixdən 2-ci dərəcəli yığıcı çilingər peşəsində işə qəbul edilmiş, sonra iş təcrübəsi keçmək üçün Çelyabinsk şəhərinə göndərilmiş, 14.02.2002-ci il tarixidən 10.05.2003-cü il tarixədək və 16.06.2003-cü il tarixdən 12.07.2007-ci il tarixədək X1, İnk. Şirkətində 6-cı dərəcəli quraşdırıcı vəzi fəsində işləmişdir. SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan verilmiş 10.05.2017-ci il tarixli güzəştli arayışda göstərilmişdir ki, İddiaçı yerinə yetirdiyi polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı və metal konstruksiyaların yığılması üzrə çilingər peşələri SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən zərərli iş kimi qiymətləndirildiyi üçün ona AR Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əliverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 22.08.2002-ci il tarixli 137 nömrəli qərarına əsasən tarif maaşının 8 %-i qədər əlavə əmək haqqı ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasına görə metal konstruksiyaların yığılması üzrə çilingər vəzifəsi bilavasitə metal konstruksiyaların quraşdırılması üzrə çilingər peşəsi ilə əlaqədar olub eyni texnoloji prosesin ayrı-ayrı mərhələləridir. Belə ki, yığıcı çilingər dəniz buruqları özülləri və estakadaların quruda yığılması və dənizdə davam etdirilməsi ilə məşğul olduğu halda, quraşdırıcı çilingər yığılmış dəniz buruqları özülləri və estakadalarını dənizdə şelf zonasında quraşdırır. Dolayısı ilə metal konstruksiyaların yığılması üzrə çilingər vəzifəsi dəniz buruqları özülləri və estakadaların quraşdırılması prosesinin ilkin və dənizdə sonrakı (sınaqdan sonra qüsurların aradan qaldırılması) mərhələsi olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.199 3-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 11000000 kodu ilə nəzərdə tutulmuş neft sənayesində qazma işləri üzrə vəzifələrə, daha dəqiq-11000000-18496 (dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingərlər vəzifəsi ilə eyni kateqoriyada olan vəzifə kimi qəbul edilməlidir. İddiaçının azı 10 il güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən sübuta yetmişdir. İddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu 12 aprel 2007-ci ildə yarandığından həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 10.2 və 27-ci maddələrinə uyğun olaraq orta aylıq əmək haqqı nəzər ə alınmaqla pensiyanın hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. İddiaçının pensiya hüququ 12 aprel 2007-ci ildə yarandığından, həmin vaxt qüvvədə olan normalara uy ğun mübahisə həllini tapdığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-884/2019 saylı, 22 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.