Məhkəmə qərarları › İş №2-1(102)-2691/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2691/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2691/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: mümkünlük GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və cavabdeh Nazirliyin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrə düzəlişin edilməsi və pensiyanın düzgün hesablanmamasına görə dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 04 i yun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin Yerüstü artilleriya kafedrasının RAS silsiləsinin rəisi - baş müəllimi təyin olunmağı haqqında Müdafiə Nazirinin 13.06.1995-ci il tarixli 0672 saylı əmrində “xidmət mənafeyi naminə (yaşa görə)” düzəlişinin edilməsinin və 1997-ci ildən bu günə qədər pensiyasının düzgün hesablanmaması ilə əlaqədar ona dəymiş ziyanın tam şəkildə ödənilməsinin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərardadı ilə (hakim A.Abdullayeva; iş No 2-1(81)-1685/2019) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadı ilə(sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 21(103)-1420/2018) apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçıların kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiy a məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirliyin vəkili D.Əfrasiyabova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLAND İRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.06.1995-ci il tarixli 0672 saylı əmri ilə iddiaçı Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin Yürüstü arti lleriya kafedrasının RAS silsiləsinin rəisi-baş müəllimi təyin olunmuşdur. İddiaçıya pensiya təyin edilərkən də həmin vəzifə maaşına uyğun olaraq pensiyası hesablanmışdır. İddiaçı hazırda həmin əmri mübahisələndirərək, əmrdə yaşı ilə əlaqədər xidmət mənafeyi naminə az maaşlı vəzifəyə təyin olunması göstərilmədiyinə görə, əmrə dəyişiklik edilməsini, əmrdə “xidmət mənafeyi naminə (yaşa görə)” düzəliş edilməsini xahiş etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, mübahisələndirilən əmr 13 iyun 1995-ci il tarixlidir. İddiaçının sözügedən əmri mübahisələndirməyə dair subyektiv hüququ da elə həmin tarixdən, hüquqlarının pozulduğunu bildiri andan yaranmış hesab olunmalıdır. İddiaçı biri nci instansiya məhkəməsinin iclasında verdiyi izahatında həmin əmri mübahisələndirmək üçün uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmə səbəbini cavabdeh Nazirlik tərəfindən ona verilən vədlərlə əsaslandırmışdır. Həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı 20 ildən çox müddətdə məhkəməyə müraciət etməmiş və cavabdeh inzibati orqanın 13 iyun 1995-ci il tarixli əmrini mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10.04.2015-ci il tarixli qərarına əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hal larda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Pl enum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Belə olan halda iddiaçının iddia tələbi mümkün sayıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri e tməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərildən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, işin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi mübahisəli inzibati akta-əmrə hüquqi qiymət versə də, həmin sənəd işin materiallarında mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İPM-nin “İddia ərizəsinin məzmunu adlanan” 46.2.4-cü maddəsinə görə, iddia ərizəsində əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə müvafiq olaraq iddia ərizəsi bu Məcə llənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Hazırki işdən görünür ki, mübahisələndirilən inzibati akt-əmrlə əlaqədar işə baxmış məhkəmələr iddiaçıya yuxarıda qeyd edilənlərlə əlaqədar hər hansı hüquqi yardım göstərməmişlər. Halbuki Azərbaycan Respublikası İPM-nin məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Eyni zamanda prosessual qanunvericilik sübutların toplanılması sahəsində məhkəməyə mühüm hüquqlar vermişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 60-cı maddəsinə uyğun olaraq inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəali yyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Lakin işdən görünür ki, işə baxmış məhkəmələr qanunvericiliklə onlara verilmiş posessual hüquqlardjan istifadə etməmişlər, nəticədə bu iş üzrə məhkəmə araşdırılması tamamlanmamışdır. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün m əcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçıkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar