Məhkəmə qərarları › İş №2-1(102)-2689/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2689/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2689/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (müddət üzrsüz səbəbdən buraxıldığından vəsatət təmin edilmədi) GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1262/2018 nömrəli, 06 iyun 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə) Ali Məhkəmənin binasında, 20 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 fevral 2018-ci il tarixli 2-1(81)266/2018 nömrəli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia rədd edilm işdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2018 nömrəli iş üzrə 06 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verilmişdir. Ərizənin dəlilləri: Ərizədə bildirilir ki, həbsdə olan şəxslər pulsuz hüquqi yardım almaq hüququna malikdir. O, dövlət hesabına vəkillə təyin olunana qədər qanuna müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ərizəni müdafiə edərək buraxılmış müddətin bərpa olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdeh təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi əsassız olduğundan təmin edilməməli, onun şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-1(103)-1262/2018 nömrəli qərarı 11 iyun 2018-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçının cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı tərəfindən 29 iyun 2018-ci il tarixdə SS511088497AZ nömrəli qəbzə imza etməklə qərarı qəbul etmişdir. ( iş vər 68) Bundan sonra, iddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, ap elyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, ərizə 11 mart 2019-cu il tarixdə poçta təhvil verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2018 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qərardadı ilə iddiaçının dövlət hesabına vəkilllə təmin edilməsi qərara alınmış, 26 aprel 2019-cu il tarixdə qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş, 15 may 2019-cu il tarixdə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iddiaçıya hüquqi yardım göstərilməsi üçün order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib o lunmuş kassasiya şikayəti isə 16 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddəti ötürməsi mübahisəsizdir. Belə ki, mübahisələndirilən qərarın surəti iddiaçının cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə 29 iyun 2018-ci il tarixdə çatdırılsa da, iddiaçı ona dövlət hesabına vəkil təyin edilməsi və müddətin bərpası barədə ərizə ilə kifayət qədər artıq, 9 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, müddətin buraxılmasının hansı səbəblərdən baş verməsi barədə heç bir məlumat verməmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçını təmsil edən vəkil də müddətin üzrlü səbəbdən buraxılmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 24.1 və 24.2-ci madd ələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçiri lməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş ş ikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlə nilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1262/2018 nömrəli iş üzrə 06 iyun 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar