Məhkəmə qərarları › İş №2-1(102)-2690/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2690/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2690/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, işin hallarının araşdırılmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-62/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 29 dekabr 2006-cı il tarixli 592 nömrəli müqaviləyə əsasən Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında yerləşən 55 kv.m torpaq sahəsi verilmişdir. Eyni zamanda həmin müqaviləyə torpaq sahəsinin situasiya planı əlavə edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 439 nömrəli qərarı ilə Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında uzun müddət abadlaşdıraraq istifadə etdiyi 55 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə ayrılması qərara alınmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, S.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh 24 avqust 2021-ci il tarixli müraciətə cavab olaraq bildirmişdir ki, elektron kadastr məl umatına əsasən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmiş, həmçinin, ləğv edilmiş DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktı təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa, binalarının yaxınlığında ümumi istifadədə olan sahədə yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi 62 saylı binasının yanında yerləşən 55 kv.m torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində qeydiyyata alınm ası ilə bağlı çıxarışın verilməsi və torpaq sahəsinin sərhədlərini müəyyən edən sənədin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 439 nömrəli qərarına əsasən Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında 55 kv.m. torpaq sahəsi onun şəxsi mülkiyyətinə verilmişdir. Həmçinin Binəqədi Rayonu X1 Ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 592 nömrəli müqavilə bağlanılmışdır. Həmin qərar Milli Arxiv İdarəsində də qeydə alınmışdır. Bakı şəhə ri. Binəqədi rayonu. Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən 55 kv.m. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh **********30 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10339/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, DTXK tərəfindən razılaşdırılmış alqı-satqı aktı təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu da onu göstərir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 aprel 2022-ci il tarixli, 2-1(103)-11 34/2022 nömrəli qərardadı ilə (hakimlər X4 (məruzəçi), X7 və X5) Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 12 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-62/2023 nömrəli qərarı ilə (hakimlər X15 (məruzəçi), X3 və X8) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10339/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞ İ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, hazırki torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim olunmadığından iddia tələbi əsaslı deyildir. Lakin bu yanaşma qanuni sayıla bilməz. Belə ki, cavabdeh orqandan dövlət reyestrində qeydiyyata alınması istənilən daşınmaz əmlak, mənzil və ya yaşayış evi deyil, məhz torpaq sahəsidir. İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yanında yerləşən torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün müraciət etmişdir. Cavabdeh orqanın tələb etdiyi Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi isə müvafiq olaraq mənzilin yaxud fərdi yaşayış evinin tikintisi zamanı qeydiyyata alınması üçün müraciət edərkən tələb olunur. Torpaq sahəsi üçünsə qanunvericiliklə belə bir tələb qoyulmamışdır.

16. Daha sonra qeyd edilir ki, cavabdeh imtina məktubunda “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsi və həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsaslanaraq qeyd etmişdir ki torpaq sahəsinin mülkiyyətə verilməsi DTXK-nin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyi alındıqdan sonra həyata keçirilir. Cavabdeh orqan tərəfindən imtina məktubunda istinad etdiyi Qanunun həmin maddəsi bilərəkdən və qərəzli olaraq tə hrif olunmuşdur. Belə ki həmin Qanunun 6.5-ci maddəsində qeyd olunmuşdur ki “torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.” Maddədən göründüyü kimi sözügedən rəy fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilmiş torpaq sahələrinə aid olunur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; Maddə

47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələd iyyələrə keçən torpaqlar hesabına yaranır. 19. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxi l edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə

4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin in mülkiyyətinə vermək Maddə

5. X2 edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə X2 olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində b ələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatın dan əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər ol duqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəala rı tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Hazırki inzibati iş üzrə mübahisə predmeti Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 439 nömrəli qərarı i lə iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlıdır.

27. İşin hallarından görünür ki, yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 55 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmiş, bununla bağlı iddiaçı ilə Binəqədi Bələdiyyəsi arasında 29 dekabr 2006-cı il tarixli 592 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

28. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə baza məlumatlarının olmamasına, ləğv edilmiş DTX tərəfindən alqı-satqının təsdiq edilməməsinə və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalama Baş İdarəsinin rəyinin əl avə olunmamasına istinad etmişdir.

29. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət etsə də, nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşmamış və iddia tələbini rədd etmişlər.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxarkən ətraflı araşdırma aparmadan iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir.

31. Belə ki, materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-62/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Qərardadla məhkəmə kollegiyası ekspertizanın aparılmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Ka dastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərini cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir.

32. Həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmış 55 kv.metr torpaq sahəsi Binəqədi rayon, Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsində yerləşən 55 kv.metr torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyildir. Hal-hazırda həmin torpaq sahəsi boş sahədir. Həmçinin, təqdim olunan torpaq sahəsinin parametrləri ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsində yerləşən torpaq sah əsinin faktiki yerləşməsinin və ölçüsünün Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisinə uyğun olduğu müəyyən edilmişdir.

33. Bundan əlavə iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli rəy mövcuddur. Həmin mütəxəssis rəyinin nəticə hissəsində isə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 62 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsinin Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisi olub-olmaması barədə vahid elektron kadastr bazasında məlumat aşkar edilmədiyi, həmin torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşdiyi, torpaq sahəsinin təyinatı üzrə "Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu, torpaq sahəsinin situasiya planına uyğun olmadığı qeyd edilmişdir.

34. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert və mütəxəssis rəylərini qarşılıqlı şəkildə müqayisə etdikdən sonra bu qənaətə gəlmişdir ki, mütəxəssis rəyi əsaslıdır.

35. Ekspert rəyi ilə razılaşmayan məhkəmə kollegiyası qərarda qeyd etmişdir ki, ekspert rəyində iş üçün əhəmiyyətli olan hallar araşdırılmamış, torpaq sahəsinin Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi, ümumi istifadədə olan torpaq sahəsinin ərazisi olmaması barədə əsaslı bir dəlil göstərilməmişdir. Eyni zamanda, ekspert tərəfindən rəy verilməsi zamanı mütəxəssis rəyinin təqdim olunması barədə vəsatət ve rilmiş, lakin rəy hazırkı mütəxəssis rəyi ilə ziddiyyət təşkil edir.

36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin yanaşmasını işin hallarının ətraflı təhlil edilməsi baxımından düzgün hesab etmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-62/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərardadından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

37. Buna baxmayaraq mütəxəssis rəyi Xidmətin mütəxəssisləri tərəfindən deyil, cavabdehin özü tərəfindən verilmişdir.

38. Eyni zamanda apely asiya instansiyası məhkəməsi ekspert rəyi ilə razılaşmayarkən qeyd etmişdir ki, rəy əsaslandırılmamışdır. Lakin məhkəmə öz xidməti vəzifəsindən və qanunvericiliyin ona verdiyi imkandan yararlanmayaraq əlavə və ya təkrar məhkəmə ekspertizası keçirməmiş, 55 kv.m torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilibgöstərilməməsi barədə araşdırma aparmamışdır.

39. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə mütəxəssis rəyi arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi rəy vermiş mütəxəssis və eksperti məhkəməyə dəvət edib ziddiyyətin aradan qaldırılmasını müzakirə etməmişdir.

40. Beləliklə, ziddiyyətli hallar ın aradan qaldırılması məqsədi ilə işə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi Bələdiyyəsinə, zərurət olarsa digər dövlət orqanlarına müvafiq sorğular verilməli və həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmalıdır. Bundan əlavə, torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən ərazinin elektron kadastr baza məlumatlarına baxış keçirilməli, həmin məlumatlar kağız formatında tələb edilib işə əlavə olunmalı, torpaq sahəsinin dövlət mülkiyyətində, yaxud bələdiyyəyə məxsus olması, ümumi istifadə edilməsi üçün nəzərdə tutulan ərazidə yerləşməsi yoxlanılmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən məlumatlar əldə edilməlidir.

41. Bu s əbəbdən də, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman qeyd edilən hallar araşdırmalı, aparılan araşdırmalar nəticəsində mübahisə predmeti olan torpaq sahəsinə zərurət olduqda tərəflərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin müəyyən etdiyi mütəxəssis və ekspertin iştirakı ilə birgə baxış keçirməli, ərazinin sxemi tərtib edilib işə əlavə edilməlidir.

42. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina əsaslarından biri torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin olmaması ilə bağlıdır.

43. Bununla da əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

44. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak x arakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

45. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.

46. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

47. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir...

48. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsiplə ri baxımından qiymətləndirilməlidir”.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarını rəhbər tutmamış, orada göstərilən tələblərə uyğun qiymətləndirmə aparmamışdır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

51. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasi ya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 2- 1(103)-62/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar