Məhkəmə qərarları › İş №2-1(102)-269/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-269/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-269/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddianın mümkünlük şərti, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1041/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 21 iyun 2018-ci il tarixdə "Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsindən azad edilmişdir.

2. Cavabdehin **********6 saylı 21 iyun 2018-ci il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Məşğulluq Xidmətini n “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əsas Azərbaycan Respublikasının X1 17 may 2018-ci il tarixli 2/416 №li məktubu olmuşdur. 3. НТ-İ № 559275 saylı diplomun surətinə əsasən iddiaçı 1988-ci il tarixə Bakı Planİqtisad Texnikumuna qəbul olmuş, 25 iyun 1991-ci il tarixdə mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin xx.xx.2018-ci il tarixli əmrinə əsasən iddi açı 16 iyul 2018-ci il tarixdən şöbənin Sosial xidmət sektorunun baş mütəxəssissosial xidmətçisi vəzifəsinə təyin edilmişdir.

5. Cavabdehin xx.xx.2018-ci il tarixli, **********2 nömrəli və xx.xx.2019-cu il tarixli, **********2 nömrəli “İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrasının həvalə edilməsi” haqqında müvafiq əmrlərdən çıxarışlara əsasən, iddiaçıya 3 (üç) ay müddətinə öz razılığı ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin qulluq funksiasının icrası həvalə edilmiş və həmin vəzifə üzrə nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində əlavə əmək haqqının ödənilməsi təmin edilmişdir.

6. İddiaçı 23 yanvar 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı 7 aprel 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş 21 iyun 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə olan hissədə ləğv olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 21(103)-1447/2020 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)48/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)1447/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsində mühasibat uçotu sektorunda məsləhətçi vəsifəsində işləmişdir. 2018-ci ilin iyun ayında verilmiş əmr əsasında xəbəri olmadan işdən azad edilmişdir. Ona işdən çıxarılmağı barədə ilk məlumatı şifahi şəkildə baş mühasib vermişdir. İşdən çıxarılma səbəbi kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü m addəsinin tələbinə əməl olunmadığı göstərilmişdir. Qeyd edilmişdir ki, iddiaçı orta təhsilli deyil, orta ixtisas (texnikum ) təhsillidir və ixtisası mühasibdir. 27 ildən artıq müddətdir ki, fasiləsiz olaraq məsləhətçi vəzifəsində işləyir. Bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun tələbi hər bir normativ akt kimi özündən sonrakı münasibətlərə şamil olunur. Yəni, həmin qanun qəbul edildikdən sonra qeyd olunan inzibati vəzifəyə qəbul olunan şəxslər, məhz həmin qanunun tələbinə uyğun şəkildə ali təhsilli olaraq işə qəbul edilir. Qeyd etmişdir ki, o işə qəbul olunarkən qeyd olunan qanun mövcud deyildi və belə bir tələb də yox idi. Bu səbəbdən, hesab etmişdir ki, ona münasibətdə qeyd olunan əsasla işdən azad olunmağı barədə qəbul edilmiş əmr qəbul edildiyi andan hüquqi əhəmiyyətsiz sənə d olaraq etibarsızdır.

14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının mübahisələndirdiyi əmrin qanunvericilik normalarının tələblərinə uyğun və əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

16. Məhkəmə “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, hazırkı mübahisədə iddiaçının iddia etdiyi vəzifə inzibati vəzifə olduğundan, o dövlət qulluğunda işə qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməmiş və qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən cavabdeh inzibati orqan tərəfindən İddiaçı hər hansı hüququnun məhdudlaşdırlmadığı müəyyən edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə hazırkı iş üzrə mübahisələndirilən iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğunluğu məhkəmə araşdırması ilə sübut edildiyindən, əmrin ləğv edilməsi ilə bağlı əsaslar olmadığından, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

18. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1041/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6444/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. Kassasiyaçı kassasiya şikayətində işin hallarını və iddia ərizəsinin dəlillərini sadalamış, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 217, 386, 387 və 418-ci maddələrinə istinad edərək məhkəmələr tərəfindən barəsində q əbul edilmiş qərarları əsassız hesab etdiyini qeyd etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri -13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını təmin edir. -13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. M addə

33. Dövlət qulluğuna xitam verilməsi -33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: -33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; -33.1.2. dövlət orqanı ləğv edildikdə; -33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; -33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; -33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; -33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; -33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; -33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; -33.1.9. qanunvericilikdə daha uzu n müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; -33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; -33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; -33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.

25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olm asıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarl a və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati akt ın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı bar ədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdi r.

28. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyi l, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

30. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslı lığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

32. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı cavabdehin 21 iyun 2018-ci il tarixli əmri ilə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə əsasən işdən azad edilmiş, sonra Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 16 iyul 2018-ci il ta rixli əmri ilə şöbənin Sosial xidmət sektorunun baş mütəxəssis-sosial xidmətçisi vəzifəsinə təyin edilmiş, daha sonra cavabdehin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli əmrləri ilə həmin şöbənin Mühasibat uçotu sektorunda məsləhətçi vəzifəsinin icrası ona həvalə edilmişdir.

33. İddiaçı 23 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeyd olunan 21 iyun 2018-ci il tarixli əmrini mübahisələndirmişdir. Lakin həmin dövrdə iddiaçı artıq yuxarıda qeyd olunan əmrlərə əsasən müvafiq vəzifələrdə işləmiş və cavabdehin xx.xx.2018-ci il tarixli əmri barəsində məhkəmə qaydasında mübahisə açmamışdır.

34. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin 21 iyun 2018-ci il tarixli əmri ilə vəzifəsindən azad edilmiş, bundan sonra 2018-ci ilin sentyabr ayında başqa vəzifəyə təyin olunmuş, 23 yanvar 2020-ci il tarixdə iddia ərizəsi verənədək 21 iyun 2018-ci il tarixli əmri mübahisələndirməmiş, nəticədə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüş, müddətin üzrlü səbəbdən buraxılması barədə müraciəti olmamış və bu hal aşağı məhkəmələr tərəfindən hüquqi müstəvidə qiymətləndirilməmişdir.

36. Bütün qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2022-ci il ta rixli qərarı ləğv edilməli, iddia müddəti buraxıldığından iddia mümkün sayılmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1041/2022 nömrəli, 16 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar