Məhkəmə qərarları › İş №2-1(102)-2691/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2691/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2691/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-142/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1975 – 1980-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil almış və həmin təhsil müəssisəsini 1980-ci ildə bitirmişdir.

2. İddiaçı İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 4 avqust 1980- ci il tarixdən 20 oktyabr 1980-cı il tarixədək və 8 iyun 1982-ci il tarixdən 26 dekabr 1984-cü il tarixədək SMD-40-da betonqarışdıran, 1985 – 1996-cı illərdə həmin kolxozda iş icraçısı vəzifəsində işləmiş, xx.xx.2003-xx.xx.2008-ci il tarixədək və xx.xx.2009-xx.xx.2009-cu ilədək "xxxx" MMC-də iş icraçısı, xx.xx.2009-xx.xx.2013-cü ilədək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

4. Cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərlə güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 26 gün təşkil edir, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barə də qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1975 – 1980-cı illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış və oranı bitirmiş, sonradan 2 il hərbi xidmətdə olmuşdur. İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı, 4 avqust 1980- ci il tarixdən 20 oktyabr 1980-cı il tarixədək və 8 iyun 1982-ci il tarixdən 26 dekabr 1984-cü il tarixədək SMD-40-da betonqarışdıran, 5 yanvar 2009-cu il tarixdən 15 iyun 2009-cu il tarixədək “Azəriservis LTD” müəssisəsində iş icraçısı, 3 iyul 2009-cu il tarixdən 9 iyul 2013-cü il tarixədək "xxxx" MMC-də mühəndis, 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xx xx" MMC olan təşkilatda iş icraçısı, 30 mart 2014-cü il tarixdən 28 yanvar 2019-cu il tarixədək "xxxx" MMC-də baş mühəndis işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. İmişli rayon Dövlət Arxivinin 31 may 2020-ci il tarixli arayışı ilə onun İmişli rayonu H.Aslanov adına kolxozda 1970 – 1975-ci illərdə kolxozçu, 1985 – 1996-cı illərdə iş icraçısı işlədiyi təsdiq olunur. "xxxx" MMC-in 20 may 2020-ci il 155 nömrəli arayışı ilə onun 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008- ci il tarixədək və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək hazırda hüquqi adı "xxxx" MMC olan təşkila tda iş icraçısı işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsinin “b” bəndinə görə iş icraçılarının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olması təsdiq olunur. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Həmin İdarənin 26 noyabr 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sənədlərlə guya güzəştli iş stajı 12 il 6 aydan az, yəni 8 il 11 ay 26 gün təşkil edir, bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin həmin hərəkəti qanu nsuzdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Rəsmi sənədlərdən göründüyü kimi, o, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il kolxozda, 6 il 4 ay müvafiq qurumda (MMC-də) iş icraçısı işləmişdir. Onun ümumi iş stajı isə, 25 ildən çoxdur.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş iş stajından azdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarının 3.2-cü bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: (3.2.1) əmək kitabçası, (3.3.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəru ri sənədlər əlavə edirlər. Qaydaların 2 saylı əlavəsinə əsasən sözügedən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının kolxozda işlədiyi iş icraçısı peşəsi güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iş icraçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu bölməsinin “b” bəndində qeyd edilən “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində nəzərdə tutulmu şdur. İddiaçı fərqli sahədə, yəni kənd təsərrüfatı sahəsində ixtisaslaşmış kolxozda həmin icraçısı peşəsində işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi nə əmək kitabçası, nə də ki, arayışda kolxozda işlədiyi iş icraçısı peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olması qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək (05 il 01 ay 02 gün) və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək (05 ay 08 gün) olan dövrlər ərzində həmin müəssisədə cəmi 06 il 03 ay 07 gün iş icraçısı vəzifəsində işləmiş və qeyd edilən peşə AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 29-cu bölməsini n “b” bəndində qeyd edilmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən peşələrin ona güzəştli pensiya hüququ verən peşələr və onun həmin peşələrdə hansı sahələrdə işləməsi qeyd edilmədiyindən, həmçinin iddiaçı həmin peşələrin və onların aid olduqları sahələrin ona güzəştli pensiya hüququ verən peşələr və sahələr olmaları barədə iş yerlərindən arayışlar təqdim etmədiyindən, həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. Ali Məhkəmənin 2-1(102)-283/2019 saylı iş üzrə 30 aprel 2019-cu il tarixli qərarına qeyd edilir: “Apellyasiya instansiyası məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi onda n ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3442/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan (5 dekabr 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, 5 dekabr 2014-cü il tarixdə 57 yaşı tamam olan hazırkı İddiaçı 25 ildən artıq ümumi staja, o cümlədən AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olması müəyyən edilir. Bu qənaət ondan irəli gəlir ki, iddiaçının 1985 – 1996-cı illər üzrə İmişli rayonu H.Aslanov adına kolxozda “iş icraçısı” işləmiş və həmin illər üzrə minimum adam gününü (260 gün) yerinə yetirmişdir. Mövcud qanunvericilik normaları bütün bina, qurğu və digər obyektlərin inşası sahəsində “iş icraçısı” vəzifəsində çalışanları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən etmiş və müvafiq dövrdə fəaliyyət göstərmiş kolxozlarda həmin vəzifə tutmuş şəxsləri də bu kateqoriyaya aid etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı əmək fəaliyy əti ilə bağlı əmək kitabçası və arayışlarda göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin əmək kitabçası və arayışlar «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə görə mötəbər hesab olunur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-142/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, İddiaçı əmək pensiyasın ın təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi 22 sentyabr 2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni 22 sentyabr 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli, 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26 noyabr 2020-ci il tarixli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 22 sentyabr 2020-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırkı tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (22 sentyabr 2020-ci il) əvvəlki illər üçün, yəni 22 sentyabr 2017-ci il tarixindən hesablanaraq ödənilə bilər.

13. Beləliklə məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 87-ci, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 n ömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"na və «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1ci maddəsinə istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunda göstərilənlərlə eynilik təşkil edir.

16. Əlavə olaraq qeyd edir ki, iddiaçının H.Aslanov adına kolxozda 1985-1996-cı illərdə işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı təsdiq olunmuş siyahıda öz əksini tapmamışdır. Bundan başqa iddiaçının istər əmək kitabçasında istərsə də təqdim etdiyi arayışlarda onun H.Aslanov adına kolxozda 1985-1996-cı illərdə işlədiyi iş icraçısı vəzifəsinin güzəştli kateqoriyaya aid olduğu da göstərilməmişdir. Bundan əlavə analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 2-1(102)-283/2019 nömrəli qərarına nəzər yetirdikdə həmin mövqeyin hazırkı iş üzrə cavabdehin mövqeyi ilə üst-üstə düşür. Bu əsasla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

17. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələri n, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığor ta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

26. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 26 gün) təşkil edir. Həmçinin iddiaçının H.Aslanov adına kolxozda 1985-1996-cı illərdə işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kab inetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda öz əksini tapmamış və iddiaçının istər əmək kitabçasında, istərsə də təqdim etdiyi arayışlarda H.Aslanov adına kolxozda 1985-1996-cı illərdə işlədiyi iş icraçısı vəzifəsinin güzəştli kateqoriyaya aid olduğu da göstərilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"nda “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” bəndinin 2290000b-24441 kodu altında iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədir və iş icraçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin b bəndində qeyd edilən-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində nəzərdə tutulmuşdur.

28. Bundan başqa məhkəmə kollegiyası cavabdehin dəlili ilə razılaşaraq qeyd edir ki, Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. İddiaçının isə təqdim etdiyi nə əmək kitabçası, nə də ki, arayışda kolxozda işlədiyi iş icraçısı peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olması qeyd edilməmişdir.

29. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışdan göründüyü kimi, iddiaçı 2 yanvar 2003-cü il tarixdən 1 oktyabr 2008-ci il tarixədək (05 il 01 ay 02 gün) və 5 yanvar 2009-cu il tarixdən 13 iyun 2009-cu il tarixədək (05 ay 08 gün) olan dövrlər ərzində həmin müəssisədə cəmi 06 il 03 ay 07 gün iş icraçısı vəzifəsində işləmiş və qeyd edilən peşə AR Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahını n 29cu bölməsinin “b” bəndində qeyd edilmişdir. Həmin arayışlarda isə qeyd olunan güzəştli stajın müddəti 12 il 6 aydan azdır.

30. İddiaçı fərqli sahədə, yəni kənd təsərrüfatı sahəsində ixtisaslaşmış kolxozda iş icraçısı peşəsində işləmişdir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşələrin ona güzəştli pensiya hüququ verən peşələr və onun həmin peşələrdə hansı sahələrdə işləməsi qeyd edilmədiyindən, həmçinin iddiaçı həmin peşələrin və onların aid olduqları sahələrin ona güzəştli pensiya hüququ verən peşələr və sahələr olmaları barədə iş yerlərindən arayışlar təqdim etmədiyindən, həmin peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz.

32. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı su i-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur.

33. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər.

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əsasən iddiaçının işlədiyi həmin müddətin güzəştli iş stajına daxil edilmədiyi təqdirdə, onun tələb olunan güzəştli iş stajını toplamadığı və güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyasının təyin edilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilmədiyi müəyyən olunur. Bu baxımdan yuxarıda istinad olunan normalara əsasən, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayıla bilməz.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2- 1(103)142/2023 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar