Məhkəmə qərarları › İş №2-1(102)-2690/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2690/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2690/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-936/2019 saylı iş üzrə 03.05.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 25 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxar aq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il ta rixdən) hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 30.09.2010-cu il tarixdən yaşa görə (güzəştli şərtlərlə 52 yaşdan) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə müraciət edərək "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pens iya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh 10/24 saylı 13.11.2018-ci il tarixli cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin normalarına əsasən 01.01.2006-cı il tarixədək 29 il ümumi, 14 il xüsusi stajı olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən ona əmək pensiyası orta aylıq əmək haqqının 74 % nisbətində müəyyən olunmalıdır. Beləliklə də, ona “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqi birdəfəlik ödənilməlidir. Birinci instansiya məhkəməsinin 18.01.2019-cu il tarixli iş № 2-1(81)-643/2019, (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.01.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.05.2019-cu il tarixli iş № 2-1(103)-936/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) q ərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1 (81 )643/2019 saylı 18 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onu nla əsaslandırmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqi birdəfəlik ödənilməsi qanunauyğundur. Beləliklə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.09.2019-cu il tarixli 2-1(103)-936/2019 qərarı ləğv edilməli və Bakı İnzibati - İqtisadi Məhkəməsinin 18.01.2019-cu il tarixli 2-1 (81)-643/2019 saylı qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək h üququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 may 2019-cu il tarixli, 2-1(103)-936/2019 saylı qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vək il1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 may 2019-cu il tarixli, 2-1(103)-936/2019 saylı qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qərarının qüvvədə saxlanılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.05.2019-cu il tarixli qə rarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.05.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 may 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsa sən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya “Əmək pensiyaları haq qında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması, pensiya hüququnun yarandığı tarixdən (30.09.2010-cu il tarixdən) hal-hazıradək yaranmış pensiya fərqi birdəfəlik ödənilməsi qanunauyğundur. Beləliklə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.09.2019-cu il tarixli 2-1(103)936/2019 qərarı ləğv edilməli və Bakı İnzibati - İqtisadi Məhkəməsinin 18.01.2019-cu il tarixli 2-1 (81)-643/2019 saylı qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraci ətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD saylı Qanunu ilə - edilmiş dəyişikliyə əsasən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan maddi hüquq normasının tələbinə əsasən 01 yanvar 2006-cı ilədək 20 il ümumi iş stajı, o cümlədən 10 il xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş təl əbləri əsas götürülməklə təyin edilir. Hazırkı halda da iddiaçının yaşı (52 yaş) və stajı (20 il ümumi, o cümlədən 10 il xüsusi staj) əvvəlki qanunvericiliyin tələbinə əsasən nəzərə alınmış və ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın 01.01.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Göründüyü kimi, iddiaçıya 30 sentyabr 2010-cu ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 30.09.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, o cümlədən 17-ci maddəsinin 5-ci bəndinin tələbinə əsa sən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə zidd olmuşdur. Cavabdehin 13 noyabr 2018-ci il tarixli imtinasından, eləcə də, nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, işin mübahisələndirilən halı ondan ibarətdir ki, pensiyanın əmək haqqı əsasında hesablanması 01 yanvar 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə qüvvədən düşmüşdür. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun (01.01.2010-cu ilədək qüvvədə olmuş redaksiyası) 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası h üququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı, tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək h aqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin maddənin 01 iyul 2017-ci ilədək olan redaksiyasına əsasən qanunun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə (2006-cı il yanvarın 1-dək) qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının 30 sentyabr 2010-cu ildə əmək pensiyası hüququnun yarandığı vaxt artıq əmək pensiyası qanunvericiliyində, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədən düşmüşdür. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya təyin olunan pensiyanın artıq mövcud olmayan qaydalar əsasında orta aylıq əmək haqqından hesablanması yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun deyildir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 03.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.05.2019-cu il tarixli 21(103)-936/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar