Məhkəmə qərarları › İş №2-1(102)-269/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-269/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-269/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunma; siyahılara daxil edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1663/2021 nömrəli iş üzrə 17.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 1989-1992-ci ildə Kaluqa Mülki Aviasiya Texnikləri Məktəbində təhsil almış, 05.06.1993-cü ildən Müdafiə Nazirinin əmri ilə gənc zabit, leytenant kimi N saylı həbri hissədə aviasiya texniki kimi xidmətə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0385 saylı, 16.07.2015-ci il tarixli əmri ilə xidmət müddəti bitdiyi üçün ehtiyata buraxılmış, Mülki Aviasiya Məktəbindən başqa 23 il, 1 ay, 11 gün hərbi qulluqda olmuşdur.

2. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarix li, 569 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmışdır. İddiaçı qeyd edilən Fərmanı rəhbər tutaraq, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə müraciət edib, dövlət vəsaiti hesabına mənzillə təmin edilməyini xahiş etmişdir. Həmin müraciətə 12.09.2020-ci il tarixli, 3611 saylı cavabda göstərilmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdaq sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.02.2018-ci il tarixli, 63 saylı əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədi yindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir.

1. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 №-li Fərmanına uyğun olaraq, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli, 1(095)-160/2013 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 600 manat miqdarında cərimə edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, 18.01.2013-cii il tarixdən 28.01.2013-cü il tarixədək müddətdə İddiaçı xidmət etdiyi N saylı hərbi hissədən məzuniyyətə buraxılmış, bu barədə 17.01.2013-cü il tarixli məzuniyyət biletində qeydiyyat aparılmışdır. 19.01.2013-cü il tarixdə ailəsi ilə birgə Qazax rayonuna toya getmiş və ünvanına nalayiq ifadələr işlətmiş X1 ilə aralarında mübahisə ol muşdur. Yəni, işin faktiki hallarından görünür ki, cinayət hadisəsinin hərbi xidmətlə hər hansı əlaqəsi yoxdur, hadisə məzuniyyətdə olduğu dövrdə və xidmət etdiyi Bakı şəhərində yox, doğulduğu Qazax rayonunda baş vermişdir. Məhkəmə işin yüngülləşdirici hallarını müəyyən edərək, ona həbs nəzərdə tutulmayan cəza təyin etmişdir. İddiaçıya «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medal məhz Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli hökmü çıxarılandan 13 gün sonra verilmişdir və Müdafiə Nazirliyinə məlum idi ki, məzuniyyətdə olduğu müddətdə, 19.01.2013-cü il tarixdə başına belə bir hadisə gəlmiş və hərbi prokurorluq tərəfindən istintaq aparılır. Hadisənin Müdafiə Nazirliyinə məlum olmasına Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli hökmündə istinad edilmiş və komandanlıq tərəfindən barəsində verilmiş çoxsaylı arayışlardan, o cümlədən müsbət səciyyələndirilməyi barədə xidməti xasiyyətnamədən müəyyən edilir. Xidmətində qüsur olsaydı Müdafiə Nazirliyi onu «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalla təltif etməzdi.

5. Birinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)2576/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Araz Hüseynov) iddia tələbinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi Azərba ycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Cinayət Məcəlləsinin 16.3, 83.1, 83.4, 83.4-1, 83.6-cı maddələrinə, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-1İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin 1, 2-ci bəndlərinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının 3,4-cü hissələrinə, İnzibati-Prosessual Məcəlləsinin 12.1, 58.7, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək b irinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-2576/2021 nömrəli qərarını ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1663/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Həmid Həmidov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.03.2021-ci il tarixli, 21(112)-2576/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual h üquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)1663/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-İi Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-İi Fərmanına uyğun deyildir. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmayıb. TƏTBİQ EDİLƏN HÜQUQ Cinayət Məcəlləsi: Maddə 16.3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəx s tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Maddə 83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Maddə 83.4-1. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vax tından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

12. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı

13. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mü bahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

15. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kassasiya şikayətindəki faktiki olaraq yeganə dəlili ondan ibarətdir ki, “İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir”. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-İi Fərmanına görə isə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etməlidir. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının 20 il ərzində x idməti qüsursuz olmayıb.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.

19. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletə əsasən o, 05.06.1993cü il tarixdən hərbi xidmətə başlamış, 12.11.1999-cu il tarixdə ona kapitan hərbi rütbəsi verilmiş, 16.07.2015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatması) əsasən ehtiyata buraxılmışdır.

20. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 25.06.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, 26.06.2008-ci il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə, 24.0 6.2013-cü il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə, həmçinin 25.06.2004-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, 19.07.2008-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 24.06.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə təltif olunmuşdur.

21. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Gəncə Hərbi Məhkəməsinin 11.06.2013-cü il tarixli 1(095)-160/2013 nömrəli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək 600 manat cərimə cəzasına məhkum edilmişdir.

22. Bununla yanaşı ape llyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməyi barədə müraciəti ilə bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 3611 nömrəli, 12.09.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdaq sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə Nazirinin 21.02.2018-ci il tarixli, 63 saylı əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir.

23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir (hazırkı qərarın 12-14-cü bəndləri).

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun 17. məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur, yəni həmin şəxs cinayət törətməmiş hesab olunur.

25. Eyni zamanda apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdeh Müdafiə Nazirliyinin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən İddiaçı 24.06.2013-cü il tarixdə “Qüsursuz xidmətə görə” 1-ci dərəcə li medalı ilə təltif olunması ilə təkzib olunur.

26. Belə ki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 330-1İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Əsasnamənin 2-ci bəndinə əsasən, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə verilir.

27. Beləliklə də, iddiaçı 05.06.1993-cü il tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 16.07.2015-ci il tarixdən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Xidmət illəri ər zində bir dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmuş, məhkum olunduqdan sonra da iddiaçı xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltif edilmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qullu qçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir.

29. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissə sində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir.

30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə apellyasiya məhkəməsində baxıldıqdan sonra yəni 15 noyabr 2021-ciil tarixdə sözügedən 2011-ci il tarixli 569 nömrəli Fərmanına dəyişikl iklər edilmişdir.

31. Belə ki, Fərmanda edilmiş dəyişikliklər 3-cü hissəyə aiddir, yəni Fərmanın 3-1, 3-2, 3-3-cü hissələr ələvə edilmişdir.

32. Fərmanın 3-1-ci hissəsinə görə müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Fərmanın 3-2-ci hissəsinə əsasən aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh ver mə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət.

34. Fərmanın 3-3-cü hissəsinə müvafiq olaraq Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

35. Lakin qeyd edilməlidir ki, Fərmanın 3-2-ci hissəsi iddiaçıya aid edilə bilməz. Belə ki, iddiaçı 3-2-ci hissəsnin 3-2.1., 3-2.2., 3-2.3-cü yarımhissələrinin müddəalarında nəzərdə tutulmuş hərəkətlər etməmişdir.

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:

33. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1663/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar