Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2688/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; güzəştli şərtlərlə yaşa görə əmək pensiyası GİRİŞ HİSSƏ 05.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X1 ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon ş öbəsinə qarşı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 19 noyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və yaranacaq fərqin 19 noyabr 2012-ci il tarixdən hesablanaraq birdəlik ödənilməsinin cavabdeh şöbənin üzərinə öhdəlik qoy ulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.03.2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-1136/2019) iddia tələbinin təmin edilməsi; iddiaçı X2 19 noyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin 19 noyabr 2012-ci il tarixdən hesablanaraq birdəlik ödənilməsinin cavabdeh şöbənin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)1230/19) cavabdeh şöbənin apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2019-cu qərarının dəyişdirilməsi; iddianın qismən tə min edilməsi; iddiaçıya, mülki aviasiya uçuş heyətində işlə əlaqədar vəzifədə 20 il sığorta stajına görə 07.05.2013-cü il tarixdən hesablanmaqla, əmək pensiyası təyin edilməsi və ötən dövr üçün pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apelly asiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki,işin materiallarında olan, iddiaçının hazırda işlədiyi «xxxx» QSC tərəfindən tərtib olunmuş iş stajı barədə məlumat vərəqinə, eləcə də, əmək kitabçasının surətinə əsasən, iddiaçı 1983-1988-ci illərdə ali təhsil müüəssisəsində təhsil almış (5 il); 10.04.1989 - 17.05.1992-ci illərdə Bakı Aqreqat İstehsalat Birliyində «EV M» xidmət bürosunda mühəndis-elektronçu işləmiş (3 il, 1ay 7gün); 19.11.1992 - 03.01.2005-ci illərdə (12 il 1 ay 14 gün) və 21.06.2005 - 05.04.2017-ci illərdə (11 il 9 ay 14 gün) təyyarə bələdçisi işləmiş və hal hazıradək həmin vəzifədə çalışmaqda davam edir, yalnız 03.01.2005 - 21.06.2005-dək, yəni, 5 ay 18 gün sərnişinlərə xidmət şöbəsinin planlaşdırma və nəzarət üzrə rəis müavini vəzifəsində işləmişdir. Həmçinin işin materiallarında olan «xxxx» QSC-nin 07.12.2018-ci il tarixli 1966 №-li arayışına görə, iddiaçının QSC-də təyyar bələdçisi kimi 01.01.2018-ci il tarixinə qədər 17.952 uçuş saatı mövcud olmuşdur. Göründüyü kimi, 01.04.2017-ci il tarixədək iddiaçının 25 ildən çox ümumi stajı mövcuddur ki, həmin stajın da 23 ildən də çoxunu təkcə «xxxx» QSC-də təyyarə bələdçisi vəzifəsində işlə mişdir. Bunları əsas tutmuş iddiaçı ona gözəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 19.12.2018-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina olunaraq göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddəsinə müvafiq olaraq 01.01.2006-cı ilədək onun 20 il ümumi stajı və 10 il güzəştli stajı olan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçinin isə 01.01.2006-cı ilədək 20 il ümumi əmək stajı olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, qadınların azı 20 il mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar sığorta stajı olduqda, onların güzəştli şərtlərələ əmək pensiyası hüququ yaranır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən, mülki aviasiya üçüş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası görə əmək pensiyası hüququ vardır. İş üzrə müəyyən olunur ki, iddiaçının mülki uçuş heyətində 20 il sığorta stajı 7 may 2013-cü il tarixində tamamlanır (19.11.1992-ci il tarixdən 03.01.2005-ci ilədək 12 il 1 ay 14 gün + 21.06.2005-ci il tarixdən 07.05.2013-cü il tarixədək 7 il 10 ay 16 gün) Lakin 1-ci instansiya məhkəməsi pensiyanın təyin olunma tarixində səhvə yol vermiş, onu 19 noyabr 2012-ci il tarixindən təyin etmişdir. Halbuki, iddiaçının əmək kitabçasının qeydlərinə əsasən 03.01.2005 - 21.06.2005-ci ilədək, yəni, 5 ay 18 gün sərnişinlərə xidmət şöbəsinin planlaşdırma və nəzarət üzrə rəis müavini vəzifəsində işləmişdir. Eyni zamanda, həmin məhkəmə iddiaçının pensiyasının keçmiş müddət üçün ödənilmə qaydasını müəyyən edərkən də düzgün nəticəyə gəlməmişdir. Ona görə də, cavabdeh inzibati orqanın imtinası qismən əsassız və qanunsuz olmuş, iddiaçının iddia tələbi isə qismən əsaslı olduğundan qismən təmin edlməli idi. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.11-ci mad dəsinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Məcəllənin 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin səhvi kimi, iddiaçının qanuna görə, yalnız 55 yaşı tamam olduğu halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olması, lakin iddiaçının hələki bu yaşa çatmadığı, apellyasiya instansiya məhkəməsinin bu halı nəzərə almaması geyd edilsə də, əslində, mülki aviasiya üçüş və uçuş-sınaq heyətində işləyən şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tənzimləyən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində yaş faktoru nəzərdə tutulmamışdır. Həmin maddəyə görə, işçinin burada göstərilən işlərdə müvafiq staj toplaması ona həmin pensiyanın təyin edilməsi üçün kifayətdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəm ənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2688/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2688/2019
05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver