Məhkəmə qərarları › İş №2-1(102)-2687/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2687/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2687/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-2157/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus DT-İ № 780393 saylı diploma əsasən, o, 1975-ci ildə Bakı Politexnikumuna daxil olmuş və 1982-ci ildə həmin Texnikumun Sənaye və mülki tikintiləri ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək ki tabçasına əsasən, o, xx.xx.1975-xx.xx.1982-ci illərdə Bakı Politexnikimunda təhsil almış, xx.xx.1976-xx.xx.1979cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 8 nömrəli trestin 85 saylı tikinti idarəsinə 3-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Baş Quşçuluq Sənaye TQİ-də 3-cü dərəcəli suvaqçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Tikinti Trestinin 32 saylı TQİ baş usta, mühəndis, qazıcı, iş icraçısı, xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 14 nömrəli X2ndə 5 nömrəli İİT idarəsinin rəisi işləmişdir.

3. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2015-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin müddəti bitdiyi üçün pensiyan ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Təqdim edilən əmək kitabçasına, təhsil haqqında diploma və hərbi biletə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1982ci il tarixədək təhsil aldığı illər və hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 23 il 4 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya k apitalı 21 il 5 ay sığorta stajına uyğun olaraq 17.414,53 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1.726,13 manat olmaqla, ümumilikdə 19.140,66 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Pensiya işinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin xx.xx.2015-ci il tarixli arayışına əsasən “14 №-li İnşaat X3 5 nömrəli X5 İdarəsi”ndəki xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti zamanı 1995-ci ildə 9 ay, 1996-cı ildə 3 ay, 1997-ci ildə 3 ay, 1998-ci ildə 3 ay adına əmək haqqı hesablanmamışdır. Həmin arayışa əsasən 1999-2005ci illər üzrə müəssisənin fəaliyyəti olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi nin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı hazırkı qərarın 1-3-cü bəndlərində qeyd edilən işin hallarına əsaslanaraq qeyd etmişdir ki, onun iş stajı hərbi xidmətlə və təhsillə birlikdə 25 ildən artıq olduğundan əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur.

6. Cavabdehin iddia tələbinə dair təqdim etdiyi yazılı etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

7. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********8889700 nömrəli məktubunda göstərilmişdir ki, “14 saylı X2” (VÖEN **********) xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023- cü il tarixli, 2-1(112)-2896/2023 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzə rə alına bilər.

10. Bundan əlavə, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçıya həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasına istisna edir.

11. İddiaçıya məxsus əmək kitabçasının tədqiqi zamanı onun həqiqətən xx.xx.1995-xx.xx.2015-ci illərdə 14 nömrəli UUT trestinin 5 nömrəli X5 İdarəsində işləməsi və bu qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı “14 saylı X2”nin xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyata alındığı müəyyən edilmi şdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-2157/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-2896/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, müəssisənin fəaliyyətdə olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş ver məmişdir, qeyd olunanlara iddiaçı cavabdehlik daşımır. Bundan əlavə, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçıya həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. Ona görə də, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq g östərir ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra — sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü İlə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensi yasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur.

17. Bundan başqa, məhz sığortaedənlərə münasibətdə məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi həmin dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının vətəndaşların fərdi hesablarının sığorta hissəsində pensiya kapitalı kimi qeydə alınmasını ehtiva etmir və həmin dövrlərin sosial sığorta stajına əlavə edilməsi əsassızdır. Məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyy ən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əm ək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəy ə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyə ti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və d əlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə

1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və i şdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun qanunvericilikdə göstərilən yaş həddinə çatması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması zəruridir.

33. Cava bdehin imtinasının əsasında iddiaçının ümumi sosial sığorta stajının tələb olunan müddətdən (25 ildən) az olması (23 il 4 ay) dayanır. Cavabdeh öz dəlillərində iddiaçının 14 №-li İnşaat X3 5 nömrəli X5 İdarəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2006cı il tarixədək olan əmək fəaliyyətini mübahisələndirir. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçıya həmin müəssisədə işlədiyi dövrdə - 1995-ci ildə 9 ay, 1996-cı ildə 3 ay, 1997-ci ildə 3 ay, 1998-ci ildə 3 ay adına əmək haqqı hesablanmamışdır. Həmin arayışa əsasən 1999-2005-ci illər üzrə müəssisənin fəaliyyəti olmamışdır.

34. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin xüsusatlarla bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir.

35. Cavabdehin imtina mək tubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, 14 №-li İnşaat X3 5 nömrəli X5 İdarəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövr barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi, iddiaçıya müəyyən aylar üzrə əmək haqqının ödənilməsinin müəyyən edilməməsi və müəssisənin fəaliyyətinin müəyyən edilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

36. Hazırkı qərarın 23-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

38. Qərarın 20-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

39. Bununla belə, məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 14 saylı X1 xx.xx.1994-cü il tarixdən qeydiyyata alındığı müəyyən edilmişdir.

40. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin həqiqətə uyğ un olmadığı nəinki sübuta yetirilməmiş, hətta təqdim edilən arxiv arayışı əsasında mötəbərliyini daha da artırmışdır.

41. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının mübahisələndirilən müəssisədə işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqların fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi qeydə alınmaması barədə dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normaya əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

43. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sonuncu iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən həmin məsələnin araşdırılmasına zərurət yoxdur.

44. Onu da nəzərə almaq lazımdır ki, hətta iddiaçının 14 №-li İnşaat X3 5 nömrəli X5 İdarəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrün sadəcə xx.xx.2006-cı il tarixədək olan hissəsi qəbul edilsə belə, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunun sığorta stajı 25 ildən çoxdur (cavabdehin qəbul etdiyi 23 il 4 ay + xx.xx.2006-cı il tarixədək mübahisələndirilən 7 il 6 ay).

45. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümum i iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(103)-2157/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar