Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2692/2019 23.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəxslər: “Nobelstiftelsen”(Nobel Fondu), Nobel Ailə Cəmiyyəti, Bakı Nobel İrsi Fondu) qarşı iş üzrə (Açar söz: əmtəə nişanlarının qeydiyyatının etibarsız hesab edilməsinə dair qərarların ləğvi) GİRİŞ HİSSƏ Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, üçüncü şəxs “Nobelstiftelsen” (Nobel Fondu)-nun nümayəndəsi X1, üçüncü şəxslər Bakı Nobel İrsi Fondunun və Nobel Ailə Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (üçüncü şəx slər: “Nobelstiftelsen”(Nobel Fondu), Nobel Ailə Cəmiyyəti, Bakı Nobel İrsi Fondu) qarşı qərarların ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasına qarşı məhkəmədə iddia qaldıraraq 28.04.2016-cı il tarixli **********35, E-1271; **********39, E-1272, **********7, E-1273, **********40, E-1274 və **********38, E-1275 №-li qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsa slandırmışdır ki, Şirkət “X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X” əmtəə nişanlarının qeydiyyatı ilə bağlı cavabdehə 09 aprel 2014-cü il tarixdə müraciət etmişdir. Komitə tərəfindən ilkinlik tarixi 09 aprel 2014-cü il olmaqla 21 may 2014-cü il tarixdə Şirkətin adına həmin əmtəə nişanları 35, 36, 41 və 42-ci siniflər üzrə qeydiyyata alınmışdır. Sonradan “Nobelstiftelsen” tərəfindən 2015-ci ilin dekabr ayında adıçəkilən əmtəə nişanları üzrə qeydiyyatın etibarsız hesab edilməsi barədə Komitəyə müraciət edilmiş və 28 aprel 2016-cı il tarixli qərarlarla qeyd olunan əmtəə nişanlarının qeydiyyatı etibarsız hesab edilmişdir. Cavabdeh qərar qəbul edərkən «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin «c» bəndinin pozuntusunu əsas gətirmişdir. İddiaçı hesab edir ki, həmin pozuntu baş verməmişdir. Belə ki, Nobel Fondunun qurucusu olmuş Emanuel Nobelin varislərindən (qardaşının nəvəsi) biri olan Qustav Nobel tərəfindən həmin əmtəə nişanlarından iddiaçı şirkət tərəfindən istifadə edilməsinə razılıq verilmiş və şəxsən Qustav Nobel cavabdeh qurumda icraat zamanı həmin razılığı bir daha ifadə etmişdir. “Nobelstiftelsen”(Nobel Fondu), Nobel Ailə Cəmiyyəti və Bakı Nobel İrsi Fondu 3-cü şəxs qismində cəlb edilmişlər. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2408/2018 saylı, 09 oktyabr 2018-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2408/2018 saylı, 09 oktyabr 2018-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki,Qanunun tələbinə əsasən əmtəə nişanı və ya onun elementi kimi qeydiyyata alınması üçün tanınmış şəxsin və onun varislərinin razılığı olmalıdır. “Nobel Fondu” və “Nobel Ailə Cəmiyyəti”nin razılığı olmadan belə firma və şirkətlərin qeydiyyata alınması və faəliyyət göstərməsi Nobel Fondunun açıq-aşkar Nobel adına olan əqli və tarixi mülkiyyət hüquqlarının pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarından İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, əmtəə nişanlarının tərkibində tanınmış “Nobel” şəxsinin adı olduğuna görə onların qeydiyyata alınması zamanı tanınmış şəxsin və onun varislərinin razılığı tələb olunduğu halda, iddiaçı tərəfindən belə bir razılıq təqdim edilməmişdir. Halbuki, əmtəə nişanlarının qeydiyyata alınmasına Qustaf Nobel vərəsə olaraq öz razılığını vermişdir. Digər tərəfdən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndi hər hansı nişanın qeydiyyatına icazə verməli olan varislərin dairəsini tənzimləməmişdir. Məhkəmənin qənaətindən belə nəticəyə gəlmək olur ki, hər hansı tanınmış şəxsin adını daşıyan əmtəə nişanı qeydiyyata alınan zaman həmin şəxsin bütün vərəsələrinin razılığı alınmalıdır. Bu da öz növbəsində mümkünsüzdür. ”Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda təsbit edilmiş göstərişlərə uyğun olaraq cavabdeh orqanın öz mülahizəsi əsasında iddiaçının əleyhinə qanunun müddəalarını bu cür təfsir etmək hüququ yoxdur. Həmçinin bu qanunun müəyyən etdiyi ümumi qayda ondan ibarətdir ki, inzibati orqanlar ilə mübahisələrdə qanunvericilikdə olan boşluqlar və ziddiyyətlər fiziki və hüquqi şəxslərin xeyrinə həll edilməlidir. Məhkəmə bununla da maddi hüquq normasını səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, “X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X” deyiləndə həmin mükafatların Nobel mükafatı ilə əlaqəli olduğu düşüncəsi yaranır. Bununla bağlı bildirilir ki, həm “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiya” sının, 6-bis maddəsinin, həm də “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin “c” bəndinin tələbləri baxımından iddiaçının əmtəə nişanları Azərbaycan Respublikası üzrə ərazi prinsipi baxımından geniş tanınmış əmtəə nişanı kateqoriyasına aiddir. Belə ki, 1875-ci ildən etibarən Azərbaycan neft sənayesinə yatırımında iştirak edən ilk əcnəbilərdən olan Nobel qardaşları (xüsusilə də “Robert Nobel”) Azərbaycanda kifayət qədər tanınmış və iqtisadi maraqları olan şəxslərdir. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti Alfred Nobel müka fatının təsisindən tarixi baxımdan 20 il öncəyə təsadüf edir. Beləliklə Nobel adı Azərbaycan üçün həm tarixi həm də iqtisadi baxımdan ilkin olaraq neft sənayesi ilə əlaqələndirilir. Yəni “Nobel” adı Azərbaycan ərazisində, Nobel Fondunun təsisindən də uzun müddət öncə brendləşmişdir. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-bis maddəsinin tövsifindən də aydın olur ki, tanınmış əmtəə nişanları olaraq tanınma eyni zamanda əmtəə nişanının qeydiyyatı nəzərdə tutulmuş ərazi üzrə iqtisadi maraqlarının olması faktına əsaslanır. Digər tərəfdən məhkəmə özü müəyyən etmişdir ki, “Nobel Ailə Cəmiyyəti” 1974cü ildə qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır və onun əsas məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi deyil, dünya şöhrətli Nobel qardaşlarının irsinin qorunma sı təbliğidir. Kassator “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə, İPM-nin 90,96.9,92.0.6,90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Nobelstiftelsen” (Nobel Fondu)-nun nümayəndəsi X3 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edənüçüncü şəxslər Bakı Nobel İrsi Fondunun və Nobel Ailə Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarı ilə gəldiyi y uxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 21 oktyabr 2013-cü il tarixdə İsveç Krallığında təsis edilmiş, 22 oktyabr 2013-cü il tarixdə 556946-0818 qeydiyyat nömrəsi ilə X2 ofisində qeydiyyatdan keçmişdir. İddiaçıŞirkəti“X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X” əmtəə nişanlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana 09 aprel 2014-cü il tarixdə müraciət etmiş, Komitə ilkinlik tarixi 09.04.2014-cü il olmaqla 21.05.2014-cü il tarixdə Şirkətin adına həmin əmtəə nişanlarını 35, 36, 41 və 42-ci siniflər üzrə qeydiyyata almışdır. Sonradan 25.12.2015-ci il tarixdə «Nobelstiftelsen» (Nobel Fondu) tərəfindən sözügedən əmtəə nişanlarının qeydiyyatına xitam verilməsi ilə bağlı etiraz ərizələri cavabdehin Apellyasiya Şurasına daxil olmuş, həmin ərizələrə inzibati icraat qaydasında baxılmışdır. Cavabdehin Apellyasiya Şurasının 28.04.2016-cı il tarixli **********35, E-1271; **********39, E-1272, **********7, E-1273, **********40, E-1274 və **********38, E-1275 №-li qərarları ilə «Nobelstiftelsen»-in (Nobel Fondu) etirazları əsaslı hesab edilmiş və qeyd olunan əmtəə nişanlarının qeydiyyatı etibarsız hesab edilmişdir. İddiaçı hazırki iddiasında həmin qərarları mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarlarında ona əsaslanmışdır ki, “X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X”əmtəə nişanlarının tərkibində «Nobel» şəxsin adı göstərilmiş, lakin həmin əmtəə nişanlarının qeydiyyata alınması üçün təqdim edilmiş iddia sənədlər inin tərkibinə tanınmış şəxsin və onun varislərinin razılığı təqdim edilməmişdir. «Nobelstiftelsen» (Nobel) Fondunun hüquqi statusu ilə bağlı qeyd edilməlidir ki, Fond İsveçdə mühəndis X5 şərtləri altında nizamnaməsi təsdiq edilərək 27 noyabr 1895-ci ildə təsis olunmuşdur. Nizamnamədə qeyd edilmişdir ki, onun icraçıları tərəfindən təhlükəsiz qiymətli kağızlara qoyulan kapital fond təşkil edəcək, əvvəlki il ərzində illik faiz olaraq mükafat formasında paylanılaraq bəşəriyyətə daha çox fayda verəcək. Deyilən faiz 5 bərabər hissəyə bölünərək fizika, kimya, fiziologiya və tibb sahələrində mühüm kəşf və ya ixtira edən şəxslərə, bir hissəsi ədəbiyyat sahəsində ideal istiqamətdə məşhur əsər yaradan bir şəxsə, bir hissəsi isə xalqlar arasında qardaşlıq üçün ən vacib və yaxşı əməllər etmiş şəxsə ve riləcək. “Nobel Fondu”nun direktoru Lars Heikensten tərəfindən imzalanmış 02 yanvar 2017-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycanda müvafiq səlahiyyətli orqanlar və təşkilatlar, o cümlədən Standarlaşdırma, Patent və Metrologiya Komitəsi Nobel Fondu”nun məsləhəti və təsdiqi olmadan Nobel adından istifadə cəhdlərinə etiraz etsin. “Nobel Fondu” Nobelstiftelsen adı ilə 16.07.1996-cı ildə qeydiyyatdan keçmişdir. “Nobel Ailə Cəmiyyəti” 1974-cü ildə qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır. Onun əsas məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi deyil, dünya şöhrətli Nobel Qardaşlarının irsinin qorunması, təbliğidir. “Nobel Ailə Cəmiyyəti” tərəfindən təqdim edilmiş, 27 dekabr 2016-cı il tarixli məktubdan görünür ki, Azərbaycanda müvafiq səlahiyyətli orqanlar və təşkilarlar, o cümldən Standartlaşdırma, Patent və Metrologiya Komitəsi Nobel Ailə Cəmiyyəti”nin məsləhəti və təsdiqi olmadan Nobel adından istifadə cəhdlərinə etiraz etsin. “Nobel Fondu” və “Nobel Ailə Cəmiyyəti”nin razılığı olmadan belə firma və şirkətlərin qeydiyyata alınması və faəliyyət göstərməsi Nobel Fondunun açıq-aşkar Nobel adına olan əqli və tarixi mülkiyyət hüquqlarının pozulmasıdır. Nobel Ailə Cəmiyyətinin həmtəsisçisi olduğu Bakı Nobel İrsi Fondunun Nizamnaməsinin 1.4-cü bəndinə əsasən Fondun təsisçiləri “X6 Klubu”xxxx“xxxx” MMCdir. Nizamnamənin 2.1-ci bəndinə əsasən Fondun əsas məqsədi Nobel irsinin öyrənilməsi və əvvəllər Nobel ailəsinə məxsus olmuş tarixi yerlərin bərpa edilməsidir; Nizamnamənin 2.2-ci bəndinə əsasən Fond aşağıdakı fəaliyyət növlərini həyata keçirə bilər: - neft və q az mövzusunda seminarların, mühazirələrin, elmi-təcrübə konfranslarının təşkil edilməsi və aparılması; - regionda fəaliyyət göstərən neft-qaz şirkətlərinin respublikada humanitar və xeyriyyə tədbirlərində iştirak etmək üçün cəlb edilməsi və s. «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin ikinci hissəsinin «c» bəndinin tələbinə görə aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normasının tələbinə müvafiq qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfində n təsis edilmiş Emanuel Nobel mükafatı və həmin mükafat ilə əlaqədar “X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X” adlı əmtəə nişanlarında “Nobel” adı qeyd edilmişdir. Qanunun tələbinə əsasən əmtəə nişanı və ya onun elementi kimi qeydiyyata alınması üçün tanınmış şəxsin və onun varislərinin razılığı olmalıdır. “Nobel Fondu” və “Nobel Ailə Cəmiyyəti”nin razılığı olmadan belə firma və şirkətlərin qeydiyyata alınması və faəliyyət göstərməsi Nobel Fondunun açıq-aşkar Nobel adına olan əqli və tarixi mülkiyyət hüquqlarının pozulmasıdır. Eləcə də, işin faktiki hallarından müəyyən olunur ki, X7 ölümündən sonra qalan kapital Nobel Fondunu təşkil etmişdir. Nobel mükafatı-dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilən nüfuzlu dünyada ən tanınmış beynəlxalq mükafatdır. “X4”, “X9 Prize”, “X9 Award”, “Xx”, “X” deyiləndə həmin mükafatların Nobel mükafatı ilə əlaqəli olduğu düşüncəsi yaranır. Beləliklə, qeyd olunan əmtəə nişanlarının qeydiyyatı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2ci hissəsinin “c” bəndinin müddəalarının pozulması ilə aparıldığından, cavabdehin mübahisələndirilən qərarları əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 166 saylı, 15 oktyabr 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş, «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 14-cü bəndinə əsasən iddia olunan nişana bu Qaydaların 5-ci bəndinin 2-ci hissəsinin «a», «b», «c» yarımbəndlərində göstərilən elementlər (işarələr) daxil olarsa, zəruri hallarda ərizəyə aşağıdakılar qoşulur: soyadların, adların, təxəllüslərin və onlardan törəmələrin, portretlərin və bu cür şəxslərin faksimilesini əks etdirən işarələrin əmtəə nişanı kimi qeydə alınması üçün məşhur şəxslər və ya onların varisləri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən razılıq. Həmin Qaydaların 5-ci bəndinin ikinci hissəsinə əsasən aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Məhkəmə kollegiyası «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin ikinci hissəsinin «c» bəndinin və istinad olunan Qaydaların tələblərini birgə nəzərə alaraq qeyd edir ki, işin materiallarından sözügedən əmtəə nişanlarının qeydiyyata alınması üçün tanınmış şəxsin və onun (Nobelin) varislərinin razılığının olmasına dair sübutun məhkəməyədək inzibati orqana, araşdırma zamanı isə məhkəməyə təqdim edilməsi müəyyən edilmir. Beləliklə, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edirki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçı Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2-1(103)-522/19 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2692/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2692/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver