Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2688/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, hüquqi maraq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli 2-1(103)-2542/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul e tdi. İŞİN HALLARİ
1. İddiaçı N sentyabr 2010-01 iyul 2011-ci il tarixlərdə N saylı hərbi hissədə xidmət etmişdir.
2. İddiaçı hərbi hissədə xidmətdə olduğu zaman beton dirək çiyninə düşmüş və travma almışdır. O, 2022-ci ildə cavabdehə müraciət edərək aldığı travmanı təsdiq edən arayışın verilməsini xahiş etmiş, cavabdeh isə bildirmişdir ki, bu yalnız Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının təkrar şəhadətləndirməsi barədə rəyi əsasında mümkündür.
3. İddiaçı aldığı travmanı təsdiq edən Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 31 yanvar 2011-ci il ştamp tarixli 161 nömrəli arayışı, Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin 284 nömrəli akt mövcuddur. Mülki icraat qaydasında baxılan digər iş üzrə həmin sübutlara qiymət verilərək hərbi xidmət dövründə travma alması nəzərə alınmaqla iddiaçı ya sığorta ödənişinin ödənilməsi qərara alınmışdır. 4. 1520 nömrəli 1 yanvar 2013-cü il tarixli zədələnmələrin qeydiyyat kitabı F-7 məhv edilmişdir (13 iyun 2023-cü il tarixli N nömrəli arayış). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəsarətə dair travma haqqında arayışın verilməsi üçün müraciətinə cavabdeh N saylı hərbi hissə tərəfindən verilmiş N sentyabr 2022-ci il tarixli 3457 nömrəli cavab məktubunun qanunsuz hesab edilməsi və N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman xəsarət aldığı barədə travma haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişd ir.
6. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2-1(112)-512/2024 nömrəli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, travma haqqında arayışın verilməsi ilə əlaqədar iddianın qaldırılmasında iddiaçının hüquqi marağı aydın deyildir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının hərbi xidmət dövründə travma alması istər Baş Klinik Hospitalın 161 nömrəli arayışında, istərsə də Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin 284 nömrəli aktında öz əksini tapmış, mülki icraat qaydasında baxılan iş üzrə də həmin sübutlara qiymət verilərək hərbi xidmət dövründə travma alması nəzərə alınmaqla sığorta ödənişinin iddiaçıya ödənilməsi qərara alınmışdır.
8. Məhkəmə 161 nömrəli arayışın tətqiqi il ə bağlı qeyd etmişdir ki, həmin arayış ştatlı hərbi həkim komissiyasının qərarı formasında olmuş, HHK-nin qərarı: Sol korpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotamiyası, ilizarov üsulu ilə osteosintezi cərrahı əməliyyatından sonrakı vəziyyət, travmadır, hərbi xidmət dövründə alınmış, neyrosirkulyator asteniya, kardinal tip, cuzi dərəcədə ifadə olunmuş vegetativ damar pozuntuları, xəstəlikdir hərbi xidmət dövründə alınmışdır, hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməlidir formasında arayış verilmişdir ki, həmin arayışda nəzərdə tutulan travma və onun hüquqi nəticələri ilə bağlı inzibati akt xüsusiyyətinə malik müvafiq sənəd iddiaçıya verilmişdir ki, inzibati akt xarakteri daşıma qla Komissiyanın qərarı əsasında travmanın hərbi xidmət dövründə alınması barədə 161 nömrəli arayış olduğu, eləcə də 284 nömrəli digər bir aktla da hərbi travma təsdiq edildiyi və hərbi xidmət dövründə travmanın alınması müəyyən edilərək məhkəmə qətnaməsi qəbul edildiyi halda iddiaçının hazırkı travma haqqında arayışın verilməsinə dair iddiaya münasibətdə hüquqi marağının nədən ibarət olması aydın olmamış, iddiaçı da həmin maraqla bağlı məktub ünvanlanmasına baxmayaraq hər hansı izahat verməmişdir.
9. Göründüyü kimi hərbi hissənin arayışından daha mötəbər sənədlərlə, eləcə də inzibati aktla iddiaçının hərbi xidmət dövründə travma alması təsdiqini tapmışdır ki, həmin akt qüvvədə olduğu müddətdə yenidən başqa icraat üzrə təsdiqinə zərurətin nədən ibarət olması iddiaçı tərəfindən müəyyən ed ilməmiş, iddiaçının hərbi xidmət dövründə travma alması iş üzrə təqdim edilmiş digər sənədlərlə, o cümlədən inzibati akt xarakterli 161 nömrəli arayış, eləcə də 284 nömrəli akt və ona əsasən qəbul edilmiş məhkəmə qətnaməsi ilə də sübut edilmiş, cavabdehin nümayəndəsinin iştirakı ilə keçən məhkəmə iclasında da iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilə bilməmiş, iddiaçı da həmin hüquqi marağın nədən ibarət olmasını əsaslandıra bilməmişdir.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli 21(103)-2542/2024 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – C.Yusifov, hakimlər – A.Oruczadə və G.Ab basova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının cavabdehə qarşı N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman xəsarət aldığı barədə travma haqqında arayışın verilməsi tələbinin məhkəmə icraatını mümkün edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.
13. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər sırasında onun xəsarət alması faktının təsdiq edilərək Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 31 yanvar 2011-ci il ştamp tarixli 161 nömrəli arayış təqdim olunmuşdur. Həmin arayışda isə təsbit olunur ki, iddiaçı «…07.11.10-cu il tarixdə N saylı hərbi hissədə işləyərkən beton dirəyin çiyninə düşməsi nəticəsində travma alaraq sol körpücük sümüyünün sınması nəticəsində hospitalda əməliyyat keçirmiş, Müdafiə Nazirliyinin HHK-nın qərarı ilə onun aldığı travma aşağıdakı kimi şəhadətləndirilmişdir: «Sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (10.01.11) cərrahi əməliyytından sonrakı vəziyyət. Travmadır, hərbi xidmət dövründə alınmışdır…». Göründüyü kimi, aldığı travma barədə hərbi-həkim komissiyasının qərarı ilə iddiaçıya arayış verilmişdir ki, belə olan halda da o, həmin arayışdan və hərbihəkim komissiyasının qərarından, zərurətdən irəli gələrək öz məqsədləri çərçivəsində, hərbi hissədə qulluq etdiyi dövrdə xəsarət alması faktını təsdiq edən sənəd kimi is tənilən vaxt istifadə etmək hüququna malikdir....konkret halda, iddiaçı mübahisəli arayışı əldə etməkdə hüquqi marağının nədən ibarət olduğunu da əsaslandırmamışdır. Halbuki, arayışın kimə və nə üçün verildiyi, nə məqsədlə tərtib edilməsi, sonunda isə hara təqdim olunacağı göstərilməlidir....cavabdehin işə əlavə olunmuş 13 iyun 2023-cü il tarixli Cavabdeh arayışından görünür ki, zədələnmələrin qeydiyyat kitabı (1520 nömrəli xx.xx.2013-cü il tarixli F-7) məhv edilmişdir. Eyni zamanda, hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi izahatında qeyd etmişdir ki, araşdırma materialları hərbi hissədə 3-5 il saxlanılır, sonra məhv edilir. İddiaçının qulluq etdiyi dövrdən bu yana hərbi hissə dislokasiya yerini N dəfə dəyişmiş və müvafiq əmrlə arxiv materialları məhv edilmişdir. Başqa sözlə, hadisədən 14 il keçdikdən sonra, iddiaçıya xəsarət alması barədə araşdırma materiallarının saxılınlmadığı halda, arxiv materialı olmadan, yəni, konkret arxiv sənədinə istinad olunmadan mübahisələndirilən arayışın verilməsi mümkünsüzdür.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını, inzibati işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - Məhkəmələrin iddiaçının iddia qaldırarkən bunda maraqlı olub-olmamasını sübuta yetirilməli olmasına dair mövqeyi İPM-in 45-46-cı maddələrinə uyğun və düzgün olmamışdır. İ ddiaçı belə bir halı sübut etməyə borclu deyildi. Məhkəmələr iddiaçının özünə aid travma barədə arayışı almaq üçün subyektiv hüququnun olmamasına dair gəldikləri nəticəni əsaslandıra bilməmiş, F-7 kitabının məhv olmasına istinad etsələr də, həmin kitabın hazırkı işə necə təsir etməsini açıqlamamışlar. Halbuki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz göndərməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: a)Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b)Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkün lüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, pro sessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-c i il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olu nmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
27. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.
28. Hazırkı işə müna sibətdə məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq bildirir ki, iddiaçının cavabdehə qarşı “xəsarət alması barədə arayışın verilməsi tələbinə dair” iddiasının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir.
29. Belə ki, işdən görünür ki, iddiaçıya onun xəsarət alması faktının təsdiq edən aldığı travma barədə hərbi-həkim komissiyasının qərarı ilə arayış verilmişdir. Həmin sənəd məhz onun hərbi hissədə qulluq etdiyi dövrdə xəsarət alması faktını təsdiq edir. Bu səbəbdən iddiaçı mübahisələndirilən arayışı əldə etməkdə hüquqi marağının nədən ibarət olduğunu əsaslandırmamışdır. 30. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bə ndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
31. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbini, eləcə də Plenum Qərarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının hazırkı iddiaya münasibətdə hər hansı hüquqi əsaslanmadığından iddia mümkün sayıla bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli 21(103)-2542/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.