Məhkəmə qərarları › İş №2-1(102)-2690/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2690/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2690/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsinə dair iddianın mümkünlük şərtlərinə cavab verməməsi, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli əmrinin iddiaçıya aid hiss ədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(105)-542/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli əmrinə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən buraxılmasının təmin edilməsi Şəxsi Heyət Baş İdarəsinin rəisinə tapşırılmışdır.

2. N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmr i ilə İddiaçı Ordu Sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən tərxis edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli əmrinin ona aid hissədə ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikasının Silah lı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olmuşdur. Xidmətinin yalnız N ilini N saylı hərbi hissədə olmuş, 2017-ci ilin may ayının 23-dən ön xətdə N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.2023-cü il tarixli N saylı hərbi hissə komandirinin əmri ilə Ordu Sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən tərxis edilmişdir. Xidməti ərzində dəfələrlə mükafatlandırılmışdır. 2020-ci ilin Vətən müharibəsi dövründə, 2023-cü ilin antiterror əməliyyatları zamanı torpaqlarımızın müdafiəsində və düşməndən azad edilməsində aktiv iştirak etmişdir. Vətən müharibəsi iştirakçısı statusu almışdır. “Suqovuşanın azad edilməsi”, “Vətən müharibəsi iştirakçısı” “Azərbaycan Ordusunun 100 illik yubiley” medalları ilə və digər təltiflərlə mükafatlandır ılmışdır. Xidməti dövründə komandanlığın verdiyi əmr və tapşırıqları vaxtında icra etmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək, xidmətə bərpa olunması və tərxis olunduğu gündən xidmətə başladığı günədək əməkhaqqının verilməsini xahiş etsə də, Müdafiə Nazirliyi tərəfindən müraciətinə 30 gün ərzində cavab verilməmişdir. Cavabdeh onu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “e” bəndinə əsasən xidmətdən tərxis etməzdən əvvəl şərəf məhkəməsi keçirməmişdir. Cavabdehin yalnız Əsasnamənin “ə” bəndinə əsasən birbaşa tərxis etmək hüququ vardır. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Cavabdeh Əsasnamənin tələblərini pozaraq onunla söhbət aparmadan, hərbi-həkim komissiyasından tibbi müayinədən keçirmədən onu Ordu Sıralarından qanunsuz və əsassız tərxis etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: A.O.Axundova) 13 mart 2025-ci il tarixli, 2-1(118)-877/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş və İddiaçı həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

7. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında İddiaçı adı çəkilmiş, onun barəsində cinayət işi olmamışdır. İddiaçının hərbi xidmətdə əldə etdiyi nailiyyətləri və hərbi qulluqçuların pozulmuş hüquqlarını qoruyan yuxarıda qeyd edilmiş hüquq normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrə səbəb olmuş əsaslar mövcud olmadığına görə mübahisələndirilən əmr ləğv edilməklə iddiaçının qanunvericiliyin qeyd edilmiş normalarına uyğun olaraq pozulmuş hüquqları bərpa edilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv o lunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Apellyasiya insnansiyası məhkəməsinin iclasında iddiaçı bir daha iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilk tələbi nəzərə alınmaqla cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv olunmasını xahiş etmişdir.

10. İddiaçı həmçinin müddət bərpa barədə ərizə təqdim edərək, işdənçıxma əmrindən şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 05 iyun 2025-ci il tarixli, 2-1(105)-542/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2-1(118)-877/2025 nömrəli qərarı ləğ v edilmiş, İddiaçı ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsi rədd edilmiş, onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin N oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi və xidmətdən qanunsuz azad edildiyi dövrdən xidmətə bərpa olunduğu müddətədək əməkhaqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli, 76 nömrəli əmri əsasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli əmri ilə iddi açının ehtiyata buraxılmasına dair inzibati akt qəbul edilməsi barədə “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq ona məlumat verilmişdir. Belə ki, İddiaçı ehtiyata buraxılması barədə göndəriş vərəqəsi xx.xx.2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirilməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək, hərbi hissənin siyahısından çıxarılıb hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilmişdir. İddiaçı üçün iddia müddətinin axımı xx.xx.2023-cü il tarixli əmrin ona elan edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il başa çatmışdır. İddiaçı qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini üzrlü səbəblər olmadan ötürərək xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, üzrlü səbəblər olmadığına görə ötürülmüş iddia müddəti bərpa oluna bilməz, bu səbəbdən iddia mümkünsüz hesab edilməlidir.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, N oktyabr 2023-cü il tarixli əmrdən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Belə ki, həmin əmrdə mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Belə olduğu halda, həmin qərardan şikayət vermə müddə ti 1 ay deyil, 6 ay nəzərdə tutulmalıdır. Tərxis olunduğu müddətdə barəsində araşdırma aparılırdı və o, araşdırmanın nəticəsini gözləyirdi. Həmin müddətdə hesab edirdi ki, onun barəsində də cinayət işi açılıb. Lakin sonradan bilmişdir ki, barəsində olan material üzrə yalnız İlkin Oruclu məsuliyyətə cəlb edilib və bu barədə qərar xx.xx.2024-cü il tarixdə çıxarılıb. Ordu sıralarından tərxis olunduqdan sonra çıxarılmağa səbəb olan faktla bağlı hüquq mühafizə orqanının qərarı əhəmiyyətli olduğu üçün həmin müddətdə qərarı da gözləmişdir. Bundan başqa o, xroniki virus hepatit B və xroniki bruselyoz xəstəliyindən əziyyət çəkir. xx.xx.2023-сü tarixdən Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və Ordu sıralarından tərxis olunduğu gündən xəstəxanada stasionar və ambulator müalicələr almışdı r. a) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiy asına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anında n başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.... Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hal larda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla b ilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraa t qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın m ümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdiril məsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası mə hkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən barəsində qəbul edilmiş N oktyabr 2023-cü il tarixli əmrin ləğv olunması və həqiqi hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Bu baxımdan, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərind ən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

29. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prose ssual müddəti ötürmüşdür.

30. Belə ki, iş üzrə materiallardan görünür ki, İddiaçı ehtiyata buraxılması barədə göndəriş vərəqəsi xx.xx.2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılmaqla hərbi qeydiyyata alınmasıl üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə göndərilmişdir.

31. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin “İnzibati icraat haqqında haqqında” Azərbaycan Respublikasının Qanunun 73.2-ci maddəsində nəzərdə tutulmuş 6 aylıq müdd ətin hazırkı mübahisəyə tətbiq olunmalı olması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. 33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsi həmin maddənin adından da göründüyü kimi, məhz inzibati şikayətin verilməsi ilə bağlıdır.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati şikayətin verilməsi ilə məhkəmədə iddia qaldırılması prosedurları fərqləndirilmiş, hətta İPM-nin 38.3cü maddəsində qeyd edilmişdir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda, bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə t utulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır.

35. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində nəzərdə tutulan iddia müddəti ilə “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində nəzərdə tutulan inzibati şikayətin verilməsi müddəti fərqli anlayışlardır.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın xüsusi mümkünlük şərti (iddia müddəti) apellyasiya məhkəməsi tərəfindən İPM-in 38-ci maddəsinin tələbləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmışdır.

37. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa ed ilməsi barədə ərizə verilsə də, müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının ərizəsində, həmçinin kassasiya şikayətində istinad etdiyi hallar isə müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

38. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrdən məlumatlı olduğu halda, qanunvericiliklə müəyyən olunmuş müddətdə həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.

39. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

40. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

41. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti on dan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

42. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahi yyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2-1(105)-542/2025 nömrəli qərardadı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar